Neft və karbohidrogen ehtiyatlarının hesablanması



Yüklə 115,43 Kb.
səhifə1/2
tarix23.12.2023
ölçüsü115,43 Kb.
#155299
  1   2
Neft və karbohidrogen ehtiyatlarının hesablanması.


Neft və karbohidrogen ehtiyatlarının hesablanması

Lay süxurlarında toplanmış neft, qaz və kondensatın miqdarına ehtiyat deyilir.Resurs hələ açılmamış (yaxud ehtiyatı tam olaraq dəqiqləşdirilməmiş) karbohidrogen yatağının ehtiyatlarına deyilir.Ehtiyat yataq haqqında dolğun və etibarlı məlumat olduqda, yəni işlənilmə prosesinə başlamazdan (axtarış quyusundan sınaq nəticəsində karbohidrogen hasil edildikdə və kəşfiyyat quyuları ilə obyektini sərhədlədikdən) sonra hesablanır.Resurs isə neft-qazlılığı dəqiqləşdirilmiş sahələrə qonşu olan perspektivli sahələrin axtarış-kəşfiyyat işlərinin başlanğıc mərhələsində yaxud yataq haqqında məlumat çox az olduqda hesablanır.


Neft sənayesinin ilk illərindən başlayaraq, yataqdan hasil edilən neft sırası karbohidrogenlərin gündəlik hasilatı və təbii rezervuarda saxlanılan ehtiyatının öyrənilməsi əsas məsələlərdəndir. Burada həm yatağın ehtiyatını hesablamaq, həm də hesablanmış ehtiyata və onun iqtisadi-texnoloji amillərə görə kəşf olunmuş yatağın kateqoriyalara, siniflərə bölünməsi kimi problemlər aiddir.
Ehtiyatların təsnifatının məqsədi kəşf olunmuş və kəşf olunmamış neft və qaz ehtiyatlarının hesablanması, onların xüsusiyyətləri və layihələndirilməsi üçün ümumi bir çərçivə yaratmaqdan ibarətdir. Təsnifat ilk olaraq texniki və iqtisadi baxımdan faydalı olan ehtiyatları əhatə etməlidir. Təsnifatın müəyyən bir hissəsi tənzimləyici orqanlar, dövlət idarələri və bir qayda olaraq əməliyyat şirkətləri tərəfindən istifadə oluna bilər.
1936-cı ildə APİ (American Petroleum Institute) tərəfindən ilk balans ehtiyat anlayışı və kəşf olunmuş ehtiyatlar termini istifadə edilmişdir ki, buda ehtiyatların təsnifatının əsasını təşkil etmişdir.
Hazırki zamanda neft ehtiyatların aşağıdakı hesablama üsulları tətbiq olunur:
1. Həcm üsulu ( həcm üsulu və onun variantları);
2. Statistik üsul (əyrilər üsulu);
3. Maddi balans üsulu.
Bu üsulların içində ən universal məhz həcm üsuludur ki, bu da digərlərinə nisbətən yüksək kateqoriyalı ehtiyatların hesablanılması zamanı daha çox istifadə olunur. Ehtiyatların bu kimi hesablama üsulu geniş yayılmışdır və neftli layın istənilən rejimi və kəşfiyyatın hər hansı bir mərhələsi şəraitində istifadə oluna bilər.
Texnoloji sxem yaxud yatağın işlənilmə layihəsinin tərtib olunması üçün neft ehtiyatlarının istənilən dəqiqlik dərəcəsi ilə hesablanması üçün ilkin geoloji məlumatın dolğunluğu və keyfiyyətindən asılı olaraq bu üsuldan istifadə olunur.
Ehtiyatların hesablanmasının statistik üsulu və maddi balans üsulunun müxtəlif modifikasiyaları işlənilmənin orta və son mərhələlərində daha effektiv hesab olunur, çünki ehtiyatların hesablama parametrlərinin daha etibarlı müəyyən edilməsi üçün daha əlverişli şərait yaranmış olur. Laya təsiredici tədbirlərin geniş tətbiqi ilə bağlı bu üsulların istifadəsi bir qədər məhdudlaşır. Bu da yataqdan neftin çıxarılması ilə bağlı debitlərin təbii enmə qanunauyğunluqlarının müəyyən edilməsini çətinləşdirir.
Neft yataqlarının sənaye sınaqları üçün hazırlanması təcrübəsi göstərir ki, olduqca qısa müddətli sınaq istismarı zamanı lay təzyiqinin və layın tərkibində olan maye və qazların fiziki parametrlərinin əhəmiyyətli dərəcədə dəyişməsi müşahidə olunmur və buna görə sınaq istismarından sonra daha çox hallarda neft yataqlarının işlənilməyə daxil edilməsi zəruriyyəti ortaya çıxır. Bu hallarda ehtiyatların hesablanması üçün yeganə mümkün olan həcm üsuludur və perspektiv ehtiyatların qiymətləndirilməsi üçün yalnız bu üsuldan istifadə oluna bilər.
Yuxarıda deyilənlərə əsasən həcm üsulu ehtiyatların əsas hesablama üsulu kimi qəbul edilmişdir. Digərləri isə nəzarətçi üsullardır və onlar yalnız işlənilmədə olan yataqlarda tətbiq oluna bilər.
Ehtiyatların həcm üsulu ilə hesablanması, onun görünən sadəliyinə baxmayaraq, mürəkkəb və çoxplanlı məsələdir ki, bu da neft-mədən geologiyası, layın fizikası, neft və qazın fizikası və kimyası kimi bir-birinə yaxın olan məsələlərin həllinə əsaslanır.
Həcm üsulunun prinsiplərinin hazırki zamanda məşhur olmasına baxmayaraq müxtəlif rayonlarda onun tətbiqi standart şəkildə aparıla bilməz və konkret geoloji şəraitlərə əsaslanmalıdır. Neft yataqlarının öyrənilmə təcrübəsində daha çox o neft yataqlarına rast gəlinir ki, onlar üçün ehtiyatların hesablama parametrlərinin əsaslandırılmasının ümumi qəbul olunmuş üsullarının istifadəsi çətinlik törədir.
Bunun üçün mürəkkəb geoloji şəraitli ərazilərdə ehtiyatların hesablama üsullarının tətbiqinin metodik xüsusiyyətlərini qeyd etmək lazımdır. Çünki bu ərazilərin neft yataqları böyük dərinliklərdə və mürəkkəb quruluşlu litoloji cəhətdən qeyribircinsli laylarda yerləşir və yüksək temperatur və təzyiqlər şəraitinə malikdirlər.
Məlum olduğu kimi, neft ehtiyatlarının hesablanmasının həcm üsulu daha geniş yayılmışdır, çünki bu üsul yatağın öyrənilməsinin istənilən mərhələsində kifayət qədər effektiv hesab olunur və neft layının işlənilməsinin istənilən rejimində istifadə oluna bilər.
Həcm üsulu ilə ehtiyatın hesablanmasının mahiyyəti neftin dağ süxurlarında geoloji yerləşməsi haqqında məlumatların istifadəsinə əsaslanır. Burada nəzərdə tutulur ki, neft layın məsamələrində yerləşir. Bu həcmi neftli layın həndəsi ölçüləri və layı təşkil edən süxurların məsaməliyi məlum olduqda hesablamaq mümkün olur.
İlk geoloji məlumatın dolğunluğu və keyfiyyətindən asılı olaraq bu üsul bu və ya digər dəqiqlik dərəcəsi ilə neft ehtiyatlarını qiymətləndirməyə imkan verir. Bu da yatağın işlənilməsinin texnoloji sxemi yaxud işlənilmə layihəsinin tərtib olunması üçün çox vacibdir.
Neftin ilk balans ehtiyatlarının hesablanması üçün aşağıdakı həcm düsturundan istifadə olunur:

Yüklə 115,43 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə