Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

VENESUELADAKI MÜCADİLƏ
 
 
Dünyanın ən zəngin neft yataqlarına sahib olan dövlətlərdən birisi şübhəsiz ki, Venesueladır. O
Venesuela ki, eyni adı daşıyan kör​fəzin tam qarşısında mərcan qayalıqlarından təşəkkül etmiş olan və
dünənə qədər insanların maraqlanmadığı kiçik bir adaya-Küra​zao adasına axacaq ingilis qızıllarının
önündə boyun əyəcəkdi. Eyni za​manda müstəbid bir adamın, polkovnik Qomezin hökumət çevrilişi ilə
bu məmləkətdəki bütün neft imtiyazları ingilislərin əli​nə keçə​cək​di. Çox qəribədir ki, bu adacıq özü
kimi kiçik, ancaq müs​təm​lə​kəçilikdə böyük bir dövlət olan Hollandiyaya məxsus idi. Kürazao ada​sı
bu gün dünya üzərindəki ingilis neft hakimiyyətinin ən mü​hüm mərkəzlərindən biridir və Amerikanın
maraqlarının ən əhə​miyyətli sahələrindən birini təşkil edən Panama kanalından isə bir neçə yüz mil
məsafədədir. Bu adanın çox böyük və beynəlmiləl bir qüdrəti vardır və bu qüdrəti də illərdən bəri
mühafizə etmək​də​dir.
Təqribən Birinci Dünya müharibəsinin başlamasından üç-beş il öncə gəmilərin də yan almadığı bu
adada qızğın bir canlanma başladı. Gəmilər gedib-gəlir və adanın gələcək sakinləri olan qara rəngli
insanlarla bərabər gətirdikləri malları buraya boşaldırdılar. Təqribən 12 minə qədər olan bu qara
rəngli insanlar durmadan ev​lər inşa edir, yollar salır və dənizkənarı limanlar tikirdilər. Adada gedən
bu qızğın iş qısa zamanda dünyanın hər tərəfinin diqqətini çəkdi. Amerika da bu adanın
məskunlaşdırılmasını çox yaxından izləyirdi. Hər kəsin marağına səbəb olan, dünənə qədər insanların
ya​şamadığı bu adacıqda işlərin hansı məqsədlə görülməsi idi. Son​radan hamıya məlum oldu ki, ada
ser Henry Deterdinq tərəfindən satın alınmışdı. Bu xəbər Amerikada böyük əks-səda verdi və nə​ti​-
cədə dünyanın digər böyük neft şirkəti «Standard Oyl» dərhal hə​rəkətə keçdi. Amerika Hollandiyaya
bu işlərlə bağlı rəsmi etirazını bildirdi. Lakin bu etirazların heç bir nəticəsi olmadı, Hollandiya Ame​-
rikanın bu rəsmi etirazına rədd cavabı verməklə yanaşı Ame​rikanı onun daxili işlərinə qarışmaqda da
ittiham etdi.
Bu sərt cavab Amerikanı çox təəccübləndirdi. Deterdinq isə Ame​rikanın narazılıqlarına əhəmiyyət
verməyərək dünyanın ən bö​yük neftayırma zavodunu burada qurdu. Adada həm neft buruq​la​rında, həm
də neftayırma zavodunda işləmək üçün Afrikanın At​las dənizi sahillərində yaşayan sakinlərdən çoxlu
sayda işçi gəti​rildi. Bundan sonra Hollandiya hökuməti adaya bir vali də təyin etdi. Adada bütün bu
işlər davam edərkən Deterdinqin adamları da Venesuelada hərəkətə keçərək neft imtiyazlarını əldə
etməyə ça​lışırdılar. Nəhayət Deterdinqin pulunun köməyi və cəsusların fəaliyyətinin nəticəsi olaraq
imtiyazlar ələ keçirildi.
Bütün Latın Amerikasında cari olan üsul burada da öz təsirini göstərdi. Pul Cənubi Amerikada bütün
qapıları açmaq hünərinə sahib idi.
«Royyal Datç-Şell Qrup»un mütəxəssisləri bu üsula müraciət edərək qısa zamanda hədəflərinə
çatdılar. Onlar bununla kifayət​lən​məyərək bir çevriliş də həyata keçirəcəkdilər. Onların axtar​dıq​la​rı
tək şey bu çevriliş və çevrilişdən sonra da ingilislərin arzusuna uy​ğun Venesuelaya hakim ola biləcək
bir şəxs idi. Uzun axta​rış​lar​dan sonra bu şəxs də tapıldı. Bu şəxs Venesuela ordusunun pol​kov​nik​lə​-
rin​dən biri olan Qomez adlı bir zabit idi. Deterdinqin adamları dər​hal fəaliyyətə keçərək on minlərlə
silah və tonlarla hər​bi ləvazimatı qısa zamanda qiyamçı polkovnikə çatdırdılar. Pol​kov​nik Qomez qi​-
yam qaldıraraq çevrilişi reallaşdırmaq üçün hə​rə​kətə keçdi. Pol​kov​nik Qomezin qiyamı
müvəffəqiyyətlə nəti​cə​lən​di və o Venesuela tarixinin ən qorxunc müstəbidi olaraq iqtidara yi​yələndi.


Qomezin ilk işi əvvəllər müəyyən güzəştlərlə amerikalılara ve​rilmiş olan bütün imtiyazları və
səlahiyyətləri ləğv etmək oldu. Amerika Qomezin bu hərəkətinə qarşı etiraz etdi və eyni zamanda
Amerika donanması Venesuelanın sahil sularında manevrlər et​mə​yə başladılar. Ancaq, Amerikanın nə
etirazlarına, nə də hərbi dəniz donanmasının manevrlərinə əhəmiyyət verən olmadı. Qomez onu
hakimiyyətə gətirənin kim olduğunu bilir və bu səbəbdən də Ame​rikaya əhəmiyyət vermirdi.
Deterdinq Venesuela neftinin də tam sahibi olduqdan sonra dərhal kiçik şirkətlər təsis etdi. Bu
şirkətlər Venesuelanın hər tərə​fin​də yenidən neft axtarmağa başladılar və yeni zəngin neft yataq​ları
aşkara çıxardılar. Bundan sonra Deterdinq bütün gücü ilə Ve​ne​suelada fəaliyyətə keçdi və bütün
ingilis neft şikrətlərini bir​ləş​dirərək «Royyal Datç-Şell Qrup»un ətrafında toplamaq layihəsini tətbiq
etdi. Beləliklə Venesueladakı kiçik ingilis neft şirkətləri onun tərəfindən Qomez vasitəsilə
Venesuelada çevriliş edilmə​sin​dən əvvəl ələ keçirmiş olduqları imtiyazları əzəmətli İngiltərə İm​pe​-
riyasının nəhəng şirkətinin ətrafında topladı.
O, bu iş üçün James Rotşildi göndərdi. James Rotşild ona tap​şırılan işi uğurla yerinə yetirdi. O,
yalnız ingilis sərmayəsini deyil, xüsusi olaraq bəzi şəxslərin əllərindəki imtiyazları da aldı. Onun bu
hərəkəti dünya miqyasında ingilis neft şirkətlərinin bir​ləş​məsinə xeyli təsiri oldu.
Artıq Venesuelada əldə edilən hər damla neft ser De​ter​dinq ilə İngiltərə Dəniz Birinci Lordluğu və
beynəlmiləl qor​xunc bir təşkilat olan Entelijans Servisin kassalarını sterlinqlə dol​dur​mağa başladı.
Venesuelanın hər tərəfində qazılmış olan yeni neft quyula​rın​dan çıxarılan neft sürətlə sahilə çatdırılır
və oradan yüzlərlə yel​kən​li və buxarla işləyən gəmi ilə Kürazaoya daşınırdı. Venesuela körfəzi neft
tapıldığı andan bəri dünyanın ən işlək körfəzi olmuş​dur. Gündə yüzlərlə gəmi Kürazaoya xam neft
gətirir və orada tə​mizlənən neft böyük tankerlərlə Amerika qitəsi də daxil olmaqla dünyanın müxtəlif
tərəflərinə daşınırdı.
İngilislər Venesuela nefti sayəsində milyonlar qazanırdı. İngi​lis​lərin dünya hakimiyyətini təmin edən
neftin həddindən çox olduğu Kürazao adasının valisinin iqamətgahının üzərində Hol​lan​di​yanın
bayrağı dalğalanırdı. «Royyal Datç-Şell Qrup»un Vene​su​elada həyata keçirdiyi dövlət çevrilişindən
sonra amerikalıların əlindəki imtiyazların ləğv edilməsi «Standard Oyl»un rəh​bər​lə​ri​ni çətin
vəziyyətə salmışdı. Amerika prezidenti Hardinq «Stan​dard Oyl»un təzyiqi ilə bütün qüdrəti və
diplomatik imkanları ilə Venesuelanı hədələyirdi. Artıq Amerika bu işə dövlət səviyyəsində müdaxilə
etməyə qərar vermişdi. Amerika hökuməti Venesuelanın yeni diktatoru polkovnik Qomezə dalbadal
notalar göndərdi. Ancaq, bu notaların heç bir nəticəsi olmadı. Amerikanın «Stan​dard Oyl» şirkətinin
ən təcrübəli cəsusları Venesuelada top​laş​dılar. Bunların vəzifəsi gələcəkdə bir çevriliş hazırlayaraq
pol​kov​nik Qomezin hakimiyyətini devirmək idi. Ancaq, bütün çalış​ma​lara baxmayaraq «Standard
Oyl»un adamları bu məmləkətdə belə bir üsyanı həyata keçirə bilmədilər. Qomez amerikalıların plan​-
la​rı​nı qabaqcadn bilmiş və əks tədbirlər görmüşdü.
Amerikalılar istədiklərinə nail ola bilmədikdən sonra başqa plan düşündülər və ingilis sterlinqini
dəyərdən salmaq üçün hərə​kə​tə keçdilər. Onlar bir tərəfdən dollar-sterlinq mücadiləsini da​vam
etdirərkən o biri tərəfdən də əllərini Kürazao adasına uzat​ma​ğa başladılar.
Amerikalılar yavaş-yavaş adanın qara dərili sakinləri arasına yeritdikləri cəsusları vasitəsilə güllü
miqdarda dollar dağıdaraq Kü​razao adasında bir inqilab havası yaratmağa başladılar. Ameri​ka​lılar
bu təbliğatı adanın əsas sahibi olan hollandiyalılara qarşı yö​nəltməklə siyasi bir gedişə üstünlük
verməyə çalışırdılar. Çünki, onların ayrı yolu yox idi. Adanın sakinləri olmaqla bərabər işçi qüv​-
vəsinin əksəriyyətini təşkil edən bu qara dərili insanlar in​gi​lislərdən daha çox ingilispərəst idilər və
İngiltərənin əleyhinə ol​ma​larını ağıllarına da gətirmirdilər.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə