Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

qəbul etməyəcəkdir» bəyanatını vermişdir. Nazir bu bə​yanatı verməkdə haqlı idi. İrandakı neft ixtilafı
həqiqətən «Anglo Persian» ilə İran arasında həll ediləcək bir məsələ deyildi. Bəyаnatın verilməsinin
əsas səbəbi Müsəddiqin şahın hökuməti təsdiq etməsini gözləmədən Gülüstan sarayında yerləşən baş
nazir​lik​dən neftin milliləşdirilməsini elan edən ilk hökumət qərarı idi.
Ruslar hədəflərinə çatmışdılar, yəni neft İranda milliləş​diril​miş​di. İngilis mətbuatı Müsəddiqin bu
qərarının İngiltərə tərəfin​dən tanınmayacağını yazırdı.
Müsəddiq baş nazir kürsüsünə oturar-oturmaz Rusiyanın İran​dakı səfiri İvan Sadxikov dərhal onun
hüzuruna gəlmiş və 80 dəqiqə söhbət etmişdi. Yerli və xarici jurnalistlərin verdikləri su​alla​ra sadəcə
gülümsəməklə cavab vermişdi. Ancaq İvan Sad​xikovun Müsəddiq ilə görüşünün məzmunu ertəsi gün
məlum ol​muşdu.
İranda Tudə Partiyasının xalqı üsyana çağıran «Mərdom» və «Zəfər» adlı mətbuat orqanları
bağladılmış və məsul işçiləri həbs edilmişlər.
Rus səfirinin Müsəddiq ilə görüşünün məzmunu bu qəzetlərin təkrar nəşrə başlamalarından bəlli
olmuşdur. Rus səfiri bu iki qə​zetin nəşrə başlamalarını və həbs olunanların azad edilməsini tələb et​-
dik​dən sonra Müsəddiq onun bu təkliflərini dərhal yerinə yetir​miş​dir.
Artıq İranda yeni bir dövr, yəni rus dövrü başlayırdı. Müsəd​di​qin iqtidara keçməsi ilə hər şeyin həll
ediləcəyinə inananların ümidləri boşa çıxdı. Çünki nə nümayişlər dayanmış, nə də ölkədə normal
idarəetmə qurula bilmişdi. İran tam mənası ilə bir inqilab ölkəsi mənzərəsinə bürünmüşdü.
İran bü səfər kommunistlərin əlində oyuncaq olmuşdur. Bey​nəl​xalq kommunist bayramı olan 1 May
İranın hər tərəfində çox təntənəli şəkildə keçirilməyə başlamışdı.
Tudəçilər ilə fədailər anarxist hərəkətləri ilə keçirdikləri 1 May bayramında xalqı narahat etdikləri
üçün polis işə qarışmalı olmuş​dur. Nəticədə qarşıdurma yaranmış və hər iki tərəf zərər görmüş​dür.
Zavalı İran neft üzündən bir gün rahat nəfəs almamış və ölkə hər an partlamağa hazır bir barıt çəlləyi
halına gəlmişdir.
Kommunistlər indi də yeni bir metod tətbiq etməyə başlamış​dı​lar. Bu da sabotaj idi. Sabotaj
hərəkətləri İranı bürümüşdü. Bu sabotaj hərəkəti Abadanda özünü daha çox göstərirdi. Onlar Aba​-
dan​da yanğın törətsələr də istədiklərinə nail ola bilməmişdilər.
Çünki ingilislər istər neftayırma zavodlarını, istərsə də neft quyularını çox ciddi qoruyurdular. İran
ordusuna məxsus əsgərlər də Abadanın mühafizəsində yaxından iştirak edirdilər.
Kommunistlər yalnız Abadandan təqribən 150 km şimalda olan Net Sufit neft məntəqəsində yanğın
törədə bildilər.
Müsəddiq isə kommunistlərin bu hərəkətlərindən öz lehinə istifadə edərək ingilisləri günahlandırdı.
O, neftin milliləşdirilməsi qərarını qəbul etsə də, şah hələ təsdiq etməmişdir. Müsəddiq sabo​taj​lar
vasitəsilə şaha təzyiq etmək və neftin milliləşdirilməsi qə​ra​rı​nı təsdiqlətmək istəyirdi. Şah da qanunu
belə bir şəraitdə im​za​la​maq istəmir və sanki gələcəkdə başına gələnləri hiss edirdi.
Artıq təzyiqlərə dözə bilməyən şah 1951-ci il mayın 2-də nef​tin milliləşdirilməsinə dair Müsəddiqin
qəbul etdiyi qərarı təs​diq​lə​di.
İran şahı Rza şah Pəhləvinin neft qanununu imzalayarkən in​gi​lis və amerikan səfirləri Müsəddiqi
ziyarət edərək neftin mil​li​ləş​diril​mə​sinə qarşı etğirazlarını bildirdilər. Dövlətlər siyasi danı​şıq​larda
neft trest​lərini himayə etdiklərini bir daha ortaya qoy​muş​du​lar.
Amerika İrandakı hadisələrə qarşı İngiltərə ilə müştərək hərə​kət etmişdi. Lakin o bu işin arxasında
daima öz mənfəətlərini göz​lə​miş və gələcəyin xatirinə sərmayələr qoymuşdur. «Standard Oyl»
«Royyal Datç-Şell Qrup»un malı olan İran neftindən hissə almağa qərarlı idi. Bu səbəblə də pərdə


arxasında ruslarla gizli oyun​lar oynayır və İngiltərəni dizə çökdürməyə çalışırdı. O İran ha​di​sələrinin
arxasında İngiltərəni Orta Şərqdən uzaqlaşdırmaq istəyən bir səyasəti planlaşdırırdı. Lakin «Standard
Oyl» «Royyal Datç-Şell Qrup» ilə 1943-cü ildə imzaladığı onillik bir sülh mü​qa​vi​ləsi vardı və bu
anlaşma «Standard Oyl»un rəsmən ortaya çıx​ma​sına mane olmaqda idi. Bu anlaşmanın olması
«Standard Oyl» u İngiltərə ilə açıq bir mücadilədən çəkindirirdi. Amerikalılar Qərb blokunun
qarşısında dayanan kommunist blokuna o qədər də inan​mır və İngiltərəni tədricən Orta Şərqdən
uzaqlaşdırmanın imkan​la​rı​nı axtarırdılar.
Neft hər iki neft trestini İranda zahirən də olsa bir-birinə ya​xın​laşdırmış və müştərək qərarların qəbul
edilməsinə səbəb olmuş​dur. Amerika prezidenti Trumenin şəxsi bir siyasət yürüdərək ingilislərlə
müştərək hərəkət etməsi Amerikada respublikaçılarla demokratları təkrar qarşı-qarşıya gətirmişdi.
Daima Respublika​çı​lar Partiyasını dəstəkləyən «Standard Oyl» iqtidarda olan demok​ra​tlara müharibə
elan etmişdi. Bu iş üçün onun əlində mükəmməl bir vasitə vardı. Bu vasitə Koreyadan uzaqlaşdırılan
və rütbələri alınan beş ulduzlu general Mak Artur idi.
İranda neftin milliləşdirilməsindən beş gün sonra, yəni 1951-ci il mayın 7-də beşulduzlu general Mak
Artur demokratlara qarşı hücuma keçdi. O, hədəf olaraq ABŞ-ın milli müdafiə naziri ge​ne​ral
Marşallı seçmişdi. Mak Artur onu acizlikdə ittiham edirdi.
General Mak Arturun general Marşallı ittiham etdiyi gün Trumen də ABŞ-ın mülkü müdafiə
komissiyasının hüzuranda Ame​rika siyasətinin ana xəttlərini elan edir və bu siyasətin istin​ad​gahlarını
ortaya qoyurdu: «Mən sovet təhlükəsi qarşısında məm​ləkətimi müttəfiqlərdən məhrumedəcək bir
hərəkətə yol verə bilmərəm». Trumenin bəyanatı aydın idi. O, amerikan siyasətini təsbit edərkən
eyhamla «Standard Oyl”un onun siyasətinə mü​da​xi​ləsini də qəbul etmədiyini anlatmaq istəyirdi.
Trumenin bu bəyanatı verdiyi günlərdə isə Orta Şərq və Bal​kan yarımadasında hadisələr gərgin bir
vəziyyətdə idi. Ruslar Tru​menin bəyanatını verdiyi və müttəfiqləri ilə münasibətlərini kor​la​maq
niyyətində olmadıqlarını söylədikləri gün Bolqaristanı da bu işlərə qoşmuşdular. Hələ Bolqaristanda
səfərbəylik də həyata ke​çi​ril​mişdir. Rusların İkinci Dünya müharibəsinin qəhrəmanlarından marşal
Konev isə Çexoslovakiyaya getmişdir. Rumıniyanın neft sa​hələrində müəyyən tədbirlər görülmüşdür.
Bunlardan başqa rus orduları Balkan yarımadasında və İranla olan sərhədində geniş ma​nevrlər
etmişdir.
Hadisələrin inkişafının belə bir vəziyyətində Türkiyə sülhün qorunması yolunda hər cür tədbirlərə əl
atırdı. Ankarada Tür​ki​yənin ​xarici işlər naziri, professor Fuad Köprülü təcili olaraq Tür​ki​yənin
Roma, London və Vaşinqtondakı səfirlərini vətənə dəvət etmiş və dünyada baş verən hadisələri bir
daha gözdən keçir​miş​di​lər. Bundan başqa 1951-ci il mayın 10-da Türkiyə höküməti pre​zi​den​tin
rəhbərliyi altında toplanmış və vəziyyət müzakirə edilmiş​dir. Mətbuata verilən məlumat aşağıldakı
məzmunda olmuşdur: «1951-ci il mayın 10-da prezidentin rəhbərliyi altında keçirilən toplantıda
1951-ci il aprelin 28-dən bəri dünyada baş vermiş hadisələr nəzərdən keçirilmişdir».
Türkiyə İran nefti ətrafında yaranmış siyasi şərait qarşısında vəziyyətini açıqlayarkən, ruslar İranda
hərəkətə keçmişdilər. Bu sə​fər rusların hədəfi amerikalılardı. Türkiyə Xarici İşlər Nazir​li​yi​nin
bəyanatı mətbuatda çap olunduğu gün İranda amerikalılar əley​hi​nə geniş nümayişlər başlanmışdı.
Xalq Tudə Partiyasının və Fə​dai İslam Cəmiyyətinin təhrikləri ilə Amerika səfirliyinin üzərinə hü​-
cuma keçsələr də polis onları güclə dayandıra bilmişdi.
Hadisələrin belə cərəyan etdiyini görən Amerika səfiri O’Qra​dy Müsəddiqdən amerikalıların
əleyhinə keçirilən nümayişlər haq​qında izahat tələb etmişdir.
Tehranda amerikalılar əleyhinə keçirilən nümayişlər rusların Trumenə cavabları idi. Ümumiyyətlə


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə