məsələsinə dair necə həssaslıqla yanaşmaları haqqında danışacağıq. Beləcə, Ərəbistan
yarımadasında qurulmuş olan dövlətçiliklərin neft yataqları üzərindəki ingilis niyyətlərinin, dünyaya
neçəyə başa gəldiyini də izah etmiş olacağıq.
Birinci Dünya müharibəsi hələ başlamamışdı. İngilis hökuməti İstanbuldakı səfiri vasitəsilə İttihad və
Tərəqqi hökumətini hədələmiş, Mosulun neft sahələrinin imtiyazını istəmişdi. İngilislər eyni zamanda
Londondakı səfirimizi də bu imtiyazı əldə etmək üçün sıxışdırmağa və hədələməyə başlamışdı.
Nəhayət, İttihad və Tərəqqi hökuməti bu təzyiqlər qarşısında boyun əyməyə və ingilislərlə
müzakirələrə başlamağa qərar verdi.
1
Moskvaya qaçan məşhur Kim Filbinin atası
CAVİD BƏYİN LONDON SƏYAHƏTİ VƏ
ƏLDƏN ÇIXAN NEFT SAHƏLƏRİ
İngilislər təkliflərinin Osmanlı hökuməti tərəfindən rədd edildiyinə cavab olaraq İngiltərə
tərsanələrində Osmanlı İmperiyası hesabına inşa edilməkdə olan və əvəzləri tamamilə ödənilmiş olan
“Sultan Osman”, “Reşadiye” və “Fateh” adlı zirehli gəmiləri girov saxladılar. İngilislər Mosul
üzərində neft imtiyazı verilmədiyi təqdirdə milyonlar dəyərindəki hərb gəmilərimizi verməyəcəkləri-
ni söylədilər. Hətta bu gəmiləri almaq haqqında Rauf Orbayın başçılığı altında gedən bir türk heyətini
də geri qaytarmışdılar. İndi bu və buna bənzər hədələr sonunda Türkiyə İngiltərəyə boyun əymək
məcburiyyətində qalır və Cavid bəyin Londona getməsi qərara alınır.
1914-cü il mart ayının 10-na təsadüf edən günlərdə Londonda qızğın bir fəaliyyət vardı. Bu fəaliyyət
“Deutsche Orient Bank” nümayəndələri və “Royyal Datç-Şell Qrup” nümayəndələri arasında imza
ediləcək bir müqavilə ilə əlaqədar idi. Bu müqaviləni hazırlayan səbəblər arasında Osmanlı
dövlətinin maliyyə naziri Cavid bəyin Londonda fəaliyyəti başlıca amil olmuşdu.
Birinci Dünya müharibəsi başladıqdan, lakin Osmanlı İmperiyasının bu hərbdə iştirak etməsindən bir
müddət əvvəl, neft müzakirələrini davam etdirmək üçün Cavid bəy Londona getmişdi. Yanında
Düyünü Ümumiyyədə mühüm bir mövqe tutan və özünü erməni xanədanına aid edən və şahzadə
adlandıran Kalust Gülbekyan da vardı. Birlikdə etdikləri bu səyahətdən sonra Londonda dərhal
müzakirələr başlandı. Cavid bəy İngiltərənin Maliyyə Nazirliyi ilə müzakirələr edərkən, İstanbuldan
sədri-əzəm Sait Halim paşadan aldığı bir dəvətlə dərhal İstanbula döndü. Kabinet fövqəladə bir
toplantı çağırmışdı. Cavid bəy Londondan ayrılarkən Osmanlı İmperiyasının başlamış olan Birinci
Dünya müharibəsinə qatılacağını ağlına belə gətirmirdi. Eyni zamanda Londona götürmüş olduğu
Gülbekyana Osmanlı dövləti adından müzakirələri davam etdirməyi tapşırdı. Cavid bəy, qısa bir
müddət sonra Londona təkrar dönəcəyinə ümid edirdi. Lakin düşündüyü olmadı və Osmanlı
İmperiyası Birinci Dünya müharibəsinə qoşuldu. Artıq ediləcək bir şey qalmamışdı. Gülbekyan
Londondaydı və Osmanlı dövlətinin nümayəndəsi olaraq neft müzakirələrində iştirak edirdi.
İngilislərin əllərinə böyük bir fürsət keçmişdi. Bunu mükəmməl bir şəkildə dəyərləndirdilər və
Gülbekyan ilə bir müqavilə imzaladılar. Bu müqavilə ilə də ingilislər sonradan zorla girdikləri
Mosuldan bir daha çıxmayacaq və Orta Şərqin neft sahələrini arzu etdikləri kimi işlədə biləcəkdilər.
Bu müqavilə Osmanlı vətəndaşı olan Gülbekyanı “Mister Yüzdə Beş” olaraq dünyanın ən böyük zən-
ginləri arasına çıxartdı. İngilislər eyni ilə İranda olduğu kimi, İraqın neft sahələrini də ağla gəlməyən
bir yolla əllərinə keçirdilər.
Yuxarıda izah etdiyimiz 19 mart 1914-cü il tarixinə təsadüf edən günlərdə Londonda “Deutsche
Orient Bank” ilə “Royyal Datç-Şell Qrup” arasında davam edən müzakirələr, indi Cavid bəyin bu
ağılsızlığının bir nəticəsi olaraq meydana gəlmişdir. Hər iki müəssisə arasında imzalanan
müqavilədə, ən böyük rolu ingilislər tərəfində olan Kalust Gülbekyan ilə ser S.Cassel oynamışdı. Bu
tarixdə, Londonda İngiltərə Maliyyə Nazirliyinin bir otağında alman bankının nümayəndələri ser E.
Casselin hazırladığı müqaviləni imzalayaraq “The Turklish Petroleum Company Limited” qurdular.
Bu müqaviləyə görə yeni şirkətin hissələri də təsdiq edildi. Hissələrin yüzdə əllisi İranın neft sahə-
lərinin hakimi olan İngiltərə Dəniz Birinci Lordluğu və Entelijans Servisin hakim olduğu “D’Arcy
qrupu” adı ilə fəaliyyət göstərən qrupa, yüzdə iyirmi beşi ingilis neft trestinin şəbəkələrindən biri
olan “Anglo Saxson Petroleum”a və geridə qalan yüzdə iyirmi beşi də “Deutsche Orient Bank”a
aiddir.
Almanlar Türkiyə ilə ittifaq halında olduqları bir dövrdə müttəfiqlərini neft üzündən arxadan
xəncərləmək kimi izahı mümkün olmayan bir xəyanətlə baş-başa buraxmış və neftə ancaq bunun sa-
yəsində sahib ola biləcəklərini zənn etmişdilər.
“The Turkish Petrolum Company Limited” Londonda imza edilən müqavilənin üzərindən 11 gün
keçdikdən sonra, yəni 1914-cü il martın 30-da Osmanlı dövlətinin Ticarət və Kənd Təsərrüfatı
Nazirliyinə müraciət edərək bütün İraq ərazisi də şamil olmaqla neft imtiyazı tələb etdi. Cavid bəyin
xətası üzündən meydana gələn bu gözlənilməyən əmr qarşısında, İttihad və Tərəqqi hökuməti istər
istəməz imtiyazı verdi və beləcə ingilislər İraqın neft sahələrinə yerləşdilər.
İstər ingilislər, istərsə də almanlar Mosulda əldə etdikləri neft imtiyazlarından istifadə edərək
gördükləri işləri Osmanlı İmperiyası müharibəyə qatıldığı andan etibarən dayandırdı. Lakin ingilislə-
rin əlində Osmanlı İmperiyası adına Mosulda özlərinə neft imtiyazı verən Gülbekyanın imtiyaz
müqaviləsi mövcuddur və bu müqavilə müharibədən sonra, Türkiyə Cümhuriyyətinə çox baha başa
gələn bir sıra hadisələr meydana gətirmişdir. Bu hadisələr Mosulun Türkiyə sərhədləri xaricində
qalması ilə nəticələndi. Beləcə Mosul bir daha Türkiyəyə qaytarılmamaq şərti ilə əlimizdən çıxdı.
Həqiqətən də müharibə müddətində İraqın hələ istifadə olunmamış neft sahələrinin imtiyazı
müqaviləsi müharibənin sonunda, yəni İraqın Osmanlı İmperiyasından ayrılıb müstəqil bir dövlət
halına gəldikdən sonra həyata keçdi.
İngilislərin almanlarla birlikdə və Gülbekyanın vasitəçiliyi ilə əldə etdiyi imtiyazdan sonra,
Deterdinq ilə “Deutsche Orient Bank” arasında imzalanan müqavilə İtilaf-ı Müsəlləs (üçlü ittifaq:
ingilis-rus-fransız) dövlətlərindən Rusiya ilə Fransanı narahat edirdi. Eyni taleyi yaşayan bu üç
dövlətdən ikisi, Fransa və Rusiya almanlarla davan edən müharibənin sonuna qədər susmağı və ondan
sonra hərəkətə keçməyi qərarlaşdırdılar. Lakin hadisələr sürətlə irəliləyirdi. Rusiya və Fransa,
müharibənin sonunda “Deutsche Orient Bank”ın əlindəki hissələri almaq üçün əl altından İngiltərə ilə
danışıqlara başladılar. Bir müddət sonra keçirilən konfransda heç bir razılığa gəlinmədi.
1917-ci ilin oktyabr ayında Rusiyada bolşevik çevrilişi baş verdi və kommunist üsuli-idarəsi
quruldu. Rusiyadakı hadisələr onun Orta Şərqdə neft uğrunda gedən mübarizədən kənarlaşmasına
səbəb oldu. Mosul neftindən imtiyaz istəyən Fransanı isə yola gətirmək Deterdinq üçün çətin deyildi.
Çünki, daima ingilis mənfəətləri istiqamətində fəaliyyət göstərmiş olan Rotşild ailəsinin Fransadakı
qolu işə başladı və nəticədə Fransa ingilislərlə gizlicə bir razılığa gəlmək zəmini aradı və tapdı.
İngilislərlə 1918-ci ildə başlayan müzakirələrdə Fransa da, “Deutsche Orient Bank”ın Mosulun neft
sahələri üzərindəki hissələrinə şərik olduğunu rəsmən ortaya qoydu. Fransa artıq rahat idi. Bununla
da o müharibədən sonra Fransanın möhtac olduğu nefti əldə etmək üçün səhmlərə sahib olacaqdır.
Lakin, etiraf etmək lazımdır ki, Fransa bu haqqı əldə etmək üçün bəzi fədakarlıqlar göstərmək məcbu-
riyyətində qaldı. Fransızlar imtiyaz mövzusunda bir nəticəyə çatmaq üçün ingilislərin neft
mənfəətlərini ön planda tutduqları “Böyük İraq layihəsinə” etiraz etdilər. İngilislər isə, bu mövzuda
hər hansı bir güzəştə getmək istəmirdilər. Çətin müzakirələrin sonunda, ingilislər neftin olduğu
torpaqları bu anlaşma ilə öz adlarına çıxdılar və Fransanın əsrlər boyunca katolik kilsəsi ilə
girdikləri Suriya üzərindəki haqlarını tanıdılar. Bu müqaviləni bağlamaq o qədər də asan olmadı,
yəni müzakirələr bir neçə dəfə uğursuzluqla nəticələndi.
Bir ara müzakirələrdən ümidini kəsən Fransa, ortaya prezident Puankareni gətirdi. Puankarenin
Dostları ilə paylaş: |