Neft və qaz gəLİRLƏRİNİN İdarə olunmasi üZRƏ uzunmüDDƏTLİ strategiYA



Yüklə 28,81 Kb.
Pdf görüntüsü
tarix07.12.2017
ölçüsü28,81 Kb.
#14247


NEFT VƏ QAZ GƏLİRLƏRİNİN İDARƏ OLUNMASI ÜZRƏ 

UZUNMÜDDƏTLİ STRATEGİYA 

 

Azərbaycan Respublikası Prezidentinin  

27 sentyabr 2004-cü il tarixli 128 nömrəli 

Fərmanı ilə təsdiq edilmişdir 

  

GİRİŞ 

 Azərbaycan  Respublikasında  həyata  keçirilən  islahatlar  nəticəsində  son  illər 

ölkədə  makroiqtisadi  və  maliyyə  sabitliyi  əldə  edilmiş,  iqtisadiyyatda  struktur 

dəyişiklikləri dərinləşmiş, sahibkarlığın inkişafı üçün münbit şərait yaranmışdır. 

Bütün  istiqamətlərdə  ardıcıl  aparılan  işlər  ölkənin  sosial-iqtisadi  inkişafına,  o 

cümlədən  əhalinin  rifah  halının  yaxşılaşdırılmasına  güclü  təkan  vermişdir. 

1994-cü ildən başlayaraq həyata keçirilən Milli Neft Strategiyasının reallaşması 

sayəsində  Azərbaycan  Respublikası  neft  və  qaz  yataqlarının  inkişafı 

istiqamətində  keyfiyyətcə  yeni  mərhələyə  qədəm  qoymuş,  ölkə  iqtisadiyyatına 

külli  miqdarda  investisiya  cəlb  edilmiş,  Xəzər  dənizinin  karbohidrogen 

ehtiyatlarının  Azərbaycandan  keçməklə  dünya  bazarlarına  nəqli  sahəsində 

nailiyyətlər  əldə  edilmiş,  1999-cu  ildən  etibarən  "Əsrin  Müqaviləsi"  üzrə 

mənfəət  neftinin  ixracı  nəticəsində  ölkəyə  xarici  valyutanın  davamlı  daxil 

olması təmin edilmişdir. 

Azərbaycanda karbohidrogen ehtiyatlarının geniş miqyaslı istismarı ilə əlaqədar 

olaraq,  bir  tərəfdən,  neft  və  qaz  gəlirlərinin  2008-ci  ildən  başlayaraq  kəskin 

artması  və  digər  tərəfdən,  mövcud  neft-qaz  ehtiyatlarının  nisbətən  qısa 

müddətdə  tükənmə  ehtimalı,  böyük  həcmdə  xarici  valyutanın  daxil  olması 

şəraitində ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir 

hissəsinin  gələcək  nəsillər  üçün  saxlanması  ilə  yanaşı,  onlardan  indiki  nəslin 

rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının 

stimullaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi neft və qaz 

gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli  strategiyanın  qəbul  edilməsi 

zərurətini gündəmə gətirmişdir. 

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya 2005-2025-

ci  illəri  əhatə  edir  və  bu  müddət  ərzində  həmin  gəlirlərdən  istifadənin  əsas 

prinsiplərini  və  ortamüddətli  xərclər  siyasətini  müəyyənləşdirir.  Bu  strategiya 

aşağıda  göstərilən  mənbələrə  uyğun  olaraq  neftin  və  qazın  satışından 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fondunda  və  dövlət  büdcəsində 

toplanan gəlirlərin idarə edilməsini nəzərdə tutur. 

  



1.  NEFT  VƏ  QAZ  GƏLİRLƏRİNİN  UZUNMÜDDƏTLİ  DÖVR  ÜÇÜN 

PROQNOZLAŞDIRILMASI 

Uzunmüddətli  dövr  üçün  Azərbaycan  Respublikasının  neft  və  qaz  gəlirlərinin 

həcmi  ölkənin  təsdiq  olunmuş  neft  və  qaz  ehtiyatlarının  ehtimal  olunan 

qiymətləri əsasında müəyyən edilir. 

Neft  və  qaz  ehtiyatlarının  həcmi  Azəri-Çıraq-Günəşli,  Şahdəniz  yataqlarından, 

hasilatın pay bölgüsü sazişlərində nəzərdə tutulmuş digər yataqlardan, eləcə də 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  və  onun  təsisçiliyi  ilə 

yaradılmış müştərək müəssisələrin istismarında olan yataqlardan gözlənilən neft 

və  qaz  ehtiyatlarının  qiymətləndirilməsi  əsasında  müəyyən  edilir. 

Yeni  yataqlar kəşf  edildikcə  Azərbaycanın  neft və qaz  ehtiyatlarının həcmi  ilə 

bağlı proqnozlar dəqiqləşdirilir. 

Neftin  və  qazın  qiyməti  pessimist  variantda  (baza  variantında  nəzərdə 

tutulduğundan aşağı qiymətlə) proqnozlaşdırılır (baza variantı - neftin və qazın 

müvafiq dövr üçün proqnozlaşdırılan qiymətidir ). 

Neft və qaz gəlirlərinin mənbələri aşağıdakılardır:  

a)  hasilatın  pay  bölgüsü  sazişlərinə  uyğun  olaraq  Azərbaycanın  payına  düşən 

mənfəət  nefti  və  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun 

qanunvericiliklə müəyyən edilmiş digər gəlir mənbələri

b)  hasilatın  pay  bölgüsü  sazişlərinə  əsasən  sərmayəçilər  tərəfindən  dövlət 

büdcəsinə ödənilən mənfəət vergisi; 

c)  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  neftin  və  qazın  hasilatı  ilə 

bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər

ç) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsisçisi olduğu neft və qaz 

hasilatı  ilə  məşğul  olan  müştərək  müəssisələrin  dövlət  büdcəsinə  vergi 

ödənişləri. 

 

2.  NEFT  VƏ  QAZ  GƏLİRLƏRİNDƏN  UZUNMÜDDƏTLİ  İSTİFADƏ 

PRİNSİPLƏRİ 

Neft  və  qaz  gəlirlərindən  uzunmüddətli  istifadə  prinsipləri  aşağıdakılardan 

ibarətdir: 

-uzunmüddətli  dövr  üçün  neft  və  qaz  gəlirləri  hesabına  xərclərin 

proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülür və bu 

strategiyanın  əhatə  etdiyi  dövr  ərzində  nəzərdə  tutulan  xərclər  üçün  illik  limit 

müəyyən edilir; 



-  neft  və  qaz  gəlirlərindən  daxilolmalar  zirvə  səviyyəsinə  çatdıqda  onların  25 

faizdən az olmayan hissəsi yığıma yönəldilir; 

 

-  neft  və  qaz  gəlirlərinin  qəbul  edilmiş  xərcləmə  qaydaları  neft  və  qaz 



gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli  strategiyanın  əhatə  etdiyi  dövr 

ərzində  dəyişməz  qalır  və  bu  zaman  dəyişməz  real  xərclər  prinsipi  əsasında 

proqnozlaşdırılan xərclər limitinə riayət olunur

 

-  ortamüddətli  dövr  ərzində  xərclərin  həcmi  uzunmüddətli  dövr  üçün  müəyyən 



edilmiş  limitlər  nəzərə  alınmaqla,  qeyri-neft  kəsiri  (neft  sektoru  nəzərə 

alınmadan ölkənin icmal büdcəsinin gəlirləri və xərcləri arasında fərq) əsasında 

müəyyən  edilir.  Növbəti  ilin  xərcləri  ilə  əvvəlki  ilin  xərcləri  arasında  kəskin 

artıb-azalmalar  arzuolunmaz  hesab  edilir  və  qeyri-neft  kəsirinin  kəskin 

dəyişməsinə yol verilmir

 

-  investisiya  yönümlü  xərclər  hər  il  üçün  tərtib  olunan  ortamüddətli  Dövlət 



İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir. 

 

 



Hazırda  Azərbaycanın  investisiyaya  olan  yüksək  tələbatının  ödənilməsi  ilk 

dövrlərdə  xərclərin  artması  ilə  yanaşı  qeyri-neft  sektorunun  inkişafına  və 

ölkənin  tədricən  neft  və  qaz  gəlirlərindən  asılılığının  zəifləməsinə  şərait 

yaradacaqdır. 

Qeyri-neft sektorunun uzunmüddətli dövr ərzində neft və qaz gəlirləri hesabına 

inkişafı ölkənin xarici borclara ehtiyacının azaldılmasına xidmət edəcəkdir.  



 

3.  NEFT  VƏ  QAZ  GƏLİRLƏRİNİN  İDARƏ  OLUNMASI  VƏ 

XƏRCLƏNMƏSİ ÜZRƏ ORTAMÜDDƏTLİ SİYASƏT 

Makroiqtisadi sabitliyin təmin edilməsi və neft və qaz gəlirləri hesabına nəzərdə 

tutulan prioritet xərclərin əlaqələndirilməsi ortamüddətli siyasət əsasında həyata 

keçirilir. 

Ortamüddətli dövr ərzində real xərclərin həcmi uzunmüddətli dövr üçün nəzərdə 

tutulmuş  limitdən  kənarlaşa  bilər.  Bu,  qeyri-neft  sektorunun  inkişafını 

sürətləndirməklə  bərabər,  ayrı-ayrı  dövrlərdə  inflyasiyanın  artımına  səbəb  olsa 

da,  illik  real  xərclər  müəyyən  edilmiş  qeyri-neft  kəsirinin  limitini  nəzərə 

almalıdır. 

Real  xərclərin  və  qeyri-neft  kəsirinin  illik  həcmi  uzunmüddətli  dövr  üçün 

nəzərdə tutulmuş limitə uyğun olaraq müəyyən edilir. Qeyri-neft kəsirinin həcmi 

dəyişdikdə bu dəyişikliyi zəruri edən konkret səbəblər göstərilir.  



 


4.  NEFT  VƏ  QAZ  GƏLİRLƏRİNDƏN  İSTİFADƏNİN  ƏSAS 

İSTİQAMƏTLƏRİ 

Neft  və  qaz  gəlirlərinin  istifadə  strategiyası  makroiqtisadi  sabitliyin  qorunub 

saxlanılması əsasında aşağıdakı əsas istiqamətləri əhatə edir: 

 

-  iqtisadiyyatın  qeyri-neft  sektorunun,  regionların,  kiçik  və  orta  sahibkarlığın 



inkişafı; 

- infrastruktur sahələrin genişmiqyaslı inkişafı: 

-  yoxsulluğun  azaldılması  üzrə  tədbirlərin  həyata  keçirilməsi  və  digər  sosial 

problemlərin həlli; 

iqtisadiyyatın  intellektual  və  texnologiya  bazasının  səviyyəsinin 



yüksəldilməsinin stimullaşdırılması; 

-  "insan  kapitalı"nın  inkişafı  (yüksək  ixtisaslı  kadrların  hazırlanması  (o 

cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması); 

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi; 

-  azad  edilmiş  ərazilərin  yenidən  qurulması  və  məcburi  köçkünlərin  doğma 

yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi. 



  

 

Yüklə 28,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə