Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

İspaniyada boşalmış neft an​barlarını doldurmaq üçün də pul lazım idi. Ölkənin neftə olan tə​la​ba​tı
təmin edilməsə qısa zamanda İspaniyada həyat iflic vəziyyətə düşə bilərdi. Baş nazir İspaniya üçün
zəruri olan bu maddəni SSRİ-dən də ala bilərdi, lakin onlar da verəcəkləri neftin əvəzini pulla
ödəməyi tələb edəcəkdilər.
O pula ehtiyacı olduğu bu günlərdə «Standard Oyl»un tələb etdiyi 300 milyon dollarlıq təzminatı
kreditlə ödəmək şərti ilə verə biləcəyini bildirdi. «Standard Oyl» onun bu təklifini heç araş​dır​ma​dan
rədd etdi və İspaniyanı taleyin hökmü ilə baş-başa buraxdı.
Neft olmadığından ölkənin bir çox şəhər və qəsəbələri işıqsız qal​mış, zavod və fabriklər bağlanmış,
nəqliyyat vasitələrinin hərə​kə​ti pozulmuşdur. Hər iki nəhəng neft şirkəti yaranmış vəziy​yət​dən istifadə
etməyin vaxtı çatdığını duyaraq baş nazir Primo de Riveranın əleyhinə təbliğatlarını gücləndirdilər.
Primo de Rivera şirkətlərlə təzminat bairəsində müzakirə im​kan​ları axtardığı bir vaxtda, ruslardan
neft almaq üçün tədbirlər gör​məyə çalışdı. Müəyyən danışıqılardan sonra ruslar İspaniyaya neft
verməyə razılaşdılar. Artıq İspaniyada rus neft satılırdı. İflic və​ziy​yə​tə düşmüş iqtisadiyyat yavaş-
yavaş dirçəlməyə başlasa da, xalqı sakitləşdirmək mümkün olmadı. Buna səbəb Rokfellərin və De​ter​-
dinqin adamlarının rusların İspaniyada bir kommunist döv​lə​ti qur​maq üçün neft satdıqları təbliğatı
idi. Əvvəldən də kom​mu​nis​tlərə düşmən bir millət olan ispaniyalılar bu təbliğatın təsiri al​tında Pri​mo
de Riveranın hakimiyyətinə arxa çevirməyə baş​la​dı​lar.
Sovet hakimiyyəti tərəfindən İspaniyaya neft satıldığını qəbul edə bilməyən Rokfeller və Deterdinq
himayələrində olan mətbuat orqanlarında İspaniyanın mallarını boykot etmək kompaniyasına
başladılar. Bu təbliğatın nəticəsi olaraq İngiltərə əhalisi İspaniya​dan gələn malları almadığı kimi,
Amerikada da ispan mallarına ağır gömrük vergiləri tətbiq edilməyə başladı.
İspaniya hər tərəfdən blokadaya alınmışdı. Ölkədən ixrac olu​nan malların satıla bilməməsi İspaniyaya
ağır iqtisadi zərbə vurdu.
Bir ölkədə hakimiyyət çevrilişi həyata keçirməkdə Rokfellərə nisbətən daha usta olan Deterdinqin
adamları Primo de Rivera hökümətini devirdilər. Bu zaman Fransaya sığınan Primo de Riveranın
həyatı faciə ilə sona çatdı.
Müvəqqəti qurulmuş Respublika tərəfdarları ilə general Fran​ko arasında 1936-1938-ci illərdə baş
vermiş vətəndaş müharibəsi zamanı İspaniyada həyat demək olar ki iflic vəziyyətə düşdü. Bu
vətəndaş müharibəsində qalib gələn Frankonun hakimiyyəti uzun müddət davam etdi.
 
 
 


BİR XAİN DÖVLƏT XADİMİ OLUR
 
 
Qədim Ninva şəhərinin tarixi xarabalağı üzərində bu gün neft və qan ilə yoğrulmuş yeni bir şəhər
meydana gəlmişdir. Bu şəhərin adı Mosuldur. XIX əsrdən bu yana bu şəhərdə gəzənlər, bu şəhərdə
yaşayanlar bu şəhərin hər daşında, hər küçəsində, torpağının hər zərrəsində qan və neft iyini hiss
etməkdədirlər.
Bu şəhər Osmanlı İmperiyasından atəşkəsə baxmayaraq əllə​rindəki silahlarını atəşkəsin şərtlərinə
uyğun şəkildə istifadə et​məkdən imtina etmiş bir türk birliyinin vəhşicəsinə qətlamından son​ra
qoparılmış, əksəriyyəti türk oğlu türk olan bir şəhərdir.
Neft istehsalçıları qətllər törətməklə ələ keçirdikləri bu şəhəri Lozannada yeni qurulmuş Türkiyə
dövlətindən ayırmış, sonra da Millətlər Cəmiyyətinin bir qərarı və ümumxalq səsverməsi ilə ələ
keçirmişdilər.
Şəhərin taleyi torpaqlarının dərinliklərində olan neftdən asılı olmuşdur. Mosul əhalisinin əksəriyyəti
türk olan xalqı ilə birlikdə ana vətəndən ayrı qalmışdır. Yəni Birinci Dünya müharibəsindən sonra
ingilislərin meydana gətirdikləri neft dövlətinin ərazisinə daxil edilmişdir. İraq dövlətinin
sərhədlərini təşkil edən cizgilər içərisində qalan digər torpaqlar kimi buranın da ona məxsus ol​-
duğunu iddia etməkdədir.
Qarşıya belə bir sual çıxır: Mosul necə əldən çıxmışdır? Bü​tün bunlara cavab verə bilmək üçün
Birinci Dünya mühribəsinin gedişini, atəşkəs dövrü və Lozanna sülh müqaviləsi ilə Millətlər Cə​-
miyyətinin 1926-cı ilə qədərki fəaliyyətinə nəzər salmaq lazım​dır. Bəli nəzər salmaqla bərabər əsl
səbəb kimi ingilis qızıllarını da diqqətdən kənarda qoymaq olmaz.
Osmanlı İmperiyası neft istehsalçılarının bu şəhəri ələ keçir​mək üçün həyata keçirdikləri müharibə
üzündən, həm də şəxsən təbəəsi tərəfindən arxadan xənçərlənərək parçalanmışdır.
İngilislər Birinci Dünya mühribəsində Mosul və ətrafını əldə etmək üçün sonradan İraqın başına
gətirdikləri və ona kral dedikləri əmir Feysəl və digər ərəb şeyxlərinə külli miqdarda qızıl
vermişdilər. İngilislər bu qızılların sayəsində də mədəni deyil, bədəvi olan bu adamların
xəyanətlərini təmin etmişdilər.
Bu xəyanət əsrlər boyunca onları müdafiə və mühafizə etmiş Osmanlı İmperiyasına qarşı işlənmişdir.
Türk ordusu arxadan xən​cərlənmişdi və bu I Feysəl adı altında İraq taxtına oturdulan bədə​viyə ən çox
xidmət və yardım edən bir adam vardı. Bu adam haq​qın​da hər türkün məlumatı olmalıdır. Bu adam
türk ordusunun informasını geyinərək qulluq etdiyi zaman ingilis kəşfiyyatının agent​ləri ilə əlaqə
yaradaraq müsəlman olduğu üçün onun vətənini, irz-namusunu düşməndən qoruyan türk ordusuna
çəkinmədən xə​ya​nət edən bir xaindir. Bu yüzbaşı çörəyini yediyi, sırtında şərəfli informasını daşıdığı
məmləkətinə xəyanət etmişdir.
Türk ordusu Ərəbistan cəbhəsində qəhrəmancasına vuruşar​kən ən mühüm qərar və planların düşmənə
sızdığını hiss edən türk hərbi kəşfiyyatı xeyli əziyyət çəkərək xaini aşkar etmişdir. Lakin, xain
qaçaraq ingilislərə sığınmışdır.
Türk ordusunu arxadan vurmaq istəyən və ingilislərə satılmış Əhməd və Cavad Robenson adlı
qardaşlar da olmuşdur. Onlar bir əsr bundan əvvəl Osmanlı İmperiyasına sığınmış bir ingilis ailəsi​nin
son fərdləri idi. Bu iki qardaşın xəyanətləri Hərbi Tribunal tə​rəfindən təsdiqləndikdən sonra onların
barəsində güllələnmə qərarı çıxarıldı və dərhal yerinə yetirildi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə