Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə35/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

çatdığı tarixdən, yəni 1918-ci ildən dörd il keçməsinə baxmayaraq ingilislər Anadoluda yenə neft
istehsalçılarının oyuncağı olan Lloyd Corcun təşviqi və Zaxarovun pulu ilə bir millətin istiqlalını
məhv etmək istəyirdilər. Eyni vaxtlarda ingilislər İraq və Suriyada da fəaliyyətdə idilər. Bü​tün bu qan
qoxan fəaliyyətlərin baş verməsinin əsas səbəbi neft idi.
Elə bu səbəblərdən də ingilislər neft üzündən yeni ixtilafla qarşılaşmamaq üçün Rusiya ilə dil tapmış
və neft məsələsini qan​sız-qadasız həll etmək üçün beynəlxalq miqyaslı bir konfrans keçi​ril​məsini
məqsədəuyğun saymışdılar.
Konfransın dünya ictimaiyyətinə elan edilən zahiri tərəfi siya​sət olsa da, əsl məqsədi yalnız neft idi.
Həm də Bakı nefti.
Bunun həqiqiliyini isbat edən aşağıdakı xəbər diqqəti cəlb edən​dir.
«Rheinicg West faliche Zeitung” qəzetinin Paris xüsusi müxbiri qəzetinə konfransın açılışından altı
gün sonra göndərdiyi bir xəbərində:
«Bu günlərdə Parisdə toplanan bir neçə siyasətçi Genuya konfransının siyasi tarixinin Bakı nefti ilə
yazılacağı və bu kon​fransdakı müzakirələrin də «Royal Datç-Şell Qrup» ilə «Standard Oyl»
şirkətlərinin mücadiləsi ilə nəticələnəcəyi proq​​nozunu vermişdilər» deməklə Genuya konfransını əsl
məq​sə​dini açıqlayırdı. Bu iki şirkət arasında üzün müddətdən bəri davam edən mübarizə Genuya
konfransında da şiddətlə davam etmişdir. Konfransın rəsmən elan edilən məqsədi müharibədən yeni
çıxmış və iqtisadi vəziyyəti bərbad olan Avropa dövlətlərini inkişaf etdirmək göstərilmişdirsə də, əsl
müzakirələr medalyonun tərs tərəfində olan Bakı nefti imtiyazı məsələsi idi. Ancaq, bu xüsus çox
gizli saxlanılırdı.
Həmçinin bu xüsusu təsdiq edən hadisələrdən biri də konfrans davam edən günlərdə Azərbaycan
millətçilərinin konfransı təşkil edən dövlətlərə, xüsusilə də İngiltərənin nümayəndə heyətinə gön​-
dərdikləri etiraz teleqrafları diqqəti cəlb etməkdədir. Bu etiraz teleqrafları İngiltərənin Baş naziri
Lloyd Corc ilə Rusiyanın nü​mayəndə heyətinin rəhbəri olan xarici işlər komissarı Çiçerini çox
əsəbləşdirirdi. Ancaq, əsl narahat olan bolşevik hökumətinin ona verdiyi fövqəladə səlahiyyətlərlə
Londonda Deterdinqin adam​ları ilə neft məsələsini müzakirə edən Rusiyanın İngiltərədəki səfiri
Krasin idi.
Millətçi Azərbaycan türklərinin bu etiraz mesajları və teleqraf​ları ilə tarixi ata-baba yurdlarının
müdafiəsinə qalxmışdılar. Neft bu tarixi torpaqlar üzərində yurdlarını qurmuş Azərbaycan türk​lərinin
istiqlal və hürriyyətini yox edirdi. Əvvəllər uzun müddət Mos​kvanın əsarətində qalmış bu şəhər
Birinci Dünya müharibəsin​dən sonra öz müstəqilliiyni elan etimşdir.
1920-ci il aprelin 28-də bu məmləkət yenidən ruslar tərəfindən işğal edildi.
Cenevrə şəhərində keçirilən bu konfransda Azərbaycan türklə​ri​nin yurdlarının müqəddəratı müzakirə
edilirdi. Ancaq böyük neft şirkətlərini arxalarında gizləyən dövlətlərin apardıqları bu müzaki​rələ​rin
əsas məqsədi Azərilərə istiqlal vermək deyil, onun torpaq​larını bölmək idi.
Genuya şəhərinin küçələrində və mehmanxanalarında İngiltə​rə​nin Baş naziri Lloyd Corcu, fransız
Barthounu, italyan Fekta​nı, alman Wireti, Rusiyanın xarici işlər naziri Çiçerini, Türkiyə Böyük Millət
Məclisinin qurduğu hökumət adından bu konfransda iştirak edən Cəlaləddin Arif bəyi, Gürcüstan
nümayəndəsi Çen​ge​li​ni tez-tez görmək olurdı. Bolşevik üsul-idarəsi qurulmuş Azər​baycanın o
zamankı bolşevik lideri Nəriman Nərimanov da nü​mayəndə olaraq konfransda iştirak edirdi.
Konfrans salonundakı müzakirə masasının ətrafında İngiltərə​nin Baş naziri Lloyd Corcun arxasında
«Royal Datç-Şell Qrup»​un rəhbəri ser Henry Deterdinq və Amerika dövlətinin nümayən​də heyətinin
sədri olan Amerikanın İtaliyadakı səfirinin arxasında isə «Standard Oyl»un ümumi müdiri


A.S.Bedford oturmuşdular.
Genuya konfransı hirsli nümayəndələrin, nefti əllərindən qaçırmamaq üçün qəti təlimat almış
insanların girişdikləri çətin bir mücadilə içərisində keçdi.
Konfransın çətin müzakirələrinə yol açan iclaslarındakı abu-havanın nə səbəbdən olduğunu anlamaq
üçün bir az geriyə nəzər salmaq lazımdır.
Hələ Birinci Dünya müharibəsinin başlamasından əvvəl ingi​lislər Bakı neftinin çox hissəsinə sahib
olmuşdular. «Royal Datç-Şell Qrup»un rəhbəri ser Henry Deterdinqin doymaq bilməyən iştahası əlini
Bakı neftinə uzatmasına da səbəb oldu. O, bu iş üçün Avropanın bir neçə ölkəsinin bank sisteminə
nəzarət edən Rotşildi hərəkətə gətirdi. Rotşild tezliklə Bakı neftinin mühüm hissəsini satın aldı.
Halbuki bu hissə əslində Deterdinqin idi. Buna bax​mayaraq Rotşild 1912-ci ilə qədər Bakı neftindəki
hissələrini əlin​də saxladı və sonra «Royal Datç-Şell Qrup» şirkətinin adına ke​çir​di. Əslində
Deterdinq bu hissə sənədlərini alsa da Rotşildi yenə də özünün ortağı hüququnda saxlamışdır.
Beləliklə Bakı neftinin bir hissəsinə sahib olan Deterdinq sonra rus şirkətlərindən Konin​lij​kenə
məxsus payı da əlinə keçirdi.
Birinci Dünya müharibəsindən sonra polkovnik Denstervilin qoşunu Bakını işğal etdiyi vaxt
bolşeviklərdən ürkmüş olan neft sənayeçiləri əllərindəki hissələri dəyər-dəyməzinə Deterdinqin
adam​larına satmağa başladılar. Tezliklə Bakıda Mantaşevin və Li​ya​nosovun şirkətlərinə məxsus
hissələri əlinə keçirən Deter​dinq sadəcə olaraq «Şell» şirkətinin imkanlarından istifadə edərək
Şimali Qafqazdakı Nikopol-Morinpol neft ərazilərini də satın aldı. Beləliklə, Qafqaz neftinin 90%-i
Deterdinqin əlinə keçdi. Bütün bunlardan sonra Deterdinq neftin Batuma çatdırılması istiqamə​tin​də
fəaliyyətə başladı. Onun fikrinə görə neft çıxarılan ərazilərdə Pipe-Line təsisatı qurulacaq və onun
vasitəsilə neft Pipe-Line xətti ilə Batuma çatdırılacaqdır.
Deterdinqin çox gizli şəkildə gördüyü işlərdən «Standart Oyl» şirkəti çox gec xəbər tutdu və onun
əksinə heç bir şey edə bilmədi. Ancaq, Rokfeller hələ nəyəsə ümid etdiyindən Amerika prezidenti
Hardinqi sıxışdırırdı. O, Rusiya və İngiltərə tərəfindən Amerikaya Azərbaycanı tanıması təklifini
qəbul etməməsini Har​dinqdən tələb edirdi. Bir müddət sonra Amerika prezidenti Har​din​qin əmri ilə
Rusiyada bolşeviklərə qarşı mübarizə aparan gene​ral Denikinin yanındakı nümayəndə admiral
M.Cally cənab​ları general Denikinə təqdim etdiyi bir memorandumla Amerika höku​mətinin Qafqazda
yeni qurulmuş Azərbaycan dövlətini tanımadığı​nı qəti şəkildə bildirdi. Ancaq, «Standard Oyl»un
israrı ilə veril​miş bu memorandumun hadisələrə təsiri çox zəif idi. Çünki, bun​dan əvvəl fürsəti əldən
verməyən Lloyd Corcun israrı ilə müttəfiq dövlətlər Azərbaycan və Gürcüstanın müstəqilliklərini
tanımışdı​lar.
İngilis diplomatları və Deterdinq vəziyyətdən istifadə edərək Rusiyanın daxilində münaqişələr və
qırğınlar törədərkən neftə sa​hib Azərbaycan dövlətinin istiqlalını müttəfiq dövlətlərə tanıtdı​rır,
Gürcüstanı isə Rusiya ilə Azərbaycan arasında bir bufer dövlət olaraq inkişaf etdirirdilər.
Deterdinq nefti müharibəsiz sülh yolu ilə almaq istəyirdi. Bu​nun əksinə olaraq «Standard Oyl”
şikrətinin təzyiqi altında olan Amerika prezidenti Hardinq isə nə Azərbaycan, nə də Gürcüstanı qəbul
edir və ingilislərin əlinə keçən neft üzündən rus zülmündən qurtulmaq və müstəqil bir dövlət olmaq
istəyən bu iki məzlum millətin istiqlal arzusunu boğurdu.
Bakı nefti ətrafında gənc Azərbaycanın istiqlalı bahasına «Stan​dard Oyl» ilə «Royyal Datç-Şell
Qrup» arasında mücadilə davam edərkən, Geniya konfransının açılışından iki gün sonra Amerika
nümayəndə heyəti adından «Standard Oyl»un ümumi müdiri A.S.Bedford 1922-ci il aprelin 12-də
«Nyu-York Herald Tribun» qəzetində nəşr etdirdiyi bir raportda «Standard Oyl» ilə Nobel qardaşları


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə