Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

əmək sərf etmişdilər. İngi​lis​lər bu çevrilişin baş tutması üçün iki milyard lirə xərcləmişdilər.
İngilislər Meksikada hakimiyyətlərini qurduqdan sonra «Stan​dard Oyl» şirkətinə də az miqdarda
imtiyaz verilməsinə razı oldu​lar. Generallarla «Standard Oyl» şirkəti arasında aparıdan müza​kirələr
müsbət nəticə verdi və «Standard Oyl» Meksikada neft sahələrinə az da olsa girə bildi.
İngilislərin belə hərəkət etmələrinin bir çox səbəbləri mövcud​dur.
Artıq Almaniyada Sevr müqaviləsinin qərarlarına əməl edil​məyərək gizli də olsa silahlanma
hərəkətləri müşahidə edilirdi. 1918-ci ildə darmadağın edilən Avropanın ən böyük dövləti olmuş
Almaniya yenidən canlanırdı. İngilisləri ürküdən də bu idi.
İngilislərin qorxduqları başlarına gəldi, 1933-cü ildə Adolf Hitler Almaniyada iqtidarı ələ keçirdi.
Almaniya artıq Sevr mü​qa​​viləsinin əsiri deyildi. Adolf Hitler açıqca Sevr müqavi​ləsini ta​nı​ma​dığını
hərəkətləri ilə elan edirdi. Almaniya sürətlə silah​la​nırdı və onun ən çox möhtac olduğu şey neft idi.
Bu maddə Alma​niyada yox idi. Adolf Hitlerin yaratdığı mexanikləşdirilmiş ordu üçün neft lazım idi.
Ordular, hava qüvvələri, donanmalar yalnız neft ilə işləyirdilər. Adolf Hitler dərhal hərəkətə keçdi.
Almani​yanın cə​susluq təşkilatını təşkil etmiş polkovnik Nikoloinin agent​ləri müx​təlif adlar və
peşələrin təmsilçiləri olaraq dünyanın neft istehsal olunan ərazilərinə dağıldılar. Artıq neft
mücadiləsi içində Alma​ni​yanı da hesaba qatmaq məcburiyyəti ortaya çıxırdı. Alma​niya agent​ləri
dünyanın digər neft çıxan və istehsal olunan bölgə​lərində olduğu kimi Meksikada da fəaliyyət
göstərirdilər.
Adolf Hitler işlərini mükəmməl bir şəkildə tənzimləmişdi. Ona kommunist təhlükəsinə qarşı iqtidarın
qapısını açan şəxsin neft imperatoru Deterdinq ilə məşhur alman sənayeçisi Thyssen olduğu
söylənilməkdədir. Hətta bu bir rəvayət olmaq mənasını itir​miş və Deterdinqin Adolf Hitlerə İkinci
Dün​ya müharibəsinin da​vam etdiyi və Fransanın məğlub olduğu 1941-ci ilə qədər yar​dım etdiyi və
Almaniyanı maliyyələşdirdiyi artıq məlum bir gerçəkdir.
Adolf Hitlerin əlində Dr.Şaxt adlı sehirbaz bir maliyyəçi var​dı. Dr. Şaxtın əsas işi Almaniyaya neft
tapmaq və neft mənbələri əldə etməkdi.
Dr. Şaxt ən mahir adamlarından biri olan hersoq Adolf Mek​len​burqa dünyanın hər tərəfinə ticarət
münasibətləri qurmaq adıyla səyahət etməsini və əslində isə neft tapmasını tapşırdı.
Neft hər şeyə qadir idi. Hələ Birinci Dünya müharibəsi baş​lamamışdan əvvəl, yəni 1913-cü ildə
ABŞ-ın Londondakı səfiri Pa​qe: «ABŞ ilə Böyük Britaniya arasındakı sıx dostluğun yanında Meksika
neftinin nə dəyəri ola bilər?» deyirdi.
Ancaq, bu səfir açıqca yalan söyləyir və yalanına özü də inanmırdı. Çünki o tarixlərdə ABŞ ilə
İngiltərə arasındakı müna​si​bətlər neft məsələsi üzündən gərginləşmişdi. Amerikanın London​da​kı
səfiri bu sözləri söylədiyi vaxtda Amerika prezidenti Wood​rov Vilson Britaniya səfiri ser Lionle
Carden ilə o zamanlar Mek​sika neftinin 58 faizinə sahib olan Pearson (yeni adı lord Cowdray)
arasındakı sıx işbirliyi onu narahat etdiyini söyləyirdi.
Bu iki məmləkəti idarə edənlər də öz hökumətlərinin xarici siyasətini yürütməkdən çox, böyük
sənayeçilərin, xüsusilə neft istehsalçılarının xarici siyasətlərini yürütməyə maraqlı idilər.
İndi isə eyni qayələrlə hərəkət edən Almaniya da ortaya çıx​mışdır. Dr. Şaxtın rəhbərlik etdiyi
İqtisadiyyat və Maliyyə Nazir​liyi Almaniyanın bütün kəşfiyyat orqanları ilə əlbir işləyirdi. Hersoq
Adolf Meklenburqun Cənubi Amerikadakı mücadiləsi və millətin əksəriyyətinin almanlara
bəslədikləri simpatiya Meksikada qısa zamanda müvəffəqiyyət qazanmalarında birinci dərəcəli rol
oynamışdır.
Alman təhlükəsini zamanında hiss edən ingilislər Meksika pre​zidenti Cardenası nefti milliləşdirməyə


razı saldılar. 1938-ci ildə Cardenas bir qərarnamə ilə Meksika neftini milliləşdirdi.
Qəflətən edilən bu milliləşdirmə «Standard Oyl» şirkətinin rəhbərliyi və Amerikanın xarici siyasət
idarəsinin rəhbəri Hulli tərəfindən etirazla qarşılandı. Ancaq, Meksika prezidenti Carde​nas qərarını
dəyişmədi. Amerika iqtisadi tədbirlər görməyə məc​bur oldu, yəni ilk mərhələdə bundan sonra
Meksikadan gümüş id​xal etməyəcəyini elan etdi.
«Standard Oyl» isə Meksika Ali Məhkəməsinin neftlə əlaqə​dar qəbul edəcəyi qərarları tanıyacağını
rəsmən elan etdi.
Deterdinqin maliyyələşdirdiyi Fransa, Belçika və Hollandiya neft şirkətləri Meksika neftini almaqdan
imtina etdilər.
Heç bir zaman faşist olmamış Cardenas çıxılmaz vəziyyətdə qaldı. O vəziyyətdən çıxmaq üçün
Cənubi Amerika məmləkətləri​nə neft satmaq istədi, ancaq cəhdləri nəticəsiz qaldı.
Almanlar Meksikada neftin milliləşdirilməsindən əvvəl prezi​dent Cardenasa bir neçə ticarət
müqavilələri təklif etmişdilər. Ancaq, onlar bu müqavilələri bağlamağa müvəffəq olmamışdılar. İndi
tam zamanı idi. Bu dəfə təkliflər Meksika tərəfindən razılıqla qarşılandı və tezliklə müqavilələr
bağlandı. Meksika Almaniyadan dəzgahlar, İtaliyadan tanklar və Yaponiyadan isə bəzi mallar ala​raq
qarşılığında neft satmağa başladı.
Dr.Şaxt istəyinə nail olmuş, yəni Almaniyaya qan qədər lazım olan nefti əldə etmişdi. O, dərhal
mütəxəssislərini və ən bacarıqlı agentlərini Meksikaya göndərdi. Təbii ki, bu mütəxəssis agentlər neft
işi ilə məşğul olmaqla bərabər eyni zamanda prezident Car​denasın əleyhinə ola biləcək hərəkətlərin
qarşısını almağa da ça​lışacaqdılar.
Dr.Şaxt neft işini fövqəladə bacarığa malik bir adam olan Helmut Vohltata tapşırmışdı. Bu adam o
qədər də məşhur deyildi. Adı dünya mətbuatında ilk dəfə 1938-ci ildə Dr.Şaxtın Rumıniya neftini ələ
keçirmək üçün etdiyi təşəbbüslərdə və Almaniya ilə Rumıniya arasında bir müqaviləyə imza atıldığı
zaman görünməyə başladı. O bir alman zabiti olaraq Bİrinci Dünya müharibəsində iş​tirak etmiş,
sonradan von Blomberqin rəhbərlik etdiyi Milli Mü​dafiə Nazirliyində çalışmışdır. Uzun illər burada
müəyyən vəzi​fə​ləri yerinə yetirən Helmut Vohltata Maliyyə Nazirliyində də mə​sul işlər tapşırılır.
Bu andan etibarən də o alman neft agentlərinin arasında apa​rıcı yerlərdən birini tutur. O, 1938-ci ildə
Rumıniya ilə Almaniya arasında bağlanan müqaviləyə imza atmamışdan əvvəl bir müddət Bürkeşdə
neft istehsalı ilə məşğul olan bir varlı şəxsin yanında müşavir vəzifəsində çalışmışdır. O neft sahəsinə
aid belə bir mü​kəm​məl biliyi hələ Birinci Dünya müharibəsindən sonra Ameri​kada yaşadığı illərdə
almışdır. Təəssüf ki, neft sahəsi üzrə mütə​xəs​sis olan Helmut Amerikada bu sahədə uğur qazana
bilməmiş və bir müddət hələ Berlində yaşadığı vaxtlar dostluq etdiyi bir yə​hudi bankirindən aldığı
vəsaitlə dolanmışdır. Bir neçə il Ameri​kada yaşayaraq nefti ən incə təfərrüatına qədər tədqiq edən
Hel​mut 1927-ci ildə Almaniyaya qayıdır. O, 1927-1933-cü illərdə bir və ya iki dəfə Mərkəzi
Amerikaya və Meksikaya səyahətlər edir və çoxlu pul qazanır. Səyahətlərinin birində Helmut
Amerikada ya​şayan alman müəllimə ilə evlənir. Almaniyada Adolf Hitler iqti​dara gəldikdən sonra
müdafiə naziri olan von Blomberq dərhal Hel​mut Vohltata məktub yazaraq onu Berlinə dəvət edir.
Məktubu alan Helmut dərhal Berlinə gəlir və Müdafiə Nazirliyi ilə Dr.Şaxtın rəhbərlik etdiyi Maliyyə
Nazirliyi arasında əlaqə quran bir vəzifəyə təyin olunur. Qısa bir müddət sonra alman valyuta
dəyişmə idarəsinin rəhbərliyi ona tapşırılır. Onun buradakı əsas vəzifələrindən biri də xaricdən idxal
edilən xam maddələr üçün ayrılan valyutaya nəzarət etmək idi. Bir müddət sonra ona Almaniyadan
qaçan yəhudilərlə əlaqə qurmaq tapşırıldı.
1938-ci ilin sonunda H.Vohltat Amerikaya getmək istədi, ancaq Amerika hökuməti ona viza vermədiyi


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə