Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

«Standard Oyl»un açmış olduğu bu dollar müharibəsi o qədər də müvəffəqiyyətli ola bilməmişdi.
Amerikanın əlindəki tək şans Kürazao adası idi.
Lakin, Venesuelada bir üsyan çıxarmaq üçün cəsusları vasitə​si​lə Venesuelaya silah-sursat gətirmək o
qədər də asan deyildi. Çünki, polkovnik Qomezin agentləri hər bir hərəkəti çox diqqətlə nəzarətdə
saxlaya bilirdilər.
Elə bu səbəbdən də amerikalılar Kürazaoda planlaşdırdıqları üsyanı həyata keçirmək üçün lazım
olan silah-sursatı Venesuelanın xaricindən, şəxsən Amerikadan gətirmək məcburiyyətində qaldılar.
Qomez isə həm Venesuelanı, həm də Kürazaonu daima nəzarət altında saxlayırdı. Ona görə də
amerikalıların planları tezliklə Qo​mezə aydın olurdu. Venesuelanın hökumət mərkəzi Karakas olsa da,
əslində məmləkət Kürazaodan idarə edilirdi. Qomez öyünərək «mən bir diktatoram» desə də onun
əsas rəhbəri Kürazaodakı bö​yük neftayırma zavodlarının baş direktoru idi. Dolayısilə Vene​su​ela ilə
əlaqəli bütün qərarlar «Royyal Datç-Şell Qrup»un adam​ları tərəfindən Kürazaoda qəbul olunur və
Qomezə çatdırılırdı. Qomez heç vaxt əsas hökümət mərkəzi olan Karakasda otur​ma​mış, yeni
saldırdığı Marakay şəhərini özünə mərkəz etmişdir. Bu şəhərdəki hər şey, hər kəs şəxsən Qomezin
malıdır, yəni Qomezin cəsusudur. Qomezin özü isə səltənətinə baxmayaraq ingilis neft şirkətinin əsiri
idi.
Bu səbəblərdən də Venesuelada bir çevriliş etmək mümkün de​yildir. Hollandiyanın sahil mühafizə
sistemi çox güclü olduğu üçün xaricdən Venesuelaya silah keçirmək çox çətin idi. Lakin bütün
bunlara baxmayaraq «Standard Oyl» çoxlu pul xərcləyərək bir üsyan qaldırmaq sevdasına düşmüş və
Rafaele Urbina adlı bir adamla anlaşmışdı. «Standard Oyl»un adamları Kürazaodan Hol​landiyaya
qarşı bir üsyanın zəmnini hazırlamışdılar. Bu ada sa​ki​n​lə​rinin hamısının ciblərində küllü miqdarda
dollar var idi. Rafaele Urbina günlərin birində bir Amerika gəmisi ilə gizlincə Küra​za​o​ya gəldi və
oradakı Amerika cəsusları ilə əlaqə yaratdı. Bundan sonra o, əvvəlcədən hazır olan bir qrup işçini öz
dəstəsinə qataraq adanın mərkəzi olan Willemştatı ələ keçirərək valini əsir etdi. Toqquşma zamanı üç
polis işçisi öldürüldü. Kürazaodakı müvəf​fə​qiyyət xəbəri «Standard Oyl»un mərkəzi qərargahına
çatdığı za​man şirkətin rəhbərləri Venesuelaya qarşı həyata keçirə biləcəkləri üsyanın uğurla
nəticələnəcəyini də zənn etmişdilər.
Rafaele Urbina Amerika silahları ilə bərabər adanın müda​fi​ə​si üçün ehtiyatda saxlanılan Hollandiya
və İngiltərə silahlarını da müsadirə etdikdən sonra adadakı bütün neftayırma zavodlarını ələ
keçirərək «Royyal Datç-Şell Qrup»un buradakı adamlarını həbs etdi. Rafaele Urbina üçün artıq
Venesuela yolu açılmışdı. O, Amerikaya məxsus «Red-Line Kompaniya»nın gəmisinə minərək
Venesuelaya yola düşərkən artıq özünü yeni qurulacaq Venesuela hökumətinin başçısı olaraq görürdü.
O, hələ yolda ikən adamlarına gələcək hakimiyyətdə yeni vəzifələr verirdi. Ancaq, Deterdinqin
adamları Rafaele Urbinanın rəhbərliyi ilə Venesuelanın sahilinə çıxan üsyançıları tərk-silah edərək
zərərsizləşdirdilər. Bu zaman Qomezin əlindən canını güclə qurtaran Rafaele Urbina bu dəfə
hollandiyalılar tərəfindən həbs olundu. Ancaq «Standard Oyl»un adamları və Rafaele Urbinaya
kömək etmiş agentlər Kürazaodakı neft dolu anbarları və neftayırma zavodlarını partladacaqları
hədəsi ilə Hollandiya hökumətini onu azad etməyə məcbur etdilər.
Beləliklə, bu hadisələr «Standard Oyl» şirkətinin Venesue​lada apardığı son mücadilə oldu. O gündən
bəri bu məmləkətdən çıxan neft Kürazao adasına daşınır və neftayırma zavodlarında tə​mizləndikdən
sonra ən müasir tankerlərlə Kanadaya, hətta ABŞ və Cənubi Amerikaya çatdırılırdı.
«Standart Oyl» Venesuelada olduğu kimi digər Latın Ameri​kası ölkələrində də müvəffəqiyyətsizliyə
uğramışdı.


Qarşıya belə bir sual çıxır: Rokfeller böyük maliyyə imkan​la​​rı​na baxmayaraq nə üçün
müvəffəqiyyətsizliyə uğramışdı? Bu​nu anlaya bilmək üçün bir az geriyə getməyə məcburuq. Rokfeller
Amerikadakı mütləq hakimiyyətini sadəcə zəkasına və taleyinə borclu deyildir. Onun kimi dünyaya
hökm etmək sevdasına qapılan bir bankirin və bir polad istehsalı kralının da bu uğurda böyük payı
vardır. Bunlar polad istehsalı kralı Andrev Karnegi ilə çoxlu sayda banklara sahib olan Morqan idi.
 
 
 


ROKFELLER – C.P.MORQAN
MÜCADİLƏSİ
 
 
Rokfeller «Standard Oyl» şirkətini qurduqdan təqribən on il sonra Amerikanın nəhəng bankirlərindən
biri olan Morqan ilə ortaq işlər görməyə başlayır. Bu əməkdaşlıq 1913-cu ilə, yəni Morqanın vəfat
etdiyi dövrə qədər davam edir. Bu tarixdən sonra Morqanın qurduğu maliyyə oliqarxiyasına oğlu Con
Pierpont Mor​qan rəhbərlik etməyə başlayır.
Təbiətən çox həris bir şəxs olan C.P. Morqan əlindəki imkan​lardan istifadə edərək beynəlxalq
miqyaslı bir bank hegemonluğu qurmaq istəyirdi. Onun bu iddiası Rokfeller ilə münasibətlərinin
kəskinləşməsinə səbəb oldu. Bu zaman C.P. Morqanın nəza​rə​tin​də 1 milyard 200 milyon frank var idi.
Onun belə varlı olması Rok​fellerin Morqanın oğluna qarşı rəqabətə girməsinə təsir etmə​di. Beləliklə,
az bir müddət sonra bu iki nəhəng kapitalist arasında qorxunc mücadilə başladı. Bu mücadilədə
C.P.Morqan çox şanslı idi. O dövrün Amerika prezidenti olan Vilson onun şəxsi dostu idi. Ona eyni
zamanda Deterdinq də kömək edirdi. Elə bu dövrlərdə Amerika qəzetləri Rokfeller ilə «Standard
Oyl»un neft şirkətinin məsul şəxslərinin bəzilərinin həbs edildiklərini yazdılar. Bundan baş​qa bir
federal hakim də «Standard Oyl» şirkətinin qeyri-qa​nu​ni yollarla qazanc əldə etdiyi ittihamı ilə
bağlanması qərarını verdi.
Bu qərar tətbiq edilə bildimi? Xeyr nə Rokfellerə, nə də dostlarına verilmiş olan həbs əmri yerinə
yetirmədi və dünyanın ən böyük neft istehsalçısı olan «Standard Oyl» bağlanmadı. Çünki, 1917-ci
ildə Amerika Birinci Dünya müharibəsində iştirak edirdi. Belə bir vəziyyətdə dünya neftinin mühüm
bir hissəsinə ha​kim olan bir şirkətin bağlanması mümkün deyildi. Hadisələr Ame​ri​kada 1920-ci ildə
keçirilmiş seçkilərdən sonra 1923-cü ilə qədər Rokfellerin xeyrinə cərəyan etmişdir. Ancaq, 1923-cü
ildən son​ra​kı vəziyyət onun əleyhinə olmuşdur. Buna səbəb «Standard Oyl»​un köməyi sayəsində
prezident seçilmiş Hardinq zəhərlənmiş və iqtidara Hoover keçmişdir. Yeni prezident də Birinci
Dünya mü​ha​ribəsində iqtidarda olmuş Vilson kimi Con Pierpont Morqanın ən yaxın dostu idi.
Rokfeller yenə çıxılmaz vəziyyətə düşmüşdür. Bu iki şirkət arasında gedən mücadilədən Deterdinq öz
mənafeyinə məharətlə istifadə edirdi. Rokfellerin bu böhranlı vəziyyəti 1933-cü ilə qədər davam etdi.
Yəni bu il «Standard Oyl» üçün fövqəladə hadi​sə​l​ə​rin başlanğıcı oldu. Artıq «Standard Oyl»a
rəğbəti olan Ruzvelt Ame​rikanın prezidenti seçilmişdir. İndi də hadisələr C.P.Mor​qa​nın əleyhinə
cərəyan etməyə başladı. Vəziyyətin belə dəyişdiyini gö​rən Morqan mücadilədən əl çəkmiş və
Rokfellər ilə birləşməyə üstünlük vermişdir.
Amerikada «Standard Oyl» ilə Morqanın mücadiləsi Mor​qa​na da, «Standard Oyl»a da, eyni zamanda
Amerika höku​mə​ti​nə də böyük ziyan vurmuşdur. Buna misal olaraq Venesuelanı gös​tə​rə bilə​rik.
Deterdinq bu iki qrupun bir-biri ilə etdikləri müca​di​lə​dən istifadə edərək Venesuelanın neftli
ərazilərinə sahib ola bil​miş​di.
Mücadiləni dayandıraraq qüvvələrini birləşdirən bu iki şəxs Amerika dollarının qiymətinin kursunun
aşağı düşməsinin qar​şı​sı​nı almağa çalışdılar. «Standard Oyl» istehsal etdiyi neft məh​sul​la​rını dollara,
Deterdinqin rəhbərlik etdiyi «Royyal Datç-Şell Qrup» isə florin ilə satırdı. Dolların faizi aşağı
salındığı təqdirdə «Standard Oyl» nefti florin ilə satılan ingilis neftinə nisbətdə dünya bazarlarına
daha ucuz mal çıxara biləcəkdir. Bu mücadilə tərzi həqiqətən çox iblisanə bir hərəkət idi. Çünki, iki


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə