Neft firtinasi


NEFT İSTEHSALÇILARININ İSPANİYAYA



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

NEFT İSTEHSALÇILARININ İSPANİYAYA
VERDİKLƏRİ DƏRS
 
 
Neft istehsalçılarının nələrə qadir olduqlarını təsbit və izah edə bilən insanlardan biri də Fransa
Əyan Məclisinin üzvlərindən olan Hanry Beranjedir. O, Fransa Əyan Məclisinə təqdim etdiyi gizli
bir raportunda «Royyal Datç-Şell Qrup»dan belə bəhs et​mək​də​dir:
«Royyal Datç-Şell Qrup» böyük bir qüvvədir. O dünyanın dörd bir tərəfində fəaliyyət göstərən
şöbələri vasitəsilə bank işi, dəniz ticarəti, maliyyə vəsaitlərinin verilməsi, məhsulların isteh​salı və
satışı ilə məşğul olduğundan qüdrətini daima artırmaq​da​dır».
Bu tərifdə insan həyatına hakim olan ünsürlərin hamısı əks olunmaqdadır. «Standard Oyl» şirkəti də
beynəlxalq miqyaslı bir qüvvə idi və «Royyal Datç-Şell Qrup»dan heç də geri qalmırdı. Bu şirkət
sadəcə olaraq neft çıxardaraq onu dünyanın dörd bir tərəfinə çatdıraraq satmaqla məşğul deyildir,
eyni zamanda ABŞ-ın sahib olduğu ticarət donanması üzərində nüfuzu vardır. Onun dünyada mövcud
böyük bankların səhmlərində payı olmuşdur və irimiqyaslı ticarət şəbəkəsinə də malik idi.
«Standard Oyl» istehsal etdiyi nefti bir yerdən başqa yerə nəql etmək üçün lazım olan Pipe-Lineların
çəkilməsində işlədilə​cək dəmir və poladı istehsal edən zavodlara, dəmir filizi çıxarılan mədənlərə,
dəmir yolları şəbəkələrinə və digər nəqliyyat vasit​ə​lə​ri​nə malikdir. Onun bu iqtisadi gücü
Amerikanın xarici ticarətini əlində tutmasına və ölkənin siyasi sahəsində qorxunc bir gücə sa​hib
olmasına imkan ver​mək​dədir. Şirkət bu gücünə və qüdrətinə əsaslanaraq istədiyi hər hansı bir şəxsi
Amerikada siyasi sahədə ar​zu etdiyi vəzifəyə təyin etdiyi kimi, vəzifəsindən də kənarlaşdır​mağa
qadir idi. Məşhur və çoxtirajlı qəzetlərin bir çoxu da Rok​fellər tərəfindən maliyələşdi​ri​lir​di. Eyni
zamanda şirkət im​kan​larından istifadə edərək həm Bi​rin​ci, həm də İkinci Dünya mü​ha​ri​bəsindən
sonra iqtisadi cəhətdən zəifləmiş dövlətlərə kredit verərək onların iqtisadiyyatlarına təsir etmə
gücünə sahib olmuşdu.
Neft trestləri müdhiş bir təşkilata sahibdirlər. Onlar yalnız mənsub olduqları dövlətlərinə deyil,
böyük və kiçik dövlətlərin də siyasətlərinə arzu etdiklərini də soxmağa qadirdilər. Elə bu səbəb​dən
də gözüaçıq insanların idarə etdikləri hökümətlər neft istehsal​çılarıyla dost münasibətlərin
zəruriliyinə inanmaqdadır. Çünki dünyaya hakim olan pulun çox hissəsi bu neft istehsalçılarının ix​-
tiyarında idi.
Məsələ: Bu iki nəhəng trestin hər hansı birinin sərmayəsi Al​maniya, Fransa və İtaliyə dövlətlərinin
büdcələrindən çox idi. On​lar bu qüdrətlərindən istifadə edərək istədikləri yerdə, istədikləri zaman
maliyyə böhranları yarada bilirdilər. Birja oyunları ilə hö​kü​mətləri dizə çökdürür və milyonlarla
insanın kasıblaşmasına səbəb olurdular. Onlara qarşı çıxan dövlətlərin başına nələr gəl​di​yinə dair
çoxlu misallar vardır. Bu zaman neft istehsalçıları onlara boyun əyməyən dövlətlərdə hakimiyyət
çevrilişləri edərək qanuni höküməti devirirdilər. İspaniyada baş verənlər bunun nümunəsidir.
 


İspaniya neft istehsalçılarına qarşı hərəkət edir
 
İspaniyada 1920-ci ildən sonra hadisələr sürətlə inkişaf etmiş​dir. Yəni kral XIII Alfons
hakimiyyətdən endirilmiş və Primo de Ri​ve​ra baş nazir olmuşdur. İspaniyanın qədim ailələrindən
birinə mən​sub olan bu şəxsin tam adı Marki Estellas Primo de Rivera idi.
Bu şəxs İspaniyada fövqalədə işlər görməyi bacarmışdı. O, ömrünün axırına kimi İspaniya üçün
çalışmışdır.
Primo de Rivera üsyan qaldıran kommunistlərin qarşısını da almağa nail olmuşdur. Onun vaxtında
İspaniyada maliyyə prblemi tam həll edilmişdir. Ancaq İspaniyada neft olmadığından büd​cə​nin çox
hissəsi bu maddənin idxal edilməsinə xərclənirdi. Baş na​zir İspaniyada yaranmış bu vəziyyəti
məmləkətin xeyrinə dəyiş​dir​mək üçün tədbirlər fikirləşirdi. Nəhayət, o neft istehsalçıları ilə müzaki​-
rələr apararaq aldıqları neftin əvəzini mübadilə yolu ilə ödəmək imkanının olub-olmadığını
araşdırırdı. Ancaq heç bir nəticə əldə olunmadı, çünki neft istehsalçıları məhsullarını yalnız nəqd
pula satdıqlarını bildirdilər. Bundan sonra o kəskin hərəkət etməyi qərara aldı. Yəni çıxardığı bir
qanunla «Royyal Datç-Şell Qrup» ilə «Standard Oyl» şirkətlərinin İspaniyada mövcud olan bütün
müəssisələrini milliləşdirdi. Primo de Riveranın bu hərəkəti Londonda, Vaşinqtonda və Nyu-Yorkda
çox təəccüblə qarşılandı. Bu iki şirkətə mənsub qəzetlər İspaniya əleyhinə təbliğat aparmağa
başladılar. London və Vaşinqtondan İspaniyaya etiraz notaları gön​​dərilməyə başladı. Hər iki şirkət
gizli və ya açıq bütün im​kan​larından istifadə edərək İspaniyaya qarşı müəyyən tədbirlər gör​sə​lər də
nəticəni dəyişdirməyə müvəffəq ola bilmədilər. Deterdinq və Rokfellər aralarındakı mücadiləni
dayandıraraq İspaniyada müş​tə​rək təhlükəyə qarşı birləşdilər. İspaniyada qorxulu bir mü​cadilə
başladı. Ölkənin hər tərəfində hər gün adamlar öldürülürdü. Döv​lə​tin gördüyü tədbirlər nəticəsiz
qalırdı, yəni nə cinayətkarlar, nə də cinayətlərin səbəbləri məlum olmurdu. İspaniya Mərakeşin​də
üsyan baş verdi. Üsyan yatırılsa da, bir müddət sonra yenidən baş verdi. Pri​mo de Rivera İspaniyanı
qarışdıran hadisələrin neft şir​kətləri tə​rə​findən planlaşdırıldığını anladığı zaman artıq iş işdən
keçmişdi.
O verdiyi bir bəyanatla «Standard Oyl» və «Royyal Datç-Şell Qrup» şirkətlərinə aid milliləşdirilmiş
bütün əmlakın əvəzinə təyin etdiyi 75 milyon pezetanı dərhal ödəməyi dünyaya elan etdi. Onlarla
yenidən görüşüb müzakirələr aparmaq istəsə də əks tərəf təklifləri cavabsız qoydu.
Neft istehsalçıları bilirdilər ki, bu mücadilə onların lehinə nəti​cələnəcək və Primo de Rivera
hakimiyyəti devriləcəkdir. Onlar İspaniyanın daxilində müəyyən cinayətlər törədərək əhalini çaşqın
vəziyyətə salmaqdan başqa, ölkənin iqtisadi həyatında böhran ya​rat​mağa da çalışdılar.
Bu iki şirkət 1927-ci ildə İspaniyadan başqa digər ölkələrdə nefti 20% ucuz satacaqlarını elan
etdilər. Bu xəbəri mətbuatdan oxuyan oxucu bilmirdi ki, gələcəkdə bu ucuzluq bir dövləti kö​kün​dən
sarsıdacaq və İspaniyanın bir zamanlar xalqı tərəfindən də​li​cə​sinə sevilən diktator baş naziri Marki
Estellas Primo de Rive​ra​nın həyatının faciə ilə bitməsinə səbəb olacaqdır. Neft isteh​sal​çı​larının bu
siyasətinə Primo de Rivera çətin də olsa müqavimət göstərirdi. Neft ehtiyatlarının azaldığı bir vaxtda
«Standard Oyl» düşdüyü ziyanın əvəzinə İspaniya hökümətindən 300 milyon pe​ze​ta təzminat tələb
etdi.
İspaniyanın maliyyə gücü bu pulu verməyə kifayət etmədiyin​dən təklif rədd edildi. Əgər bu vəsait
verilsə idi, bir müddət sonra Deterdinq də təzminat istəyə bilərdi. Primo de Rivera şirkətlərin tələb
etdiyi təzminatı versə də pozulmuş İspaniya iqtisadiyyatını yenidən qura bilməzdi. Bundan başqa


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə