Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə1/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
  1   2   3   4   5   6   7   8   9   ...   59
C fakepath LAV MATER AL-tamamlama




NEFT-QAZ QUYULARININ TAMAMLANMASI

ƏLAVƏ MATERİAL

QAZIMA VAXTI DAĞ SÜXURLARININ DAĞIDILMASI
Dağ süxurlarının qazıma vaxtı dağıdılması mürəkkəb prosesdir, bu prossə təsir edən əsas amillər dağ süxurlarının mexaniki və texniki xüsusiyyətləri ilə bərabər qazımanın rejim parametrləridir. Qazımanın mexaniki sürəti, qazıma alətinin işlək hissələrinin yeyilməsi və dağıdılmış süxurların qaldırılması bir-biri ilə əlaqəlidirlər.

Göstərilən asılılıqlar qazıma vaxtı süxurun dağıdılmasının hərtərəfli qiymətləndirilməsini çətinləşdirir. Bunun üçün analitik, eksperimetal və modelləşmə metodunun optimal uyğunluğu tələb olunur. Son illər baxılan məsələyə xüsusi üsullarla (tribotexniki və entropia) hərəkətli yanaşaraq sistemli analiz aparmaqla həll edirlər.

Hal-hazırda quyuların qazılması mexaniki üsulla bərabər qazıma məhlulu şırnağının laya hidrodinamiki təsirindən birlikdə dağıdılması ilə aparılır. Dağ ssüxurlarının dağıdılması əlavə olaraq iki texnoloji proseslə möhkəm əlaqədardr: quyu dibindən dağıdılmış süxur hissəciklərinin qaldırılması və süxurdağıdıcı alətin soyudulması. Quyu dibində dağıdılmış süxurlar vaxtında yuxarı qaldırılmadıqda və süxurdağıdan alət təmizlənmiş quyu dibində işləmədikdə quyunun qzılma sürəti azalır və alətin işçi elemti əlavə yeyilməyə məruz qalır.

Süxurdağıdan alətin işçi elementi qazıma aparan zaman 400-6000C temperatura qədər qızdıqda möhkəmliyi azalır və qaynaq olunmuş bərk xəlitələr baltanın işçi elementlərindən qopur.

Almaz baltalarda qazıma aparan zaman baltada temperatur 400-6000C çatdıqda baltanın yeyilməyə davamlılığı 2 dəfə azalır. Temperatur 1000-11000C qalxdıqda baltadakı almaz hissəcikləri qrafitə çevrilir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə