Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   55   56   57   58   59   60   61   62   63

arasında siyasi münasibətlər qısa bir müddətdən sonra kə​silmiş və ingilis diplomatları bu vəziyyət
qarşısında Tehranı tərk etməyə hazırlaşaraq pasportlarını tələb etdilər. İran ilə İngiltərə arasında artıq
heç bir münasibət qalmamışdı.
Müsəddiq, Tehrandakı ingilis diplomatları İranı tərk edərkən İngiltərənin baş naziri Çörçillə vermək
üçün hazır​ladığı bir mək​tubu səfirə təqdim etmişdir. Ancaq səfir bu məktubu götür​mə​miş​dir.
Beləliklə, Müsəddiqin İngiltərəyə çatdırmaq istə​di​yi son tək​lifi də beləcə uğursuzluqla
nəticələnmişdi.
İngilis diplomatlarının Tehrandan, dolayısı ilə İrandan ayrıl​dıq​dan bir neçə gün sonra ingilislər ilk
addımlarını atdılar. Bu ilk addım ortalığı alt-üst etdi. Günlərin birində solçu qəzetlərindən baş​qa
İranda çıxan bütün mətbuat orqanlarının səhifələrində Rusi​yanın İranı istila etmək planları öz əksini
tapdı. Ortaya belə bir sual çıxırdı: Bu xəbər mətbuata necə sızmışdır? Çünki xəbər həqiqətən də
rusların İranı necə istila edəcəklərini bütün açıqlığı ilə ortaya qoyurdu.
Qəzetlər plan haqqında məlumat verərkən rusların Qafqazdan edəcəkləri hərbi müdaxilə ilə birlikdə
tüdəçilərin məmləkətin hər tərəfində sabotajlar gerçəkləşdirəcəyi də bildirilirdi.
Qəzetlərin verdikləri bu qorxunc istila planları İranı bir anda alt-üst etdi. Şah dərhal baş nazir
Müsəddiqi hüzuruna də​vət etdi. Ancaq Müsəddiq xəstələndiyini bəhanə edərək İranın düş​düyü belə
bir vəziyyətdə şahın hüzuruna getməkdən imtina etdi.
Artıq ingilis kəşfiyyatı bu planı çap etdirməklə Rusiyanın 1942-ci ildən bəri İranda qurduğu təşkilatın
bütün fəaliyyətini sıfra endirməyə nail olmuşdu.
Müsəddiqin bu hərəkəti Rza şah Pəhləviyə təsir etdi və o artıq ölkənin bir ruhi xəstənin əlində
oyuncağa çevrildiyini gör​məyə başladı. Şah ilə baş vəzir arasındakı gərginlik artaraq yüksək nöqtəyə
çatmışdı. Nəhayət şaha imza üçün göndərilən iki hökumət qərarnaməsi bu anlaşılmazlığı üsyana
çevirən son səbəb oldu. Bu qərarnamələrdən biri İranın qətlə yetirilmiş baş naziri Razmara​nın qatali
Abdulla Rasteşarın azadlığa buraxılması ilə əlaqədar idi. Digər qərarnamə isə İran dövlət
xadimlərindən biri olan əski baş vəzirlərdən Qəvamüssəltənənin var-dövlətinin müsadirə edil​mə​si​nə
aid idi. Şah hər iki qərarnaməni imzalamaqdan imtina etdi və hökumətə qaytardı.
Tehranda bu hadisələr cərəyan edərkən o biri tərəfdən ameri​kalı​lar da neft ixtilafını həll etmək üçün
ciddi bir neçə təşəbbüs etdilər. Amerikanın Tehrandakı səfiri Loy Henderson xarici işlər naziri Dean
Achesondan aldığı bir təlimatla İranda neft müza​kirələrinə başlayır. Üç gün davam edən bu
görüşmədə heç bir nə​ticə hasil olmur.
Müsəddiq artıq müstəqilliyini itirmiş və rus səfiri İvan Sad​xıkovun əlində bir alətə çevrilmişdi.
Amerikalılar bir anlaşma zəmini əldə edə biləcəklərinə dair olan son ümidlərini də beləcə itirdilər.
Ruslardan dəstək alan Müsəddiq planlarını axıra qədər davam etdirməkdə qərarlı idi. Bundan sonra
ruslar Orta Şərqdəki fəaliy​yətlərini daha da artırmışdılar. Orta Şərqdə vəziyyətin ağırlığı göz
qabağında idi. Hər an İrana rus müdaxiləsi gözlənilirdi. Qərb dövlətləri gözlənilən təhlükənin
qarşısını almaq üçün rusların hərbi qüvvələrinə qarşı hərbi qüvvələrlə çıxmağı qərara aldılar. Onlar
dərhal qərarlarını reallaşdırmağa tələsdilər, yəni Aralıq dənizindəki 6-cı amerikan donanmasının 16
gəmisindən ibarət bir donanma İstanbula göndərildi. Aralarında dünyanın ən qüdrətli hərbi gəmi​lə​-
rindən biri olan “Des Moins”in də daxil olduğu eskadriya İs​tan​bul limanında lövbər saldı.
Güclü donanmalar daima neft ixtilafının davam etdiyi bölgə​lərdə və ya ona yaxın məntəqələrdə
dolaşırdılar. Donanmalar neft istehsalçılarının mənfəətlərini qorumaq üçün yenə hərəkətə gəti​ril​miş​-
di. Çünki neft olmadıqca bu hərb maşınlarının hərəkət etmələri qeyri mümkün idi. Neft istehsalçıları
arzuladıqları anda donan​ma​lar hərəkətə keçməyə məcburdu.


Rus təzyiqinin İranda kuliminasiya nöqtəsinə çatdığı anda dünyanın gözləri Orta Şərqdən Orta
Avropaya çevrilmişdi.
Üç böyük dövlətin gizli kəşfiyyat orqanları gözəgörunməz mübarizə apararaq öz dövlətlərinə ən
əlverişli imkanları yaratmaq üçün qüvvə sərf edirdilər.
Orta Avropada qarışıqlıqlar çıxmışdı. Çexoslovakiya və Ma​carıstanın kommunist idarəçiləri
Rusiyanın israrlı tələbi ilə mil​li qüv​vələrə divan tutdular. Rusiyanın Dövlət Təhlükəsizliyi Ko​mi​​tə​-
sinin (DTK) əmri ilə bu iki dövlətin yüksək vəzifəli şəxsləri, xü​susilə Çexoslovakiyanın dövlət
xadimlərindən Slanski Kle​ments və Qanimer həbs olunmuşdu. Macarıstanda isə milli qüv​vələrin küt​-
lə​vi həbsləri keçirilirdi. Qarşıya belə bir sual çıxır: Orta Av​ropada baş verən bu hadisələr görəsən
təsadüfənmi baş ver​miş​di?
Orta Şərqdə ən nikbin insanların da qəbul etdikləri bir mü​ha​ri​bə havasının yaşandığı zamanlarda Orta
Avropadakı bu hadisələri sadəcə təsadüf kimi anlamaq çox səhv fikir olardı. Bu ölkələrdə baş vermiş
hadisələr Rusiyanın İran üzərindəki təzyiqlərini zəif​lətmək üçün törədilmiş ola bilərdi. Bu
qarışıqlıqları törədən gizli kəş​fiyyat orqanlarının – İngiltərənin Engelidans Servisinin və ABŞ-ın
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) - işi olduğunu da eh​ti​mal etmək olardı.
Çexoslovakiya və Macarıstandakı həbslər hələ bitməmiş, Orta Şərqdə neft ölkəsi olan İraqda dövlət
çevrilişi baş verir və bir ge​ne​ral hakimiyyəti ələ alır. General Nurəddin Mahmudun ha​ki​miy​yəti ələ
alması tam zamanında baş vermişdi. Çünki ordunun İraq​da idarə etməni ələ aldığı gün Bağdadda və
ölkənin digər şə​hərlərində İngiltərə əleyhinə nümayişlər başlamışdı.
Rusiyanın İraqdakı siyasəti də iflasa uğramışdır. Yəni, hadi​sə​lər ingilislərin xeyrinə cərəyan etmişdir.
General Nurəddin Mah​mud ilk andan partiyaların fəaliyyətini qadağan etdi və ingilislərin əleyhinə
fəaliyyət göstərən minlərlə adamı həbs etdirdi. İraq sanki səyyar bir həbsxanaya dönmüşdü. İraqın
Qahirədəki səfiri isə ölkə​sində cərəyan edən hadisələr haqqında mətbuata geniş məlumat ver​miş və
İraqdakı qarışıqlıqların kommunistlər tərəfindən plan​laş​dırıldığını bildirmişdir. Səfir, general
Nurəddin Mahmudun ida​rə​etməyə müdaxiləsinin kommunistlərin ölkələrini bir vətəndaş mü​haribəsinə
sürükləmək planlarının qarşısını almaq məqsədi ilə edildiyini də bildirmişdir.
Ruslar İranı ələ keçirmək istədikləri zamanı Çexoslavakiya və Macarıstan hadisələri ilə
qarşılaşmışdır. Lakin Rusiyanın Dövlət Təhlükəsizlik Komitəsi (DTK) bu məmləkətlərdəki
məğlubiyyətini həzm edə bilməmiş, əvəzini İraqda çıxmaq istəmişdi. Təbii ki, «Stan​dard Oyl» da
İraqda DTK-nın fəaliyyətini dəstəkləmişdir. İngilislər həm rusların, həm də ame​rikalıların İraqdakı
fəaliy​yət​lərini öyrəndikdən sonra dərhal hərəkətə keçərək İraq Ordusunun Baş Qərargah rəisi general
Nu​rəd​din Mah​mudu hakimiyyətə gətirdilər. Vəliəhddən də razılıq alı​nmışdı.
İngilislərlə amerikalıların arasındakı münasibətlər də gərgin​ləş​mişdi. Buna baxmayaraq İngiltərə də,
Amerika da qərb dövlət​lə​rinin təhlükəsizlik sisteminin zəiflədilməsinə imkan verməməyə çalışırdılar.
Ancaq bütün bu münasibətlərə baxmayaraq İngiltərə ilə Amerika arasındakı anlaşılmazlıq 1952-ci
ilin dekabrında daha da gərgjnləşdi.
Bu anlaşılmazlığa səbəb olaraq amerikalıların Orta Şərqdə və Avropada qarşılaşdıqları neft sıxıntısı
göstərilə bilər. İngilislər İrandan və İraqdan ame​ri​ka​lılara neft satılmasında çətinliklər yara​dırdılar.
Amerika neft is​təyirdi və bu səbəbdən də ingilislərə təzyiq edirdi.
İngilislər gözlərini dörd açmışdılar. Orta Şərqdə cərəyan edən hadisələrin arxasında «Standard
Oyl»un ruslarla birlikdə çalış​dıq​larını da təsbit etmişdi.
Bundan sonra da İngiltərənin xarici işlər naziri Mr.Anthony Eden bütün dünyaya ingilis hökumətinin
«Anglo İranian» şir​kə​ti​nin haqlarını qoruyacağını və İrandan amerikalılara neft sat​ma​ya​caq​larını


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə