Almanların İranda fəaliyyəti
Entelijans Servis bu vəsiqəni əlinə keçirməmişdən çox əvvəl, yəni 1884-cü ildə, D’Arcy kimi İranda
Hörmüzün qüdrətini təmsil edən nefti tapmaq üçün A.Holtz adlı bir alman da imtiyaz almışdır. Lakin
onun axtarışları bir nəticə verməmişdi. O, da nefti tapa bilməmişdi. Bu tarixdən beş il sonra yenə bir
başqa alman, baron Julius D.Reuter də İranda, bütün mədənlərdə neft axtarma və işlətmə imtiyazı
almışdı. Baron Julius D.Reuter də bu imtiyaza əsaslanaraq daha geniş şəkildə fəaliyyətə başladı və
“İmperial Bank Of Persian”ı qurdu. İki il müddətində İranın hər tərəfində neft axtardı. Lakin onun
bütün axtarışları boşa çıxdı. Ümidsizlik içərisində qalan baron Reuter, nəhayət İranda daha çox
pulunu zay etməmək üçün öz xahişi və İran hökumətinin də razılığı ilə 1901- ci ildə imzaladığı
anlaşmanı ləğv etdi. Bir müddət sonra isə əslində dəmiryol mühəndisi olan Villiam Knot D’Arcy bir
təsadüf nəticəsində İranda neftin mövcudiyyətindən xəbərdar oldu və yuxarıda söhbət gedən imtiyazı
aldı.
TALEYİN İRANA CIZDIĞI YOL
Tale, İran tarixinə də, İran millətinə də əzablı dövrlər nəsib etmişdir... Entellijans Servis bu vəsiqəni
əlinə keçirdikdən sonra İranın taleyində böyük dəyişikliklər oldu. Məmləkət iğtişaşlar, qətllər və
anarxiya içinə yuvarlanırdı. Lakin nə etmək olardı ki, İranın taleyi bu idi və neft cahanşümül bir
qüdrətə yüksəldiyi anda, İngiltərə Entellijans Servisin əlinə keçmişdir. Əllərindəki bu imtiyaz
vəsiqəsi ilə ingilislər dərhal fəaliyyətə başladılar. Artıq İranın hər tərəfində neft axtarılır, tapılır və
quyular qazılırdı. İran torpaqlarının dərinliklərindən bu sərvəti çıxartmaq üçün neft buruqları
yüksəlirdi və hər gün bunların sayı sürətlə artırdı. Hər gün artmaqda olan neft istehsalı ingilisləri,
axtarma və istehsal sahəsində ciddi bir təşkilat yaratmağa vadar edirdi. Bu məqsədlə ilk dəfə 1904-ci
ildə “Consensius” adı altında bir təşkilat quruldu. Əslində sindikat adını alan “Consensius” 1909-cu
ilə qədər fəaliyyətini davam etdirdi və həqiqətən də İrandakı neft istehsalını tam və məhsuldar bir
hala gətirərək 1909-cu ildə işini bitirdiyini “bəyan etdi”. “Consensius”un ləğvi ilə birlikdə İranda iki
milyon sterlinq sərmayəli “Anglo-Persian Oyl Co.” quruldu.
Yeni şirkətin qurulması ilə birlikdə hissə paylarının 100%-i İngiltərə Entellijans Servis tərəfindən
satın alındı. Bu o deməkdir ki, İran neft sahələri ingilislər tərəfindən inhisara alınırdı. “Anglo-Persian
Oyl Co.” İranda fəaliyyətə başladığı vaxtlarda isə Rusiyanın gizli kəşfiyyatı İrandakı fəaliyyətlərini
sürətləndirdi. Çünki, İrandakı neft sahələrinə ruslar da ən azı ingilislər qədər maraqlı idilər. Ruslar
İran şahlarının razılığı ilə İrana göndərdikləri bir çox mütəxəssislərin sayəsində öz siyasətlərini
davam etdirirdilər.
Ruslar başqa və mühüm bir üstünlüyə də sahib idilər.Bu üstünlük İran ordusunu yenidən qurmaq
məqsədi ilə mühüm miqdarda rus zabitinin İran ordusunu əllərinə keçirmiş olmaları idi. Ruslar
bunları nəzərə alaraq ingilislərdən daha üstün bir durumda olduqlarını və İranda istədiklərini əllərinə
keçirə biləcəklərini zənn edirdilər. Bax elə bu üstünlüklərinə güvənərək, mübarizəni qazanmaq üçün,
açıq və gizli bütün vasitələri hərəkətə gətirdilər. Rusların bu fəaliyyəti qısa zamanda səmərə verdi.
İranın hər tərəfində ingilislər əleyhinə nümayişlər başladı. Hökumət bu nümayişləri sanki
dəstəkləyirdi. Əvvəllər nümayiş halında başlayan hərəkat sonralar bir üsyana çevrildi. Hökumət artıq
vəziyyətə nəzarət edə bilmirdi. Bəli... İranda baş vermiş üsyan neft üzündən, neft ətrafında ruslarla
ingilislər arasında cərəyan edən ölçüyəgəlməz bir mücadilədən doğmuşdur. İran, başdan başa üsyana
bürünmüşdür...
Etiraf etmək lazımdır ki, Rusiyanin gizli kəşfiyyat orqanı İranda ingilislər əleyhinə başladığı
hərəkatda ilk planına müvəffəq oldu. Müzəffərəddin şahın yerinə İran taxtına oturan Məhəmmədəli
şah, ingilislərə verilən imtiyazların ləğv edildiyini elan etdi. Məhəmmədəli şahın bu əmri ingilislərin
İrandakı bütün iqtisadi mənafelərinin sonu demək idi. Belə bir son isə, hər baxımdan ingilis
siyasətinə zidd idi. İngilislərin yarım əsrdən bəri təqib etdikləri bu siyasət üzünü XX əsrin
əvvəllərindən bəri neft istiqamətinə çevirmişdi. Bu səbəbdən də, Tehrandakı ingilis səfiri,
hökumətdən aldığı bir tapşırıqla şah ilə görüşdü. Səfirin bu ziyarəti bəlkə də İran tarixində heç vaxt
rast gəlinməyəcək sərt bir görüş oldu. İngilislər İranı rəsmən tehdit etdilər. Lakin arxasını ruslara
söykəyən Məhəmmədəli şah, ingilislərin bu hədələrinə qulaq asmadı. İngilislərin girişdikləri bütün
diplomatik təşəbbüslər nəticəsiz qaldı. Beləcə qiyamət o vaxt qopdu. Buna görə də İngiltərə İrandakı
neft mənafelərini qorumaq üçün sərt tədbirlərə əl atdı.
Bir ingilis donanması Bəsrə körfəzində dayandı və Abadan sahilində lövbər atdı. İngilislər qərarlı
olduqlarını hər hərəkətləri ilə sübut edirdilər. Donanmadan quruya əsgər çıxartdılar və bütün strateji
nöqtələri işğal etdilər. Silahlı qüvvələr bütün neft sahələrini nəzarət altına almaq məqsədi ilə
Xuzistan əyalətinin içərilərinə doğru hərəkət etməyə başladılar və İranın da bir qismini faktiki olaraq
işğal etdilər. Artıq danışıqlar aparmaq yersiz idi. İş zorakarlığa qalmışdır. Donanmalar, ordular və
hər növ gizli, açıq xidmətlər neft üçün hərəkətə gətirilmişdir...
Zavallı İran! Torpaqlarının dərinliklərində tapılan, özünün qiymətləndirə bilmədiyi kirli və pis
qoxulu bir maye üzündən, Avropanın iki nəhəng imperiyasınin mücadilə meydanına çevrilir və tor-
paqları iki dövlət tərəfindən istila edilirdi. Bu hərəkət həqiqi bir zorakılıq idi. Yenə də bu zorakılığa
dövlətlərarası neft mübarizəsi səbəb olurdu.
İngilis əsgərlərinin İranın bir qismini istila etmələri üzündən ruslar da, İran ilə Rusiya arasında 1907-
ci il avqustun 31-də imzalanmış anlaşmaya əsasən şimaldan cənuba doğru İran torpaqlarını işğal
etməyə başladılar. İran ilə Rusiya arasındakı bu anlaşmaya görə, İran bir başqa dövlət tərəfindən
işğal edilərsə və ya təcavüzə uğrayarsa, Rusiya İran torpaqlarına daxil ola bilərdi. İndi ruslar da bu
anlaşmaya əsaslanaraq İranın ingilislər tərəfindən işğal edilməyən bütün şimal hissəsini nəzarətləri
altına keçirdilər.
İran bir neçə gün içərisində şimaldan ruslar, cənubdan da bütün neft sahələri daxil olmaqla ingilislər
tərəfindən istila edilərək bölündü. Şübhəsiz bu bölmə hərəkəti, İrana çox baha başa gəldi. Ruslar zəbt
etdikləri yerlərdən asanlıqla çıxmaq niyyətində deyildilər.
İranın bu fəlakəti haqqında ingilis professorlarından Braun bunları yazırdı:
“1909-cu ilin iyun ayında tabeliyindəki İran kazak alayı ilə Tehrana gedən polkovnik Lyaxov bu
şəhərdə qorxunc bir talan və təxribat yaratmışdır.” Bu sözlərdən sonra Braun əlavə etmişdir:
“Tehran, polxonik Lyaxovun zabitlərinin dəmir dabanlı ayaqqabıları altında darmadağın olmuşdur.”
1909-cu il iğtişaşı İran tarixində müstəsna və qorxunc bir yer tutmaqdadır. Çünki bu iğtişaş, İran
tarixində ilk neft iğtişaşı idi və İranda törətdiyi ağır təxribat üzündən məmləkətə çox baha başa gəl-
mişdir. Beləcə İran, ilk neft qurbanlarını bu iğtişaş vasitəsiylə verirdi.
Tarixdən öyrənirik ki, bu iğtişaşdan sonra da İranda neft üçün insanlar öləcək və iğtişaşlar bir-birini
əvəz edəcək, taxtlar yıxılacaq, əsrlərdən bəri davam edən sülalələr yox olacaq, sürgün ediləcək və
bunların yerinə ingilislərin arzusuna uyğun siyasət yürüdüləcək, yeni xanəndanın ailələri meydana
gətiriləcəkdir.
İranın iki böyük dövlət arasında bölünməsi və işğalı uzunnüddət davam etmədi. Dünyanın iki nəhəng
imperiyası, yenə öz mənafeləri üçün aralarında razılığa gəlmək məcburiyətində qaldılar və İrandan
qoşunlarını çıxartdılar.
İngilislər ilə ruslar arasında başlayan diplomatik danışıqlar nəticəsində ingilislər əllərində
saxladıqları və İran şahı Məhəmmədəli şah tərəfindən onlara verilən bütün imtiyazları təkrar əldə
etdilər, ruslar isə Şimalı İranda bir neçə imtiyazlar və mənfəətlərlə təmin olundular. Beləliklə, İran bu
ilk bölünmədən, Şimalı İranda ruslara verdiyi kiçik bir ərazi parçası ilə birlikdə bəxş etdiyi yeni bir
neçə imtiyazlar müqabilində xilas ola bilmişdir.
Rusiyanın gizli kəşfiyyat orqanı rus diplomatiyasına İranda mükəmməl bir mənfəət təmin etmiş və
həqiqətən də ciddi bir işi bacarmışdır. İngilislər isə, arzu etdikləri neft sahələrinə təkrar qovuş-
muşdular.
Sidney Reyi (yəhudi Roznblum) Ingiltərə Entellijans Servisinə və İngilis Dəniz Birinci Lordluğuna
hədiyyə etdiyi İran neft sahələrinin vəsiqəsini əlinə keçirdiyi tarixdən sonra, Orta Şərqin neft
Dostları ilə paylaş: |