Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

kanallarda görülən tədbir​lə​rin nəticəsiz qaldığını görən Amerika hərəkətə keçdi, yəni bom​bardmançı
təyyarələr xalqa pulemyotlardan atəş açdılar. Ameri​ka​nın bu hərəkəti bütün Latın Amerikası
tərəfindən lənətləndi və “Yən​ki” (amerikalı) şüarı qəzetlərin səhifələrini bəzədi. Latın Ame​rikası
ölkələrinin etirazlarına məhəl qoymayan Amerika bom​bar​dımanlarını davam etdirirdi.
Vaşinqton Nikaraquanı bombalayır, Meksika hökumətinə dal​ba​dal nota verməkdə davam etdiyi bir
vaxtda ingilis ordusunun ad​lı-sanlı hərbçilərindən polkovnik Henry İrvinq Boqotadakı ingilis
səfirliyində Kolumbiyanın çevriliş nəticəsində iqtidara gəlmiş li​der​ləri və nazirləri ilə görüşərək 50
illik yeni bir imtiyaz müqa​vi​lə​sinin bağlanması üçün müzakirərələrə başlamışdı.
Deterdinq polkovnik Henry İrvinqin müraciətini qəbul edərək ona kömək etmək üçün Britaniya
ordusunun pol​kov​niklərindən Yatesi və neft üzrə mütəxəssis olan ser Arnold T.Vil​sonu təcili
Boqotaya göndərdi.
Rokfellerin təzyiqi ilə Nikaraqua əhalisini güllə-baran edən Amerika dövləti «Standard Oyl» ilə
birlikdə çox çətin vəziyyətə düşmüşdür. Deterdinq bundan faydalanaraq Kolumbiyada ikinci imtiyazı
əldə etmək üçün fəaliyyətə başladı.
Polkovnik Henry İrvinq, polkovnik Yates və ser Arnold T.Vilsondan ibarət nümayəndə heyəti
Kolumbiyanın liderlərindən istədikləri imtiyazı əldə edə bilmirdilər. Kolumbiyanın idarəçiləri
İngiltərə ilə Amerika arasındakı mücadilədən öz xeyirlərinə is​ti​fadə etmək istəyir və müzakirələri
uzadırdılar. Deterdinq isə bu vəziy​yət​lə barışa bilmirdi. Boqotalı nazirlər dünyanın ən varlı altı ada​-
mın​dan biri olan alüminium istehsalçısı, əski nazirlərdən An​drev Mellonun böyük hissəsinə sahib
olduğu «Gulf Oyl» şir​kə​ti​nə də imtiyaz vermək istəyirdilər. Uzun çəkişmələrdən sonra ingi​lis​lər buna
razılıq verdilər. «Gulf Oyl» şirkətinə verdikləri bu imti​yazla Boqotalı nazirlər iki nəhəng şirkət
arasındakı mücadilədən istifadə edərək bir müddət öz neftlərinin bir hissəsini işlətməyə na​il olsalar
da nəticə dəyişmədi. Yəni sonda Deterdinqə güzəştə get​di​lər.
Beləliklə, Deterdinq Amerikanın burnunun dibində yeni bir imtiyaz da almağa müvəffəq oldu.
 
 
 


MEKSİKA NEFTİ
 
 
Dünya Birinci Dünya müharibəsi zamanı nəhəng neft şirkətləri olan «Standard Oyl» ilə «Royyal
Datç-Şell Qrup» arasında ge​dən mücadilənin şahidi olmuşdur. Müharibədən qalib çıxan İngil​tərə
birliyini qurduğu gündən bəri ona rəqib olan Almaniyanı məğ​lub etdikdən və Rusiyada çar üsuli-
idarəsini yıxdıqdan son​ra rahat bir nəfəs almışdı.
Dünya müharibəsindən qalib çıxan İngiltərə qüdrət və qüvvə​si​nə dayanaraq dünyanın hər tərəfində
olduğu kimi, Mərkəzi Ame​rikada da neft imtiyazları əldə etməyə qərar vermişdi. Bu qərarı İn​giltərəyə
bir neft imperiyası qazandırmış olan iki adam – Deter​dinq ilə digər ortağı ser Samuel Marküs
Londonda bir araya gələrək vermişdilər. Bu iki şəxs gö​rüş​də hədəfi də təyin etmişdilər: Meksika.
Onlar nəyin bahasına ol​sa da Meksika neftini ələ keçir​məkdə qərarlı idilər.
Rokfeller də Mərkəzi Amerikanın neftinə sahib çıxmaq istə​miş​dirsə də, artıq ingilislər ondan qabaq
buna nail olmuşdular.
Deterdiq ilə Samuel Marküs Meksikada fəaliyyət göstərə bil​mək üçün bir plan qurdular. Deterdinq bu
səfər ortaya çıxmaq is​təmir və pərdə arxasında qalmağı daha münasib hesab edirdi. O, nef​tin ələ
keçirilməsi üçün lazımi təşkilati işləri görəcək, Samuel Marküs də, təşəbbüsü maliyyələşdirəcəkdir.
Deterdinq ilə Samuel Marküs hələ Birinci Dünya müharibəsi zamanı Meksikada yerləşməyi
düşünsələr də, bu xüsusun gerçək​ləş​məsini müharibənin sonuna saxlamışdıdar. Ancaq, onlar gələ​cək
işlərinin asan getməsi üçün burada müəyyən tədbirlər görməyi də unutmamışdılar. Yəni Deterdinqin
adamları Meksikada çalış​ma​ğa başladıqları 1915-ci ildən etibarən burada ordunun nüfuzlu
generallarını ələ almağa çalışmışdıdar. Pul Latın Amerikasında hər şeyə qadir idi.
Deterdinq ilə Samuel Marküs Meksikada «Meksikan Eaq​le» şirkətini qurdular. Onlar bu şirkətin
başına Deterdinqin ən etibarlı adamlarından biri olan və sonralar Kolumbiyanı da ələ keçirə biləcək
Pearsonu gətirdilər. Gələcəkdə lord Cowdry adını alacaq Pearson rüşvət verməkdə, üsyanlar təşkil
etməkdə həqi​qə​tən də ixtisaslaşmış bir insan idi.
Pearson qısa zamanda Mexsikanın paytaxtı Mexiko şəhərində hər təbəqədən olan bir çox insanlarla
dostluq əlaqələri qurdu. Bun​lar arasında dövlət xadimləri, generallar, qəzetçilər və başqa hör​mətli
şəxslər var idi. O, bu insanlardan gələcəkdə istifadə et​mək üçün külli miqdarda pul xərcləmişdir.
«Standard Oyl» da Me​xikoda bir çox adamları pulla ələ almağa çalışırdı. Ancaq, o Me​xikoda
istədiyi münasib adamları tapa bilmirdi. Amerikalılara təh​qir mənasında deyilən “Yanki” şüarı
burada da söylənirdi. Mət​bu​at​da daima amerikalılar əleyhimə məqalələr çap olunurdu. Pe​ar​son bu
mətbuat orqanlarını maddi cəhətdən təmin edərək «Stan​dard Oyl»a qarşı təbliğatı daha da
gücləndirirdi.
Amerika ilə həmsərhəd olan Meksikanın əhalisi daima qon​şuları tərəfdən hücum təhlükəsi xofunu
yaşayırdılar. Bu qorxu həm Meksikanı idarə edənləri, həm də xalqı daima oyaq olmağa məc​bur
edirdi.
Uzunmüddətli çalışmalardan sonra nəhayət Pearson dövlət rəs​miləri ilə gizli olaraq aparılan
müzakirələrdə Meksika neftinin ingilislərin ixtiyarına verilməsi imtiyazını əks etdirən bir müqavilə
bağlamağa nail oldu.
İngilislərin Meksikada neft imtiyazları əldə etdiyindən xəbər tutan Amerika prezidenti Hardinq
Rokfellerin təzyiqi ilə aşağıda​kı məzmunlu bəyanatı verir: «Biz vaxtımızı dünyaya insanlıq dərsi


verməklə keçirərkən İngiltərə dünya iqtisadiyyatının aça​rı və gələcəyin ən güclü təminatı olan nefti
ələ keçirməklə məşğuldur».
Amerika prezidenti Hardinqin bu bəyanatı artıq «Standard Oyl”un mücadiləni uduzmasını göstərdi.
Bundan sonra həm Ame​rika hökü​məti, həm də “Standart Oyl” müəyyən tədbirlər görmək qərarına
gəldilər.
İlk olaraq Amerika hökuməti ingilislərin Meksikada neft im​tiyazlarına qarşı nota verdi. Bunun
arxasınca da Amerikanın Mek​si​ka​dakı səfiri hökumətdən ingilislərə verilən imtiyazların ləğv edil​-
məsi tələbi ilə çıxış etməyə başladı. Amerikalıların təzyiqinə o za​man​kı Meksika hökuməti güclə
dayanırdı. Bu hökumətin əsas da​ya​ğı xalq və mətbuat idi. Amerikanın əleyhinə Mexikoda daima nü​-
ma​yişlər keçirilirdi. Meksika hökuməti Amerika səfirinə bildir​dilər ki, əgər onlar ingilislərə verilən
imtiyazı ləğv etsələr Mexiko​da inqilabi çevriliş baş verə bilər. Səfir Meksika hökımətinin ame​ri​-
kalılara da im​tiyaz verilməsi təklifini razılıqla qarşıladı və təzyiq​ləri dayan​dır​dı. Bundan sonra
Mexikodakı nazirlər rahat nəfəs al​dılar.
Deterdinq isə Meksika hökumətinin bu hərəkətini qəbul et​mə​di. Onun tələbinə görə bu ölkənin nefti ya
tamamilə onun olmalı, ya da bu imtiyazları «Royyal Datç-Şell Qrup»una verə biləcək bir iqtidar
hakimiyyətə gəlincəyə qədər Meksikada inqilablar davam edəcəkdir.
Pearson rəhbərindən aldığı detektiv ilə hərəkətə keçdi. Hə​mi​şə olduğu kimi bu dəfə də Latın
Amerikasının başqa ölkələrində tətbiq olunan metod işə salındı. Yəni ingilis qızılları ilə ələ alınmış
generallar çevriliş edib Meksika hökumətini devirdilər. Haki​miy​yəti əllərinə keçirmiş olan
generalların ilk işi amerikalılara ve​ril​miş neft imtiyazlarını ləğv etmək oldu. Beləliklə, «Royyal
Datç-Şell Qrup»un bir qolu olan «Meksikan Eaqle» təkrar Meksikaya hakim oldu.
Bu hadisə amerikalılara çox baha başa gəldi. Amerika pre​zi​denti də daxil olmaqla siyasətçilər də
şoka düşmüşdülər. Mek​si​ka​da baş verənlər Rokfellerə də güclü təsir etmişdir. O, prezident Har​dinqə
təzyiq edərək Amerikanın hərəkətə keçməsini istə​yir​di. Amerikanın hərəkətə keçməsi isə cənub
qonşusu olan bir döv​ləti donanma və ordu ilə yola gətirməsi deməkdi. Bunun nə​ti​cə​sinin Amerika
üçün o qədər də ürəkaçan olmayacağını bilən pre​zi​dent Hardinq əlacsız qalaraq diplomatik üsullara
əl atmağa üs​tünlük verdi.
«Standard Oyl» şirkətinin məsul şəxslərindən olan Huqhes prezidentin xarici işlər üzrə müşaviri təyin
olunmuşdur. O, Mek​sikanın çevriliş etmiş generallarına hədələyici bəyanatlar verməkdə davam
edirdi. Ancaq, generallar bu hədələrə o qədər də əhəmiyyət vermirdilər. Huqhes bu səfər generalları
müharibə ilə hədələməyə başladı. Onun bu hədələri də nəticəsiz qaldı.
Meksikada baş vermiş hərbi çevriliş baş verdiyi zaman Ame​rika senatorlarından biri belə demişdir:
«İngiltərənin hədəfi gə​ləcəkdə baş verə biləcək müharibədə müvəffəqiyyət ehtimalla​rı​nı neft
sayəsində qazanmaq deyil, bəlkə də eyni zamanda bu müvəffəqiyyət ehtimallarını rəqiblərinin
əllərindən almaqdır. İngiltərə Amerika Birləşmiş Ştatlarının mənbələrini azaltmaq üçün planlı bir
şəkildə hərəkət etməkdədir».
Meksikada baş vermiş hərbi çevriliş ilə əlaqədar söylənən bu sözlər ingilislərin neft siyasəti
haqqında söylənilmiş sözlərin ən dəqiqi idi. İngiltərə həqiqətən gələcəkdə baş verə biləcək bir mü​-
haribəni qaçınılmaz qəbul etmiş və bu müharibədə qalib gəlmək üçün əlindəki bütün vasitələrdən
istifadə etməyi qərara almışdı. Neft bu vasitələrin birincisi idi.
İngilislər gələcəkdə baş verə biləcək bir müharibədə neftə ha​kim olan dövlətin dünyaya da hakim
olacağını bilirdilər və planlı bir şəkildə bu istiqamətdə siyasət yürüdürdülər. Onlar Meksikada hərbi
çevrilişi təşkil etdikləri ana qədər sahib olduqları dünya neft hakimiyyətini qaçırmamaq üçün böyük


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə