Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

neft şirkəti arasındakı çəkişmə bir çox məmləkətlərin iqtisadiyyatının böhra​nı​na və milyonlarla
insanın müflisləşməsinə səbəb olmuşdur. Eyni zamanda bu dollar-florin mücadiləsi hər iki tərəfə də
külli miq​dar​da ziyan vururdu. Deterdinq bu rəqabətdə uduzacağı təqdirdə ar​xa​sınca Böyük Britaniya
imperiyasının iqtisadi cəhətdən çöküsünü görürdü. Bu həqiqəti təkcə o deyil, eyni zamanda Böyük
Bri​ta​ni​ya​nı dünyanın ən nəhəng imperiyası halına gətirən qüvvələr də bilirdi. Bu mübarizə belə
şəkildə davam edərsə fəlakət hər iki tərəf üçün də qaçılmaz idi Bu zaman dünyanın ən böyük neft
ərazilərinə sahib olan İngiltərə Entelijans Servisi işə qarışdı. Az bir müddətdə bu təşkilatın ən mahir
casuslarının fəaliyyəti nəticəsində C.P.Mor​qan mücadilədən çəkilərək Rokfelleri meydanda tək
qoydu.
Beləliklə, 1933-cü il dünya böhranı adı ilə anılan böyük iq​ti​sa​di böhranın qısa bir zamanda qarşısı
alınmış oldu. Bir neft isteh​sal​çı​sı ilə bir bankirin digər bir neft istehsalçısını məhv etmək üçün
verdikləri müştərək qərarı bir müddət sonra bankirin ortaqlarının təzyiqi ilə pozulmuş və dünya rahat
nəfəs ala bilmişdi. «Standard Oyl» qiymət mücadiləsində tək qalınca müvəqqəti olsa da «Roy​yal
Datç-Şell Qrup» ilə rəqabət aparmaqdan vaz keçir. Ortaya belə bir sual çıxır: Bu müvəffəqiyyətsizlik
Rokfelleri gələcək mübarizədən çəkindirmədi ki? Xeyr, əksinə o Amerikanın o vaxtkı prezidenti
Ruzveltdən aldığı dəstəklə 1920-ci ildə olduğu kimi Rusiya ilə iş birliyi quracaqdır. «Standard Oyl»
bu qərarı ver​dik​dən sonra dərhal hərəkətə keçdi və ruslarla bir müqavilə imzaladı. Rusiya tərəfindən
bu anlaşmaya imza atan yoldaş Su​linov Rok​fel​ler​dən böyük miqdarda kredit alınmasını təmin etdi.
Rusiya bu kreditlərin çox hissəsini Bakının neft sənayesinin yenidən qurul​ma​sına, Batumda yeraltı
neft ambarlarının tikintisinə və də​mir​ yollarının çəkilişinə sərf etdi. Artıq Rusiya neft isteh​salına görə
dünyada üçüncü yerdə dururdu. «Standard Oyl»un bu yardımı Rusiyanın inkişafına az da olsa təsir
edəcək və sənaye cəhətdən güclənən Rusiya gələcəkdə Amerikanın əsas rəqiblə​rin​dən birinə
çevriləcəkdir. «Standard Oyl» Rusiya ilə birləşərək De​ter​dinqə qarşı birgə mübarizə apararkən
Amerika dövləti də boş durma​mış​dır. Prezident Ruzvelt «Standard Oyl»un rəhbər şəxslərindən biri
olan Svanssonu özünə dəniz müşaviri təyin edir. Prezident Ruz​velt «Standard Oyl» şirkətinə Panama
kanalı ətra​fında neft uğ​run​da aparılan mücadilə zamanı Amerika donan​ma​sını güc​lən​dir​mək
səlahiyyətini verir. «Standard Oyl» bu məq​sədlə özünün də​niz proqramının tətbiqinə başlamaq üçün
hərəkətə keçir.
Svanssonun hazırladığı və senatdan keçirdiyi bu proqrama görə Amerikada irili-xırdalı otuz yeddi
hərbi gəmi inşa ediləcəkdir. Svansson dəniz proqramının qəbul edildiyi gün senatda söylədiyi nitqdə
«ümid edirəm ki bu gəmilər dünyada tayı-bərabəri ol​ma​yan bir donanmanın başlanğıcını təşkil
edəcək və Amerika də​nizlərə hakim olacaqdır» fikrini bildirmişdir.
Svanssonun çıxışından məlum olur ki, Amerika gələcəkdə dün​ya dənizlərinə hakim olmaq
niyyətindədir, yəni ingilislərin əlin​​də olan hakimiyyəti ələ keçirməyə çalışacaqdır. Bu səfər «Stan​​-
dard Oyl» uğur qazana biləcəkdirmi? Hadisələr «Stan​dard Oyl»un ümidlərinin boşa çıxmadığını
göstərmişdir.
Amerika həqiqətən dünyanın ən böyük donanmasına sahib ol​muş və ingilislərdən qabağa keçmişdir.
Rokfeller bu səfər qalib gəl​mişdir. Ancaq, bu nəhəng donanma dünya neft hakimiyyətini də əldə edə
biləcəkdirmi? Xeyr. Sonrakı yazılarımızda da izah edə​cə​yimiz kimi, nəhəng donanma yaratmağa
müvəffəq olan ame​ri​ka​lı​lar Deterdinqin əlində olan dünya neftinə əsla əl uzada bilmə​mi​ş​di​lər.
Bu barədə sadəcə tarixə çevrilən bir misal göstərməklə kifa​yət​lənəcəyik.
1920-ci ildə amerikalılar Deterdinqi dünya neft hakimiyyətin​dən uzaqlaşdırmaq üçün ruslarla
birləşərkən, həmin vaxtlarda De​ter​dinq ilə mücadilə edən Harry Sinclair adlı bir şəxs də var idi. O,


dünyanın ən böyük saxtakarlarından biri hesab olunurdu.
Harry bir neçə dəfə milyonlar qazansa da, nəticədə iflasa uğra​mış​dır. Rusiya ilə Amerikanın iqtisadi
münasibətləri normal olan vaxtlar əlində böyük imtiyazlar vardır. Amerikalılar bu adamla da
anlaşdılar və Deterdinqə qarşı mübarizədə istifadə etməyə çalış​dı​lar. Onlar İranı alt-üst etsələr də
heç bir nəticə əldə edə bilmədilər.
Harry Sinclair amerikalıların, daha doğrusu Rokfellerin tan​ı​dı​ğı bir adamdı və bir neçə dəfə onun
tövsiyyəsi və dəstəyi ilə Al​baniyada hakimiyyətə gələrək buranın neftinə sahib olmaq istəsə də
Deterdinqin əks tədbirləri nəticəsində buna nail ola bil​mə​miş​dir.
Bir müddət o Bakıda sahib olduğu neft sahələrinin 1920-ci ildə ruslar tərəfindən zəbtindən sonra
İstanbula gələrək oraya sığınmış ağqvardiyaçılardan, xüsusilə də general Vrangelin ordusunun qa​lıq​-
larından istifadə etmək istəmişdir. Hətta ətrafına səkkiz min adam toplayan bu şəxs Rusiyanın əlindən
Bakının neft sahələrini almaq istəyirdi.
O zamankı Osmanlı hökumətinin bu işə imkan verməyəcəyini görən Harry Sinclair Avropaya getdi.
Amerika ilə Rusiya və Harry Sinclairin müştərək gücü qar​şı​sın​da dayana bilən Henry Deterdinqin
sayəsində ingilislər – dün​ya neft hakimiyyətini əllərində saxlaya bildilər.
 
 
 


PANAMA KANALI ƏTRAFINDAKI
MÜCADİLƏ VƏ NEFT
 
 
Dünyanın hər tərəfində neft istehsal edən ingilis neft şirkəti «Royyal Datç-Şell Qrup» Panama kanalı
ətrafında olan neft sa​hələrini də ələ keçirməyə çalışdı. Sərvətinin demək olar ki, hamısı İngiltərə
Entelljans Servis və İngiltərə Dəniz Birinci Lordluğuna aid olan «Anglo Persian» neft şirkəti «Royyal
Datç-Şell Qrup»​un bir qolu olaraq Panama ətrafındakı neft sahələri ilə maraq​la​n​ma​ğa başladı.
1926-cı ildən etibarən ciddi bir şəkildə Panama kanalı ətra​fın​da çalışmağa başlayan Henry
Deterdinqin cəsusları və geoloqları «Mərkəzi Amerikada yerləşən Kolumbiya dövlətində fəaliyyətə
başladılar. Çünki bu cəsuslar və mütəxəssislər geoloji axtarışlar za​manı Kolumbiyanın yeraltı və
yerüstü sərvətlər baxımından zəngin bir məmləkət olduğunu təsbit etmişdilər. Bunlardan başqa Ko​-
lum​biyanın strateji əhəmiyyəti də böyükdür. Kolumbiya amerikalıların inşa etdikləri və iki okeanı
birləşdirən Panama kanalının cənu​bun​da yerləşirdi. Onun belə bir əhəmiyyət daşıması ingilislərin
gözün​dən də qaçmırdı.
Ölkənin hər baxımdan əhəmiyyətli olmasına baxmayaraq De​terdinqi yalnız Kolumbiyanın nefti
maraqlandırırdı. Neft təx​mi​nən bir əsrdir davam edən amansız mücadilə nəticəsində ikisi də
anqlosaks olan İngiltərə ilə Amerikanı bir-birinə düşmən etmişdir. «Standard Oyl» ilə «Royyal Datç-
Şell Qrup» arasında gedən mücadilədə «Standard Oyl» məğlub olmaq üzrə idi.
Neft mücadiləsi o qədər də bəsit deyildir və neft istehsalçıları məğlub olacaqlarını hiss etdikləri
anda hər çarəyə baş vurmaqdan, hətta dövlətləri I və II Dünya müharibəsində olduğu kimi mü​ha​ri​bəyə
soxmaqdan da çəkinməmişdilər. Bir müddət sonra şirkətlər Kolumbiyada vətəndaş müharibəsi
törətdilər.
«Standard Oyl» bütün imkanlarından istifadə edərək Amerika prezidenti səviyyəsində öz sözünü
keçirə bilirdi.
Rokfeller Deterdinqin qarşısında XX əsrin əvvəllərindən bəri davam edən məğlubiyyətinin
səbəblərini bilirdi. O, 1865-ci ildən bəri Sakit okean və Asiyada nüfuz dairəsini genişləndirməkdə
olan Amerikanın bir güclü donanmaya sahib olması uğrunda əlindən gələni edirdi.
Rokfeller məqsədinə çatmaq üçün Amerikanın bank sisteminə nəzarət edən Con Pierpont Morqan və
ölkənin əsas polad isteh​sal​çısı olan Andrev Karnegi ilə yaxın dostluq əlaqələri qur​muş​dur. Demək
olar ki, əslində Amerikanı bu üç şəxs idarə edirdi. Bu üçlüyün ən güclüsü şübhəsiz ki, Rokfeller idi.
O, 1904-cü ildə nəşr edilən dövlət statistika materiallarına görə Amerikanın daxili ticarətinin 85%-
nə, xarici ticarətinin isə 90%-nə nəzarət edirdi.
Bütün imkanlarını səfərbər edən Rokfeller qüdrətli bir donan​manın yaradılması uğrunda hərəkətə
keçdi və əski ticarət gəmisi​nin kapitanı olmuş Mahan adlı bir şəxsi donanma yaratma kompa​ni​yasının
rəhbəri təyin etdi. Kapitan Mahan çap etdirdiyi məqalə​lə​ri​nin birində «Qüdrətli bir hərbi donanması
qurulmadıqca Amerikanın Sakit okeandakı müstəmləkələrinin təhlükəsizliyi şübhə altına düşəcək və
Amerikanın bu ərazidə nüfuzu zəifdə​yəcəkdir» fikrini irəli sürmüşdür.
Kapitan Mahanın etdiyi təbliğat öz bəhrəsini verdi. Rokfeller dəniz proqramını senatda təsdiq
olunmasını təmin etmək üçün la​zımi tədbirlər görmüşdü. Senatorlardan biri dəniz proqramının qə​bul
edilməsi təklifini irəli sürmüşdür. O, çıxışında Amerika donan​masını başqa Avropa ölkələrinin


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə