Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   55   56   57   58   59   60   61   62   63

siyasətin fərqli olduğunu gözəl bilirdi.
«Standard Oyl» Çörçillin bəyanatının həqiqi mənasını bilir və buna görə də yeni addımlar atmağa
hazırlaşırdı. «Standard Oyl» İran neftindən pay almaq istəyirdi. Ancaq «Royyal Datç-Şell Qrup»​la
imzaladığı onillik müqavilə səbəbindən açıq hərəkət edə bilmirdi. Bu səbəbdən də nəyin bahasına
olursa olsun Orta Şərqdə böhranı bir az da dərinləşdirib ingilislərin başını qatmağa çalışırdı.
Hadisələrin belə böhranlı bir vəziyyətində İngiltərə ilə İraq arasında neft üzündən ixtilaf çıxmağa
başladı. Yəni İraqda iqtidarı əlində tutan və bu məmləkətin mütləq hakimi olan Nuri Səid paşa
İngiltərəyə rəsmən müraciət edərək 1927-ci il tarixli imtiyaz anlaş​masının yenidən gözdən
keçirilməsini tələb etmişdi. Nuri Səid paşanın bu tələbi ağlasığmaz bir iş idi. Çünki o türk ordu​sunun
yüzbaşı uniformasını daşıdığı Birinci Dünya müharibəsin​dən bəri İngiltərə Entelijans Servisinin ən
güvəndiyi şəxs idi və İraqda iqti​dara ancaq bu sayədə gələ bilmişdi.
Nuri Səid paşanın İngiltərə-İraq anlaşmasının yenidən gözdən keçirilməsini tələb etməsi səbəbsiz
deyildi. Nuri Səid paşa artıq ingilislərə etibar etməyir və möhtəşəm imperiyanın sonunun gəlib
çatdığına inanırdı.
Nuri Səid paşanın bu tələbi Londonda ciddi qarşılanmış və həmin dövrdə orada olan şahzadə
Abdullanın nəzəri-diqqətini cəlb etmişdir. Şahzadə Abdulla Nuri Səid paşaya Londondan göndərdiyi
bir xəbərdə onun tələblərlə bağlı heç bir addım at​mamasını istəmişdir. Ancaq sonrakı hadisələr
göstərmişdir ki, in​gi​lislər bu təkliflər qarşısında soyuqqanlılıqlarını qoruyub saxla​ya bilmişdilərsə də
Nuri Səid paşanın sonrakı taleyini də düşünmüş​dülər. Beləliklə, «Standard Oyl» İraqda ilk addımını
atsa da, heç bir şeyə nail ola bilməmişdir. Müsəddiq tərəfindən istefa tələbi rədd etdikdən sonra şah
bəzi tədbirlər görməyin vaxtı çatdığını gördü və əvvəlcə general Zahidi, sonra da general Hicazi ilə
görüşdü. Həmin dövrdə hər iki general İranda böyük nüfuza malik idilər. General Zahidi Əyan
Şurasının üzvü, general Hicazi isə İranda ən mühüm vəzifələrdə çalışmış vətənpərvər bir şəxs idi.
Bu iki general 1952-ci il oktyabrın 13-də Müsəddiq hökumə​tini devirmək üçün hərbi çevriliş etdilər.
Ancaq buna müvəffəq ola bilmədilər. Rusiya kəşfiyyatının agentləri bu çevrilişin olacağı vaxtı
Müsəddiqə xəbər verdiklərinə görə çevrilişin qabağı alına bilmişdi. Nəticədə general Hicazi başda
olmaqla çevrilişdə şübhəli bilinən çoxlu sayda həm hərbiçilər, həm də mülkü şəxslər həbs olundu.
İran konstitusiyasına görə Əyan Şurasının üzvləri günahla​rının dərəcəsindən asılı olmayaraq həbs
edilə bilməzdilər. Bu səbəbdən də general Zahidi həbs edilmədi.
Hərbi çevrilişin baş tutmaması xəbəri yeni xarici işlər naziri Hüseyn Fatimi tərəfindən dünya
ictimaiyyətinə bildirildi. Dünya​nın bir çox siyasi mərkəzlərində bu xəbər ciddi qarşılanmışdı.
Müsəddiq həbslərdən başqa Fədai İslam Cəmiyyəti və Tudə Partiyasının əli ilə həbs olunanlar
əleyhinə nümayişlər təşkil etdir​di. Tehrandakı İngiltərə və Amerika səfirlikləri çox ciddi qorunur​du.
Hadisələrin İranda belə davam etdiyi bir anda Türkiyənin baş naziir Adnan Menderes ilə xarici işlər
naziri Fuad Köprülü Londonda İngiltərə dövlətinin rəsmi şəxsləri ilə müzakirələr apa​rırdılar.
Dünyanın aparıcı mətbuat orqanları bu müzakirələrə xü​susi diqqət verirdilər.
Qərb ölkələrinin mərkəzlərində böyük bir canlanma var idi. Bu qərb mədəniyyətinin qorunması və
təcavüzkar kommunizmin azad millətləri əzmək istəməsi təşəbbüsünə qarşı ciddi tədbirlər görül​mə​-
sindən doğmuşdu. Dünyanın azad millətləri azadlıqlarını təhlü​kə​siz​lik altına almaq istəyirdilər. Onlar
bu məqsədlə bir Avropa Birliyinin qurulması üçün fəaliyyətə başlamışdılar.
Qərb dünyası tez bir zamanda bir birlik qurmazlarsa Rusiya​nın, do​layısilə kommunizmin təzyiqinə
dayana bilməyəcəklərini anlamış​dı​lar.
Türkiyənin baş nazirinin və xarici işlər nazirinin Londona sə​fərləri bu qurulacaq qərb təhlükəsizlik


sisteminin qaçınılmaz ol​duğunu ortaya qoyurdu. Onların Londonda Orta Şərq böhranını da müzakirə
etmələri təbii idi.
Londonda iki gün davam edən türk-ingilis müzakirələrinin so​nunda aşağıdakı məzmunlu bəyanat nəşr
olundu: «Türkiyənin baş naziri, xarici işlər naziri, Xarici İşlər Nazirliyinin ümumi ka​tibi və
müşavirlərdən ibarət nümayəndə heyəti İngiltərənin xarici işlər naziri, müdafiə naziri, baş qərargah
rəisi və mü​şavirləri ilə görüşlər keçirərək hər iki məmləkətin müştərək mənfəətləri ilə əlaqəli ümumi
məsələləri müzakirə etmişdilər».
Müzakirələrdə İngiltərə Silahlı Qüvvələrinin Baş qərargahının rəisinin və müdafiə na​zi​rinin iştirak
etməsi və mətbuatda verilən açıqlamada Orta Şərq​də baş verən hadisələrin hər iki məmləkətin müş​-
tərək mən​fəət​lərinə tə​si​rinin ortaya qoyulması London görüş​lərinin əhəmiyyə​ti​ni artırırdı.
Londonda başlamış və iki gün davam etmiş olan türk-ingilis müzakirələri haqqında verilən rəsmi
məlumatın mətbuatda çap edilməsindən bir gün sonra İran İngiltərə ilə münasibətlərini kəs​diyini
rəsmən bildirdi.
İran İngiltərə ilə münasibətlərini rəsmən kəsərkən Amerikanın xarici işlər naziri Dean Acheson
sürpriz sayıla biləcək bir bəyanat verir və İranın İngiltərədən tələb etdiyi 49 milyon sterlinq təzminat
məsələsində lazım gəlsə İngiltərə ilə birgə olacağını və İngiltərəni bu təzminatı ödəmək üçün
xəbərdarlıq edəcəyini bildirirdi.
Amerikanın xarici işlər nazirinin bəyanatı qəribə bir məna daşıyırdı. Bu bəyanat Amerikanın
«Standard Oyl» şirkəti ilə birgə hərəkət etməsinə işarə idi.
Artıq Amerikanın xarici siyasətində dönüş başlayır və bu «Standard Oyl»un lehinə olurdu. Dean
Acheson bu qəribə bə​ya​natını verirkən Amerikanın İrana təyin olunmuş yeni səfiri Loy Henderson da
Müsəddiqə bir raport təqdim edir. Bu raportda Ame​rika Xarici İşlər Nazirliyinin İran tərəfindən
İngiltərədən tələb edilən 49 milyon sterlinq təzminat məsələsində Amerikanın İrana yardım etməyə
hazır olduğu bildirilirdi.
Amerikanın yeni səfiri Loy Hendersonun Müsəddiqə verdiyi raport da Dean Achesonun bəyanatı
qədər qəribə məzmunlu idi. Amerika İngiltərənin çiyinlərinə yüklədilən bu təzminatı nə üçün
ödəyirdi? Bütün bu təşəbbüs və vədlərdən də anlaşılırdı ki, Ameri​ka Müsəddiqə xoş görünmək
istəyirdi. Çünki bu məmlə​kət​də çox böyük miqdarda neft vardı.
Neft istehsal edildiyi məmləkətin də, dünyanın da hüzurunu qaçırır və dünya diplomatiyasını pərişan
edirdi. Neft ən yaxın dost​ları da bir-birinə düşmən etmək gücünü həmişə saxlayırdı.
Ruslar isə pusquda idilər. İran neftinin vahiməli bir ixtilaf ola​raq ortaya çıxdığı gündən bəri yeri
gəlmişkən ruslarla dil tapmış «Standard Oyl»un siyasətini Dean Acheson və İrandakı amerikan səfiri
də təsdiq edirdilər və bununla da Rusiyanın İran böhranında aktiv rol oynamasına kömək edirdilər.
İstər Dean Achesonun, istər Loy Hendersonun eyni mənalı bəyanat və raportu və İranın İngiltərədən
tələb etdiyi təzminatla əla​qə​li İrana haqq verən davranışları rusları İranda yeni bir neçə hadisə tö​-
rətməyə sövq edirdi. Bu təşəbbüslərin ən təhlükəlisi isə Ru​siya-İran sərhədlərindən İrana tudəçilərə
çoxlu miqdarda silah verilməkdə idi. Rus​lar bunu demək olar ki, hamının gözü qarşı​sında edirdilər.
Ruslar dostlarının sayəsində ciddi işlər görmə imkanlarına qo​vuşmuşdular. Ruslar İranda çox fəal
çalışır və gələcəkdə həyata ke​çir​mək istədikləri hərəkətlər üçün geniş miqyaslı hazırlıqlar gör​müş​dü​-
lər. İrandakı rus cəsusları çox mükəmməl bir təşkilat qur​muş​du​lar. Ancaq qarşılarında onlardan da,
amerikalılardan da daha əvvəl bu məmləkətdə yerləşmiş və təşkilatlanmış bir gizli servis də vardı.
Ruslar hər halda ingilislərin uzun illərin təcrübə​sinə sahib gizli kəş​fiyyat orqanı Entelijans Servisi
hesaba almaya bilməzdilər.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə