Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 1,98 Kb.

səhifə1/18
tarix28.08.2018
ölçüsü1,98 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


Nəriman MAHMUD
SİRLİ ƏMƏLİYYAT
(İbrətamiz hekayələr)
“Yeni Poliqrafist” MMC
Bakı - 2016


Redaktor: Yusif Dirili
şair-publisist
Nəriman Mahmud (Mahmudov Nəriman Mə-
həmməd oğlu). Sirli əməliyyat (hekayələr). – Bakı,
“Yeni Poliqrafist” MMC, 2016. – 104 səh.
Tanınmış yazıçı-publisist Nəriman Mahmud
“Sirr qapısı”, “Mavi Xəzərdə qətl”, “Bağ evinin
sirri”, “Zəncirlənmiş ədalət” romanlarından,
“Qanlı kürsü” adlı povestlər və hekayələr toplusun-
dan və “İlahi sınaq qarşısında” povestindən sonra
“Sirli əməliyyat” kitabı ilə növbəti dəfə oxucuların
görüşünə gəlib. Əminik ki, ibrətamiz hekayələrdən
ibarət olan bu kitab da oxucular tərəfindən maraqla
qarşılanacaq.
ISBN: 978-9952-8023-8-9
© Nəriman Mahmud, 2016
© “Yeni Poliqrafist”, 2016


Canpoladın
haram pulları
Canpolad müəllimin əhvalı həmişə yaxşı
olardı. Bu dəfə evə gələndə kefi bir az da
kökəlmiş, çiçəyi çırtlamışdı kişinin. İki gün əvvəl
aldığı bahalı avtomobili həyət qapısından içəriyə
salıb, ehtiyatla qaraja sürdü. Elə bil arxadan
qovurdular, əl çantasını götürüb iti addımlarla
tələsik mənzilə tərəf üz qoydu. Ayaqqabılarını
yenicə soyunmuşdu ki, mənzilin giriş qapısı üzünə
açıldı. Nargilə xanım ərinin qolundan tutub içəri
çəkdi. Əlindəki çantanı almaq istədi. Amma Can-
polad müəllimin şıltaqlığı tutdu, çantanı əlindən
buraxmaq istəmədi. Bərk-bərk qucaqlayıb qonaq
otağına keçdi. Ərinin bu hərəkətinə mat qalan ar-
vadı da onun arxasınca özünü içəri təpdi.
Düzdü, hərdən Canpoladın belə zarafatları
olar, Nargilə də elə bunu zarafat hesab eləyib
SİRLİ ƏMƏLİYYAT
3


gülümsəyərdi. Nədənsə bu dəfə ona elə gəldi ki,
əri zarafat-zad eləmir. Deyəsən, zəndi aldat-
mamışdı Nargilə xanımı. Ərindən incisə də açıb
ağartmadı, azacıq gülümsəyib işin axırını gözlədi.
Canpolad da elə-belə adam deyildi, arvadının
təbəssümünün
süni
olduğunu,
sifətinin
ifadəsindən incidiyini dərhal hiss elədi. Amma
özünü o yerə qoymadı. Daha ciddi görkəm alıb,
lap çoxdandır ki, görmürmüş kimi diqqətlə
Nargilənin çöhrəsinə baxdı. Bir neçə saniyədən
sonra nəhayət nəzərlərini qadından çəkib hələ də
əlində saxladığı çantaya yönəltdi. Onu masanın
üzərinə qoyub ağzını açmağa başladı. Artıq buna
öyrəşən qadın işin nə yerdə olduğunu anladı.
Bəs nə üçün Canpolad çantanı arvadına ver-
mək istəmirdi? Qadının anlamadığı bir şey varsa
o da bu idi. Ancaq iş işdən keçmişdi. Bir də ki,
Nargilə xanım ucundan tutub ucuzluğa gedən
adam deyildi. Elə gözaltı ərinin hərəkətlərinə göz
qoydu. Canpolad çantanı açanda qadın gözlərinə
inanmadı. Çanta ağzına qədər pulla dolu idi.
Düzdü, Nargilə pula tamarzı deyildi. Hardan
aldığı məlum olmayan pulları Canpolad evə tez-
tez gətirər, o da bu qədər pulun hardan gəldiyi ilə
maraqlananda ağızucu, “sənin nə işinə qalıb,
NƏRİMAN MAHMUD
4


lazımındırsa götürüb xərclə”, - deyə əri astadan
mızıldanardı. Amma indiki pullar əvvəlkilərdən
deyildi, elə bil çantanın üstünə çıxıb
ayaqlamışdılar. Qadın bir tərəfdən sevinsə də,
digər tərəfdən əzab çəkirdi. Nargiləni narahat edən
həm də bu qədər pulun banklarda deyil, evdə
saxlanması idi. Hər dəfə bunu ərinə irad tutanda
Canpolad bir bəhanə ilə onu sakitləşdirərdi. İndi
isə qadın sakitləşəcək halda deyildi. Pulları görən
kimi ərindən izahat tələb etdi:
- Bu qədər pulu hardan almısan, əşi?
Canpolad da adəti üzrə eyni sözləri təkrar-
ladı. - Ay arvad, sənlik deyil, qoysana adam kimi
ömür sürək, - dedi. Nargilə yenə də əl çəkmədi:
- Əlinin altında işlətdiyin fəhlələr də yaşa-
maq istəyirlər, onların da uşaqları var, Allah göy-
dən baxır, daha bəsdir, biçarələrin əməyini zay
elədiyin...
Qadının dedikləri Canpoladın tükünü də tər-
pətmədi. Heç vecinə də deyildi. Hirslənib
özündən çıxdı, arvadının sözünü kəsdi:
- İndiyə qədər nəyin hesabına cah-calal
içərisində yaşamışıq, ay tünbətünün qızı, bunu
fikirləşmisən?
Qorxudanmı, ya nədənsə Nargilə dilini bir
SİRLİ ƏMƏLİYYAT
5


az aşağı qoydu. Səsinin tonunu xeyli alçaldaraq
dedi:
- Daha niyə acığın tutur? Dost-düşmən var,
heç olmasa pulları bankda saxlaya bilərsən axı.
Canpoladın da əsəbləri sakitləşdi. O da
səsinin yumşaq yerinə saldı, hələ üstəlik bayaq
işlətdiyi “tünbətün” kəlməsini “rəhmətlik”sözü ilə
əvəzlədi:
- Ay rəhmətliyin qızı, özün bilirsən ki, hər
günorta o pullara baxmasam canım çıxar, infarkt
vurar məni.
Kişi bir qədər fikrə gedib əlavə etdi:
- Bu boyda imarətdə əməlli-başlı təmir olu-
nası otaqlar var, usta çağırmışam, sabah günortaya
yaxın işə başlayacaqlar.
Canpolad Nargilənin yaralı yerinə toxun-
muşdu. Qadın çoxdandır ki, otaqları təmir et-
dirmək istəsə də, əri xəsis yerinə salıb aydan-aya,
ildən-ilə ötürürdü. İndi ərindən bu sözü eşidəndə
sevincindən az qaldı ki, çırtıq çalıb oynasın. Səsini
içinə salıb təmir ustalarının gəlişini gözlədi...
Nargilə gecəni düz əməlli yata bilməmişdi.
Narahatçılığı da onda idi ki, birdən Canpolad
uşaqları işlədib zəhmət haqqını verməz, ya da
qəpik-quruşla başlarını aldadar. Qadın belə nain-
6
NƏRİMAN MAHMUD




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə