Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

Avropa bazarlarını onlara güzəştə getdiyinə görə nail ola bilmişdilər. Deterdinq «Standard Oyl»un
həm Genuya, həm də Haaqa konfransında «Royyal Datç-Şell Qrup» şirkətinin planlarını pozduğuna
görə Bakı neftinin Avropa bazarlarında qazancla satılmasına şərait yaratmışdır. Bu da Rokfellerin
milyonlarla dollar pul itirməsi demək idi. Deterdinq Rokfellerdən intiqamını bu yolla aldı.
İngilislərin Bakı neftini satmaları 1926-cı ilə qədər davam etdi.
Ruslar bu tarixdən etibarən Deterdinqə verdikləri hissəni ödə​məyəcəklərini bildirdilər. Artıq ruslar
Polşadan və ya baş verəcək hər hansı bir beynəlxalq miqyaslı hadisədən qorxmurdu. Rusiya az da
olsa güclənmiş və onu çox ciddi şəkildə narahat edən vətəndaş müharibəsindən çıxa bilmişdir. Yəni
rejim Rusiyada həyata keçir​diyi qorxulu bir terror ilə xalqın üsyan qaldıra bilməsi ehtimalını da sıfra
endirmişdir.
Rusların qərarı Deterdinq üçün çox gözlənilməz oldu. «Stan​dard Oyl» da Rusiyanı bu mücadilədə
dəstəkləyirdi. Ruslar daim çəkindikləri Deterdinqə qarşı bir müttəfiq tapmışdılar. Bu müt​tə​fiq
Rokfeller idi.
Deterdinq rusların bu qərarından sonra hərəkətə keçdi. «Roy​yal Datç-Şell Qrup»un dünyanın hər
tərəfindəki cəsusları və mü​təxəssisləri bu mücadilə üçün səfərbər edildi. 1926-1927-ci illərdə bu
şirkətin əlində olan və dünyanın dörd bir tərəfində fəaliyyət göstərən yüzlərlə mətbuat orqanları və
maliyyə qurumları sovetlər əleyhinə amansız bir mübarizəyə başladılar. Ruslar belə əks təhsir​ləri
gözləmədiklərindən çıxılmaz vəziyyətə düşdülər. Onlar 1927-ci ilin aprel ayına qədər davam edən bu
mücadilədə çox şeylər itirdilər.
Onların mübarizəyə qərarlı olduqları və dünya ictimai fikrinin onun əleyhinə döndüyü, beynəlxalq
siyasətdə etibarlarının sıfra endiyi 1927-ci ilin aprelində gözlənilmədən bir möcüzə baş verdi. Bu
möcüzə ruzların əleyhinə mətbuatda gedən 15 aylıq bir təb​liğatın Deterdinqin işarəsi ilə qəflətən
dayandırılması idi. Artıq dünya neft imperatoru Detertinq mücadiləni dayandırmış və ruslar rahat
nəfəs almışdılar.
Qarşıya belə bir sual çıxır: Deterdinq ruslara qarşı həyata ke​çirdiyi kampaniyanı nə üçün
dayandırmışdı? Bu kampa​ni​yanın bir​dən birə dayandırılmasının səbəbləri o qədər də bəsit de​yildir.
Bunun altından «Standard Oyl» şirkətinə vurulacaq zər​bənin işarələri görünürdü. Bundan sonra
Detertinq Mosul məs​ələ​sini də həll etmiş, yəni Mosulu minbir hiylə ilə Türkiyənin əlindən qopa​ra​raq
İraqa vermişdi. İraqda İngiltərənin böyük mənfəətləri vardı. Deterdinqi ruslara qarşı açdığı
kampaniyanı dayandırmağa sövq edən səbəblərdən birisi İraq nefti idi. Deterdinq 1927-ci ildə yeni
qurulmuş İraq dövləti ilə 75 illik bir imtiyaz müqaviləsi bağlayır.
Artıq Deterdinq Bakının neft sahələrində itirdiyi imtiyazdan daha təminatlısını və dəyərlisini İraqda
əldə etmişdi. İngiltərəni, daha doğrusu Deterdinqi ruslara qarşı açdığı kampaniyanı dayan​dır​ma​ğa
sövq edən səbəblərin əsasında şübhəsiz ki, Mosul nefti ilə Ərəbistan yarımadasının hər tərəfində
tapılmış neft idi. İngiltərə bu nefti tamamilə öz əlinə keçirmək niyyətində idi.
İkinci səbəb isə daha maraqlıdır. Deterdinq rusları ona qarşı «Standard Oyl» şirkəti ilə bir ittifaqa və
müştərək bir hərəkətə sövq etmək istəyirdi. Mücadiləni də bunun üçün dayandırırdı. Mücadilənin
dayandırmasının müvəqqəti olmasını bir neçə aydan sonra ruslar da, «Standard Oyl» şirkəti də
anlayacaqdı. «Royyal Datç-Şell Qrup»un ruslara qarşı apardığı kampaniyanı dayandır​masından dörd
ay keçmişdi. Bu zaman «Standard Oyl» ilə Neft Sendikatı arasında 1927-ci il aprelin 22-də bir
müqavilə bağlandı. Bu müqavilə 5 illik idi. Müqaviləyə görə ruslar ildə «Standard Oyl»a 100 min
ton neft satmalı idi. Maraqlı bir cəhət o idi ki, rus​lar satacaqları nefti öz gəmiləri ilə İstanbul,
Portsəid və Kolombo limanlarına çatdıraraq orada amerikalılara təhvil verəcəkdilər. Bir müddət


sonra ruslar mallarının ilk partiyasını İstanbul limanına çatdırdılar. Elə bu andan etibarən də
Deterdinq mübarizəsini yeni​dən davam etdirməyə başladı. Onun nəzarəti altında olan qəzetlər
«Standard Oyl» əleyhinə qarşı kampaniyasını yenidən canlandır​dı. Kampaniyanın əsas məzmununu
aşağıdakılar təşkil edirdi: «So​vetlərin satdıqları neft avropalılardan qəsb edilmiş Bakı neft
sahələrindən əldə edilməkdədir. Qeyri-qanuni olaraq qəsb edil​miş Bakı neftini istehsal etmək və
bazara çatdırmaq, baş​qasına aid mala sahib çıxmaq deməkdir. Ona görə də bir baş​qa​sının malını
icazəsi olmadan almaq oğurluqdur».
Deterdinq Bakı nefti məsələsini əsaslı bir nöqtədən ələ al​mış​dı, yəni Rusiya oğru və «Standard Oyl»
şirkəti isə oğurluq malı alıb-satan bir şirkət hesab edilmişdir.
Bakıda hissələri və imtiyazları olan Avropanın böyük iş adam​ları da bu kampaniyaya qoşuldular və
beynəlxalq miqyaslı bir hü​cum başladı. Bu ağır hücum qarşısında «Standard Oyl» çətin və​ziyyətdə
qaldı. Çünki Bakının neft sahələri üzərində mülkiyyət im​ti​yazları olan bütün şəxslər və şirkətlər
Amerika əleyhinə başlamış bu kampaniyada birləşmişdilər.
Vaşinqtona ardı-arası kəsilmədən etiraz notaları və teleqraflar göndərilməyə başladı. Bu şəxs və
şirkətlər bütün Avropa və dünya bazarlarında Amerikaya qarşı birləşdilər. Bu səbəblərdən də həm
«Standard Oyl», həm də digər Amerika sərmayəsi dünyanın hər tərəfində milyonlarla dollar ziyana
düşdü.
Ortaya belə bir sual çıxır: Bütün bu hadisələrin nəticəsi nə ol​du? Rusiya, İngiltərə və Amerika
arasında Bakı nefti məsələ​sin​dən ortaya çıxan ixtilaf səbəbindən yüz ildən çox bir müddət ər​zində rus
çarlarının çəkmələri altında inləyən bir türk qövmü neftə qur​ban edildi. Bu mübarizənin ortaya
qoyduğu həqiqi nəticəsi yalnız Azərbaycan dövlətinin doğmadan məhv edilməsi oldu.
Bu mübarizəni aparanlar bir milləti əsarətə məhkum etməklə yeni neft sahələri ətrafındakı
rəqabətlərini davam etdirmək üçün zaman və imkan aramağa başladılar.
Deterdinq Bakı neftindən imtiyaz əldə etmək uğrunda apar​dığı mübarizədə milyonlar dəyərində
səhmlər itirmişdi. An​caq Ame​rikaya da istədiyi zərbəni vura bilmişdi. Amerikanın Bakı nef​ti imtiyazı
uğrunda apardığı mübarizədə Deterdinqdən yediyi zər​bə gələcəkdə də təkrarlanacaqdır. Deterdinq
istədiyi zərbəni en​dirdikdən sonra adətən puskuda dayanırdı.
Mədəni aləm 1922-ci ildən etibarən Genuya və Haaqada isti​q​lal deyə fəryad edən Azərbaycan
türklərinin çağırışlarına heç əhə​miy​yət vermədi. Əksinə azərbaycanlıların etirazları neft istehsal​çı​la​-
rını və onların ön səfində duran dövlət xadimlərini birsləşdirdi. Zavallı Azərbaycan türklərinin
apardıqları mücadilələrin heç bir nəticəsi olmadı. Bakı neft mövzusu da hələlik bu şəkildə başa çat​-
mış kimi oldu. Həqiqətdə isə bu mübarizə heç vaxt dayanmadı. Qaf​qazın qəhrəman övladları açıq və
ya gizli olaraq mübarizələrini davam etdirdilər. Ancaq bu günə qədər etdikləri bütün bu müca​di​lə​lər
zamanı könüllərində yanan vətən həsrətindən başqa heç bir şey əldə edə bilmədilər. Onların bu
mücadilələri məğlubiyyətlə ba​şa çatdı.
Neft istehsalçıları neft mənfəətləri üçün dünya xəritəsini bir-neçə dəfə dəyişdirmiş və bir neçə
imperiyanın yıxılmasında əsas rol oynamışdılar.
Neft istehsalçılarını düşündürən şey yalnız neftdir. Bu yağlı maddəni əldə etmək üçün onlar hər
vasitədən istifadə etmişdilər.
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə