Neftvermə əmsalının artırılması üsulları



Yüklə 1,61 Mb.
səhifə26/32
tarix05.04.2023
ölçüsü1,61 Mb.
#104293
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
C fakepathNeftverm msal n n art r lmas üsullar

Nəticə və təkliflər:

  1. Neftvermə əmsalının artırılması üçün ağıt neftləri olan yataqlarda istilik üsullarının tətbiqi daha səmərəli olur.

  2. Neftvermə əmsalının artırılması üçün yerli sənaye və məişət tullantılarından istifadə edilməsi, neftin maya dəyərinə müsbət təsir edir.

  3. Azərbaycanın neft yataqları işlənmənin son mərhələsində olduğu səbəbindən sulaşma faizi yüksəkdir və bu yataqlarda istilik və kimyəvi reagentlərdən istifadə etməklə tətbiq olunan texnologiyaların tyətbiqi məqsədəuyğun deyil.

  4. Azərbaycan yataqlarının sulaşma faizinin yüksəkliyi və başqa üsulların daha böyük xərc tələb etməsi səbəbindən bu yataqlarda mikrobioloji təsir üsullarının tətbiqinin genişləndirilməsi təklif olunur.

  5. Müxtəlif yataqlarda aparılmış mikrobioloji təsir üsullarının nəticələri tədqiq edilərək Respublika sənayesinin çıxar məhsullarından istifadə etməklə daha geniş xammal bazasının inkişafına ehtiyac vardır.

17. Neftvermə əmsalının termiki üsul ilə artırılması. Quyudibi zonanın qızdırılması. İstilik ötürücülərinin vurulması. Lay daxilində hərəkət elən
yanma mənbəyinin yaradılması.

Yüsək özülülüklü neftlər dünyanın 267 yatağında açılmışdır. Bu yataqlar neft hasilatında istilik üsullarının gələcək inkişafını təyin edəcək. Onları Venesuelada, İndoneziyada (buxar vurulması), ABŞ-da (Kaliforniyada laya istilikdaşıyıcılarının vurulması), Kanadada (əsasən quyudibi zonanın buxarla işlənməsi həyata keçirilir).


Onlara aşağıdakı texnologiyalar aiddir:

  • laya, istilik təsirləri ilə böyük dərinliklərə çıxmağa imkan verən buxarqazdövrü təsir üsulu; quyuların buxardövrü işlənməsi;

  • yüksək özülülüklü neftləri olan az qalınlıqlı laylarda karbonatlı kollektorların işlənməsi;

  • yüksək özülülüklü neftli yataqların istilik üsulları ilə neftin tərkibində və onların yerləşdiyi süxurlurdan qiymətli komponentlərin çıxarılması ilə kompleks istismarı. İstilik üsullarının səmərəliliyi əsas etibarı ilə avadanlığın texniki kamilliyi ilə müəyyən olunur.


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə