Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

baxımdan təmin etməyi planlaş​dırdı. Deterdinq tərəfindən silah-sursatla, yanacaqla, ərzaqla və pulla
təchiz edilən admiral Kolçak, general Denikin və general Vrangel bolşevik hakimiyyətini devirmək
üçün əks-hücuma keç​dilər. Deterdinq bu üç generalın uğur qazana bilməyəcəyini bilir​di. O, vaxt
qazanaraq əsas hissələrinə sahib olduğu Bakı nef​tini uzun müddət əlində saxlamaq istəyirdi.
Polkovnik Denstervilin komandanlığı altındakı ingilis qoşunu Bakını Deterdinqin arzusuna görə işğal
etmişdi. Deterdinq Bakıda yenə də amerikalılardan çevik tərpənmiş və «Standard Oyl»un burada olan
neft sahələrini də əlinə keçirə bilmişdi. Bakını işlağ edən ingilis hərbçilərinə verilən təlimata görə
şəhərə yox, ən çox neft sahələrinə ciddi nəzarət etmək tapşırılmışdı.
Artıq Birinci Dünya müharibəsi sona çatmış və nəticədə Al​maniya ilə müttəfiqləri Osmanlı və
Avstriya-Macarıstan İmperiya​ları məğlub olmuşdur.
Birinci Dünya müharibəsindən qalib çıxan ingilislər bir tərəf​dən sülh müqaviləsi bağlamağa
hazırlaşarkən digər tərəfdən də beynəlxalq miqyaslı bir neft konfransı keçirməyi planlaşdırırdılar.
İngilislər rusların zəifliyindən istifadə edərək neft məsələsini həll etmək istəyirdilər.
İngilislər bundan başqa qırx ildən bəri dünya neft hakimiyyəti üçün Amerika ilə apardıqları
mücadiləni yenə də davam etdirirdi​lər.
1918-ci il noyabrın 21-də işə başlayan konfransda iştirakçılara verdiyi bir ziyafətdə İngiltərə xarici
işlər naziri lord Kerzon belə demişdir: «Neft və neft məhsulları mühüm şeylərdir. Mübaliğə​siz
söyləmək olar ki, müttəfiqlər zəfərə neft dalğaları üzərində gəldilər».
Bu sözlər açıq bir həqiqətin ifadəsi idi. lord Kerzonun ağzın​dan çıxan bu sözlər neftin həqiqi dəyərini
ortaya qoymuşdu.
Birinci Dünya müharibəsində mexanikləşdirilmiş Fransa ordu​su​nu hərəkətə gətirmək üçün prezident
Klemanso Amerika prezi​denti Vilsondan 100 min ton benzin verilməsini istəyərkən belə demişdir:
«Müttəfiqlər müharibəni məğlub olmaq istəmirlərsə Fran​sa​nın qana olduğu qədər neftə də möhtac
olduğunu bilməlidir​lər».
Prezident Vilson çətinliklə də olsa Fransanı tələb olunan qədər benzinlə təmin etmişdir.
Neftin əhəmiyyəti haqqında Birinci Dünya müharibəsində alman ordularına böyük qələbələr
qazandırmış olan məşhur Hin​denburqun hərbi naziri general Lüdendort müharibədən sonra yazaraq
nəşr etdirdiyi xatirəsində müharibənin taleyinə neftin təsi​rini göstərmişdir. General müttəfiqlərin
qələbəsini malik olduqları geniş neft mənbələri sayəsində əldə etdiklərini israrla bildirirdi.
İngilislər qədər neftin əhəmiyyətini anlayan və dəyərləndirən hər hansı başqa bir dövlət göstərmək
mümkün deyildir və bunun üçün də ingilislər bütün vasitələrdən istifadə edərək bu yağlı maddənin
mütləq hakimi olmaq istəyirdilər.
Birinci Dünya müharibəsindən sonra İngiltərə parlamentinin aşağı palatasında neft məsələsi müzakirə
edilməyə başladı. Deter​dinq aparılan mücadilənin qismən də olsa əhəmiyyəti haqqında aşağı palatanı
məlumatlandırmaq istəyirdi. Bu məqsədlə o, pala​tanın müzakirələrində iştirak etmək və palatanın
üzvlərinə izahat vermək üçün «Royyal Datç-Şell Qrup»un məsul şəxslərini parla​mentə göndərmişdi.
Bunların arasında Eg.Prettymann adlı şəxs xüsusilə fərqlənirdi.
Eq.Prettymann ondan məlumat tələb edən palata üzvlərinə neft haqqında geniş məlumat vermiş və
sözləri arasında bunları söy​lə​mişdi: «Mərkəzi Avropa hökumətləri ilə imza olunan mü​vəqqəti
müqavilənin (Almaniya, Avstriya-Macarıstan və Os​man​lı im​pe​ri​yaları) bütün dünyada istehsal
olunan neftin 50%-ni ingilis​lə​rə vermiş olduğunu və Böyük Britaniyanın bir neft im​periyası halına
gəldiyini təkəbbürlə ərz etmək istə​yi​rəm».
Bəli, bu şəxsin İngiltərə parlamentinin aşağı palatasında ifti​xar​la bildirdiyi kimi Böyük Britaniya


İmperiyası artıq neft impe​ri​ya​sı idi.
Siyasi hadisələr ingilislərin, dolayısı ilə Deterdinqin arzu et​di​yi şəkildə inkişaf etmiş və yeni dünya
xəritəsinin yenidən çəkil​mə​si​nə baxmayaraq Rusiyada davam edən vətəndaş müharibəsi səbə​bin​dən
bəzi şəkillərə düşmüşdür.
İngilislərin və az da olsa amerikalıların kömək etdikləri Deni​kin, Kolçak və Vrangelin orduları Qızıl
Orduya məğlub olmuş​du​lar. Əslində artıq onlar üçün mübarizəni davam etdirilməsinin elə də
əhəmiyyəti qalmamışdır. Çünki, Çar II Nikolay kommunistlər tərəfindən ailəsi ilə birlikdə
güllələnmişdi.
Bu qələbədən sonra dərin bir nəfəs alan kommunist Rusiya vətəndaş müharibəsi zamanı çar
generallarına yardım etdiyinə görə İngiltərə və Amerikanın Moskvadakı nümayəndələrinə sərt bir no​-
ta verdi. Notada ruslar hər iki dövlətdən çar Rusiyasının sərhədlə​ri​ni əhatə edən ərazilərdən rəsmi və
ya qeyri-rəsmi bütün təbəələri​ni və hərbi qüvvələrini dərhal çıxarmağı tələb edilmişdir. Notada həm
də kommunist Rusiyasının əleyhinə mübarizə aparan bütün qüvvələrə yardım etmələrini
dayandırmalıdırlar tələbi də vardır.
İngilislər də, amerikalılar da bu notaya cavab ola​raq Rusiyanın daxili işlərinə qarışmalarını
dayandırdılar və bütün təbəələrini Ru​si​yadan çıxartdılar. Yalnız polkovnik Denstervilin qoşunlarını
Ba​kı​dan çıxarmağı bir müddət təxirə saldılar.
İngilislər sadəcə olaraq Bakıdamı hərbi qüvvə saxlamış​dı​lar? Xeyr. İngilislər müvəqqəti müqavilə
bağlanmamışdan əvvəl Ru​siya​da bolşevik çevrilişi başlar-başlamaz Türküstandakı neft sahə​lərini da
işğal etmişdilər. İngilislər üçün Türküstan bölgəsinin xü​su​si əhəmiyyəti vardır. Onlar bolşeviklərə
qarşı mübarizə edən rus generallarını da buradan hər cür vasitələrlə təchiz etmişdilər.
İngilislər bolşeviklərə qarşı çıxan çar generallarına bu səbəb​dən, yəni neftə sahib olmaq üçün yardım
edirdilər və onlar üçün Türküstan da, Bakı da vaz keçilməz bir bölgə idi. Ancaq, hadisələr
ingilislərin təxmin etdikləri kimi inkişaf etmədi. Bir müddət sonra onlar Türküstanı və Bakını tərk
etməyə məcbur oldular.
İngilislər Rusiyadakı neft bölgələrindən çəkilməklə bərabər bu ərazilər üzərindəki haqlarından vaz
keçə bilmirdilər. Onlar iqtidara gəlmiş bolşeviklərlə Rusiyada qalmış neft haqlarını zəmanət altına
almaq üçün danışıqlara başladılar və rusların da iştirak edəcəkləri beynəlxalq bir konfrans keçirməyi
qərarlaşdırdılar.
İngilislər Bakı və Türküstandan çəkildikləri zaman ingilis şərq​şünası və «Tayms» qəzetinin tanınmış
müxbirlərindən olan Artur More 1922-ci il iyulun 1-də «Tayms» qəzetində aşağıdakı məzmunlu
məqaləni nəşr etdirir: «Atəşkəsdən sonra biz ingilislər bir hissəsi türk və müsəlmanlarla məskun olan
Qafqazı işğal etdik. Bizim oralarda, hətta Xəzər dənizinin yaxınlığındakı məşhur və tarixi Mərv
şəhərində kifayət sayda hərbi qüvvəmiz vardı. Qısa bir zaman sonra bolşeviklərin təzyiqi nəticəsində
oraları tərk etdik. Şübhəsiz ki, biz o ərazilərə Bakıdakı neft ərazilərinə sahib olmaq üçün girmişdik.
Ancaq, mənafe​yi​mizi qorumaq üçün bir müharibəyə hələ hazır deyildik».
Bu məqalədə göstərilənlər ilk baxışda doğru idi. Halbuki, iş neftə dayanınca hər şey dəyişirdi.
İngilislərin bu yola nə üçün üs​tün​lük verdiklərini irəlidə izah edəcəyik. Ancaq, gerçək olan budur ki,
ingilislər neft üçün bir qoruyucu tapmışdılar və «Standard Oyl» şirkətini neft sahələrindən beləcə
uzaqlaşdırmışdılar.
Məsələnin həqiqi tərəfi bu olmaqla bərabər, ingilislərin vəziy​yətini də nəzəri-diqqətə almaq vacibdir.
Onlar müharibədən yenicə çıxdıqları üçün təkrar müharibənin olmasının qəti əleyhinə idilər. İngiltərə
hökuməti də, neft istehsalçıları da bu həqiqəti gözəl bilir​dilər. Birinci Dünya müharibəsinin başa


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə