Neft firtinasi


YUNAN ORDUSUNUN ANADOLUNU



Yüklə 1,02 Mb.
səhifə6/15
tarix04.11.2017
ölçüsü1,02 Mb.
#8416
1   2   3   4   5   6   7   8   9   ...   15

YUNAN ORDUSUNUN ANADOLUNU


İSTİLA ETMƏSİ

The İrak Petroleum” bu sahələrdə neft axtararkən, siyasi reaksiyası çox böyük oldu.

Bütün dünya mətbuatı, əsrarəngiz və əfsanəvi sərvətinin mən­bələri bilinməyəcək qədər qaranlıq bir adamdan bəhs etməyə baş­la­dılar. Bu qaranlıq işlər çevirən adam Türkiyədə Muğlada do­ğul­muş, uşaqlıq dövrləri ilə ilk gənclik illərini məmləkətimizdə ke­çirmiş, sonra da taleyini xarici diyarlarda aramış olan Zaxaryas Vasileos Zaxarovdu. Bu adam, dünyanı müharibəyə sövq edən neft sahibkarlarının və silah istehsalçılarının ortağı idi. Həqiqətən də, o, neft sahibkarlarının ortağı idi mi? Bu suala cavab vermək çox çətindir. Yalnız, bir şey aydın idi ki, o da Deterdinqin əm­rin­də idi. Bu adam əfsanəvi sərvətini neft və silah satışından qazan­mışdı. Bu sərvəti ona qazandıranlar, onun yüyənini heç bir vaxt boş buraxmamışlar və daima bir casus kimi istifadə etmiş­dilər. Beləcə bu səfər də eyni adam təkrar ortaya çıxmışdı.

Dünya neftinə hakim olan “Royyal Datç-Şell Qrup”un rəhbəri Deterdinq Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyasının taleyini diplomatların öhdəsinə buraxsa da Orta Şərqdə özünü yenə də narahat hiss edirdi. İngiltərə-İran Neft Şirkətinin işləri rusların və amerikalıların İranda göstərdikləri fəaliyyətlər nəticəsində idi. Dünyanın gözünü bir başqa hadisəyə döndərməkdən başqa çıxış və qurtuluş yolu olmadığını anlayan Deterdinq daima bu tip qaranlıq işlərdə istifadə etdiyi Vasileos Zaxarovu İrandakı vəziyyəti düzəldəcək tədbirləri görmək üçün hərəkətə keçirdi. Deterdinq eyni zamanda İngiltərənin baş naziri Lloyd Corcu bu iblisanə planına ortaq etdi. Bu plan onlar üçün onsuz da sadə idi və əllərində bu işi gördürə biləcək bir adam var idi. Əsasən xəyalpərəst bir millət olan yunanları bu adam vasitəsi ilə “Böyük Yunanıstan” layihəsini əldə rəhbər tutaraq silahsız bir millət halında Anadoluda yaşayan türklərin üzərinə hücuma sövq edə bilərdi.

Tarix səhnəsinə çıxdığı 1821-ci ildən bu tərəfə “Böyük Yuna­nıstan” xülyası ilə yaşayan bu ərköyün millətin baş naziri sabiq Osmanlı vətandaşı və Galatasaray Sultanı (Lisesi) məzunu olmuş Venizelos qulaqlarına inanmadı. Venizelos Lloyd Corcun təklifi qarşısında özünü itirdi və İngiltərənin irəliyə sürdüyü bu təklifə sonunu fikirləşmədən “Bəli” dedi.

İngiltərə yunanları Anadoluya sövq edərkən, ona maddi və mənəvi, yəni hər cür yardım göstərəcəyini bildirdi. Ayrıca, Yu­na­nıs­tana Anadoluda başlayacağı istila hərəkəti üçün tələb olunan bütün hərbi ləvazimatları da verəcəkdi. Venizelos vaxt itirmədən Af­inaya döndü və kral Konstantini bu böyük xəyala inandırdı.

İngilislər Yunanıstanı “Anadolu məcarasına” sürükləyərkən iki nöqtəni hədəfinə çatdırmağı qarşılarına məqsəd qoymuşdular: Orta Şərqdəki neft mənfəətlərinin belə bir siyasi və hərbi hərəkətlə təhlükəsizliyini təmin etmək, hər gün bir az daha quduran və ağ­la­gəlməz baş ağrıdan Yunanıstanı, qolu qanadı qırılmış bir quş ha­lı­na gətirmək.

Zavallı dünya, zavallı mədəni Avropa...

Neft, yenə də günahsız, şərəfli bir millətin torpaqlarını dağı­da­caq, yüzminlərlə insanı qətlə yetirəcək, bir məmləkəti başdan-başa xaraba qoyacaqdır...Və mədəni (!) Avropa bütün bu dəhşət qar­şısında qulaqları kar, gözləri kor, hadisələrə seyrici qalacaqdır.

Yunan ordusu, ingilislər tərəfindən verilən vəzifəni yerinə yetirdi. Anadoluda yüz minlərlə insanı qətlə yetirdi və işğal etdiyi hər yeri dağıtdı, xaraba qoydu...Bu qorxunc hərəkət əlahəzrət İn­gil­tərə İmperiyasının ser ünvanını mühafizə edən Vasileos Zaxa­ro­vun pulu və Deterdinqin nefti ilə edildi. Və beləcə neft isteh­sal­çılarının törətdikləri Anadolu faciəsi Mədəni (!) Avropanın tari­xinə, mədəniyyətinə miras olaraq daxil oldu.

Anadoludakı mübarizə çox şiddətli oldu. Türk milləti yed­di­sin­dən yetmişinə üsyana qalxdı və tarixin “ərköyün uşağına” ta­rix boyunca yemədiyi, gələcəkdə də unutması əsla mümkün ol­ma­yan qorxunc bir şapalaq vurdu. Yunanıstanın 300 minlik ordusu neft sahibkarlarının və “Mədəni Avropa”nın əlahəzrət döv­lət­lə­ri­nin dəhşətdən açılmış gözləri önündə Anadolunun düzlərində məhv oldu...

Yunan ordusunun məhvinə baxmayaraq, Deterdinq, hədəfə çatmış, İngilis-İran Neft Şirkəti vəziyyətini düzəltmiş, yunan or­du­su­nun beli qırılmış, Vasileos Zaxarovun milyonlarla sterlinqi ha­va­ya sovrulmuşdur. Lakin, ingilislərin əsl qazancı Lozannada ol­muş­dur, yəni onların böyük bir inadla əllərində tutmaq istədikləri və sahib olmaq üçün hər çarəyə baş vurduqları İraqın neft sahələri bu sülh müqaviləsindən sonra əllərində qalmışdı. Osmanlı İmperi­ya­sı­nın torpaqları uğurundakı mübarizə heç cürə bitmək bilmir və bu torpaqlar üzərindəki millətlərin arasındakı çəkişmə hər gün bir az daha artırdı. Türklərlə bağlı olan bu çəkişmələrin və mübari­zələrin müxtəlif səhifələri vardır. Bu səhifələr daha çox beynəlxalq kon­franslarda müzakirələrə çıxarılır və qərarlar qəbul edilirdi. Bu an­laş­malar içində, xüsusilə, San Remo, Rapallo, Genuya və Lo­zan­na konfransları əhəmiyyətli bir yer tuturdu. Lozanna konfran­sında cə­nub sərhədlərimiz havadan asılı vəziyyətdə qalmışdır. Sülh mü­qa­vi­ləsi imzalansa da, cənub sərhədləri təsbit edilməmişdir. İn­gi­lislər Lozannada Türkiyəni təmsil edən heyətin siyasətdəki təc­rübə­siz­li­yi və bacarıqsızlığı üzündən uğur qazanmışdılar. Türki­yənin cənub sərhədləri Millətlər Cəmiyyətinin qərarından asılı idi. Bunun sə­bəbi nədir? Nə üçün bu yolla gedilmişdir? O da aşkar­dır ki, in­gi­lislər İraqla olan müştərək sərhədlərimizin təsbitində nef­ti daima gözlərinin önündə tutmuşlar və Lozanna sülh kon­fransı boyunca bəzən hədə, hətta bəzən daha irəli gedərək türk heyətinə göz dağı vermək istəmişlər. İngiltərənin xarici işlər naziri və kürd siyasət­çi­lə­rinin önündə, cəbhədən yeni çıxmış, siyasətdə təcrübəsiz olan İsmət paşanın rəhbərlik etdiyi nümayəndə heyəti güzəştə getmək məcburiyyətində qalmışdır.

Nəhayət, lord Kerzonun istədiyi olmuş və Türkiyənin cənub sər­hədlərinin təsbiti işi Millətlər Cəmiyyətinin üç nəfərlik bir nü­mayəndə heyətinə həvalə edilmişdir. Türk heyəti tərəfindən Cavad paşanın iştirak etdiyi bu heyətin uzun çalışmaları və müşahidələri ingilislərin İraq fövqəladə komissarının haqsız təz­yiq­lərinə bax­mayaraq nəticəsiz qalmadı. Hazırlanmış hesabatın son hiss­ə­sin­də yazılmış “Türk hö­ku­məti hüquqi haqlarından vaz keçmədikcə Mo­sul və ətraf torpaqları heç bir dövlətə verilə bilməz” söz­lə­rinə baxmayaraq, Mosul sancağı nefti ilə birlikdə türk millətinin əlin­dən çıxmış, türk dövlətinin sərhədləri xaricinə atılmışdır. Belə­liklə, Mosulda yaşa­yan türklər ana vətənlərindən uzaq düş­müş­dülər.

Mosulun neft sahələ­ri­nin türk millətinin əlindən çıxmasında ən mühüm rolu oynayan sə­bəblərdən biri də səltənətin ləğvindən və xanədanın türk dövləti sər­hədləri xaricinə sürgün olunmasından sonra, xüsusi ilə bu xa­nə­dana aid olan Mosulun neft sahələrini tələb edəcək bir müəssisənin mövcud olmaması idi. Səltənətin ləğ­vinə qərar verən və Ali Os­man xanədanını sərhəddən xaricə sürgün edən hökumət, bu ailəni vətəndaşlıqdan çıxartmasaydı, şübhəsiz nəticə belə olmayacaqdır və Mosul nefti məsələsi zamanın ixtiya­rına buraxıla bilərdi.



Səudİyyə ƏrəbİstanınIN

neft sahələrİ

İngilislər İranda tarixdə misli görülməmiş bir imtiyaz əldə et­dikdən sonra, “Neft imperiyaları”nın sərhədlərini genişlən­dirmək üçün daha ciddi fəaliyyətə başladılar. İngilis neft imperiyasını qu­ran Deterdinq Osmanlı İmperiyası sərhədləri içəri­sində mövcud olan nefti də ələ keçirmək istəyir və bu məqsədlə Orta Şərqin bü­tün neft sahələrini ingilislərin inhisarına almaq üçün mübarizə edirdi. Deterdinq ingilis imperiyasının bütün si­ya­si xadimlərini, bütün qüvvələrini öz casuslarının yanında səfər­bər etmişdi. Os­man­lı İmperiyası sərhədləri içərisində qorxunc bir mü­ba­rizənin, neft uğrunda mübarizənin başlaması mütləq idi...

Bu mübarizəni, açıq və ya gizli diplomatiyasını səfərbər edən İngiltərə ilə Deterdinqin casusları birlikdə XX əsrin ən böyük hökmdarı və siyasi xadimi Sultan II Əbdül­həmid xana qarşı başlayacaqlar.

Bu iki nəhəng qüvvə, Sultan II Əbdülhəmid xanın önündə məğlub olacaq və səltənətdə istədikləri müvəffəqiyyəti əldə etmə­yəcəkdilər. Sultan II Əbdülhəmid xan mübarizənin öz inhisarı­n­da olan neft mücadiləsi olduğu mövzusunda qəti bir qənaətə gəl­miş, Osmanlı İmperiyası sərhədləri içərisində olduğu kimi, imperi­ya­nın sərhədləri xaricində də bir-birləri ilə şiddətli mübarizələr apa­­ran İngiltərə ilə Almaniyanın bu mübarizəsindən istifadə etmiş və ölkəsini hər cür təhlükədən uzaq tutmuşdu. Sultan II Əb­dül­hə­mid xan bu mübarizədən əsrin ilk və ən mükəmməl casus təş­ki­la­tından istifadə etməklə müvəffəqiyyətlə çıxa bilmişdir. Tarixçiləri­mizin “Xəfiyyə odusu” adını verdikləri, lakin əslində döv­lətin da­xili və xarici təhlükəsizliyini mühafizə edərək, dün­yanın dörd bir tərəfinə yayılmış, içərisində xarici səfirlər, hətta xarici hökumət adamlarının da olduğu 2500 kadrla düşmənlərlə mübarizə imkanını tapa bilmiş və bu mübarizədən də üz ağlığı ilə çıxmışdı. Nə yazıqlar ki, ittihatçılar 24 iyul (1908) çevrilişindən sonra hər sa­hədə olduğu kimi bu sahədə də bir növ xəyanət kimi düşünülən addımlarını ataraq dünyanın ən mükəmməl bir casus təşkilatını “Xəfiyyə” adı altında lənətləyib dağıtmışdılar.



VƏHHABİ ÜSYANLARI
Neft mücadiləsinin ağırlıq mərkəzini Ərəbistan yarımadası təşkil etməkdə idi. Xüsusilə Hicaz və Yəmən bu mücadilənin əsası hesab olunurdu. Ancaq, əsl məqsəd Mosul neftini ələ keçirmək idi.

Hicaz-Küveyt-Omman-Qatar və digər yerlərdəki neft yataqları bu mücadilənin aparıldığı tarixdə hələ məlum deyildi. Ancaq, ingilislər mücadiləni Hicazdan başlamaqla Osmanlı İmperiyasının diqqətini bu əraziyə cəlb etmək siyasətini yürütdülər. Onlar bu­nunla Mosul və ətrafını hələlik boş buraxmaqla çirkin siyasətlərini vəhhabiləri Osmanlı İmperiyasına qarşı üsyan qaldırmalarına yönəltmişdilər. İngilislər bu üsyanları reallaşdırmaq üçün Sidney Reyi (yaxud Roznblum) ilə Filbi adlı iki mütəxəssisi Əbdüləziz ibn Səudun yanında yerləşdirdilər. Vəhhabilərin lideri Əbdüləziz ibn Səudun yanında vəzifə tutan bu iki şəxs eyni zamanda İngiltərə Entellijans Servisinin də ən təcrübəli əməkdaşları idilər.



Sidney Reyi 1901-ci ildə D’Arcyin əlindən İran nefti imtiyazı sənədini aldıqdan sonra 1902-ci ildən etibarən Ərəbistan yarım­adasında çalışmağa başladı.

Sultan II Əbdülhəmid xan Əbdüləziz ibn Səudun yavaş-yavaş gücləndiyini görür və onun gələcəkdə Osmanlı İmperiyası üçün problem yarada biləcəyini də hiss edirdi. O həqiqətən də təxminlərində yanılmadı. Əbdüləziz ibn Səudun sonrakı hərə­kət­ləri bunu açıq-aydın göstərdi. Sultan II Əbdülhəmid xan ingilis­lərin planlarını əvvəlcədən duyduğu üçün Hicaz və Yəməndə müəyyən islahat keçirmək üçün layihələr hazırladı. Ancaq, Əb­düləziz ibn Səudun rəhbərliyi altında baş verən üsyan bu islahatın gerçəkləşməsinə imkan vermədi. Üsyançıların xərclədikləri pul in­gilis qızılı və işlətdikləri silah da yenə ingilis istehsalı idi.

Sultan II Əbdülhəmid xan dərhal bu üsyanı yatırtmaq üçün mü­əyyən tədbir gördü. Almanların inşa etdikləri Bağdad dəmir yo­­lu ilə İraq və Bəsrə üzərində nüfuzunu daha da gücləndirən sul­tan cənuba, yəni Yəmənə tərəf hərəkət etdi və Küveyt şeyxi Mü­ba­rək İbnüssabah ilə anlaşaraq onu öz tərəfinə çəkə bildi. Bun­dan sonra Əbdüləziz ibn Səudin qaldırdığı üsyan asanlıqla yatı­rıldı.

Nəcid şəhəri artıq bir fitnə-fəsad yuvası olmuşdu. İngilislərin təcrübəli cəsusları əllərində Deterdinqin qızılları tayfa başçıları və şeyxlər arasında vurnuxaraq onları Osmanlı İmperiyasına qarşı üsyana təhrik edirdilər. Ancaq, Əbdüləziz ibn Səud Osmanlı or­du­sundan yediyi zərbədən sonra Sultan II Əbdülhəmid xana bo­yun əyməyə məcbur olur. Digər şeyxlər və tayfa rəislərinin böyük bir hissəsi türklərin tərəfində idi.

Məkkə şərifi Hüseyn Sultan II Əbdülhəmid xanın sağ qolu hesab olunurdu. Məkkə şərifinə verilən paşalıq adı və göndərilən hədiyyələr onu qane etdiyindən həmişə Osmanlı dövlətinin tərə­fin­də olmuşdur. Sultan II Əbdülhəmid xan ingilislərin ona qarşı iş­lət­dikləri taktikadan istifadə edərək onları məğlub etməyi bacardı.

Şərif Hüseyn Osmanlı dövlətinə sədaqətini sübut etmək üçün Araifi qəbiləsini Əbdüləziz ibn Səudə qarşı yönəltdi. Sultan II Əb­dülhəmid xan incə zəkası və uzaqgörənliyi ilə ərəbi ərəbə qarşı qoymağa nail oldu. Bu siyasət onun taxta oturduğu gündən bəri istifadə etdiyi bir üsul idi. Araifilər ilə vəhhabilər arasında cərəyan edən mücadilələr zamanı Araifilər Əbdüləziz ibn Səudun qar­da­şı­nı tutub şərif Hüseynə təslim etdilər. Əbdüləziz ibn Səud vəziy­yət­dən xilas olmaq üçün Osmanlı dövlətini tanımaq və ildə mü­əy­yən miqdarda vergi vermək şərti ilə qardaşını geri alaraq müca­di­lə­dən çəkildi.



Deterdinq və ortaqları İngiltərə Dəniz Birinci Lordluğu və Entelijans Servis ilk təşəbbüslərində ağır zərbə ilə qarşılaşdılar. Ancaq, bu məğlubiyyətlə barışa bilməyən ingilislər yeni mücadilə metoduna baş vurdular. Onlar vəhhabilər ilə Məkkə şərifi Hüsey­nin arasında uzun illər davam edən qorxunc bir müharibə törət­di­lər. Bu müharibə şərif Hüseynin müəmmalı ölmündən sonra onun oğlanları ilə Əbdüləziz ibn Səud arasında da davam etdi.

Bu mücadilələr sadəcə olaraq neft üçün aparılırdı. İstiqlal, azadlıq boş sözdən başqa bir şey deyildi. Həmçinin, Birinci Dünya müharibəsindən sonra yaranmış dövlətlər istiqlallarına deyil, sadə­cə olaraq zəngin neft sahələrinə sahib oldular. İstiqlal onlar üçün artıq bir xülyadır. Dünən də belə idi, bu gün də belədir.



Əbdüləziz ibn Səudin 1902-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdığı üsyan yatırıldıqdan sonra 1908-ci ilə, yəni Sultan II Əbdülhəmid xanın taxtdan salınmasına qədər həm vəhhabilər, həm də ingilislər heç bir təşəbbüsə əl atmadılar.

Entelijans Servis tərəfindən Əbdüləziz ibn Səudun yanına mı­şa­vir olaraq göndərilən məşhur ingilis neft cəsusu Filbi vəh­ha­bi­lə­rin başçısına gücünü artırmağı məsləhət gördü.

Amma, Filbi döyüşçülərin sayının çoxaldılması ilə hər hansı bir nəticənin alınmasına o qədər də inanmırdı. O, bu qüvvələri də­mir kimi bir əlin altında birləşdirməyi və toplamağı məqsədə uy­ğun hesab edirdi. Əbdüləziz ibn Səud də bu fikri bəyənmişdi. On­lar vaxt itirmədən fəaliyyətə başladılar. Ancaq, işlər onların düşün­dükləri kimi o qədər də asan getmirdi. Bədəvi həyatı yaşamağa alış­mış ərəblər qanun və nizam tanımırdılar. Halbuki, yeni qüv­və­lərin bir qanun və nizam altına alınmaları vacib idi. Filbi bunun da yolunu tapdı. Dini təəssübə əsaslanan bir siyasət yürütdü.

FilbiƏbdüləziz ibn Səud düz on il çalışdılar və istədikləri qüvvəni meydana gətirdilər. İhvan adı altında 1912-ci ilin yayında rəsmən qurulmuş olan silahlı qüvvənin ümumi qərargahı Aravyada yerləşirdi. İngilis zabitlərinin təlim və tərbiyəsi ilə formalaşmış bu silahlı qüvvə 1913-cü ildə qəflətən hücuma keçərək Xassanı işğal etdilər. Əbdüləziz ibn Səud Osmanlı dövlətinə qarşı yenidən baş qaldırmışdı. Əbdüləziz ibn Səud artıq Hindistandakı ingilis cəsus­ları və ingilis qüvvələri ilə əlaqə yaratmışdı. Deterdinq 10 illik mücadilədən sonra arzusuna çatmışdı. Hicazın qapıları onun üzünə tamamilə açılmışdı. İngilislər artıq vəhhabilərin torpaqlarında və Əbdüləzizin hakim olduğu ərazilərdə sərbəst hərəkət edə bilir­di­lər. İngilis cəsusları Əbdüləziz ibn Səudu daima türklərə, Məkkə şərifi Hüseynə və türklərin yaxın dostu olaraq tanınan Əli Rəşidə qarşı üsyana təhrik edirdilər. Bu təhriklər nəticəsində Birinci Dün­ya müharibəsinin ilk günlərində Əbdüləziz ibn Səud ingilislərlə mü­qavilə bağlamağa hazırlaşırdı. Bu anlaşmaya görə ingilislər onun istiqlalını tanıyacaq və Deterlinq hər ay ona 5000 ingilis li­rə­si verəcəkdi. Beləliklə, bu anlaşmaya görə Əbdüləziz ibn Səud ingilislərin maaşlı qulluqçusu olurdu.

Ancaq, Əbdüləziz ibn Səud bu anlaşmaya baxmayaraq, həmin ilin may ayında Osmanlı dövləti ilə də danışıqlar apararaq sabah-ud-dövlə fəxri adı altında Nəcit qaymaqamı təyin edilir. Yəni artıq vəhhabilərin başçısı Osmanlı dövləti adından Nəcitdə müəyyən nüfuz sahibi olurdu. Ancaq, Osmanlı İmperiyası Birinci Dünya mü­haribəsinə girdikdən sonra Osmanlı hökuməti Əbdüləziz ibn Səudə etimad göstərməyərək onun qan düşməni olan Əli Rəşidi dəstəkləməyə başladı. Bunu görən Əbdüləziz ibn Səud yavaş-yavaş ingilislərə meyl etməyə başladı və 1915-ci ildə Britaniya İmperiyası ilə müqavilə bağlayaraq onun himayəsinə girdi.

1915-ci ilin dekabr ayında imzalanan bu müqavilə ilə İngiltərə Osmanlı İmperiyası sərhədləri daxilində yerləşən Ərəbistan yarım­adasının mərkəzində güclü bir dosta sahib olurdu. Əbdüləziz ibn Səud 1916-cı ildə ingilislər tərəfindən Osmanlı dövləti əleyhinə müharibəyə girdi. Bu vuruşma eyni zamanda Osmanl dövlətinin mənfəətlərini və bölgənin asayişini qorumağa cavabdeh olan düş­məni Əli Rəşidə qarşı idi. Əli Rəşid isə Osmanlı dövlətinin tə­rəfdarı olaraq qalırdı.

Cərrahda Əli Rəşid ilə Əbdüləziz ibn Səudin qüvvələri ara­sın­da gedən döyüşlərdə Əbdüləziz ibn Səudin ingilislərin yardımı ilə yaratdığı İhvan döyüşçüləri ağır məğlubiyyətə uğradılar. Bunu görən Deterdinq və cəsusları dərhal Məkkə şərifi Hüseynlə danı­şıq­lar aparmağa cəhd etdilər və tezliklə buna nail oldular.



İngilislər neftdən qazandıqları milyonları gələcəkdə əldə edə biləcəkləri yeni neft sahələri üçün Məkkə şərifi Hüseynin xəzinə­sinə yönəltdilər. Artıq bu dövrlərdə dünyanın məşhur neft cəsusla­rın­dan Lavrens Ərəbistan yarımadasında fəaliyyətə başlamışdı. İngilis neft kralları Ərəbistanda fəaliyyət göstərən cəsuslarının kö­mə­yi ilə yavaş-yavaş şimala, İraqın neftli ərazilərinə doğru irəli­lə­mə­yə başladılar. Onlar bu ərazilərdə yaşayan şeyxlərə küllü miq­darda var-dövlət bağışlayaraq onların ehtiyaclarını təmin edirdilər. Lavrensin əlində güclü bir vasitə var idi. Bu vasitə Məkkə şərifi Hüseynin böyük oğlu əmir Feysəl idi. 1916-cı ildə gələcəkdə Suriya və İraq kralı olaraq Lavrens tərəfindən Londona təqdimatı verilən zaman Əbdüləziz İbn Səud əmir Feysələ qarşı çıxdı. Əb­düləziz ibn Səud ingilislərlə mövcud olan müqaviləyə baxma­ya­raq Osmanlı dövləti ilə danışıqlar aparmağa çalışdı. Amma, Ca­mal paşadan rədd cavabı alınca təkrar ingilislərə, dolayısı ilə ser Deterdinqə əl uzatmaqdan da çəkinmədi. İngilislərdən hər cür yardım alan və atasının hörmətinə görə ərəb şeyxləri üzərində böyük nüfuza malik olan əmir Feysəl bir dövlət qurmaq xəyalı ilə Osmanlı dövlətinə qarşı müharibə elan etdi. Bu mücadilədə ona yardımçı olan ünsürlər ingilislər tərəfindən əvvəlcədən təlimat­lan­dı­rılmışdılar. İstər İstanbul, istərsə də Beyrut, Şam və Misirdə qu­rulmuş olan müxtəlif cəmiyyətlər ərəb istiqlalı üçün iş görə biləcək mütəxəssislər hazırlamışdılar. Bu ünsürlər Birinci Dünya mühari­bə­si dövründə Osmanlı ordusunu daxildən sarsıtmaq üçün hər cür cəsusluq fəaliyyəti göstərmişdilər. Bu cəmiyyətlərdən, xüsusilə «İlel Mərkəziyyə»yə mənsub olanlar daha çox fərqlənmişdilər. Məkkə şərifi əmir Hüseynin böyük oğlu əmir Feysəl bu təşki­lat­dan daha çox istifadə edərək Osmanlı ordusunu arxadan vurmağa çalışdı. Ona bu işdə ən böyük köməyi gələcək İraq dövlətinin baş naziri vəzifəsini tutan Nuri Səid paşa etmişdir. Əmir Feysəlin ən yaxın adamı olan bu şəxs türk ordusunda yüzbaşı rütbəsində qulluq edərkən «İlel Mərkəziyyə»nin həyata keçirmək istədiyi istiqlal hərəkatı təşəbbüsünün üstü açıldıqdan sonra Camal paşanın hərbi tribunalının yağlı kəndirindən canını ancaq ingilislərə sığınmaqla qurtara bilmişdi.

Əmir Feysəlin bu müvəffəqiyyətləri Əbdüləziz İbn Səudu çox narahat etməyə başladı. Tale əmir Feysələ gələcək taxtını ha­zır­layırdı. Əslində əmir Feysəlin adının hər tərəfdə duyulması sa­dəcə bir təsadüfə, yəni döyüşlərə Məkkə şərifi Hüseynin geniş nüfuza sahib olduğu torpaqlar üzərində cərəyan etməsindən irəli gəlirdi. Artıq əmir Feysəl ilə Əbdüləziz ibn Səudun arasında toq­quş­manın baş verəcəyi qaçınılmaz idi. İngilislər baş verə biləcək təhlükənin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çalış­dı­lar. Entelijans Servisin ən təcrübəli əməkdaşları bu ixtilafı bitə­rəf­ləşdirmək üçün səfərbər olundular. Bunlar Lavrens, Qertrud Bell, Sidney ReyiFilbi idi. Əbdüləziz ibn Səudu Filbi yola gətirəcək, Qertrud Bell isə ərəb şeyxləri arasında çalışacaq, Sid­ney Reyi ilə Lavrens isə iki ərəb şeyxi arasındakı mücadiləni da­yandırmaq üçün əmir Feysələ təsir edəcəkdilər.

Cəsuslar onlara verilən tapşırıqları yerinə yetirdilər və iki əmiri barışdırdılar. Beləliklə, ingilislər özləri üçün təhlükə hesab etdikləri bu anlaşılmazlığı bitərəfləşdirməyə nail oldular. Hər iki ərəb əmiri arasında bağlanmış müqaviləyə görə Əbdüləziz ibn Səud Ərəbistan yarımadasının Nəcid-Riyad-Nəcəf ərazisinə, əmir Feysəl isə Suriya və İraq torpaqlarına sahib olacaqdır. Bundan baş­qa, gələcəkdə yaradılacaq iki dövlətin torpaqları arasında qalan sahədə əmir Feysəlin qardaşı üçün İordaniya adlı kiçik bir dövlət də qurulacaqdır.

Buradan belə nəticə çıxartmaq olar ki, ingilislər yeni-yeni plan­lar tərtib etmişdilər. Hələ Birinci Dünya müharibəsi başa çat­ma­mışdan əvvəl Ərəbistan yarımadasının gələcək xəritəsi cızılmış və burada üç yeni krallığın yaradılması nəzərdə tutulmuşdu.

Yuxarıda göstərdiyimiz müqavilə ilə Əbdüləziz ibn Səud onun üçün təyin edilmiş olan sərhədlər daxilində və ətrafındakı ərəb əmir və şeyxləri ilə sərhədlərini dəqiqləşdirmək üçün mü­za­ki­rələr aparırdı. Bu danışıqlardan heç bir nəticə əldə edə bilməyən Əbdüləziz ibn Səud onu daima hədələmiş türkpərəst Əli Rəşidin üzərinə hücum etməyi qərara aldı. Əslində müharibə bitmişdi. Döv­­lətlər İngiltərənin himayəsi altında Ərəbistanda rəsmən təşək­kül etmişdi. Əbdüləziz ibn Səud Əli Rəşidi bitərəfləşdirdikdən sonra İngiltərənin himayəsi altında olan İordaniya torpaqlarına doğ­ru irəliləməyə başladı. Yenicə qurulmuş bu kiçik dövlətin istiq­la­lı təhlükə altında idi. Elə bu səbəbdən də ingilislər vəhhabilərin başçısı Əbdüləziz ibn Səudə təcavüzü dayandırmaq üçün xə­bər­dar­lıq etdilər. Lakin, bu çöl bədəvisi xəbərdarlığa o qədər də əhə­miy­yət vermədi. İngilislər onun xəbərdarlığa heç əhəmiyyət ver­mə­məsini görüb vəhhabi ordusunu təyyarələrdən bombaladılar. İn­gi­lislər bu hərəkətləri ilə əmir Feysəli açıqca müdafiə edirdilər. İn­gilislər tərəfindən vəhhabi ordusunun hücumu dayandırıldıqdan son­ra 1922-ci ildə tərəflər arasında bağlanan bir müqavilə ilə İraq-İordaniya və Hicazın sərhədləri qəti olaraq təsbit edildi. Beləliklə, bu məntəqədəki anlaşılmazlıq ortadan qaldırıldı.



Əbdüləziz ibn Səud bu müqavilədən dörd il sonra, 1926-cı il­də ingilislərin himayəsi altında özünü Hicaz və Nəcid kralı elan et­di.

Bu zaman Türkiyədə milli-mücadilə baş vermiş və nəticədə yeni bir rejim qurulmuşdu. Yəni respublika elan edilmiş və xilafət ida­rə-üsulu ləğv olunmuşdu. Xilafətin ləğv olunmasından sonra Mək­kə şərifi Hüseyn ərəblər arasında konfrans çağrılması təklifini irəli sürdı və ləğv edilmiş xilafətin bərpasını tələb etməyə başladı. Əbdüləziz ibn Səud onun bu iddiasını qəti olaraq rədd etdi. Belə­lik­lə, ingilislərin yeni qurduqları bu dövlətlər Türkiyədə ləğv edil­miş xilafəti mənimsəmək üzündən bir-birlərinə düşmən kəsildilər. İngilislər Ərəbistan yarımadasında baş verə biləcək toqquşmaların onların mənafelərinə zidd olmasını söyləsələr də Əbdüləziz ibn Səud bu məsələdə müxalifətdə qalmaqda davam etməkdə idi.

Vəziyyəti belə görən ingilislər Əbdüləziz ibn Səudu sıxışdır­maq məqsədi ilə bu günə qədər hər ay ona ödədikləri 5000 ster­lin­qin verilməsini dayandırdılar. Hadisələrin bu istiqamətdə davam etdiyi bir vaxtda «Standard Oyl» tərəfindən Suriyada geoloji ax­tarışlar aparan və neft axtaran Crain burada amerikalıların lehinə, fransızların isə əleyhinə təbliğat aparmağa başlamışdı. Crain Suriyada fəaliyyət göstərdiyi zaman arxeoloq Tvitchell də Qırmızı dəniz sahillərində tədqaqatlar apararaq qədim mədəniyyət əsərləri axtarırdı. O, bu axtarışları zamanı burada neft nişanələrinə rast gəl­di. Bütün hərəkətləri ingilis cəsusları tərəfindən addım-addım izlə­nən Tvitchell neft tapdığını Londondakı Arxeologiya Cəmiyyətinə bildirdiyi zaman yer yerindən oynadı. Bundan sonra İngiltərənin neft mütəxəssisləri bu ərazini diqqətlə axtarmağa başladılar. Tvitchellin təsadüfən tapdığı neft Qırmızı dəniz sahillərini neft mü­cadiləsinin mərkəzinə çevirdi. Bu andan etibarən ingilis və Ame­rika sərmayəsi Səudiyyə Ərəbistanına axmağa başladı.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə