Neft maşinqayirma klasteri: beynəlxalq təCRÜBƏNİn təDQİQİ



Yüklə 499,89 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix23.01.2018
ölçüsü499,89 Kb.
#22105
  1   2   3   4   5   6   7   8   9   ...   18


AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU 

 

 



 

NEFT MAŞINQAYIRMA KLASTERİ: BEYNƏLXALQ TƏCRÜBƏNİN 

TƏDQİQİ 

 

 

mövzusunda elmi-tədqiqat işi üzrə 

 

 

 

 

 

HESABAT 

 

 



 

 

 



 

 

 

 

 

BAKI-2015 


 

Mündəricat 



Xülasə............................................................................................................... 3  

Giriş.................................................................................................................. 4 

1.

 

Beynəlxalq təcrübə...................................................................................... 5  



1.1.

 

Rusiya Federasiyası.............................................................................. 5 



1.1.1.

 

Tümen  vilayətində  neftqaz  maşınqayırma  və  servis  klasterinin 



reallıqları və inkişaf perspektivləri.............................................. 5 

1.1.2.


 

Samara vilayətində maşınqayırmanın inkişaf ssenariləri........... 21 

1.1.3.

 

Başkortostan 



Respublikasının 

Tuymazı-Oktyabrsk 

ərazi 

mikrosistemində klaster............................................................. 22 



1.1.4.

 

Perm diyarının neft və dağ-mədən maşınqayırma klasteri........ 26 



1.1.5.

 

Krasnoyarskda neftservis və nefthazırlıq klasteri...................... 27 



1.2.  Qazaxıstan  Respublikasında  iqtisadiyyatın  inkişafında  klaster 

yanaşması............................................................................................... 28 

Nəticə.............................................................................................................. 52 

İstifadə edilmiş ədəbiyyat............................................................................... 58 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Xülasə  

İqtisadi  İslahatlar  Elmi  Tədqiqat  İnstitutunun  2015-ci  ilin  Elmi-Tədqiqat  İş 

Planına  əsasən  “Neft  maşınqayırma  klasteri:  beynəlxalq  təcrübənin  tədqiqi” 

mövzusunda tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqat işində Rusiya Federasiyası 

(Tümen  vilayətində  neftqaz  maşınqayırma  və  servis  klasterinin  reallıqları  və 

inkişaf  perspektivləri,  Samara  vilayətində  maşınqayırmanın  inkişaf  ssenariləri, 

Başkortostan  Respublikasının  Tuymazı-Oktyabrsk  ərazi  mikrosistemində  klaster, 

Perm  diyarının  neft  və  dağ-mədən  maşınqayırma  klasteri  və  Krasnoyarskda 

neftservis  və  nefthazırlıq  klasteri)  və  Qazaxıstan  Respublikasında  iqtisadiyyatın 

inkişafında  klaster  yanaşmasına  dair  təcrübələri  baxılaraq  ümumiləşdirilmiş 

nəticələr əks edilmişdir. 

Tədqiq  edilmiş  təcrübə  Azərbaycan  Respublikası  iqtisadiyyat  və  sənaye 

nazirinin  2  fevral  2015-ci  il  tarixli  F-14  nömrəli  əmri  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasında  sənayenin  inkişafına  dair  2015-2020-ci  illər  üçün 

Dövlət  Proqramı”nda  nəzərdə  tutulan  tədbirlərin  aidiyyəti  üzrə  icrasına  dair 

Tədbirlər  Planının  1.11.-ci  “Neft  maşınqayırma  sahəsinin  inkişafı  ilə  bağlı 

təkliflərin  hazırlayıb  aidiyyəti  üzrə  təqdim  olunması”  və  3.6.-cı  “Sənaye 

klasterlərinin  yaradılmasına  dair  təkliflər  hazırlanması  və  müvafiq  tədbirlərin 

həyata keçirilməsi” bəndlərinin icrasında istifadə edilə bilər. 

 

 

 



 

 

 



 

 

 



 


 

Giriş 

Dövlət,  iqtisadiyyat,  elm  və  təhsil  arasında  obyektiv  motivasiya  edilmiş 

tərəfdaşlığın  inkişafı  iqtisadiyyatın  müasir  mərhələdə  inkişafının  ümumi 

qanunauyğunluqları  ilə  şərtləndirilmiş  klasterlərin  yaradılmasının  aktuallığını 

şərtləndirmişdir.  Klaster  məhsulun  işlənib  hazırlanması,  ilkin  istehsalından 

başlayaraq və satış və servis xidmətləri ilə qurtararaq onun bütün istehsalının vahid 

zəncir  ilə  gedən  sxemə  yönəlir  ki,  bu  da  klasterin  nəinki  optimal  quruluşu,  hətta 

bütün  struktur  elementləri  xüsusən  klasterin  “özək”lərinin  qarşılıqlı  fəaliyyət  və 

fəallıq səviyyəsi ilə müəyyən edilir. 

Ölkədə  klasterlərin  formalaşdırılması  məsələləri  Azərbaycan  Respublikası 

Prezidentinin  29  dekabr  2012-ci  il  tarixli Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

2020:  Gələcəyə  Baxış”  İnkişaf  Konsepsiyasında  öz  əksini  tapmışdır.  Belə  ki, 

iqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz emalı və neftkimya 

zavodlarından  ibarət  kompleksin  inşası  planlaşdırılır  ki,  onun  təşkili  zəruri 

investisiyaların  cəlb  edilməsinə,  ekoloji  normativlərə  riayət  olunmasına,  son 

məhsulun  istehsalına  qədər  olan  texnoloji  zəncirin  qurulmasına,  hazır  məhsulun 

rəqabət  qabiliyyətinin  yüksəldilməsinə,  bu  sahədə  ixracın  həcminin  və  çeşidinin 

genişlənməsinə imkan yaradacaqdır, və ölkənin bölgələrində onların sosial-iqtisadi 

inkişafını  sürətləndirəcək  iqtisadiyyatın  prioritet  sahələri  üzrə  ərazi-istehsal 

klasterlərinin yaradılması qeyd edilmişdir.  

Azərbaycan  Respublikası  Prezidentinin  26  dekabr  2014-cü  il  tarixli  964 

nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  sənayenin 

inkişafına  dair  2015-2020-ci  illər  üçün  Dövlət  Proqramı”nda  isə  maşınqayırma, 

xüsusən,  neft  maşınqayırması  sənayesinin  inkişafının  diqqət  mərkəzində 

saxlanılması,  bu  sahədə  istehsal  olunan  mal  və  avadanlıqların  daxili  tələbatın 

ödənilməsində  payının  artırılması  istiqamətində  tədbirlərin  görülməsi  qeyd 

edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına isə “Neft 

maşınqayırma  sahəsinin  inkişafı  ilə  bağlı  təkliflərin  hazırlanıb  aidiyyəti  üzrə 

təqdim olunması” adlı 1.11-ci bənd daxil edilmişdir. 




Yüklə 499,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə