Neft firtinasi


İraq kralı Feysəlin sirli ölümü



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

İraq kralı Feysəlin sirli ölümü
 
Neft sayəsində İraqın kralı olmuş Feysəl taxta oturmamışdan əvvəl qarşılaşdığı çətinliklərlə yanaşı,
Osmanlı İmperiyasının həs​rətini çəkən xalq kütlələri tərəfindən xoş qarşılanmamış və bir çox
üsyanlarla üz-üzə qalmışdır. Xüsusilə, Mosul və Kərkük türkləri arasındakı narazılıq hələ də
qalmaqda idi. İraq dövlətinin yeni iq​ti​darı bir çox tədbirlər görsələr də Mosul və Kərkük türklərini
razı sala bilmədilər. Onlar hələ də İraq dövlətini tanımaq istəmirdilər.
Elə bu zaman İraq kralı İngiltərə kralı və Böyük Britaniya im​pe​ratoru V Georq tərəfindən İngiltərəyə
rəsmi ziyarətə dəvət edil​di. Feysəlin İraqın daxili vəziyyətinin gərgin olduğu bir vaxtda İn​giltərəyə
ziyarəti risk tələb edirdi. Çünki Mosul və Kərkük türkləri hər an üsyan qaldıra bilərdilər. Nuri Səid
paşa krala nə vaxtsa baş verə biləcək üsyanı yatıra bilmək üçün bir hərbi hissəni hazır və​ziyyətdə
saxlamağı tövsiyə etdi.
Kral Feysəl Nuri Səid paşanın təlqin etdiyi bu fikri bəyəndi və 1933-cü ildə, əsrarəngiz ölümündən
bir müddət əvvəl Mosul və Kərkükdə türklərə qarşı qanlı soyqırım həyata keçirdi. On​min​lə​r​lə
günahsız türk öldürüldü.
Mosul və Kərkükdə axıdılan qan bu ərazilərdə olan neftin təh​lükəsizliyi üçün tökülmüşdür. Təəssüf
ki, Ankara hökuməti bu qor​xunc soyqırım qarşısında qulaqlarını tıxamış bir vəziyyətdə sus​mağa
üstünlük verdi.
İraq kralı Mosul və Kərkükdə işlətdiyi bu cinayətlərdən sonra əllərini buladığı türk qanı hələ
qurumamış rəsmi dəvəti qəbul edərək Londona getdi. Bu dəvət əslində ingilis hökumətinin və
İngiltərə kralı və Böyük Britaniya imperatoru V Georqun deyildi. Bu dəvət təşəbbüsü əslində İraq
nefti ilə birlikdə Orta Şərqdəki bütün neft sahələrinin mütləq hakimi Deterdinqə məx​sus​du.
İngiltərə kralı sadəcə bir şirma idi.
1933-cü ilin iyun ayı idi. Londonun küçələri İraq və İngiltərə bayraqları ilə bəzədilmişdi. Londonun
Viktoriya vağzalı bəzə​dil​miş və təhlükəsizlik tədbirləri görülmüşdür. Bu vağzal ən möh​tə​şəm
günlərindən birini yaşayırdı. Kral V Georq çiynində briqada generalı paqonu olan uniforması ilə
Viktoriya vağzalında İngiltərə​nin «imtiyazlı qonağı»nı gözləyirdi. Bir müddət sonra qonağı gətirən
qatar vağzala daxil oldu və dayandı.
İraq kralı I Feysəl ipək paltarının ətəklərini toplayaraq qatar​dan endi və özünü ev sahibinin qolları
arasına atdı. Bir imperator və bir bədəvi Londonun Viktoriya vağzalında qucaqlaşırdılar. Kral V
Georq qarşılanma mərasiminə ailəsi və dövlətin o dövrkü bütün hörmətli şəxsləri ilə birlikdə
gəlmişdi. Bu bəlkə də in​gi​lislərin tarixində misli görünməmiş bir qarşılanma mərasimi idi.
Qarşılayanlar arasında İngiltərənin baş naziri Mc.Donald və xarici işlər naziri Con Simon da var idi.
Viktoriya vağzalı ingilis əsilzadələrinin hamısını bəlkə də ilk dəfə bir arada görürdü. Bütün bunları
bir araya gətirən və sadə bir çöl bədəvisini qarşılamağa məcbur edən güc yalnız neft idi. Neft
əzəmətli İngiltərə kralı və Böyük Britaniya imperatorunu bir şeyxin önündə əyilməyə məcbur
etmişdir. Bəli, İngiltərə kralı V Georq İraq kralı Feysəlin önündə əyilmişdi, ancaq əyilən baş neft
üzündən dünyanı idarə edən bir imperiyanın başı olduğunu da heç bir zaman unutmurdu.
İraq kralı Feysəl Londonda qaldığı müddətdə neft istehsal​çı​la​rı, xüsusilə Deterdinqlə də görüşdü.
Kral müzakirələrdən çox razı idi. Çünki istədiyi faizi almaq üçün israrı nəticə vermiş, yəni şəx​sən
Deterdinq neftdən aldığı 25%-i 40%-ə çatdıracağını vəd et​miş​di.
Müzakirələr müsbət şəkildə nəticələnincə bir neçə gün Lon​don​da qalan kral Feysəl «The Irak


Petroleum Company»nin də​və​ti ilə Cenevrəyə getdi.
Feysəl Cenevrəyə çatdığı zaman burada onu Deterdinqin hə​diy​yə etdiyi bahalı bir avtomobil
gözləyirdi. Bu hədiyyə və De​ter​din​qin «incəliyinə» kral heyran qalmışdı. Uzun müddət orada qa​lan
kral Feysəl hər gün bu avtomobillə şəhərin görkəmli yerlərini gəzərək min bir gecə nağıllarındakı
şahzadələr kimi yaşayırdı. Onun bu həyatı 1933-cü il sentyabrın 7-ə qədər davam etdi. Hə​mi​şəki kimi
gəzməkdən qayıdan kral mehmanxanaya daxil olur və öz otağına çəkilərək onu heç kəsin narahat
etməməsini əmr edir.
Kralın belə uzunmüddətli istirahəti mehmanxana müdiri Eq​qyman​nı narahat edir və ona telefon etməyi
qərara alır. Telefona cavab verilmədiyini görən mehmanxana müdiri kralın qaldığı or​ta​ğa girir və onu
yerdə ölmüş vəziyyətdə görür. O, dərhal vəziyyəti məhəlli hökumət orqanlarına bildirir. Dərhal
həkimlər gəlir və təh​qiqat aparılır. Səhəri gün rəsmi orqanların apardığı təhqiqatın nə​ti​cəsi «Kral
Veysəl avtomobili çox sürətlə sürdüyünə görə ürə​yinin təzyiqi artmış və bu da onun ölümünə səbəb
olmuşdur» məzmunlu raportla ictimaiyyətə çatdırılmışdır.
Bundan sonra ortada İraq kralı I Feysəlin ölümünə dair şüb​hə​li fikirlər dolaşmağa başladı. Buna
səbəb elə həmin gün hadisədən bir neçə saat sonra kralı ölmüş vəziyyətdə ilk dəfə görən mehman​xa​na
müdiri Eqqymannın da qəflətən vəfat etməsi olmuşdur.
Ortaya belə bir sual çıxır: Kral I Feysəl ilə mehmanxana mü​diri Eqqymannın ölümü bir
təsadüfdürmü? Bəlkə də bir təsa​dü​fdü, bəlkə də təsadüf deyil. Çünki kralın ölümü ətrafında dola​şan
rəvayətlər bizi bir cinayət ehtimalı üzərində durmağa məcbur etməkdədir. Yenə iddia edilə bilər ki,
neft istehsalçılarının çalışma üsullarını bilənlər bir kralın və arxasınca da bir mehmanxana mü​di​rinin
ölümünü belə asanlıqla təsadüflərə bağlaya bilməzlər.
İşin əsas məzmunu aşağıdakı kimi idi. Kral Feysəl əcəli ilə öl​mə​​mişdir, öldürülmüşdür. Həmçinin
mehmanxana müdiri Eqqymann da neft istehsalçılarının qurbanlarından biri olmuşdu.
Bəs əsl qatil kimdir? Əsl qatil şübhəsiz şəxsən mehmanxana müdiri Eqqymanndı. Bu xüsusi
aydınladacaq dəlil, neft istehsalçı​sı​larının insan həyatına dəyər vermədikləri minlərcə, on minlərcə
mi​sal​dır. Çünki neft istehsalçıları bir insanı ortadan qaldırmaq is​tə​dik​lə​ri vaxt, ona ən yaxın olan
insanı tapırlar və işlərini gördür​dük​ləri in​sa​nı da məhv etməyə çalışırdılar. Onlar üçün bu tip in​-
sanları tapmaq və hər hansı bir cinayəti törətməyə məcbur etmək çətin deyildi.
İraq kralının ölümü bütün İraqda günlərlə davam edən bir ma​təm havasının əsməsinə yol açmışdı.
Ancaq dövlət dövlətdi. Kral öldü, yaşasın yeni kral. Bəli yeni kral taxta keçmişdi və yaşaya​caq​dı.
Ancaq nə qədər? Bax bunu heç kəs bilə bilməzdi.
Ölən kral I Feysəlin oğlu Qazi atasından qalan taxta İraq kralı I Qazi kimi oturmuşdu. Ancaq, zavallı
Qazinin də şansı uğurlu olmamış, yəni atasının ölümündən beş ildən sonra dünyanın yeni dünya
müharibəsinə hazırlaşdığı bir dövrdə almanlara meyl etməsi siyasətinin qurbanı olmuşdur. O, da
eynilə atası kimi neft isteh​sal​çı​larının ona hədiyyə etdikləri avtomobili Bağdad ətrafında gə​zər​kən bir
dirəyə çırparaq ölmüşdür.
Nuri Səid paşa hökumətinin rəsmi raportuna görə kral bir avtomobil qəzasında həlak olmuşdur.
Ancaq işin əsli heç də Nuri Səid paşa hökumətinin İraq xalqına bildirdiyi kimi deyildi. Çünki İraq
kralı I Qazi başına arxadan vurulan bir əşya ilə öldürülmüşdü. Kralın öldürülməsi hadisəsini bütün
İraq xalqı bilsə də heç kəs Nuri Səid paşanın qorxusundan dillə gətirə bilmirdi. Çünki artıq İraq Nuri
Səid paşanın sərt yumruğu altında əzilən bir əsirlər düşərgəsinə çevrilmişdi.
Osmanlı İmperiyasında təhsil almış və leytenat rütbəsində türk ordusunda 1915-ci ilə qədər yüzbaşı
kimi qulluq etmişdir. O, istər təhsil illərində, istərsə də qulluq etdiyi zaman alman nizam-in​ti​za​mı


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə