Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

İngilislərə sığınan bu xain yüzbaşı haqqında Hərbi Tribunal qi​yabi ölüm hökmü çıxartdı: «İngilislərin
lehinə və Osmanlı İmpe​ri​yasının əleyhinə cəsusluq etməkdə günahlandırılaraq qiyabi edama məhkum
edilən yüzbaşı Nuri haqqında hökm fərari olduğu üçün yerinə yetirilməmişdir».
Edamdan qurtaran bu yüzbaşı Nuri Lavrensin ən çox gü​vən​diyi, İraq kralı Feysəlin sağ qolu və İraqın
bir zamanlar tək hakimi olacaq Nuri Səid paşa idi. Bu şəxs uzun illər İraqda baş nazir pos​tunu tutmuş
və İngiltərənin Entelijans Servisinin ən qüdrətli agent​lərindən biri olaraq ingilis neftinin müdafiəçisi
vəzifəsini yerinə yetirmişdir. O bir müddətdən sonra Osmanlı İmperiyasına etdiyi kimi, ingilisləri də
arxadan vurmaq istəyəcək, yəni neft məsələ​lə​rindən doğan bir ixtilaf zamanı amerikalılara meyl
etdiyinə görə baş vermiş dövlət çevrilişdə öldürüləcəkdir.
 


Mosula gedən ordu
 
İngilislər İraqda bir neft dövləti olan İraqın təməllərini atarkən, türklər də Anadoluda çətin bir milli
mücadilə edirdilər. Min bir məh​rumiyyət içərisində aparılan bu mücadilə Allahın inayəti ilə
müvəffəqiyyətlə nəticələnmiş, yeni bir türk dövləti qurulması üçün müəyyən tədbirlər görülmüşdür.
Yeni türk dövlətinin qurulduğu bu sıralarda ingilislər neft üzün​dən bir xeyli hadisələr
planlaşdırırdılar. İngiltərə Bakı nefti uğrunda ruslar və «Standard Oyl» şirkəti ilə mücadilə edir,
Fransa-Belçika və İtaliya ilə çəkişirdi.
Mosul məsələsini Millətlər Cəmiyyətinin təyin etdiyi bir heyət həll etməyə çalışsa da nəticə hasil
olmurdu. İngilislər Mosulu ələ keçirmək üçün qeyri-insani tədbirlər görməkdən də çəkinmirdi. Böyük
əksəriyyəti türk olan bu vilayətdə xalqın Türkiyəyə bağ​lanmaq istəməsinə qarşı görülən tədbirlər
arasında terror, sürgünlər və həbslər də vardır.
Neft istehsalçıları Mosul məsələsində ingilis diplomatiyasının, ordusunun və donanmasının
imkanlarından da istifadə etmişdilər. Bir ingilis donanması Bəsrə şəhərində fövqəladə vəziyyət
yaranan zaman hərəkətə keçmək üçün işarə gözləyirdi.
İngiltərənin İraqdakı fövqəladə komissarı Hanry Davies Mil​lət​lər Cəmiyyətinin nümayəndə heyətinin
xoş niyyətli hərəkətlərin​dən sui-istifadə etmişdir.
Qraf Teleki (Macarıstan hökumətinin əski baş nazirlərindən), İsveç səfiri Auf Virsen və belçikalı
polkovnik Polisdən təşkil olun​muş tədqiqat heyəti ingilis fövqəladə komissarının təzyiqlərin​dən
bezsələr də türk heyətinin rəhbəri olan orgeneral Cavad Ço​banlıya hörmətlə yanaşmışdılar.
İngiltərənin fövqəladə komissarının yerli əhaliyə qarşı vəhşicə​si​nə davranışını Cavad paşa və qraf
Teleki də Mosulda gəzərkən yaxından izləyə bilmişdilər.
Qraf Teleki tərəfindən Millətlər Cəmiyyətinin Baş katibinə göndərilən bir raportda aşağıdakıları
söyləməkdədir:
«Komissiya yanvarın 27-də Mosul şəhərinə çatan zaman müsyo Ruddulo və M.Şarrer ilə birlikdə
şəhəri gəzmək istə​dim. Rəsmi paltar geyinmiş Cavad paşa da bizə qoşuldu. Biz polis məmurunun
müşayiəti ilə küçədə addımlayırkən ərəb zənn etdiyim otuza yaxın şəxs paşanı dövrəyə alaraq əllərini
öpdülər və «Yaşasın Türkiyə» deyə qışqırmağa başladılar. Bizi əhatə edənlərin sayı getdikcə artaraq
təxminən iki yüz nəfərə çatdı. Bir neçə polis məmuru onları dağıtmağa çalışdı. Bazarın yanına çatanda
insanların sayı daha da artmağa başladı. Burada da paşanı alqışla qarşıladılar. Bu zaman biri ingilis
olmaqla üç polis zabiti də bizə qoşuldu. Polis məmurları xalqı dağıtmaq üçün yenidən hərəkətə
keçdilər. İnsafən onu da qeyd etmək lazımdır ki, xalq da müqavimət göstərmədən dağıldı. Elə bu
zaman arxamızda dayanmış iki polis məmurundan biri əlindəki ağacla dükanlardan birinə sığınmağa
çalışan orta yaş​lı adamın üzərinə hücum edərək ağacla vurmağa başladı. Mən dərhal işə müdaxilə
edərək ona dedim ki, «Millətlər Cəmiyyəti Məclisinin üzvünün gözü qabağında adam döyməyi sizə
qada​ğan edirəm».
İngilislər dünyanın zəngin neft sahələrindən biri olan Mosulu ələ keçirmək üçün hər cür zorakılığa
baş vurmaqdan çəkinmirdilər. İngilis fövqəladə komissarı Henry Davies Təhqiqat Komissiyasına
verdiyi bir nota ilə türk mütəxəssislərinin dərhal Mosuldan uzaq​laşdırılmasını tələb etmişdir. Ancaq,
komissiya bu təklifi qəbul etmədi. Bundan sonra daha da ağzınlaşan fövqəladə komissar Ca​vad
paşanın yavəri də daxil olmaqla türk mütəxəssislərini həbs etdirdi. Komissiyanın rəhbərliyinin bu
hadisəyə sərt reaksiya ver-məsi nəticəsində həbs olunanlar azad edildilər.


Göründüyü kimi, ingilislər Mosulu ələ keçirmək üçün hər cür tədbirə əl atırdılar. Belə tədbirlərdən
biri də məhkum etmək istə​dikləri dövlətin sərhədləri daxilində planlaşdırıb həyata keçir​dik​ləri
üsyanlar idi. Türk tarixinə Şeyx Səid üsyanı olaraq keçən hadisə də elə bu Mosul nefti üçün ingilislər
tərəfindən planlaş​dı​rılmış bir üsyandı. Türkiyə bu üsyanı yatırmaq üçün qüvvələrini sə​fərbər
edərkən, ingilislərin neft mənfəətlərini qorumaq üçün təli​matlandırılmış diplomatları dünyaya
Türkiyənin cənub-şərq sər​həd​​lərində məskunlaşmış in​san​ların türk yox, kürd olduqlarını elan edir​-
dilər. Onların bu si​ya​sətləri üzündən Türkiyə-İraq sərhəd​lə​rində onminlərlə məsum insanın qanı
tökülmüşdür.
Mosulun taleyi ingilis neft istehsalçıları tərəfindən təyin olun​muş​du.
Millətlər Cəmiyyətinin Mosul Təhqiqat Komissiyasının hazır​la​dığı sübutedici raporta baxmayaraq,
təəssüf ki, türk hökuməti Mosul məsələsində kəskin addımlar atmamışdır. Cavad paşanın bütün
təşəbbüslərinə və Təhqiqat Komissiyasının raportunun so​nunda «Türkiyə Mosul üzərindəki hüquqi
haqlarından vaz keçmədikcə Mosulun bir başqa dövlətə verilməsi imkansızdır» cümləsi yazılmasına
baxmayaraq, Mosul əldən çıxmışdır.
Türk hökumətinin yanlış qərarlarından biri səltənətə mənsüb mülkün sahiblərinin əlindən alınması və
özlərinin də Türkiyə və​tən​daşlığından məhrum edilmələri olmuşdur. Əgər xanədanın əlin​dən bu
ərazilərdəki mülklər alınmasa idi Mosul məsələsi ortaya çı​xan zaman onlar öz var-dövlətlərini
hüquqi baxımdan tələb edə bi​lər​dilər. Bu tədbirin nədən düşünülmədiyini tarixçilər tədqiq edə​cək​-
dilər.
Türkiyə cənub sərhədində 1927-ci ildə baş vermiş Nasturi üsyanını yatırmaq üçün Yeddinci Korpus
Diyarbəkrdəki başqa hər​​bi birliklərlə gücləndirildi və general Cəfər Təyyar paşa Əyil​məz ona
komandan təyin olundu. Az bir müddətldə türk ordusu üsyanı yatırdı və Mosulu tutdu. Bu hadisə ilə
barışa bilməyən İngil​tərə Türkiyəyə Mosulu dərhal azad etməsinə dair sərt bir nota göndər​di.
İngiltərənin sərt hərəkətləri qarşısında Ankara Mosuldan qoşun​larını çəkmək qərarına gəldi. Bu qərar
Yeddinci Korpusun koman​da​nı Cəfər Təyyar paşaya çatdırıldıqda o çox təəccübləndi. O, Ankaranın
bu qərarına qarşı idi və Mosuldan çıxmaq fikrində de​yil​di. Bu məqsədlə o Ankaraya göndərdiyi
teleqraflarında İngil​tə​rə​nin beynəlxalq aləmdə üzləşdiyi problemləri ortaya qoyaraq on​ların
notalarının o qədər də ciddi olmadığını bildirirdi.
Cəfər Təyyar paşa iddialarında haqlı idi. İngilislər həqiqətən də hədə-qorxu gəlirdilər. Onların
Mosul üçün yeni bir müharibə apara biləcəkləri də şübhəli idi. Məsələnin ciddi olmasını anlayan
Mustafa Kamal paşa Cəfər Təyyar paşanı Ankaraya çağırmışdı. Ankarada aparılmış uzun
müzakirələrdən sonra Mosul​dakı türk ordusunun geri çəkilməsi qərara alınmışdır. Qərarla rah​zılaşa
bilməyən Cəfər Təyyar paşa ilə Mustafa Kamal paşa ara​sında ciddi fikir ayrılığı olmuşdur. Cəfər
Təyyar paşa Mosulun və onun ətrafının əhalisinin əksəriyyətinin türk olduğu üçün ərazinin Türkiyəyə
birləşdirilməsini, gənc türk dövlətinin müqəddəratına cavabdeh olan Qazi Mustafa Kamal paşa isə
yeni dövlətin İn​giltərə ilə münasibətlərinin gərginləşməməsini istəmirdi. Gərgin müzakirələrdən
sonra qoşunların Mosuldan çıxarılması qərarı qə​bul edildi və Cəfər Təyyar paşa Yeddinci Korpusun
komandanı və​zifəsindən kənarlaşdırıldı.
O dövrdə siyasi şərtlərin belə bir qərarın qəbul edilib edilmə​mə​sinə imkan verib-verməməsini
müzakirə etməyəcəyik. Yalnız, bu hadisədən faydalana bilmək üçün bir çox siyasi hadisələrin də
lehimizə olduğunu bilirik. Bunlardan biri Genuya və Haaqa kon​franslarında İngiltərənin Rusiya və
Amerika ilə münasibətləri gər​gin​ləşmişdi. Başı Bakı neftini ələ keçirməyə qarışmış İngiltərənin hələ
rəsmi olaraq yiyələnmədiyi Mosul nefti üçün müharibə etməsi o qədər də real deyildi. Bunlardan


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə