Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

rusların gördüyü tədbirlər dünyada bərqərar olmuş sülhə qarşı təhlükə yaradırdı. Azad dünya ölkələri
rusların siyasətlərinə qarşı əks tədbirlər görmək məc​bu​riy​yə​tində qalmışdılar. Bu tədbirlər
çərçivəsində Türkiyənin strateji vəziyyəti də nəzərə alınmışdır.
1951-ci il mayın 12-də azad dünya ölkələrinin nümayəndələri Strasburqda bir toplantı keçirərək Orta
Şərqdə yaranmış gərgin bir dövrdə Türkiyənin Qərbin təhlükəsizlik sisteminə daxil edilməsini israrla
tələb etdilər.
Amerika isə İran nefti ixtilafında dövlət olaraq ortaq bir yol tu​tur və İran - İngiltərə arasındakı
böhranın sülh yolu ilə həll edil​mə​sini istəyirdi. İngilislər əsasən bu sülh yolunu sınaqdan çıxartsalar
da heç bir nəticə əldə edə bilməmişdilər. İranın baş naziri Hüseyn Ala istefa etdikdən bir gün əvvəl
«Anglo Persian» (Anglo İranian) şirkətinin neft istehsalından əldə ediləcək gəliri İran dövləti ilə yarı
bölmək barədə İrana etdiyi təklifi yeni baş nazir Müsəddiq rədd etmiş və neftin milliləşdirilməsi
fikrini ortaya atmışdır. Məsələ ar​tıq bir İran-İngiltərə məsələsi olmaqdan çıxmışdır. Məsələnin əsas
məğzi Rusiya ilə «Standard Oly»un birlikdə İngiltərəyə qarşı çıxmaları idi. Ancaq etiraf etmək
lazımdır ki, hökumət olaraq Ame​rika İngiltərə ilə bərabər idi.
Amerika İran-İngiltərə ixtilafının sülh yolu ilə nizamlanmasına dair təşəbbüslər göstərərkən ABŞ-ın
xarici işlər naziri Dean Ashe​son “ABŞ hər iki tərəflə daima məsləhətləşmələr apar​maq​da​dır və hər
iki tərəfə də təmkinli olmalarını, ifrata varıb hər han​sı birtərəfli tədbirlər görməmələrini israrla
tövsiyə etmiş​dir» məzmunlu bir bəyanat verir.
Amerikanın və İngiltərənin bütün təşəbbüslərinə, xüsusilə də İngiltərənin neftdən gələn gəlirin
yarısını vermək təklifini İran tərəfə bildirsə də Müsəddiqin antiingilis siyasəti üzündən ölkədə
hadisələr gündən-günə pisləşirdi. Rusiyanın təhriki ilə İngiltərə və Amerikanın əleyhinə nümayişlər
davam edirdi.
Hadisələrin belə cərəyan etdiyini görən İngiltərə İrana «Hər iki tərəfi təmin edə biləcək
müzakirələrin nəticələrinə İngiltərə ümidlə baxmaqdadır. Yeni bir anlaşmanın şərtlərini təsbit etmək
üçün İngiltərə hökuməti Tehrana dərhal bir nümayəndə heyəti göndərməyə hazırdır. İran hökumətinin
müzakirələrdən müəyyən bəhanələrlə boyun qaçırarsa yaranacaq böhranlı və​ziy​yətin məsuliyyəti
İranın üzərinə düşəcəkdir. Bu isə hər iki tərəfin də arzuladığı sülh prosesinə ciddi zərbə vuracaqdır»
məzmunlu sərt bir nota verdi.
Bu nota İrana bir xəbərdarlıq idi. Ruslar İranda istədikləri ada​mı – Müsəddiqi iqtidara gətirmişdilər
və onu müdafiə etməyə qə​rar​lı idilər.
İngiltərənin notası Tehrana verildiyi günün sabahısı Rusiyanın silahlı qüvvələri İran sərhədində
manevr etməyə başladılar. Rus​la​rın bu hərəkəti Müsəddiqi ingilislərin hədə-qorxusuna o qədər də
əhə​miy​yət verməməyə sövq etdi. Ruslar bu manevrləri ilə ingi​lis​lə​rə xə​bərdarlıq etmək istəyirdilər
ki, əgər ingilis hərbi qüvvələri və do​nan​maları hərəkətə keçərlərsə qarşılarında rus ordusunu görə​-
cək​dilər.
Müsəddiq İngiltərənin bu notasını da digərləri kimi rədd etdi.
Rədd cavabı alan İngiltərə son dəfə Türkiyənin vasitəçiliyini tələb etdi və İran ilə müzakirə yollarını
axtardı. Türkiyə hökuməti ingilislərin bu təklifini məmnuniyyətlə qəbul etdi. Türkiyənin xa​rici işlər
naziri, professor Fuad Köprülü İranın Türkiyədəki səfiri ilə görüşdü. İranın səfiri hökumətindən
aldığı təlimata uyğun ol​a​raq İran neftinin milliləşdirilməsinə dair hökumətinin qəti qərarını
Türkiyənin xarici işlər nazirinə bildirdi. Türkiyə hökuməti neft üzündən İran ilə İngiltərə arasındakı
ixtilafın həllində çiyinlərinə tarixi bir vəzifə almışdı. Fuad Köprülü İran səfirindən aldığı rədd
cavabından sonra dərhal İngiltərə ilə əlaqə yaratdı. Türk hökuməti məsələnin sülh yolu ilə həll


edilməsinə çalışdı və İngiltərəyə İran neftinin milliləşdirilməsini bəzi şərtlər daxilində qəbul
etməsini israrla tövsiyə etdi.
Türkiyənin İngiltərəyə etdiyi tövsiyə müsbət nəticə verdi və İngiltərə neftin milliləşdirilməsinin bəzi
şərtlər daxilində qəbul edə biləcəyini xarici işlər naziri Herbert Morrisonun bu bəyanatı ilə dünyaya
elan etmişdi. İngiltərə xarici işlər naziri 1951-ci il mayın 28-də İngiltərənin İran neftinin bəzi şərtlər
daxilində milli​ləş​di​ril​mə​sini qəbul etdiyini və İran ilə müzakirələrə hazır olduğunu bildirdi.
Türkiyənin vasitəçiliyi ilə İngiltərənin qəbul etdiyi şərtli mil​li​ləş​dirmə təklifi Müsəddiq tərəfindən də
müsbət qarşılanmışdı. Çün​ki bu təklif şəxsən özü tərəfindən Ankaradakı səfirə çatdı​rıl​mış, İran səfiri
də Türkiyənin xarici işlər naziri, professor Fuad Köp​rülü ilə görüşündə Müsəddiqin arzusunu ona
bildirmişdi.
Türkiyənin Orta Şərqdə sülhü qorumaq üçün girişdiyi fəaliy​yə​tin nəticəsində İran-İngiltərə
müzakirələrinin başlanmasına az qal​mış bir vaxtda ruslar vəziyyəti yenidən gərginləşdirdilər.
Ruslar Müsəddiq ilə ingilislər arasındakı böhranın Türkiyənin vasitəçiliyi ilə həll olunmağa
başlandığını görüncə İrandakı cəsus​larının və konsulluqlarda çalışan məmurlarının vasitəsilə xalqı
Müsəddiq hökumətinin əleyhinə qaldırmağa başladılar. Rus agent​ləri bir tərəfdən xalqı qızışdırır,
digər tərəfdən də Tudə Partiyası ilə Fədai İslam Cəmiyyətini də bu işə cəlb etməyə çalışırdılar.
Rəsmi rus konsulluq məmurlarının xalq arasındakı təhrik fəa​liyyətlərinə misal olaraq Təbrizdəki rus
konsulluğunu göstərə bi​lə​rik. Konsulluğun məmurları hadisələrə o qədər açıq qarışmışdıdar ki, polis
onlardan dörd nəfəri həbs etməyə məcbur olmuşdur. Onlar dövlətlərarası hüquq qaydalarını
pozmaqda və xalqı mövcud re​ji​mə qarşı üsyana təşviq etməkdə ittiham olunurdular.
Təbrizdəki rus konsulluğunun dörd nəfər əməkdaşının Müsəd​diq hökuməti tərəfindən həbs olunmaları
İranda olduğu qədər Lon​don, Vaşinqton, Paris, Roma və Ankarada da bir bomba partlayışı təsiri
yaratdı. İran hökuməti bu adamların həbsində haqlı idi. Bir müddətdən sonra həbs olunanlar azad
edildilər və arzuolunmaz şəxslər olaraq ölkədən çıxarıldılar.
Müsəddiqin hərəkəti ruslar üçün gözlənilməyən bir zərbə idi. Rusiyanın İrandakı səfiri dərhal
Müsəddiq ilə görüşdü və onun kon​sulluq işçilərinə qarşı tətbiq edilən qərarına qarşı etiraz etdi. Mü​-
səddiq səfirin etirazına məhəl qoymadan dörd konsulluq işçis​i​ni İrandan çıxartdırdı.
Neft böhranı hələ yerində sayırdı. Nə Türkiyənin vasitəçiliyi, nə İngiltərənin bəzi şətlər altında
milliləşdirməni qəbul edəcəyinə dair təklifi, nə də Amerikanın sülhü qorumaq üçün etdiyi müraciəti
Müsəddiqi yumşaltmağa kifayət etmədi.
Müsəddiqin bu müxalifətinə və böhranı davam etdirmək yo​lun​dakı ağlasığmaz dirənməsinə
baxmayaraq, Qərb dövlətləri, xü​susilə də ingilislərlə Türkiyənin dövlət rəsmiləri onun yumşalaca​ğı​-
na ümid edirdilər. Elə bu ümid Qərb dövlətlərinin rəhbərlərini hər carəyə baş vurmağa və neft
ixtilafını həll etmək yolunda son ana qədər səbr etməyə məcbur etdi.
Bu xüsusdakı ilk təşəbbüsü şəxsən ABŞ prezidenti Trumen etdi. O, 1951-ci il iyunun 1-də şəxsən
qələmə aldığı iki müraciəti İngiltərənin Baş naziri Klement Atleeyə və İranın Baş naziri Müsəddiqə
göndərdi.
Trumen bu müraciətində hər iki dövlətə də təmkinlik tövsiyə edir, İngiltərə-İran arasındakı neft
ixtilafını həll etmək xüsusunda Amerikanın əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirir və
gələcəkdə müharibəyə səbəb olacaq hərəkətlərdən çəkinməyi tövsiyə edirdi. Trumen müraciətində
belə deyirdi: «İran-İngiltərə neft böhranı hər an partlaya biləcək vəziyyətdədir».
Trumenin müraciətinə baxmayaraq tərəflər hər hansı bir ra​zı​lı​ğa ​gələ bilməmişdilər. Bu baxımdan
1951-ci ilin iyun ayı İranda böyük hadisələrin davam etdiyi aydır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə