Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

İngiltərə quruluşu və dövlət anlayışı baxımından dünyada heç bir millətə bənzəməyən xüsusiyyətlərə
malikdir. Bu xüsusiyyətlə​rin əsasını xüsusi olaraq ictimai fikir təşkil etməkdədir. İngiltərə qu​ru​luşu
baxımından digər dövlətlər kimi və müasir dövrün şərt​lərinə uyğun klassik bir dövlət də deyildir. O
tamamilə bir müəm​madır.
İran hadisələrinin həddindən artıq gərginləşdiyi, Atleenin bir müharibədən bəhs etdiyi bu günlərdə də
bizə qəribə gələcək bir qərar vermiş ingilis hökuməti yeni seçkilərə gedirdi. Bu imperiya üçün ən
böhranlı bir dövrdə seçkiyə getmək başqa millətlər tərəfin​dən çılğınlıq kimi qəbul edilə bilərdi.
Ancaq ingilislər üçün deyil, ingilis iqtidar partiyası olan İşçi Partiyasının seçkilərə getməsi də təbii
idi. Çünki, imperiyada təhlükə zəngləri çalırdı. Atlee bəlkə də gəlib çatmış olan bu təhlükəni önləmək
cəsarətini özündə tapa bil​məmişdi.
İngiltərədə seçkilər keçirilmiş və mühafizəkarlar iqtidara gəl​mişdi. Artıq İngiltərədə son əsrin ən
böyük və ən soyuqqanlı şəxs​lərindən biri olan Uinston Çörçill baş nazir idi. Bu qurd siyasətçi
imperiyanı İran nefti ixtilafı üzündən düşdüyü böhranlı vəziy​yət​dən çıxara biləcəkmi? O, əgər
İngiltərəni bu böhrandan xilas edə bilsə, şübhəsiz ki, dünyanı da gözlənilən təhlükəli bir mühari​bədən
qurtarmış olardı. U.Çörçill buna müvəffəq ola biləcəkmi?
Ruslar İngiltərədəki iqtidar dəyişikliyindən sonra özlərini sakit aparırdılar. Buna səbəb iqtidara
təcrübəli və soyuqqanlı bir şəxsin gəlməsi idi. İ.Stalin U.Çörçilli bütün bir dünya müharibəsi bo​-
yunca yaxından görmüşdü. O, xüsusilə Tehran konfransını hələ də unutmamışdır. O konfransda vəfat
etmiş Ruzvelt ilə birlikdə cəbhə aldıqları bu qurd siyasətçinin onlarla necə mücadilə etdiyini bilirdi.
İndi İngiltərədə Çörçill iqtidara gəldiyi andan bəri düşünmək növbəsi Stalinə düşmüşdü.
Təəssüf ki, hər nə olursa olsun dünya ciddi təhlükələr qarşı​sın​da idi.
İran neft ixtilafı bir daha göstərmişdir ki, dünyanı əsl idarə edənlər diplomatlar deyil, neft
istehsalçıları idi. 1951-ci il başa çatsa da, neft ixtilafında hər hansı bir nəticə əldə edilməmişdi. Bu
ixtilafda iştirak edən dövlətlər yerlərində sayırdılar. Lakin ruslar İranda da şanslı idilər. Çünki,
onların hələ əvvəllər İranda yarat​dıqları Tudə Partiyası ilə Fədai İslam Cəmiyyəti artıq Müsəddiqi
dizə çökdürmüş və ölkədə vəziyyətə tamamilə hakim olmuşlar.
İngiltərədə Çörçillin iqtidara gəlməsi İranın siyasi dairələrində tə​rəddüdlər yaratmış və Müsəddiqi
ciddi düşünməyə vadar etmiş​dir.
Müsəddiq Atleenin lord Stokesin iranlılarla apardığı müza​ki​rə​lərdən heç bir nəticə əldə etmədən
Londona qayıtdıqdan sonra söylədiyi: «İran ilə müzakirələr təxirə salınmamışdır, ancaq kəsilmişdir»
cavabına baxmayaraq neft müzakirələrinə yenidən başlamağa qərar verdi və ingilislərə müraciət etdi.
Müsəddiq 1951-ci il sentyabrın 24-də verdiyi və müzakirələrə təkrar baş​la​maq xüsusunda tanıdığı 10
gün möhlətli memorandumuna hələ bir cavab ala bilməmişdi. Möhlətin bitməsinə isə iki gün
qalmışdı. Möhlət oktyabrın 4-də bitirdi.
Müsəddiq oktyabrın 2-də bir xəbər nəşr etdirdi. Bu xəbərdə Müsəddiq İngiltərə İranın verdiyi 24
sentyabr tarixli notaya cavab vermədiyi təqdirdə İranın İngiltərə ilə olan siyasi münasibətlərini
kəsəcəyini elan edirdi. Müsəddiq ingilisləri siyasi münasibətləri kəsəcəyi ilə qorxudacağını zənn
edirdi.
Müsəddiqin nəşr etdiyi bu hədələyici xəbərin Londonda və Vaşinqtonda əks-sədası çox ciddi oldu.
İstər Amerika, istər İngiltərə Trumen və Çörçillin imzalarını daşıyan eyni məzmunlu iki notanı İrana
verdilər. Müsəddiq son xəbərinin bu qədər sərt və ciddi bir əks-səda yaradacığını zənn etməmişdir.
İngiltərə və Amerikanın notaları Tehrana çat​dı​rıl​dıq​dan dərhal sonra Müsəddiq Tehrandakı rus səfiri
İvan Sadxikovu hüzuruna çağırdı və bu notalara necə bir cavab verilməsini mü​za​kirə etməyə başladı.


Müsəddiqin narahatçılığını görən İvan Sadxikov ona təminat verir və ölkəsinin İranı dəstəklədiyini
bildirir. O, əgər İran İn​gil​tərə və ya Amerika tərəfindən hər hansı bir şəkildə təcavüzə məruz qalarsa
Rusiyanın İranın yanında olacağını da elan etdi.
İran şahı Rza şah Pəhləvi də İngiltərə və Amerikanın ver​dik​ləri notalardan xəbərdar olanda böyük bir
üzüntüyə dücar oldu. O, Müsəddiqin İranı sonu məlum olmayan hadisələrə tərəf sürük​lə​di​yini görür
və həyəcan keçirirdi. Şah iki nəhəng dövlətin İrana ver​dikləri notaların sonunun nə ilə bitəcəyini
Müsəddiqin dilindən eşitmək üçün onu yanına dəvət etdi.
Müsəddiq isə öz növbəsində şaha əndişələnməyə heç bir sə​bəb olmadığını və Rusiyanın İran ilə
birlikdə hərəkət etməyə razı​lıq verdiyini bildirir. Şah Müsəddiqdən onu maraqlandıran sualla​ra
doğru-düzgün cavab ala bilmirdi. Onların arasındakı münasibət​lər getdikcə kəskinləşirdi. Artıq
İranda hamı şahın Müsəddiqə, Müsəddiqin isə şaha nifrət etdiyini bilirdi.
Artıq vəziyyət o yerə çatdı ki, şah onun hərəkətlərinin İranın mənfəətlərinə zidd olduğunu bildirdi və
istefasını tələb etdi. An​caq Müsəddiq şahın tələbinə rədd cavabı verdi və xalqın istəyi ilə iqtidarda
olduğunu söylədi. Şah ilə Müsəddiqin münasibətləri get​dikcə kəskinləşirdi.
Müsəddiq şahın Qərb dövlətləri ilə sülh şəraitində münasibət​lər qurmağı Müsəddiqdən tələb etsə də
rədd cavabı aldı.
Müsəddiq İngiltərə və Amerikanın verdikləri sərt notalara ca​vab verməklə bərabər 1952-ci il
oktyabrın 8-də İngiltərədən 49 milyon sterlinq təzminat verilməsini də istədi. Onun, təzminatdan
başqa İngiltərədən tələb etdikləri bunlardır:
İngiltərə bir həftə ərzində İrana 20 milyon sterlinq ödəməli;
“Anglo İranian” şirkətini təmsil edən bir heyət dərhal İrana gəlməli və müzakirələr apararaq işləri üç
həftə ərzində yoluna qoymalı;
Bu müzakirələrdən sonra İngiltərə İrana 29 milyon ödəməli».
Müsəddiqin İngiltərəyə təqdim etdiyi notadakı təkliflər ingilis sə​fi​rinə verilmədən əvvəl, bu notanın
mahiyyəti üzündən İran hö​ku​mə​tin​də ilk ixtilaf baş verdi. İranın xarici işlər naziri Hüseyn Nəv​vab
Mü​səd​diqin israrı ilə İngiltərəyə verilməsi tələb edilən notaya etiraz etdi.
Beləliklə baş nazir ilə xarici işlər naziri arasında sərt münaqi​şə​lər oldu. Hüseyn Nəvvab heç bir
əsasa dayanmayan tələblərin İn​giltərə ilə münasibətləri daha da gərginləşdirəcəyini söylədi. O, bütün
israrlarına baxmayaraq Müsəddiqin inadını qıramadı və sonda belə bir məsuliyyəti daşıya
bilməyəcəyini söyləyərək istefa etdi. Bu istefa Müsəddiqin İranı fəlakətə sürükləyən hərəkətlərinə
qarşı ilk reaksiya idi.
İngiltərə hökuməti İran tərəfindən verilən bu notaya o qədər də əhəmiyyət vermədi.
Bütün bu hərəkətlərin və notaların mənşəyi Rusiya idi. İn​gil​tə​rə​nin baş naziri Çörçill bu və ya bundan
əvvəlki İran tələblərinin İngiltərə ilə Amerikanın arasını açmaq üçün Rusiya tərəfindən Mü​səddiqə
təlqin edildiyini bilirdi. Elə bu səbəbdən də Çörçill İran notasının Londona verilməsindən üç gün
sonra Rusiyaya ilk xəbərdarlığını etmişdi.
Çörçill bu istiqamətdə verdiyi bəyanatında açıq danışmış və Rusiyanın planlarından bəhs edərək
«Biz Rusiyanın tələsinə düş​mə​yəcəyik və Amerika ilə dostluğumuza böyük əhəmiyyət ve​rəcəyik»
demişdir.
Bu sözlərdən də göründüyü kimi İngiltərə Amerikanın dost​lu​ğu​na əhəmiyyət verirdi. Bu heç də
«Standard Oyl»a da eyni də​yəri verdiyi mənasına gəlmirdi. Çünki istər kəşfiyyat orqan​la​rın​dan alınan
raportlar, istərsə də Deterdinqin müxtəlif kanallarla Çörçillə çatdırdığı məlumatlar «Standard Oyl»un
İranda ikili si​ya​sət apardığını göstərirdi. Çörçill Amerika hökuməti ilə «Stan​dard Oyl»un apardıqları


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə