Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   10   11   12   13   14   15   16   17   18

Sərəngül elə həmin axşam hay-küy salıb
qohum-əqrəbaya xəbər verdi. Əməliyyat üçün
həkimin istədiyi məbləği birtəhər tapıb topladı.
Razılığa əsasən Mirzəbala elə ertəsi gün əməliyyat
olunacaqdı. Sərəngül həmin gecəni rahat yata
bilmədi. Amma Mirzəbalanın vecinə də deyildi.
Sanki onun əvəzinə başqa birisinin böyrəyini
doğrayacaqdılar. Gecəni tam ağrı-acısız keçirsə
də, səhər açılan kimi arvadı ilə birgə həkimin
qəbuluna yollandı. Lazımi analizlərdən sonra
əməliyyat masasına qaldırıldı.
Arif həkimin dediyinə görə, təqribən bir
saata yaxın çəkən əməliyyat uğurlu alınmışdı.
Sanki heç nə olmamış kimi Mirzəbala da özünü
çox yaxşı hiss edirdi. Amma nədənsə bir balaca
əndişələnmiş, elə bil nəsə ondan ötrü müəmmalı
qalmışdı. Cəmi iki gündən sonra evə buraxılarkən
vaxtilə orta məktəbdə bir sinifdə oxuyan və Ariflə
eyni xəstəxanada kardioloq işləyən Əsirxan
həkimlə qarşılaşması sirli əməliyyatın üstünü
açdı. Böyrəyində ciddi problemi olmayan
Mirzəbalanın yalnız dərisi doğranmışdı. Yalançı
böyrək əməliyyatına görə iki min manata yaxın
pul xərcləyən Sərəngül həmin gecəni yata
bilmədi, səhəri diri gözlü açdı. Səhər tezdən
69
SİRLİ ƏMƏLİYYAT


qalxıb xəstəxanaya yollandı. Amma həkimi
yerində tapa bilmədi. Arif həkim iki gün əvvəlki
əməliyyatdan çıxıb şəxsi avtomobili ilə evə
gedərkən qəzaya uğramış, başqa xəstəxanaya çat-
dırılaraq sol ayağı dizdən, sağ qolu isə dirsəkdən
yuxarı amputasiya olunmuşdu.
Mart 2014
70
NƏRİMAN MAHMUD


Atakişinin
münafiqliyi
Hamının imanlı adam kimi tanıdığı, uzun il-
lərdir rəhbərlik etdiyi iri dövlət müəssisəsində
xeyirxah əməllərinə, alicənablığına görə adi
süpürgəçidən, fəhlədən tutmuş müavinə qədər hər
kəsin hörmətini qazanan Hacı Qəzənfər ciddi
xəstəliyi ilə əlaqədar əcnəbi ölkələrdən birinə
müalicəyə getmişdi. Onun məsləhəti ilə cəmi bir
neçə aydır ki, işə götürülən, yaxınlarda isə müavin
vəzifəsinə qədər yüksələn, bir az utancaq, bir az
da təvazökar adam təsiri başışlayan, çoxlarının
“müəllim” deyə çağırdığı Atakişi adlı birisi
müvəqqəti olaraq müəssisəyə rəhbər təyin
edilmişdi.
Hacı Qəzənfərin qəfil xəstəliyi işçilərin əlini
bir müddət işdən soyutsa da, sonralar yavaş-yavaş
buna öyrəşdilər. Və müəssisədə əvvəlki iş ahəngi
bərpa olundu. Burda yeni rəhbərin davranışı,
işçilərə münasibəti, özündən əvvəlki direktor kimi
hər kəsin əməyini qiymətləndirməsi də az rol oy-
namamışdı. Müəssisənin gəlirlərində də geriləmə
71
SİRLİ ƏMƏLİYYAT


müşahidə olunmurdu. Bir sözlə, Atakişinin işləri
pis getmirdi. Qısa zamanda həm özünə inam
yaratmış, həm də müəssisənin əvvəlki nüfuzunu
bərpa edə bilmişdi. Amma işçilərin ona olan inamı
cəmi üç-dörd ay çəkdi. Atakişi müəllim əsl sifə-
tinin görünməyən tərəfini uzun müddət gizlədə
bilmədi...
Hacı Qəzənfərin dövründə böyük şöhrət tap-
mış, nəinki öz işçilərinin, hətta başqalarının da
rəğbətini qazanmış, çətin anlarda insanların ümid
yeri kimi baxdığı müəssisə Atakişinin tamahının,
haramxorluğunun ucbatından nüfuzunu sürətlə
itirirdi. Müəssisənin ayrı-ayrı sexlərində böhranlı
vəziyyət yaranmış, onlardan bir çoxu fəaliyyətini
dayandırmaq təhlükəsi ilə üzləşmişdi. Vaxtilə
yüksək gəlir gətirən müəssisənin birdən-birə
müəmmalı çöküşü, maddi sıxıntılar içərisində
yaşayan işçiləri təəccübləndirmiş, bir çoxunu şüb-
həyə salmışdı. Hamı problemin süni surətdə
yaradıldığını düşünürdü. Amma Atakişinin zahiri
görünüşü, yığıncaqlarda, böyük və kiçik məclis-
lərdə insanları tez-tez mənəviyyata, əxlaqa, halal-
lığa, nəcibliyə, səxavətə səsləməsi hərdən onun
köməyinə də gəlirdi.
Əksəriyyət başqa cür fikirləşsə də, onun
72
NƏRİMAN MAHMUD


yalanlarına inanan, ya da nədənsə özünü qəsdən
belə göstərən bir-iki nəfər tapmaq olurdu. Və
Atakişidən, onun yalanından, münafiqliyindən söz
düşəndə həmin o bir-iki nəfər özünü irəli verib
qahmar çıxır, ona haqq qazandırırdı. İş
yoldaşlarının, xəlvətə düşəndə nəyə görəsə “Hacı
Şakir” deyə çağırdığı Teyyub adlı birisi tez-tez
Atakişidən sitatlar gətirir, camaatı sakitləşdirməyə
çalışırdı. Teyyubun ən çox işlətdiyi isə “şükür”
sözü idi. Belə mübahisələrin birində yenə də
həmin o sevimli kəlməsini təkrarladı:
– A balam, Atakişi müəllim düz deyir, də,
indi nə olsun ki, əmək haqlarınız aşağı düşüb,
yarıya qədər azalıb, şükür eləmək lazımdı.
Teyyubun bu sözü çoxlarının narazılığına
səbəb olsa da, səslərini içəri saldılar. Amma hər
kəsin “Zakon Eldar” adlandırdığı bir nəfərin
başına elə bil qaynar su tökdülər. Əsəblərini
cilovlamağı bacarsa da, ironiya ilə, həm də hündür
səslə cavab verdi:
– Ay sənə qurban olum, Teyyub, düz
deyirsən, Allaha şükür etmək bizim borcumuzdur.
Şükür etməyib neyləyəcəyik ki? Amma sən məni
başa sal görüm, bu böhranlı vəziyyət ki, deyirsiz,
Atakişinin özünə təsir eləyibmi?
73
SİRLİ ƏMƏLİYYAT


– Hə, hə, bəs necə, hamıdan çox onun əmək
haqqı aşağı düşüb, - deyə Teyyub təmkinlə cavab
verdi.
– Ola bilməz. Bunu kim dedi?
– Necə yəni kim dedi? O günləri elə Atakişi
müəllimin özü dedi ki.
Bu dəfə həddən artıq məlumatlı olan, təzə
xəbərləri hələ radio və televiziyadan əvvəl çat-
dıran “simsiz telefon” ləqəbli Arzumanın beyni
qızdı. Elə bil “cin atına” mindi, hirslənib özündən
çıxdı:
– Bədbəxt oğlu bədbəxt, nə danışdığını
bilirsən? Özü nə deməlidir ki? Məgər hiss
eləmirsən ki, “vəziyyətin gərginləşdiyi” bu bir
neçə ayda Atakişinin həyatı necə çiçəkləyib? Gör-
mürsən ki, Atakişi öz dolanışığının bahar fəslini
yaşayır? Biz yağışdan sonrakı göbələklər kimi
artan maddi problemlər məngənəsində sıxılıb
arıqladıqca, kibrit çöpünə döndükcə, Atakişi də
gündən-günə şişir, pırsıyıb tökülür. Elə bil zalım
oğlunu hava nasosu ilə doldururlar. Bizim övlad-
larımız çox şeyə tamarzıdır, dillərinə ayda bir dəfə
ət dəyir, pal-paltarları da ki, nimdaşdır. Özləri də
bir dəridir, bir sümük. Amma onun uşaqlarına bax,
gör necə də gümrahdılar. Geyim-kecimləri də ki,
74
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə