Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

arasında bəzi ticarət yönlü danışıqlar aparıl​dı​ğı​nı və gələcəkdə müqavilə bağlanacağını bildirir.
Onun bu məlu​mat​​ları amerikalıların da boş durmadığını göstərir. Onlar Bakı nef​tin​dən 1920-ci ildə
aldıqları hissələrlə mübarizələrini davam etdir​mək​də qərarlı idilər. Raportda göstərilirdi ki, Nobel
qardaşlarının əllərində olan aksiyaların 51%-i «Standard Oyl» şirkətinə aiddir.
A.S.Bedford «Nyu York Herald Tribun» qəzetində bu ra​portu nəşr etdirdiyi tarixdə «Tayms» qəzetinə
verdiyi bəyanatda «Royal Datç-Şell Qrup»u kəskin tənqid edirdi. Bu bəyanat əs​lində bir müharibə
elanı idi. Bedford Amerika hökumətinin sovet Rusiyası ilə hər hansı bir hökumət və şirkətin
bağlayacaqları mü​qa​vilələri tanımayacağını elan etdi.
Artıq vəziyyət o dərəcəyə gəlib çatmışdır ki, Bedford Ameri​ka hökuməti adından bəyanat verirdi. Axı
o, Amerika dövlətində və hökumətində heç bir rəsmi vəzifə tutmurdu. Bunlardan belə nə​ticə
çıxartmaq olurdu ki, artıq «Standard Oyl» Amerikanın həm si​yasi, həm də iqtisadi siyasətinə nəzarət
edirdi. Bu hadisə neftin döv​lətlərin siyasətindəki təsirlərini açıq bir şəkildə göstərməkdə idi.
A.S.Bedfordun 1922-ci il aprelin 1-də verdiyi bu iki bəyanat Genuya konfransında iştirak edən
nümayəndələr tərəfindən əks reaksiya ilə qarşılandı. A.S.Bedfordun bu iki bəyanatı yeni yaran​mış
Gürcüstan və Azərbaycan dövlətlərinin istiqlallarını itirmələri​nin ilk xəbərçisi idi.
Qarşıya belə bir sual çıxır: «Standard Oyl» bu güc və qüd​rə​ti haradan alırdı? Bu sualın cavabı çox
sadə idi. «Standard Oyl» gücü və qüdrəti birbaşa Amerika prezidentidən alırdı. Amerika siyasətini
əlində tutan və ona istədiyi istiqaməti verən prezident Hardinq Rokfellerin adamı idi. Hardinqin ən
yaxın dostu olan Huqhs isə onun xarici işlər üzrə müşaviri vəzifəsini tuturdu. Huqhs bu vəzifəyə təyin
olunmamışdan əvvəl «Standard Oyl»un İdarə Heyətinin üzvü və eyni zamanda rəhbərlərindən biri idi.
Bax, elə bu şəxs sayəsində «Standard Oyl” Amerika dövlətinin xarici siyasətinin iplərini əldə tutur və
bütün qüdrətini bundan alırdı.
Genuya konfransının getdiyi dövrdə A.S.Bedfordun bütün əndişəsini Henry Deterdinq ilə bolşeviklər
arasında bağlana bilə​cək müqavilə təşkil edirdi. Artıq Londonda Deterdinq ilə Rusiya​nın
İngiltərədəki səfiri Krasin arasında Bakı neftinə dair danışıqlar başlamış və polkovnik Boyle Bakıya
göndərilmişdi. Bakı nefti möv​zusunda «Royyal Datç-Şell Qrup» şirkətinin mənfəətlərini ingilis
hökumətinin necə qoruduğunu aşağıdakı telerqafın məzmu​nun​dan da görmək olar:
 
«İngiltərə Xarici İşlər Nazirliyi. Oktyabr 1921
Mr.Krasinə
 
Əfəndim
Polkovnik J.W.Boyleun Marki Qerzun Dukedlstona ver​diyi məlumata görə «Royyal Datç-Şell Qrup»
şirkəti Cənubi Rusiya və Qafqazda özlərinə aid ərazilərdə neft istehsal etmək üçün sovet
hökumətindən imtiyaz tələb etmək niyyə​tin​də​dir​lər.
Polkovnik J.W.Boyle tərəfindən bu xüsusda sizə etdiyim mü​raciətlərin kral həzrətləri hökumətinin
himayəsi ilə edil​di​yi​ni diqqətinizə çatdırıram. Kral həzrətləri bu müzakirələrin tez​liklə yaxşı nəticə
verəcəyini ümid edir. Esmoud Ovey».
Bolşevik Rusiyasının Londondakı səfiri Krasin 1922-ci il aprelin 11-də «İnformation» qəzetinə
verdiyi bir müsahibəsində sovet hökumətinin böyük dövlətlərə Bakının neft ərazisindən 3000
hektarlıq bir neft imtiyazını verməyə hazır olduğunu bildirir. Hal​buki, konfransda müzakirə edilməkdə
olan və müttəfiqlər adından Lloyd Corc və Fransanın xarici işlər naziri Bartlio (1934-cü ildə
Marseldə Yuqoslaviya kralı ilə birlikdə bir sui-qəsd nəticəsində öldürülmüşdür) tərəfindən çar


Rusiyasının borcları və İngiltərə, Fransa və digər ölkələrin Rusiyada qalmış əmlaklarının əvəzinə 99
illik bir imtiyaz təklif etdilər. Buna cavab olaraq sovet hökumə​ti​nin nümayəndə heyətinin üzvlərindən
biri olan Litvinov bol​şe​vik​lərin ​heç bir zaman bu yerlərin əski sahiblərinə qaytarılmayacağına dair
verdiyi bəyanat Genuya konfransında bomba kimi partladı.
Hər iki sovet rəsmisinin verdiyi bəyanatlar diqqəti çox cəlb edəndir.
Rusiya bu siyasət yolu ilə «nə qopardılsa qənimətdir» dustu​runa sadiq qalaraq müəyyən mənfəətlər
əldə etmək istəyirdi. Lit​vinov sovet hökumətinin səlahiyyətli bir adamı olan Krasinin fi​kir​lərinin
əksinə bəyanat verərkən hansı təsirlərə məruz qalmış​dır?
Sovet hökumətinin iki məsul və səlahiyyətli şəxsinin bir-birini in​kar edən bəyanatlarından aşağıdakı
nəticəni çıxartmaq olar: Rus​lar Amerika ilə İngiltərə arasındakı rəqabətdən məharətlə istifadə etməyə
çalışırdılar. Lloyd Corc ruslar tərəfindən rədd cavabı al​dıq​dan sonra sovet hökumətinə ya 99 illik
imtiyazım qəbul etməli, ya da 2 milyard 600 milyon sferlinq miqdarında olan təzminatı ödəməlidirlər
təklifini irəli sürdü. Litvinov Lloyd Corcun təkli​finə yeni bir təkliflə cavab verdi: «İngiltərə Rusiyanı
bir neçə və​zifəni yerinə yetirməyə və dolayısilə Bakı neftinin müəyyən hissəsinin imtiyazlarını
ingilislərə verməyi tələb edirlər.
İngiltərə hökumətinin yeni təkliflərini qəbul etmək qeyri-mümkündür. Ancaq, bunu da söyləmək
istəyirəm ki, İngil​tə​rənin bolşeviklərin iqtidarı ələ keçirmək üçün apardıqları mü​barizə zamanı
Rusiyanın daxili işlərinə qarışması heç vaxt diq​qətdən kənarda qalmayacaqır. İngilislər çar
generallarını silah​lan​dıraraq bolşeviklərə qarşı mübarizəyə təşviq etdikl​ə​rindən sovet hökuməti baş
vermiş vətəndaş muharibəsində beş milyard sterlinq pul itirmişdir. İngilislərin təklif etdikləri təz​mi​-
natın qarşılığı olaraq biz də bu itirdiyimiz maddi vəsaiti onlardan tələb edirik.”
Litvinovun konfransa təqdim etdiyi bu təklif ingilisləri, xüsu​silə də baş nazir Lloyd Corcu şoka saldı.
Konfransın getdiyi müddətdə rus və ingilis nümayəndə heyət​lə​rinin bir-birilərini ağır ittiham
etmələrinin arxasında «Standard Oyl» şirkətinin fəaliyyətini ehtimal etmək olar. Çünki, konfransın
getdiyi günlərdə Litvinovun istər oteldə, istərsə də restoranlarda daima amerikalı qadınlarla bir
yerdə olduğu məlumdur. Buradan da belə bir nəticə çıxarmaq olar ki, ingilislərə qarşı Litvinovun irəli
sürdüyü təkliflərdə amerikalıların təsiri olmuşdur.
Litvinovun bu zəif tərəfi mətbuatın diqqətindən yayınmamış və bu sairədə lətifələr və zarafatlar da
yayılmışdır.
Rusların təklifləri qarşısında çətin vəziyyətə düşən ingilislər hər neçə olursa-olsun müzakirələrin
istiqamətini öz xeyirlərinə çe​virmək üçün Fransa, Belçika və İtaliyanın nümayəndə heyətləri​nin
gücündən də istifadə etməyə çalışırdılar. Ancaq elə bir hadisə baş verdi ki, bu dövlətlərin
nümayəndələri İngiltərəni dəstəkləmək üçün xeyli fikirləşməli oldular. Bu Almaniya ilə bolşevik
Rusiyası arasında Rapalloda bağlanmış bir müqavilə idi. Lloyd Corc ilə müttəfiqləri bu müqaviləni
rədd edən bir aktı imzalamalarına bax​ma​yaraq Fransa və Belçika nümayəndələri öz aralarında iclas
keçirərək Genuya konfransında heç bir müsbət nəticə əldə olun​ma​yacağı qənaətinə gəldilər.
İstər Belçika, istərsə də Fransa bu müştərək görüşdən sonra Genuya konfransını tənqid etməyə
başladılar. Onların bu hərə​kət​lə​ri səbəbsiz deyildir. Bu hər iki dövlətin də öz siyasətləri vardır və
müharibədən zərər çəkmiş iqtisadiyyatlarını bərpa etmək üçün kon​fransdan istifadə etmək istəyirdilər.
ABŞ konfransda iştirak edən dövlətlərin bir çoxuna kredit vermiş olduğundan bundan bəhrələnmək
qərarına gəldi. «Stan​dard Oyl» isə hədəfi konfrans boyunca İngiltərəni dəs​tək​lə​yən Fransanı və
Belçikanı bitərəfləşdirmək istəyirdi. Bu iki ölkə ABŞ-dan dağılmış iqtisadiyyatlarını bərpa etmək
üçün kredit almışdılar. Fransa və Belçika İngiltərəni müdafiə etməkdən vaz keçsələr də, Amerikanın


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə