Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

Buradan belə nəticə çıxartmaq olar ki, ingilislər yeni-yeni plan​lar tərtib etmişdilər. Hələ Birinci
Dünya müharibəsi başa çat​ma​mışdan əvvəl Ərəbistan yarımadasının gələcək xəritəsi cızılmış və
burada üç yeni krallığın yaradılması nəzərdə tutulmuşdu.
Yuxarıda göstərdiyimiz müqavilə ilə Əbdüləziz ibn Səud onun üçün təyin edilmiş olan sərhədlər
daxilində və ətrafındakı ərəb əmir və şeyxləri ilə sərhədlərini dəqiqləşdirmək üçün mü​za​ki​rələr
aparırdı. Bu danışıqlardan heç bir nəticə əldə edə bilməyən Əbdüləziz ibn Səud onu daima hədələmiş
türkpərəst Əli Rəşidin üzərinə hücum etməyi qərara aldı. Əslində müharibə bitmişdi. Döv​​lətlər
İngiltərənin himayəsi altında Ərəbistanda rəsmən təşək​kül etmişdi. Əbdüləziz ibn Səud Əli Rəşidi
bitərəfləşdirdikdən sonra İngiltərənin himayəsi altında olan İordaniya torpaqlarına doğ​ru irəliləməyə
başladı. Yenicə qurulmuş bu kiçik dövlətin istiq​la​lı təhlükə altında idi. Elə bu səbəbdən də ingilislər
vəhhabilərin başçısı Əbdüləziz ibn Səudə təcavüzü dayandırmaq üçün xə​bər​dar​lıq etdilər. Lakin, bu
çöl bədəvisi xəbərdarlığa o qədər də əhə​miy​yət vermədi. İngilislər onun xəbərdarlığa heç əhəmiyyət
ver​mə​məsini görüb vəhhabi ordusunu təyyarələrdən bombaladılar. İn​gi​lislər bu hərəkətləri ilə əmir
Feysəli açıqca müdafiə edirdilər. İn​gilislər tərəfindən vəhhabi ordusunun hücumu dayandırıldıqdan
son​ra 1922-ci ildə tərəflər arasında bağlanan bir müqavilə ilə İraq-İordaniya və Hicazın sərhədləri
qəti olaraq təsbit edildi. Beləliklə, bu məntəqədəki anlaşılmazlıq ortadan qaldırıldı.
Əbdüləziz ibn Səud bu müqavilədən dörd il sonra, 1926-cı il​də ingilislərin himayəsi altında özünü
Hicaz və Nəcid kralı elan et​di.
Bu zaman Türkiyədə milli-mücadilə baş vermiş və nəticədə yeni bir rejim qurulmuşdu. Yəni
respublika elan edilmiş və xilafət ida​rə-üsulu ləğv olunmuşdu. Xilafətin ləğv olunmasından sonra
Mək​kə şərifi Hüseyn ərəblər arasında konfrans çağrılması təklifini irəli sürdı və ləğv edilmiş
xilafətin bərpasını tələb etməyə başladı. Əbdüləziz ibn Səud onun bu iddiasını qəti olaraq rədd etdi.
Belə​lik​lə, ingilislərin yeni qurduqları bu dövlətlər Türkiyədə ləğv edil​miş xilafəti mənimsəmək
üzündən bir-birlərinə düşmən kəsildilər. İngilislər Ərəbistan yarımadasında baş verə biləcək
toqquşmaların onların mənafelərinə zidd olmasını söyləsələr də Əbdüləziz ibn Səud bu məsələdə
müxalifətdə qalmaqda davam etməkdə idi.
Vəziyyəti belə görən ingilislər Əbdüləziz ibn Səudu sıxışdır​maq məqsədi ilə bu günə qədər hər ay
ona ödədikləri 5000 ster​lin​qin verilməsini dayandırdılar. Hadisələrin bu istiqamətdə davam etdiyi
bir vaxtda «Standard Oyl» tərəfindən Suriyada geoloji ax​tarışlar aparan və neft axtaran Crain burada
amerikalıların lehinə, fransızların isə əleyhinə təbliğat aparmağa başlamışdı. Crain Suriyada fəaliyyət
göstərdiyi zaman arxeoloq Tvitchell də Qırmızı dəniz sahillərində tədqaqatlar apararaq qədim
mədəniyyət əsərləri axtarırdı. O, bu axtarışları zamanı burada neft nişanələrinə rast gəl​di. Bütün
hərəkətləri ingilis cəsusları tərəfindən addım-addım izlə​nən Tvitchell neft tapdığını Londondakı
Arxeologiya Cəmiyyətinə bildirdiyi zaman yer yerindən oynadı. Bundan sonra İngiltərənin neft
mütəxəssisləri bu ərazini diqqətlə axtarmağa başladılar. Tvitchellin təsadüfən tapdığı neft Qırmızı
dəniz sahillərini neft mü​cadiləsinin mərkəzinə çevirdi. Bu andan etibarən ingilis və Ame​rika
sərmayəsi Səudiyyə Ərəbistanına axmağa başladı.
«Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» Səudiyyə Ərəbistanının altını-üstünə çevirdilər.
Qırmızı dənizin hər qarışı çox diqqətlə axtarıldı və bir çox məntəqələrdə zəngin neft yataqları tapıldı.
İki nəhəng şirkət neftin tapıldığı andan etibarən bir-birilə​ri​ni Səudiyyə Ərəbistanından uzaqlaşdırmaq
üçün mücadiləyə baş​la​mışdılar. İngilislər, yəni Deterlinq «Standard Oyl»a görə daha əlverişli
vəziyyətdə idi. Məlumdur ki, dünənə qədər bir bə​də​vi olan Əbdüləziz ibn Səudu kral edən o idi. Bu
adam krallığını elan etdiyi günə qədər Deterlinqdən hər ay 5000 sterlinq maaş almaqla davam


etmişdi. Əbdüləziz ibn Səud məmləkətində çıxan yeni sərvətin imtiyazını tamamilə Deterlinqin əlinə
təslim etdiyi vaxt ingilislərin hər əmrini yerinə yetirən bir insan vəziyyətinə düşə​cəyini bilirdi.
Ancaq, o buna imkan verməmək üçün 1933-cü il mayın 9-da «Standard Oyl Company of California”
ilə altmış illik bir neft müqaviləsi imzaladı. Beləliklə, «Standard Oyl Company of California” bu
imza ilə Səudiyyə Ərəbistanının şərq bölgəsində zəngin neft məntəqələrinə sahib oldu. İngilislər də
boş durmamışdılar. Tvitchell mərkəzi Londonda olan şirkətin nüma​yən​dəsi olaraq Səudiyyə
Ərəbistanının bir çox yerlərində neft mə​dən​ləri imtiyazını saxlayır və Səudiyyə Ərəbistanına
yerləşirdilər.
1933-cü ilin mayında «Standard Oyl Company of Califor​nia» bu imtiyazı aldıqdan sonra «Irak
Petroleum Company» da Əb​düləziz ibn Səuddan Qırmızı dəniz sahillərində neft çıxartmaq üçün 60
illik bir imtiyaz əldə edirdi. İngilislər ayrıca olaraq Tvitchellin rəhbərlik etdiyi müəssisənin yardımı
ilə Səudiyyə Ərəbistanında olan qızıl və mis mədənlərinin imtiyazlarını da al​mışdılar.
Hələ bu imtiyazların əldə olunmasından bir neçə il əvvəl İraq və Səudiyyə Ərəbistanının arasındakı
münasibətlər çox gərgin olmuşdu. Belə bir vəziyyət ingilislərin maraqlarına tamamilə zidd olan bir
hal idi. Bu ixtilafı şəxsən Deterdinqin özü həll etmək qərarına gəldi. İraqdakı fövqəladə ingilis
komissarı bu işdə mühüm rol oynadı, yəni hər iki kralı Deterdinqin hüzuruna getmələrini təmin etdi.
Bəsrə körfəzində dayanmış bir kabel gəmisində baş tutmuş bu müzakirələrin sonunda iki kral
Deterdinqin hüzurunda barışdılar və aralarındakı mücadiləni unudacaqlarına dair söz verdilər. Əmir
Feysəlin itaətkar hərəkətinin əksinə olaraq Əbdüləziz ibn Səud anlaşma zamanı müəyyən tələblərlə
çıxış etdi. Sonda ser Henry Deterdinqin Əbdüləziz ibn Səuda uzatdığı səkkiz min sterlinq məbləğ
yazılmış bir çek aradakı anlaşılmazlığı da həll etdi. Bu çek eyni zamanda ingilislərin bütün Səudiyyə
Ərəbistanında arzu etdikləri sərbəst hərəkət etmələrini qazandırmış olurdu.
Artıq Əbdüləziz ibn Səud qəti olaraq dünya neft kralı və «Roy​yal Datç-Şell Qrup»un İdarə Heyətinin
sədri ser Henri De​terdinqin ən yaxın adamı olmuşdu. Neft beynəlmiləl əhəmiyyətini bir daha elan
etmiş oldu.
Qarşıya belə bir sual çıxır: Deterdinq Orta Şərq neftinə sa​hib olduqdan sonra mübarizəsini
dayandırdımı? Xeyr, dayan​dır​madı və belə bir niyyəti də yoxdu. O, İngiltərənin qüdrətini ar​tır​maq
üçün yeni neft sahələri axtarırdı. Mübarizə dayanmamış, sa​də​cə olaraq yerini dəyişmişdi. Onun
ağırlıq mərkəzi çoxdan Vene​sue​laya keçmişdi.
 
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə