Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qoryucu kəmər qurluşunun seçilmə qaydası



Yüklə 0,54 Mb.
səhifə23/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   19   20   21   22   23   24   25   26   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Qoryucu kəmər qurluşunun seçilmə qaydası. Qazılan quyunu məlum olan parametrlərinə görə quyu ağzında və H, h, L, L0 dərinliklərdə xarici və daxili izafi təzyiqlərin qiymətləri təyin olunur, nəticədə isə izafi təzyiqlər epürü qurulur. Kəmərin hesablanmasını aparmaq üçün görüləcək iş proseslərində yaranan ən böyük Px.iz və Pd.iz əsas götürlür.

Qoruyucu kəmərin hesablanma ardıcıllığı aşağıdakı kimi aparılır.



1.Xarici və daxili izafi təzyiqlər epürü qurulur və boruların hesablanması quyuda aşağıdan yuxarıya aparılır.

2.Möhkəmlik ehtiyat əmsalı n1 seçilir, xarici izafi təzyiq epüründə n1·PxJLhesabatı aparılandan sonra alınan qiymətə uyğun gələn boru 2-ci əlavədən seçilir. Bu elə seçilməlidir ki, Pkr ≥ n1PxJL. Boruları ən az möhkəmlik qrupuna malik olan D markalı borudan başlayaraq seçmək lazımdır. Əgər D borusunun qrupu göstərilən şərti təmin etmirsə, onda daha yüksək möhkəmlik qrupu olan borunu seçmək lazımdır.

Kəmərin ℓ1 bölməsi üçün seçilmiş borunun daxili izafi təzyiqə n2-yə davam gətirdiyi yoxlanılır.



3. 1-ci seksiyanın yuxarı ucundakı xarici izafi təzyiq müəyyən edilərək 9.7-ci cədvəldən, 2-ci seksiya üçün elə boru seçilir ki, onun Pkr təzyiqi L1 dərinlikdə təzyiqə bərabər olsun.

4. 2-ci seksiya üçün P’kr təyin edilir ki, buraya uzunluğu ℓ1 olan 1-ci seksiyanın çəkisi təsir edir.

Epürdə P’krqiyməti müəyyən edilməklə 2-ci seksiyasının buraxılma dərinliyi L’1 müəyyən edildikdən sonra 1-ci seksiyanın uzunluğu ℓ1=L-L’1 təyin olunur.

Bundan sonra cədvəl 9.11-dən 1-ci seksiyanın Q’ çəkisi təyin edilir.

5. İkinci seksiyanın uzunluğunu təyin etmək üçün 3-cü seksiya üçün seçiləcək borunun möhkəmlik qrupu 2-ci seksiyadakından zəif olan boru axtararaq 9.7-ci cədvəldən epürə uyğun Pkr olan boru seçilir, seçim edildikdən sonra epürdə olnun buraxılma dərinliyi L2 təyin edilir. 2-ci seksiyanın uzunluğu ℓ2=L1-L2 olduğundan əlavə 6-dan Q2-nin çəkisi hesablanır.

6. 1-ci və 2-ci seksiyalarının (Q1+Q2) çəkisinin cəmi hesablandıqdan sonra 3-cü seksiya üçün P’kr hesablanaraq təyun olunur. Təyin edilmiş P’kr qiymətinə əsasən epürdən 3-cü seksiyanın buraxılma dərinliyi təyin olunur. Bundan sonra 2-ci seksiyanın uzunluğu müəyyən edilir ℓ’2=L’1+L’2. Seksiyanın çəkisi Q2 təyin edilir.

Bundan sonra 2-ci seksiyanın yuxarı borusu üçün n2=PT/Pd.iz. əmsalı tələbata uyğun alınırsa hesabat davam etdirilir.



7. 3-cü seksiyanın uzunluğunu tapmaq üçün, 4-cü seksiya üçün cədvəl 9.7-dən Pkr uyğun olan boru seçilir və epürdən L3 seçilir.

8. 3-cü seksiyanın uzunluğunu tapmaq üçün 4-cü seksiya üçün P’kr hesablanaraq müəyyən edildikdən sonra 4-cü seksiyanın buraxılma dərinliyi L’4 təyin edildikdən sonra ℓ’3=L’2-L’3 tapılır və Q3 hesablanır.

9. Yuxarıdakı ardıcıllıqla quyu ağzına qədər bütün seksiyalar hesablanaraq seçilir. Seksiyaları seçəndən sonra boruların dartılmaya möhkəmliyi Q ≤ [P] yoxlanılır. [P] – borunun dartılmaya buraxıla bilən yükdür. Seçilmiş boru üçün [P]-ni cədvəl 9.3-dən istifadə etmək lazımdır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə