Neft firtinasi


İNGİLİSLƏR VƏ AMERİKALILAR QARŞI-



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   2   3   4   5   6   7   8   9   ...   63

İNGİLİSLƏR VƏ AMERİKALILAR QARŞI-
QARŞIYA
 
 
XIX əsrin sonundan etibarən ingilislər ilə amerikalılar neft bazarında faktiki olaraq qarşı qarşıya
gəldilər. Rokfeller, əvvəlcə, Uzaq Şərqdə özünə rəqib olan ingilis-holland birliyi “Royyal-Datç”
şirkətinin müvəffəqiyyətini gördükdən sonra, mübarizəni da​ha ciddi şəkildə davam etdirməyə qərar
verdi. Mübarizə Çin torpaqlarında başladı. Deterdinq, Çini bir “Amerika bazarı” olmaqdan
çıxartmaq və bir qitə böyüklüyündəki bu dövləti “ingilis bazarı” halına gətirmək üçün durmadan
çalışırdı. Hər iki şirkət “Çin bazarı” üçün ölçüyə gəlməz bir mübarizəyə başladı.
Rokfeller, əlində olan 900 milyon dollar ilə 5 milyon florin sər​mayəli “Royyal-Datç” şirkətini, necə
də olsa məğlub edəcəyini dü​şünürdü. Lakin onun nəzərə almadığı nöqtə, Sumatranın Ameri​kaya
nəzərən Çin bazarlarına daha yaxın olması idi. Bu səbəbdən də nə​ticə onun düşündüyü kimi alınmadı.
Deterdinq, Çin bazarına yaxın olan neft sahələrindən əldə etdiyi nefti çox ucuz qiymətə sa​tır, “Stan​-
dard Oyl” isə Amerikadan nəql etdiyi neftini nəql etmə xərcini də əlavə etdikdə “Royyal-Datç”ın
satdığı qiymətə verə bil​mirdi. Yəni, arada bir qiymət fərqi vardır və bu fərq ilk andan eti​barən
təşəbbüsü ingilislərin əlinə vermişdi. Amerikalılar bu du​rum​da ingilislərlə rəqabət apara bilmirdilər
və hər keçən gün “Stan​dard Oyl”un satışları bu böyük Çin bazarında aşağı dü​şür​dü.
Rokfeller, müşkül durumda qalmışdı və o dövrün 450 mil​yon​luq Çin baza​rının əlindən çıxması ilə
razılaşa bilmirdi. Rokfeller artıq ingilislərə qarşı qiymət rəqabətində uduzmağa başlamışdı. Elə za​-
man​lar olurdu ki, o nefti ziyanına satırdı. Lakin yenə də nə​ticə əldə edə bilmirdi. İngilislər bu
mübarizə üçün hər şeyi səfərbər etmiş​dilər. Çində yerləşmiş olan missionerlər bu mübarizədə ingi​-
lisləri böyük səylə dəstəkləyirdilər və Rokfellerin bu mübarizəni uduz​masında böyük rol
oynayırdılar. Çin bazarı əldən çıxmışdı və belə bir nəticənin alınmasında ingilis diplomatları da
birinci də​rəcəli rol oynamışdılar. İngiltərə, mübarizənin qazanılması üçün öz diplo​mat​la​rı​nı səfərbər
etmişdi. Hollandiyanın Xarici İşlər Nazir​li​yi də bu arada boş dayanmamışdı. O da bütün imkanlarını
səfərbər edə​rək bu mübarizədə İngiltərəyə kömək edirdi.
Rokfeller, qiymət rəqabətinin nəticə vermədiyini görüncə, Çin bazarlarında yeni bir üsul tətbiq
etməyə başladı. “Standart Oyl”dan alınacaq hər litr mazuta qarşılıq əvəz olaraq bir lampa verdi və
beləcə də əvvəlcədən itirdiyi milyonlarına yenilərini əlavə etdi.
Rokfellerin bu mübarizə tərzi “Royyal-Datç”ın İdarə Heyəti​nin üzvlərini çox pis qorxutdu. Onlar,
şirkətin belə bir mübarizəyə davam gətirməyəcəyini, məğlub olaraq iflasa uğrayacağını zənn
edirdilər. Məhz elə bu səbəb, Deterdinqi İdarə Heyətinin fövqəla​də iclasını çağırmasına məcbur etdi.
Şirkət içərisindəki ab-hava onsuz da gərgin idi. İdarə Heyətinin üzvləri Deterdinqi tənqid etməkdən
çəkinmirdilər. Onların iddiasına görə, şirkət, əlindəki sər​​​mayə ilə mübarizəyə davam edə bilməzdi.
Mübarizə dərhal da​yandırılmalı idi. Hətta Deterdinqi təhdid etdilər. Onlar De​ter​din​qə mübarizəni
dayandırmadığı təqdirdə dərhal ümumi heyətin top​lan​tıya çağırmasını və şirkətin məhvinə
gedilməməsini qəti bir şəkildə təklif etdilər. Lakin Deterdinq, bütün bu qışqırıqlara, təz​yiqlərə qu​laq
asmadı. İdarə Heyəti üzvlərinin təhqiredici söz​lərinə təmkin nümayiş edirdi və sonunda qazandı.
Deterdinq, İdarə Heyəti üzvlərinə mübarizənin onların qaza​na​cağına çox az qaldığını,
müvəffəqiyyətin əldə tutulacaq bir ya​xınlıqda olduğu halda mübarizəni dayandırmağın təhlükəli oldu​-


ğu​nu onlara anlatdı...Onlar da onun bu izahatını anlayaraq, Deter​din​qin fikirlərini qəbul etdilər.
Deterdinq, mübarizəni qa​zan​dı. Bun​dan sonra ona yalnız bütün gücü ilə Rokfellerə qarşı başladığı
mü​barizəni davam etdirmək qalırdı. Deterdinq belə də eylədi və bü​tün imkanlarını ortaya qoyaraq
Rokfellerin üzərinə get​di. Bu elə bir yürüş idi ki, neft tarixi bəlkə də bir daha beləsinə şahid ol​ma​-
yacaqdır. Çox ucuz qiymətə neft satdı. Buna satdı da deyilə bilinməz, payladı! Bəli, havayı payladı.
Bu qızğın mübarizənin sonunda Deterdinq Rokfelleri yerə vurdu. Bu mübarizə “Standard Oyl” neft
trestinə milyonlarla dol​lara başa gəldi. Buna baxmayaraq, müəyyən bir zaman üçün müba​ri​zə​dən vaz
keçdi və Çin bazarlarındakı yerini Deterdinqə verdi.
Artıq “Royyal-Datç” Uzaq Şərqin neft bazarının tam hakimi ol​du.
“Royyal Datç” Rokfeller ilə apardığı mübarizədə itirdiyi flo​rinlərini geri almaq üçün neftin qiymətini
bir qədər yuxarı qaldırdı və düşdüyü ziyanları beləcə çox qısa zaman içərisində kompensa​siya etdi.
Bundan sonra Deterdinq Orta Şərqdə tapılmış neft ya​taqlarının istismarını və satışını ələ keçirmək
üçün müəyyən ad​dım​lar atmağı planlaşdırmağa başladı.
 
 


“ROYYAL – DATÇ” ORTA ŞƏRQDƏ
 
 
Deterdinq Uzaq Şərqdəki müvəffəqiyyətindən sonra Orta Şər​qə əl atdı. Tale bu adamın üzünə
gülürdü. Hər girdiyi mübarizədən qalib çıxır və sərmayəsi artdıqca başqa neft sahələrinə əl atırdı.
Deterdinq bu mübarizəni davam etdirərək dünyanın digər yer​lə​rin​də neft çıxartmaq üçün yeni-yeni
səlahiyyətlər alır və durma​dan çalışırdı. 1900-cü illərə doğru, Deterdinqi Londonda gə​ləcək Brita​-
niya Neft İmperiyası müqaviləsini imzalayarkən görü​rük.
Deterdinqin yeni neft ortağı özü kimi yəhudi olan lord Bers​tid, yəni Marküs Samuel idi.
Deterdinq bu anlaşmanı imzaladığı gün, “Royyal Datç”ın əlin​də 8 milyon florin, hal-hazırda neft
verən sahələrlə bərabər bir çox xam neft torpaqları da var idi. O vaxt isə, Rokfellerin sər​ma​yəsi 1,5
milyard dollara yaxın idi.
Deterdinq Samuel Marküs ilə olan müqaviləni o zaman üçün çox dahiyanə sayılan bir ideyasını
gerçəkləşdirmək üçün bağlamış​dı. Marküs Samuelin bir dəniz nəqliyyat şirkəti və bir neçə nəq​liyyat
gəmisi var idi. Deterdinqin ortaq olduğu firma “Şell Trans​port and Trading Co” idi. Marküs Samuel
bu nəqliyyat gəmiləri ilə Uzaq Şərqə səfərlər edir və oranın zəngin sərvətlərini İngiltərə və Avropa
bazarlarına nəql edirdi. Deterding müqaviləni məhz bu gəmilərdən istifadə etmək üçün imzalamışdır.
Marküs Samuelin gəmiləri artıq ticarət malı əvəzinə neft da​şıyacaqdır. Bundan sonra iki yəhudi
qurduqları bu imperiyanı Əla​həz​rət İngiltərə kralı və Britaniya imperatoru​na hədiyyə edə​cək​dilər. Bu
imperiyanın yeni adı isə, İngilis Neft İmperiyası idi.
İki yəhudinin birləşməsi ilə meydana gələn şirkətin yeni adı isə “Royyal Datç – Şell” oldu.
Deterdinq bu anlaşmadan sonra özünü qüvvətli hiss etməyə başlamışdı. Bunda da haqlı idi.
Təkbaşına mübarizə apardığı anlar​da belə o öz qüvvəsini sübut etməyi bacarmışdı. İndi daha da qüv​-
vətli olduğu anlarda aparacağı mübarizələri əlbəttə ki, qazana​caq​dır. Artıq Rokfellerdən heç bir
qorxusu qalmamışdı. Beləcə bu nöq​tədən hərəkət etməyə başlayan Deterdinq Rokfeller qrupu ilə
amansız bir mübarizəyə başladı. Uzaq Şərqdən uzaqlaşdırdığı “Stan​​​dard Oyl” ilə Orta Şərqdə, sonra
da Avropa bazarlarında rəqabətə və mübarizəyə başladı. Bu sahələrdə də oyunu qazandı. İndi onun
hədəfi Amerika qitəsi idi.
Avropada mübarizəni qazandıqdan sonra, onu Amerikada görürük. Geniş və çox zəngin neft
sahələrində Deterdinq və Rok​fel​ler bəzən yan-yana və çox zaman qarşı-qarşıya və amansızca​sı​na
mübarizə edirdilər. Nəticədə, Deterdinq Amerika qitəsinə yer​ləş​məyə müvəffəq oldu. Artıq
Deterdinqin də Texasda neft sahə​lə​ri vardır və hər keçən gün bu sahələrin hüdudları genişlənirdi.
Deterdinq Amerikaya yerləşərkən, bir tərəfdən də Latın Ame​ri​kasını öz mənfəət mənbəyi etməyə
çalışırdı. Deterdinq hər get​diyi yerdə Rokfellerlə qarşılaşır və amansız mübarizədən sonra,
Rokfellerin ondan əvvəl qurduqlarını məhv edərək əvəzinə öz hakimiyyətini bərqərar edirdi.
Mübarizə əməlli-başlı qızışmışdı. Deterdinq, Amerika qitəsin​dəki bütün müvəffəqiyyətinə görə,
Rokfellerin Amerikada haki​miy​yətini qurmaq üçün məhv etdiyi amerikalı neft sahibkarlarına borclu
idi.
Deterdinq incə və qıvraq yəhudi zəkası ilə Rokfellerin məhv etməyə çalışdığı neft sahibkarlarına əl
uzatdı. Bu, zahirdə bir dost əli idi. Əslində Deterdinq, Dünya Neft İmperiyasını qurmaq is​təyirdi. Bu
dost (!) əl, amerikan iş adamlarını fövqəladə dərəcədə mütəəssir etdi və Deterdinqə daha sıx dostluq
telləri ilə bağlan​malarına səbəb oldu. Deterdinq onlara sərmayə yardımı etdi və be​ləcə Rokfellerə


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə