Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

başqa İngiltərənin Fransa, Bel​çika və İtaliya ilə münasibətləri də gərgin idi. Neft onları bir-birinə
qarşı qoymuşdu. İngiltərənin özündə də vəziyyət baş nazir Lloyd Corcun əleyhinə dəyişmişdi. Buna
səbəb Genuya və Haaqa kon​frans​larında İngiltərənin heç bir şeyə nail ola bilməməsi idi. Bun​ları
görən və duyan İngiltərə ictimaiyyəti heç vaxt yeni bir müha​ribəyə tərəfdar ola bilməzdi.
Hadisələrin əsil mənasını daha dəqiq anlamaq üçün ingilis şərq​​şünaslarından Artur Moorun 1922-ci
il iyulun 1-də «Tayms» qəzetində Bakı nefti uğrunda İngiltərənin apardığı mübarizəsinə dair çap
etdirdiyi məqaləni eyni ilə vermək daha məqsədəuyğun olar: «Biz atəşkəsdən sonra əhalisinin böyük
əksəriyyəti türk və müsəlman olan Qafqazı zəbt etmişdik. Bizim oralarda, hətta Xəzər dənizinin o biri
tərəfində yerləşən məşhur və tarixi Mərv şəhərində də kifayət qədər ordumuz vardı. Əvvəllər bu ordu
oralarda sabitliyi mühafizə edəcək qüdrətə sahib idi. Biz artıq bolşevikləri bu ərazilərdən uzaqda
dayandırmağa müvəffəq ol​duğumuzu dünyaya elan etmişdik. Ancaq, bir az sonra bolşe​vizm
qarşısında buraları tərk etməkdən başqa çarəmiz qalma​dı. Qarşıya belə bir sual çıxır: Biz nə üçün o
əraziləri işğal et​mişdik? Şübhəsiz ki, Bakıdakı nefti ələ keçirmək üçün. Ancaq bunun uğrunda
müharibə etmək üçün hələ hazır deyildik».
Bu məqalə açıqca göstərməkdədir ki, böyük sərmayələr yatır​ma​larına baxmayaraq İngiltərə Bakını
əlində saxlamaq üçün mü​ha​ri​bəyə ​hazır olmamış və oranı tərk etmişdir.
Türk millətinin əleyhinə yönəlmiş hadisələr hələ Lozanna sülh konfransında başlamışdır. Orada
Türkiyəni Qərb cəbhəsi koman​da​nı İsmət paşa təmsil etməkdə idi. Ancaq bu heyət əldəki bütün
imkanlardan Türkiyənin xeyrinə istifadə edə bilmədi. Əgər onlar neftin nəyə qadir olduğunu
bilsəydilər, hələ 1880-ci ildə bir irade-i səniyyə ilə «Məmaliki şahanə ərazisi» olaraq elan edilmiş
Mo​sul​dakı neft ərazisindən başqa şəkildə istifadə edərdilər. Lozannadakı nümayəndə heyətimizin
bütün müvəffəqiyyəti Dr. Rza bəy Nurun israrı ilə baş vermişdir. Yəni İngiltərə İraq neftindən özünə
düşən 25%-in 11%-ni bizə 25 illiyə verməyə razı olmuşdur. Həqiqətən Lo​​zannada Türkiyəyə İraq
hissəsindən verilən 10% bir hissə ol​maqdan çox uzaqdı və bu hərəkət xoş görünmək üçün edilmişdir.
Türkiyə dövləti yeni qurulmasına baxmayaraq neft istehsal​çı​la​rı bu döıvləti rahat buraxmırdılar.
Onlar Mosul və onun ətra​fın​dakı əra​zi​lərdə yeni imtiyazlar əldə etmək üçün bir-birinin ardınca
təkliflər irəli sürürdülər. 1923-cü ilin mart ayında admiral Chester adlı birisi Türkiyə hökumətinə
müraciət edərək Mosula qədər uza​na​caq də​mir​yolunun hər iki tərəfində 20 kilometrə qədər enlilikdə
olan ərazinin imtiyazını istədi. O, bu imtiyazın qarşılığında İs​tan​bul-Bağdad də​miryolu xəttinin
Mosula qədər olan hissəsinin inşa​​sı​nı öz üzərinə götürdüyünü də bildirdi. Ankara hökuməti admiral
Chesterin tələb etdiyi bu imtiyaz istəyində hər hansı bir təhlükə görmədi və 1923-cü ildə onunla 99
illik bir imtiyaz müqaviləsi bağ​ladı. Bu tarixdə Ame​ri​ka​da «Standard Oyl» ilə Amerika pre​zi​denti
Hardinqin arasında ixtilaf baş verdi və o həyatını mü​əm​malı şəkildə başa vurdu.
Türkiyə hökuməti ilə 99 illik bir imtiyaz müqaviləsini imza​la​ma​ğa müvəffəq olan admiral Chester də
«Standard Oyl»un ada​mı idi. Elə buna görə də imtiyaz əslində dolayısıyla «Standard Oyl» şirkətinə
verilmiş olurdu. Buna cavab olaraq «Royyal Datç-Şell Qrup» da «Standard Oyl» ilə şəxsən Amerika
qitəsində və ABŞ-da mücadilə edərək yeni qələbələr qazanırdı. «Standard Oyl»un bu məğlubiyyət
seriyası 1932-ci ilə, yəni Ruzveltin iq​ti​da​ra keçdiyi tarixə qədər davam edəcəkdir.
Admiral Chester Türkiyədən 99 illik imtiyazı aldıqdan sonra Ame​rikaya gedərək «Standard Oyl»dan
öhdəsinə götürdüyü də​mir​yo​lu xəttinin inşaası üçün pul istədi. Lakin «Standard Oyl» pul ver​mək
vəziyyətində deyildi. Çünki həm «Royyal Datç-Şell Qrup», həm də Amerika prezidenti Hardinqlə
aralarında yaran​mış ix​tilafı həll etməyə çalışırdı. Beləliklə «Standard Oyl» ad​mi​ral Chesterə tələb
etdiyi pulu vermədi və bu imtiyaz da ləğv edil​miş oldu.


İllər sürətlə gəlib keçirdi. 1925-ci ildə Millətlər Cəmiyyətinin təşkil etdiyi bir komissiya Türkiyə ilə
İraqın sərhədlərini təsbit et​mək üçün durmadan çalışırdı. Burada həm Türkiyənin, həm də İra​qın
nümayəndələri də iştirak edirdi. Ancaq, buna baxmayaraq son söz bu nümayəndə heyətlərinin
olmayacaq, yəni Millətlər Cəmiy​yə​tinə tamamilə hakim olan İngiltərənin təzyiqi ilə neftli ərazilər
Türkiyə sərhədləri xaricində qaldı. Beləliklə, yeni qurul​muş olan Türkiyə dövləti də bu sərhədləri
qəbul etməyə məcbur oldu.
İraq artıq rəsmən bir dövlət olmuşdu. İngiltərə qurduğu bu «neft dövləti»ni himayəsi altına almışdır.
İngilislər hələ Birinci Dünya mü​haribəsində və ondan sonra qəbul olunmuş atəşkəsdə Mosulda
fəaliyyətə başlamışdılar. Türkiyə ilə İraq arasındakı sər​hədlər təspit edildiyi 1925-ci ildə Mosulda
neft istehsal olunmağa başlanmışdı. Burada çıxarılan neft İngiltərənin və İraqın banklarını qızılla
doldu​rur​du. Dünənin bədəvi ərəbi olan Feysəl kral I Feysəl adını almış və bu adla da taxta
oturmuşdu. Onun ən yaxın adamı, eyni zamanda İn​gil​tərənin Entelijans Servisinin Orta Şərqdə mən​-
fəətlərini qoruyan və gələcəkdə İraqın baş naziri olacaq Nuri Səid paşa idi.
Nuri Səid paşa ingilislərdən aldığı əmrə uyğun olaraq ətraf​dakı yeni dövlətciklər və ərəb şeyxlikləri
ilə dostanə münasibətlər qurmuşdu. Ərəb şeyxlərinin bir-biriləri ilə dost münasibətdə olma​la​rı
ingilislərin Orta Şərqdəki neft mənfəətlərinin qorunmasının qarantı idi.
İraqın dövlət olaraq hər hansı bir əndişəsi yoxdu. Çünki İraqı ingilis donanması ilə Entelijans Servis
himayəsinə almışdı. Əs​lin​də onlar İraq dövlətini yox, nefti mühafizə edirdi. Ancaq bu hima​yə və Orta
Şərqdəki vəziyyət 1933-cü ilə qədər davam edəcəkdi. Yəni 1933-cü il bir fəlakətlər ili olacaqdır.
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə