Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

saxlanılmağa çalışılırdı.
Beşulduzlu general Mak Artur məsələsi dünyanı hədələyən hadisələrdən sadəcə bir dənəsi idi. Siyasi
üfüqlər qara buludlarla ör​tülməyə başlamışdı. Uzaq Şərqdə Koreya, Hindi-Çində Xo Şi Min, yəni
Vietkonq, Orta Şərqdə isə İran dünya sülhünü hədələyən sahələr idi. Bütün bu ərazilər isə
siyasətçiləri daima məşğul edən neft sahələrinin ya çox yaxınlığında, ya da içindədirlər.
Vyetnam «Royyal Datç-Şell Qrup»a məxsus neft sahələrinin lap yaxınlığında, İran isə hər kəsə
məlumdur.
 
 
 


TÜRKİYƏ İRAN MƏSƏLƏSİNƏ
MÜDAXİLƏ EDİR
 
 
İrandakı hadisələr Türkiyədə diqqətlə izlənirdi. Hadisələrin gər​gin bir anında Türkiyəyə
gözlənilmədən bir qonaq gəldi. Bu şəxs İkinci Dünya müharibəsi zamanı Çörçill hökumətinin hərbi
naziri olmuş Samuel Hoare Belisha idi. O, həm də müharibədən sonra Baldivinin baş nazir olduğu
illərdə S.İ.S. deyilən «Special İntelligence Sestion» kəşfiyyat idarəsinin əsrarəngiz şefi Qeorq
Cockerillin də ən yaxın dostu idi.
Samuel Hoare Belisha bütün Ərəbistan yarımadasını, Yuna​nıstanı gəzdikdən sonra Türkiyəyə
gəlmişdir. Onun mətbuata ver​diyi bəyanata görə Türkiyəyə gəlişinin heç bir rəsmi mənası yox​dur.
Sadəcə olaraq qeyri-rəsmi görüşlər keçirəcəkdir. Ancaq o Tür​ki​yə​nin dövlət və hökumət üzvləri ilə
görüşlər keçirərək on​larla tanış olmuşdur. Onun bu görüşləri haqqında heç bir açıqlama verilmədi.
Ancaq bu müzakirələrin mahiyyəti də gözdən qaçmadı. İranda böh​ranlı vəziyyətin yaranması və
ingilis neftinin taleyi həll olunduğu bir vaxtda Türkiyəyə bir ingilis sabiq naziri hər halda is​tirahətə
gəl​mə​mişdi. Onun Ankaradakı görüşlərinin məzmunu barədə hələ də əldə elə bir məlumatlar yoxdur.
Ancaq qətiyyətlə de​mək olar ki, bu gö​rüşmələr İran hadisəsi ilə əlaqəli idi və bəzi tədbirlər görmək
üçün İngiltərə ilə Türkiyə arasında razılaşmalar da olmuşdur.
Ankarada bu müzakirələr aparılarkən İranda da Rusiyanın agent​ləri ilə birlikdə İran Xalq Partiyası
(Tudə) və Fədai İslam Cəmiyyəti geniş fəaliyyətə başladılar. Onlar nümayişlər və ixtişaş​lar
törətməkdən də çəkinmirdilər. 1951-ci il aprelin 21-də Fədai İs​lam Cəmiyyəti Tehranda Nah camesi
önündə geniş bir nümayiş təş​kil etmişdi. On minlərlə insanın iştirak etdiyi bu mitinqdə Fədai İslam
Cəmiyyətinin liderlərindən Seyid Məhəmməd Nəqayi sərt çıxış edərək baş nazir Hüseyn Alanı
hədələmişdir: «Hüseyn Ala, Hüseyn Ala... Din və imandan ayrılma, yoxsa sənin də aqibətin o
birilərinki kimi olar».
Bu hədələr qarşısında hökumət heç bir tədbir görməyərək su​sur​du.
Neft artıq İranda beynəlxalq bir ixtilaf mövzusu olmuşdur. İranda baş nazir hədələndiyi bir vaxtda
Türkiyədə geniş siyasi fəa​liyyətlər cərəyan etməkdə idi. Ankara sanki İran neft böhranının qəlbi
halına gəlmişdi. Türkiyədəki İngiltərə, Amerika, Fransa, İran və Pakistan səfirləri növbə ilə
Türkiyənin xarici işlər naziri Fuad Köprülünü ziyarət edirdilər. Bu görüşlər İrandakı böhranla əla​-
qədar idi. Vəziyyət o qədər gərgin və ciddi idi ki, tərəflərdən hər hansı birisinin atacağı yanlış addım
bəlkə də Üçüncü Dünya müharibəsinin baş verməsinə səbəb ola bilərdi. Elə bu baxımdan da Türkiyə
siyasi hadisələri böyük bir diqqət və həssaslıqla izlə​mə​yə məcbur idi.
Yuxarıda adlarını çəkdiyimiz ölkələrin səfirləri 1951-ci il aprelin 21-də Türkiyə Xarici İşlər
Nazirliyində İran məsələsini müzakirə etmək üçün dəvət olundular.
Rusiya tərəfdən İrana hər an hərbi müdaxilə ola bilərdi. Onlar sərhədə böyük hərbi qüvvə
cəmləşdirmişdilər. Türkiyə, İngiltərə, Fransa, Amerika və başqa dövlətlər Rusiyanın İrana hərbi
müdaxi​lə etməsindən qorxurdular. İngiltərənin hərbi naziri Emmanuel Shinvelin gözlənilən mü​ha​ribə
təhlükəsindən bəhs edərək: «Koreya müharibəsində baş verənləri İrandakı qarışıqlıqlar daha da
sürətləndirmək​də​dir. Əgər İrandakı vəziyyət düzəlməzsə, müharibə Orta Şər​qə də sirayət edəcəkdir»
demişdir.


İngiltərə, dolayısı ilə də Deterdinq həqiqətən də çıxılmaz və​ziyyətə düşmüşdür. İran hadisələri onlar
üçün həqiqətən də ciddi bir mahiyyət daşıyırdı. İngiltərənin hərbi nazirinin bu bəyanatından üç gün
sonra İs​tan​bulda olan Samuel Hoare Belisha jurnalistlərlə görüşəndə «əs​ki sazişlər ən yaxşı
sazişlərdir» demişdir. Onun bu bəyanatı İran​da da, İranın işlərinə burnunu soxan «Standard Oyl»
şirkətinə də bir xəbərdarlıq idi. Bu bəyanat istər İrana, istər Amerikaya daha doğ​rusu «Standard
Oyl»a sazişlərə sadiq qalmalarını tövsiyyə edir​di.
 
 
 


İRANIN FƏLAKƏTLİ DÖVRÜ. MÜSƏDDİQ
HÖKUMƏTİ
 
 
İranda hadisələr getdikcə dərinləşirdi. Artıq hər kəs neftin mil​liləşdirilməsindən bəhs edirdi.
Rusların nefti ələ keçirmək üçün ilk mərhələ olaraq irəli sürdükləri «milliləşdirmə» təbliğatı baş tut​-
muş və bu fikir xalq tərəfindən mənimsənilmişdir. İranın hər tə​rə​fində keçirilən və təşkilatçıları Fədai
İslam Cəmiyyəti ilə Tudə Par​tiyası olan nümayişlərin əsas şüarı bu olmuşdur. Ruslar İranda nefti
milliləşdirdikdən sonra necə olursa da ələ keçirə biləcəklərinə inanırdılar. Bu baxımdan 1951-ci ilin
aprel ayı İran üçün fəlakətli günlərin başlanğıcı olmuşdur.
Baş nazir olduğundan bəri Hüseyn Ala daima rus səfirinin təzyiqinə məruz qalırdı. Rusiyanın səfiri
neftin milliləşdirilməsi fik​rini müdafiə edir və baş nazirin bunu reallaşdırmasını istəyirdi. Neftin
milliləşdirilməsi Rusiyanın mənfəətləri baxımından qəbul ediləndir deyən rus səfiri çıxışına «Rusiya
Orta Şərqdə həm​sər​həd bir ölkədə imperialist siyasət yürüdən qərblilərin olma​sın​dan razı deyildir»
sözlərini də əlavə etmişdir.
İranın baş naziri Hüseyn Ala rus elçisinin, Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin
xəbərdarlıq və hədələrinə baxmaya​raq nefti milliləşdirməyə tələsmirdi. O da qətlə yetirilən əski baş
na​zir Raz​ma​ra kimi düşünür və bütün bu təzyiq və təhdidlərə sinə gə​rirdi.
Ruslar neftin milliləşdirilməsi üçün nə tələb olunurdusa onu da yerinə yetirməyə çalışırdılar. Onlar
Milli Məclisə də nüfuz edərək özlərinə tərəfdar tapmışdılar. Hüseyn Alanı Milli Məclisin üzvləri də
milliləşdirmə məsələsində sıxışdırırdılar. Artıq təzyiqlərə davam gətirə bilməyən baş nazir Hüseyn
Ala istefa ərizəsini şaha təqdim etdi. Onun istefasından sonra ölkədə hökumət böhranı ya​randı və heç
kəs baş nazir olmaq istəmirdi.
Şahın baş nazir postuna göstərdiyi namizədlər Tudə Partiyası və Fədai İslam Cəmiyyətinin
terrorundan qorxduqları üçün höku​mət qurmağı qəbul edə bilmirdilər. Bir müddət sonra bu iki təşkilat
Müsəddiq adlı şəxsin baş nazir olmasına razılıq verdilər. Şah da Müsəddiqin hökuməti qurmasına
razı deyildi. Elə bu səbəbdən də müraciətləri rədd edirdi. Ancaq, təzyiqlərə dözə bilməyən şah Mü​-
səd​diqin baş nazir olması təkliflərinə razı oldu. Beləliklə Müsəd​diq İranın baş naziri oldu və
hökumətə rəhbərlik etməyə başladı.
Müsəddiq baş nazirliyinin şah tərəfindən təsdiq olunmasını gözləmədən dərhal öz qərarlarını
verməyə başladı. Şah Müsəddi​qə necə nifrət edirdisə, Müsəddiq də şaha o qədər nifrət edirdi.
Müsəddiq baş nazir olduğu zaman neft ixtilafı xüsusunda «Anglo Persian» şirkəti tərəfindən İran
hökumətinə verilən tək​lif​lər paketi artıq onun masasının üstündə idi. Ancaq onun fikri qəti idi. Yəni
ingilisləri İrandan qovacaq və nefti milliləşdirəcək​dir.
İrandakı hökumət böhranına yol açan Hüseyn Alanın iste​fa​sı​nın ertəsi günü «Anglo Persian» şirkəti
tərəfindən İrana verilən tək​liflərə dair İngiltərənin xarici işlər naziri Herbert Morrison «İstefa edən
İran baş naziri Hüseyn Ala kabinetinə neft ixt​il​a​fı​nın həlli üçün yeni təkliflər irəli sürülmüşdür.
«Anglo Persian» neft şirkətinin əldə etdiyi gəlir yarı-yarıya bölünəcək və şirkət işçilərinin
əksəriyyətini iranlı fəhlələr təş​kil edəcəkdir. Ancaq Hüseyn Ala hökuməti bu təkliflərə cavab
vermədən istefaya getməyə məcbur olmuşdur. İngiltərə neft sahələrinin milliləşdirilməsi təklifinin
İran ilə «Anglo Persian» şirkətinə aid olan bir məsələ olduğuna dair İranın irəli sür​dü​yü iddianı


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə