Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

sonra əldə etmişdilər. Bu səbəbdən də fransızlarla belçikalılar qurulacaq Konsorsiumda iştirak edə
bilməyəcəkdilər.
Bu memorandumun elanı Bakı neftində haqları olduğunu iddia edən dövlətlərdə böyük əks-səda
doğurdu. Fransa prezidenti müs​yo Puankare Genuyadakı nümayəndə heyətinə göndərdiyi tele​qraf​da
memoranduma imza atmamasını və fransız təbəələrinin Ru​siyada malik olduqları hüququn onlara
qaytarılmasını tələb et​məsini bildirdi.
İngilislər bunları nəzərə almamışdılar. Onlar memorandumu vaxt itirmədən və etiraza məhəl
qoymadan müttəfiqlərinə qəbul və imza etdirə biləcəklərini fikirləşirdilər. Halbuki, heç bir dövlət
Azərbaycan neftində malik olduqları haqlarından vaz keçmək niyyətində deyildi.
Bu dövlətlərin əksəriyyətinin arxasında isə Amerika dövləti dururdu. Amerika dövlətinin siyasətini
yürüdənlərin arxasında isə «Standard Oyl» neft şirkəti vardı.
Genuya konfransında hazırlanan memorandumun Amerikadakı əks-sədası Fransadakından da,
Belçikadakından da daha təsirli oldu. Amerika prezidenti Hardinq başda olmaqla bütün dövlət və
hökumət rəsmiləri hərəkətə keçdi. Prezidentin xarici məsələlər üzrə müşaviri Huqhs dövlət adından
aşağıdakıları bildirdi:
«Amerika təbəələrinin haq və hüquqlarını Avropada və başqa yerlərdə qorumağı özünün əsas
vəzifələrindən sayır. Nə​yin bahasına olursa olsun onların mənafelərini himayə edəcək​dir. Amerika
hamıya açıq qapı prinsipini diqqət mərkəzində saxlamayan və hər kəsə bərabər hüquq verməyən, istər
milli, istər beynəlxalq olsun hər hansı bir planın tətbiqinə əsla razı olmayacaqdır».
Amerika və vətənlaşlarının haq və hüquqlarını dünyanın ha​rasında olursa olsun müdafiə edəcək və
buna əks heç bir prinsipi əsla qəbul etməyəcəyini açıqca elan etdi. Amerikanın belə bir hə​rəkəti,
Genuya konfransının gedişinə ciddi təsir etdi. Artıq kon​fransda ab-hava dəyişdiyindən iştirak edən
nüma​yəndələrin əksə​riy​yəti İngiltərənin və Rusiyanın əleyhinə çıxış edirdilər.
Genuya konfransında bu hadisə Lloyd Corca endirilən birinci zərbə deyildi. O, konfransın davam
etdiyi tarixlərdə Orta Şərqdə, yəni İraqda neft imtiyazları əldə etmək üçün Vasil Zaxarovun
rəhbərliyində yunan qoşununu Türkiyəyə hücum etməyə təhrik edən zaman da uğur qazanmamışdı.
Türk millətinin ona verdiyi bu dərsin son səhifəsi Genuya konfransının öz işini başa çatdırmasından
dörd ay sonra qapanacaq və Lloyd Corcun siyasi karyerası sona çatacaqdır.
Amerika hökumtəinin adından rəsmi olaraq nəşr edilən bu bəyanatdan sonra Londonda aşağı palatada
Lloyd Corcun əley​hinə çıxışların sayı çoxalmışdı. Ancaq, Lloyd Corc bu vəziyyət​dən Deterdinqin və
Entelijans Servis sayəsində xilas ola bildi.
Amerika hökumətinin qəbul etdiyi sərt qərar özünü göstərdi. Bu qərarın elanından qısa bir müddət
sonra ruslar Bakı neftini milliləşdirdiklərini elan etdilər. Beləliklə Avropa dövlətləri kimi şəxsən
Amerika da bu neftdən məhrum qaldı.
Amerikanın sərt reaksiyası nəticəsində İngiltərə çox şeylər itirmiş və Genuya konfransında məğlub
olmuşdur. Amerika da o vəziyyətdə idi. Bu konfransdan yalnız Rusiya qalib çıxmışdır. Ancaq,
gələcəkdə baş verən hadisələr Deterdinqin rəhbərlik etdiyi «Royyal Datç-Şell Qrup» şirkətinin
məğlubiyyəti o qədər də asan qəbul etmədiyini göstərəcəkdi.
Deterdinq Genuya konfransının başa çatmasından sonra amerikalıların ona Genuyada vurduğu
zərbənin intiqamını almaq üçün neft mücadiləsinin əsas mərkəzini şəxsən ABŞ-a keçirdi. O,
«Standard Oyl»un Bakı nefti məsələsində ona qarşı oynadığı oyunun əvəzini artıqlaması ilə ödəməyə
qərar vermişdi. Bu səbəb​dən də bütün gücü ilə Amerikanın daxili bazarlarında “Standard Oyl”un
inhisarını yox etmək üçün müəyyən tədbirlər gördü. Bu işdə Entellijans Servis və ingilis diplomatları


da ona yaxından kömək etməyə başladılar. Strateji məqsədləri «Standard Oyl»un köməyi sayəsində
Amerika prezidenti olmuş Hardinq ilə «Stan​dard Oyl» şirkətinin arasını vurmaq və bir-birindən
ayırmaq idi. Bir il gərgin çalışmalarıdan sonra onlar istədiklərinə nail oldular. Yəni, Hardinq artıq
«Standard Oyl»un tapşırıqlarını ye​rinə yetirməkdən boyun qaçırmağa çalışır və onlardan uzaqlaşırdı.
Onun belə bir dönüş etməsi müəmmalı ölümü ilə nəticələnir. Pre​zidentin həyat yoldaşı onun
«Standard Oyl» şirkəti tərəfindən öldürüldüyünü iddia edir.
Genuya konfransından sonra Deterdinq vaxt itirmədən fran​sız​lar və belçikalılarla müzakirələrə
başladı. Bu uzun sürən müza​kirələr fransızların və belçikalıların güzəştə getmək istəmə​dik​lə​rin​dən
nəticəsiz başa çatdı. Fransa və Belçika Deterdinq tərəfindən edilən yeni təklifləri də cavabsız
qoydular. Bu iki dövlət onlara yeni bir konfransın toplanması təklifinə uzun müddət rədd cavabı
versələr də sonradan «bəli» demək məcburiyyətində qaldı​lar. Deterdinq bu iki dövlətin razılığını
alarkən Avropada çox güclü nüfuzu olan Rotşildin köməyindən istifadə etmişdir.
Neft kralı Deterdinqin bu planından xəbərdar olan Lloyd Corc dərhal fəaliyyətə başladı və Haaqada
keçirilməsi nəzərdə tu​tulan konfransda iştirak edəcək dövlətlərlə əlaqə yaratmağa çalışdı. İn​gi​lislər
nəyin bahasına olursa-olsun bolşeviklər güclənmədən Ba​​kı neftindən imtiyaz əldə etməyi qarşılarına
məqsəd qoymuş​du​lar.
Lloyd Corc bu konfransda Versal sülh müqaviləsini imzala​mış dövlətləri dəvət etməyi nəzərdə
tutmuşdu. Bu dövlətlər arasın​da məğlub olmasına baxmayaraq Almaniya da var idi. Rusiyanın
bolşevik rejiminin rəhbərləri də konfransda dəvət ediləcəkdir. İn​gilis diplomatlarının apardıqları
təbliğatın məqsədi Rusiyanın yeni bol​şevik rejimini Avropa dövlətlərinə tanıtmaq idi. Onların fəaliy​-
yətləri nəticəsiz qalmadı, yəni Avropa dövlətlərinin bir çoxu Rusi​yanı tanımağı qərara almışdılar. Bu
andan etibarən ingilislər rus​larla əlaqə quraraq bir neçə təklif irəli sürməyə çalışdılar. Ruslar
ingilislərin təfliklərini müsbət qarşılamaqla bərabər onların məq​sədlərini bilmək istədilər.
İngilislər təkliflərini açıq bildirdilər: Rusiyanın xeyrinə apar​dıq​ları təbliğatların və fəaliyyətlərin
qarşılığı olaraq Bakı neftindən imtiyaz əldə etmək. Lloyd Corc bu zaman belə demişdir: «İngil​tərə rus
bolşevik rejiminin Avropada tanınmasına çalışacaq. Bunun əvəzində isə bolşeviklər Bakı neftindən
istifadə etmək üçün onlara imtiyaz verməlidir».
Rotşildin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan Haaqa kon​fransının 1922-ci il iyunun15-də
açılması qərara alındı.
Konfransın keçirilsməsi ərəfəsində Genuya konfransı zamanı qurulmuş olan Fransa-Belçika neft
kartelinin nümayəndələri də Haaqaya gəldilər. Onlar şəhərə qədəm qoyan kimi mətbuat kon​fran​sı
keçirərək konfransda rəsmi olaraq iştirak edəcəklərini bildir​dilər.
1922-ci il iyunun 15-də öz işinə başlayan konfransda Sevr sülh müqaviləsini imzalamış dövlətlərin
hamısı iştirak edirdi. Konfrans ilk günlərdə sakitliklə keçirdi. Ancaq, mülklərinin qayta​rıl​ması mü​-
zakirə olunmağa başlayanda Haaqa şəhərinə gələcəkdə Rusiya​nın xarici işlər naziri olacaq Maksim
Maksimoviç Lit​vi​nov gəldi. İyunun 22-də Haaqaya gələn M.M.Litvinovun çan​ta​sında kon​fran​sa
təqdim edilmək üçün bir neçə təklif olduğu aydın oldu. Neft Haaqada qəti bir bazarlıq mövzusu
olmuşdur. Yeni qu​rul​muş bol​şevik rus dövləti maliyyə baxımından çətin vəziyyətdə idi. Litvi​no​vun
çantasında bolşevik Rusiyasını maliyyə böhranın​dan çıxart​maq üçün Haaqa konfransında iştirak edən
dövlətlərin nümayəndə​ləri​nə təqdim ediləcək təkliflər vardır.
Bu təklifdə Qərb dövlətlərinin, xüsusilə də İngiltərənin Rusi​ya​ya ediləcək maliyyə yardımlarının
əvəzinə Bakı neftindən imti​yaz veriləcəyi öz əksini tapmışdı.
Ancaq, Bakının neft sahələrində haqları olan bütün mülk sa​hib​lərinə imtiyazların verilməsi


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə