N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə1/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
  1   2   3   4   5   6   7   8   9   ...   46


 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
N.Ə.İMAMVERDİYEV 
 
 
 
 
 
N.Ə.İMAMVERDİYEV 
MAQMATİK PROSESLƏRİN 
GEOKİMYASI  
 
 
 
(PETROLOJİ ƏSASLARLA) 
 
 
MAQMATİK PROSESLƏRİN  
GEOKİMYASI  
 
(PETROLOJİ ƏSASLARLA) 
 
 
(Ali məktəblər üçün dərslik) 
 
 
 
 
 
 
Azərbaycan Respublikası  Təhsil 
Nazirinin 15.01.2008-ci il tarixli 42 saylı 
əmri ilə dərslik kimi təsdiq edilmişdir 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2008 
BAKI-2008 


 
 
REDAKTOR
   AMEA-nın müxbir üzvü, professor V.M.Babazadə 
 
RƏYÇİLƏR: 
   
- Geologiya-mineralogiya elmləri doktoru, pro-
fessor M.N.Məmmədov (BDU-nun Faydalı qazıntılar  
kafedrasının professoru); 
 - 
Geologiya-mineralogiya 
elmləri  doktoru      
Z.B. Abdullayev (AMEA Geologiya İnstitutu, Petrologiya 
şöbəsinin baş elmi işçisi
  
 
İmamverdiyev N.Ə.  
Maqmatik proseslərin geokimyası (petroloji əsaslarla). 
Dərslik . Bakı: BDU, 2008, 192 səh. 
 
 
Kitabda Yerin daxili qatlarının geokimyasına, yuxarı  və  aşağı manti-
yanın eksperimental məlumatlara və  dərinlik daxilolmalarına görə quru-
luşuna, izotop geokimyasının əsaslarına, maqmatik proseslərin, müxtəlif tip 
maqmatik süxurların geokimyası və petrogenezisinə baxılır. Bununla yanaşı, 
kitabda mikroelementlərin paylanma əmsalı, onlara təsir edən müxtəlif fak-
torlar və bunun əsasında  ərimə-kristallaşma, fraksiyon kristallaşma, assim-
ilyasiya proseslərinin geokimyəvi modelləri verilmişdir.  
«Faydalı qazıntı yataqlarının geologiyası  və  kəşfiyyatı» istiqamətində 
təhsil alan magistrlər, doktorantlar, həmçinin geokimya-petrologiya 
sahəsində işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 
 
 
 
2008
003
003
07
658
02
1804020300





)
(
M
I
 
 
© «Bakı Universiteti» nəşriyyatı, 2008 


GİRİŞ 
 
İstənilən faydalı qazıntı yatağı bir və ya bir neçə kimyəvi 
elementlərin konsentrasiyasından ibarət olmaqla, geoloji və pet-
roqrafik faktorlarla yanaşı, geokimyəvi qanunlarla da tənzim-
lənir. Ona görə  də bir çox yataqların genezisini müəyyən 
etdikdə geokimya ön plana çıxır. Yatağın ətrafındakı sahədə – 
torpaqda, bitkilərdə, suda və süxurlarda, yeraltı qazlarda nadir 
və  səpələnmiş elementlərin axtarışında geokimya əvəzsiz rol 
oynayır. Bununla əlaqədar olaraq, geokimya praktiki əhəmiyyət 
daşıyır və onun faydalı qazıntıların öyrənilməsilə əlaqəsi daha 
da möhkəmlənir.  
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 
«yataq» məfhumuna yanaşma dəyişmişdir.  Əvvəllər orta kate-
qoriyalı hesab olunan yataqlar hal-hazırda iri yataqlar qrupuna 
daxil edilir. Ona görə  də müasir dövrdə geokimya və 
texnologiyanın qarşısında duran əsas məsələlərdən biri hal-
hazırda yataq hesab edilə bilən faydalı metalların miqdarı 
yüksək olan sahələri mənimsəməkdir. Bu səbəbdən faydalı 
qazıntılar haqqında olan elmlər geokimya ilə  sıx  əlaqədardır, 
filiz və qeyri-filiz yataqlarının genezisini, yaşını, formalaşma 
mərhələlərini  öyrəndikdə izotop geokimyasının üsullarından 
geniş istifadə edilir. 
Endogen filizləşmənin formalaşmasında maqmatizmin rolu 
böyükdür. Petrokimyəvi seriyalar, formasiyalar, maqmatik sü-
xurların geokimyəvi tipləri və endogen filizləşmə ilə müəyyən 
korrelyasiyası endogen filizləşmənin formalaşmasında maqma-
tizmin böyük, bəzən isə  həlledici rol oynamasına dəlalət edir. 
Turş maqmatik süxurlarla  əlaqədar olan maqmatogen filiz 
yataqları bir sıra filiz elementlərinin (litium, berillium, nio-
bium, tantal, nadir torpaq elementləri, sirkonium) kristallar və 
ərinti arasındakı  aşağı paylanma əmsalına malik olduğu üçün, 
qalıq  ərintidə toplanması hesabına  əmələ  gəlir (Ryabçikov, 
1975, Kovalenko, 1977, Antipin və b., 1984). Lakin bu 
proseslərdə flüid fazası da müəyyən rol oynayır. Ona görə  də 
filizli maqmanın  əmələ  gəlməsi bəzi elementlərin kristallar və 
ərinti arasında paylanma əmsalının bu elementlərin  ərintidəki 
miqdarından spesifik asılılığı ilə təyin edilir.   
Məhz bu nöqteyi-nəzərdən Bakı Dövlət Universitetinin 
Faydalı qazıntılar kafedrasında «TM 010006 - Faydalı qazıntı-
ların proqnozlaşdırılmasının geoloji əsasları» ixtisası üzrə mag-
istr tədris planına «Maqmatik proseslərin geokimyası (petroloji 
əsaslarla)» kursu daxil olunmuşdur. Kitabda  yerin daxili qat-
larının geokimyasına, yuxarı və aşağı mantiyanın eksperimental 
məlumatların və  dərinlik daxilolmalara (ksenolitlərə) görə qu-
ruluşuna, izotop geokimyasının  əsaslarına, maqmatik proses-
lərin, müxtəlif tip maqmatik süxurların geokimyası  və 
petrogenezisinə baxılır. Bununla yanaşı, kitabda 
mikroelementlərin paylanma əmsalına, onlara təsir edən 
müxtəlif faktorlara və bunun əsasında ərimə-kristallaşma, frak-
siyon kristallaşma, assimilyasiya proseslərinin geokimyəvi 
modellərinə də baxılır. 
Dərslik universitetlərin magistr pilləsində  təhsil alan ma-
gistrantlar üçün nəzərdə tutulmuşdur. Kitab, habelə dok-
torantlar və geokimya, petrologiya ilə  məşğul olan 
mütəxəssislər üçün də çox faydalı ola bilər.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
4


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə