Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   10   11   12   13   14   15   16   17   18

söhbətinə, məlumatlarına qulaq kəsilərdilər. Azər-
baycanın tanınmış ədəbiyyat adamlarından, fan-
tastik, detektiv nasirlərindən tutmuş, əcnəbi
yazıçıların əsərlərinə qədər ən müxtəlif mövzuları
mütaliə edən İsfəndiyarın tək xoşuna gəlməyən
bir mövzu əxlaqsızlıq idi. Parnoqrafik ədəbiyyat-
dan, ümumiyyətlə mənəvi-əxlaqi dəyərlərdən
kənar mövzulardan uzaq durar, belə yazarların
əsərlərinə də, özlərinə də nifrət edərdi. Xüsusilə
də təqaüdə çıxandan sonra həmin mövzuda yazan
yazıçıların kitablarına rast gələndə çox narahat
olurdu, elə bil aldığı azacıq təqaüdünü bir həftə
gecikdirmişdilər, özünə yer tapa bilmirdi.
Kişinin başqa bir xasiyyəti də varıydı ki,
“postmodernist” adını eşidəndə sanki bədənini
qaşınma tutardı. Bu sözə qarşı elə bil allergiyası
vardı İsfəndiyarın. Amma çox qocalmışdı, gözləri
yaxşı görmürdü deyə, təqaüdündən ayırdığı
pullarla məzmununa, mahiyyətinə baxmadan
əlinə keçən kitabı alıb evə gətirərdi. Həmin o post-
modernistlər də İsəfəndiyarı yaxşı tanıyır, necə
deyərlər, kitab ölüsü olduğunu bilirdilər. Bir də
görürdün ki, parkda, ağacların kölgəsində, çəmən-
likdə oturduğu yerdə, əllərində kitab, kəsdirirdilər
kişinin başının üstünü. Elə bil xam oxucu tap-
91
SİRLİ ƏMƏLİYYAT


mışdılar, ucuz qiymətə satıb aradan çıxırdılar. İs-
fəndiyar da artıq nurdan düşmüş gözlərini kitabın
ora-barasına zilləyib baxar, zəhləsi getdiyi
mövzuya həsr olunduğunu duyanda həm özünü
yamanlayar, həm də postmodernist yazıçı-satıcını
hündürmərtəbəli yağlı söyüşlərə qonaq eləyərdi.
Belə hadisələr İsfəndiyar kişinin başına çox
gəlmişdi. Amma özünə söz vermişdi, daha əldə
satılan kitabları almayacaq, ya da əsərin mövzusu
ilə əməlli-başlı tanış olandan sonra öz qərarını
verəcəkdi. Adəti üzrə bir dəfə yenə də çəmənlikdə
oturmuş, ətrafına özü yaşda bir neçə ahıl kişi
yığışmışdı. Gözləri qəflətən yaxınlıqdan keçən və
əlində bir qalaq kitab tutan otuz-otuz beş yaşında
cavan oğlana sataşdı. Bu dəfə özü birbaşa onu
çağırıb sorğu-suala çəkmək istədi. Oğlan nədənsə
suçlu adamlar kimi özünü eşitməzliyə vurub
aradan çıxmağa çalışdı. Amma İsfəndiyar var
gücü ilə qışqırıb onu yolundan saxladı. – Mənə
kitab lazımdır, - dedi. Oğlan geriyə dönüb kişinin
yanında oturdu. Kitabları göy otluğun üstünə
töküb izahat verdi. Dedi:
– Maraqlı kitablardır, əmican, görürəm ki,
oxuyansınız, ucuz verərəm, götürün. İsfəndiyar da
day dilinə and gəlmişdi deyə, gözünü yumub al-
92
NƏRİMAN MAHMUD


maqdan vaz keçdi, hər şeyi yerli-yataqlı soruş-
maq, kitablara yaxşı-yaxşı baxmaq istədi. Oğlana
bir az da yaxınlaşdı. Deyəsən tanış gəlirdi. Lap
burnunun ucuna yeriyib soruşdu:
– Kitabları neçəyə satırsan, oğul?
– Üç manata götürərsiniz, əmican.
– Hələ de görüm, içərisində bir şey var?
Yəni hansı mövzudadır?
– Mənəviyyata, əxlaqa, xalqımızın mənəvi
dəyərlərinin təbliğinə həsr olunub, əmi.
– Alacağam, hamısını alacağam, - İsfəndiyar
dedi. Və kitabları bir-bir açıb səbrlə vərəqlədi. Hər
şey oğlanın dediklərinin əksinə idi. Kitabların
hamısından əxlaqsızlıq “qoxusu” gəlirdi. İsfəndi-
yar kişi oğlanın qarasına deyinə-deyinə onları
əlinə götürüb cırmağa başladı. Cavan oğlan isə
yerə səpələnmiş nüsxələri xilas edib canını qur-
tarmağa çalışdı. Amma kitabları bir yerə
toplayana qədər İsfəndiyar beş-altı nüsxəni
yararsız hala salmışdı.
May 2014
93
SİRLİ ƏMƏLİYYAT


Balabəyin yuxusu
Rayon məhkəməsinin hakimi Balabəy
Vəlibəyov beş-altı gün idi ki, gecələr narahat
yatırdı. Hərdən yuxudan oyanar, nədənsə ehtiyat
edirmiş kimi yan-yörəsinə diqqətlə baxar, gecə
paltarındaca gah mətbəxə keçib su içər, gah da ey-
vana çıxar, qayıdıb yenidən yatağına uzanar, bir
də yuxuya keçərdi. Elə bil yatağına qarışqa
doldurmuşdular. Bir saat çəkməzdi ki, Balabəy
müəllim yenə də yuxudan oyanar, bir az əvvəlki
hərəkətlərini təkrarlayardı. Amma bir gecədə bir
neçə dəfə yuxudan ayılsa da, evdə kimsənin
xəbəri olmazdı. Hətta çox ayıq yatdığına, səsə son
dərəcə həssas olduğuna görə Balabəyin “ağ qaz”
adlandırdığı Sara xanım da ərinin “gecə gəzin-
tisindən” xəbər tutmazdı.
Nəyə görəsə həmişə olmasa da bəzən belə
vaxtlarda arvadının oyanmasını hakimin özü də
istəmirdi. Bəlli olan təkcə orası idi ki, Sara yuxu-
dan ayılıb gecənin bir aləmində ərini oyaq
görsəydi ağlına yüz fikir gələcək, əri məhkəmə
proseslərində müttəhimləri sorğu-suala tutduğu
kimi, o da necə deyərlər, qır-saqqız olub yapışa-
caqdı Balabəyin boğazından. Və beləliklə, “istin-
94
NƏRİMAN MAHMUD


taq” başlayacaq, ərinin dilindən həqiqəti eşidənə
qədər dil boğaza qoymayacaqdı. Axırda da, ya
qismət, xoşuna gəlməyən şübhəli bir səbəb tapsa
mərəkə qopacaqdı.
Balabəy müəllimin xoşuna gəlməsə də, Sara
xanımın bir xasiyyəti də varıydı ki, haqqı nahaqqa
verməz, haramçılığı xoşlamazdı. Həmişə ərinə
tapşırardı ki, evə haram tikə gətirməsin. Qadın bil-
səydi ki, Balabəy kimsənin üzünə qondarma həbs
qərarı oxuyur, həmin gün hirs-hikkəsi yerə-göyə
sığmaz, ərini “ağ yuyub qara sərərdi”. Adətinə
uyğun olaraq gecələr də ayıq yatardı ki, bəlkə,
Balabəy müəllim aşkarda boynuna almadıqlarını
gecə yuxuda sayaqlayacaq və o da eşidəcəkdi.
Amma Sara xanımın yuxusuz, çox vaxt da
yarıyuxulu gecələri fayda vermirdi.
Bir dəfə necə oldusa Saranın gözlədiyi gecə
gəlib çıxdı. Yuxuda ikən gecənin bir aləmində
Balabəyin qışqırtısı yataq otağını başına götürdü.
Qadın ərinin səsinə yuxudan diksinib oyandı. Nə
danışdığını aydın eşitməsə də, vahiməli yuxu
gördüyünü dərhal hiss elədi. Onu silkələyib
birtəhər oyatdı. Balabəy qan-tər içərisində oyanıb
titrədi.
– Nə olub, ay kişi? – deyə Sara soruşdu.
Balabəy bərk qorxsa da, özünü itirmədi. Ar-
95
SİRLİ ƏMƏLİYYAT


vadının xasiyyətinə bələdiydi deyə, başını yenidən
balışa qoydu. Özünü yuxuluğa vurub xorna çəkdi.
Sara da gördü ki, kişi yuxuya gedib, daha inad
eləməyib yerinə uzandı. Səhər yuxudan da bir
qədər gec oyandı. Və oyanan kimi də yemək
yemədən bir bəhanə ilə evdən çıxdı. Arvad da öz
xasiyyətinə xilaf çıxaraq axşam heç nə soruşmadı.
Amma Balabəy müəllim canını bununla qurtara
bilmədi. Gecə yenə həmin vahiməli yuxu, həmin
qışqırtı Saranı rahat buraxmadı. Bu dəfə otağın
işığını yandırıb Balabəyin üstünə düşdü:
- Dünən gecə də bir söz demədin, sənə nə
olub, nə yuxu görürdün belə?
Balabəy hakim işləməmişdən qabaq uzun
müddət prokurorluq orqanlarında çalışmış,
neçəsini şərləyib tutdurmuş, necə deyərlər, çox
adamın anasını ağlar qoymuşdu. Buna görə işdən
qovulmuş, bir neçə ildən sonra hansısa yolla
məhkəmədə hakim kimi işə düzəlmişdi. İndi isə
əvvəl-əvvəl gördüyü yuxunu arvadına danışmaq
istəmədi. Amma nə illah elədisə mümkün olmadı.
Arvad Əzrayıl kimi başının üstünü kəsdirmişdi,
cavab gözləyirdi. Balabəy müəllim də gördü ki,
yox, bu xına o xınadan deyil, onsuz da istədiyini
alacaqdı. Fikirləşdi ki, heç olmasa yuxunu
danışaram, bəlkə rahat buraxar, gedib yataram.
96
NƏRİMAN MAHMUD


Dedi:
- Ay arvad, elə bir şey yoxdu. Yuxuda
gördüm ki, Almaniyada oxuyan oğlumuzu ömür-
lük həbs ediblər.
Sara xanım əsəbiləşib özündən çıxdı:
- Necə yəni bir şey yoxdu? Dilim-ağzım qu-
rusun, uşağı tutublar, sən də arxayınca deyirsən
ki, heç nə yoxdur.
Vəlibəy qəhqəhə çəkdi. Ardınca bir az cid-
diləşib cavab verdi:
- Sən nə danışırsan, arvad, başına at təp-
məyib ki. Gördüyüm yuxudur ey, yuxu, başa
düşdün?
Saranın vecinə də deyildi, dediyini deyib du-
rurdu. Yadına nə düşdüsə qəflətən, bir az da həyə-
canla soruşdu:
- Olmaya, birdən camaatın uşağına nahaq-
dan həbs qərarı verərsən ha, olub belə şey?
- Yox, ay arvad, nə danışırsan, axı sən özün
bilirsən ki, hələ sədr kimi məhkəmə prosesi
aparmamışam, - deyib başını aşağıya saldı
Vəlibəyov. Hisslərini gizlətməyə çalışaraq: - Bunu
nəyə görə soruşursan ki? - dedi.
- Deyirəm, birdən yenə nəfsini saxlaya
bilməzsən, Allah-taalaya xoş getməz, yazıq uşaq
da sənin badına gedər. Unutma ki, gördüyün yuxu
97
SİRLİ ƏMƏLİYYAT


Allahın sənə xəbərdarlığıdır.
- Boş ver, ay arvad, bunlar hamısı cəhalət-
dir, - Balabəy bu dəfə də bərkdən güldü.
- Sən fikrləşdiyin kimi deyil, ağlını başına
yığ, - arvad dedi. Və burda da söhbət bitdi. İşıqları
söndürüb yatağa uzandılar...
Dalbadal gördüyü yuxudan sonra Balabəy
məhkəmə prosesində ilk dəfə idi ki, sədrlik edirdi.
O, yenə də xasiyyətini dəyişməmişdi, nəfsini
cilovlaya bilmirdi. Həmin Balabəy idi ki, dur-
muşdu. Ədalət məhkəməsinə çəkilən günahsız
gənc oğlanın taleyi onun qərarından asılı idi.
Gəncin son sözündən sonra Balabəy müəllim
ayağa qalxıb hökm oxudu. Onun çıxardığı qərara
əsasən oğlan 3 il 6 ay müddətinə azadlıqdan
məhrum ediləcəkdi. Həmin gün işdən sonra evə
qayıdan Balabəyin telefonuna zəng gəldi. Zəngin
gəldiyi naməlum nömrə oğlu Vəlibəylə birlikdə
Almaniyada ali təhsil alan tələbə yoldaşlarından
birinə məxsus idi. O, Vəlibəyin ömürlük cəza
maddəsi ilə ittiham olunaraq, barəsində həbs qə-
timkan tədbirinin seçildiyini xəbər verirdi.
May 2014
98
NƏRİMAN MAHMUD


Bağırsaq əməliyyatı
Qərib həkimin işləri yağ kimi gedirdi. Qəbul
otağının qapısından pasiyent kəm olmazdı. Elə bil
hamı bir-birinin qulağına pıçıldamışdı, yetirən
dinməz-söyləməz onun qapısının ağzına toplaşar,
növbə tutardı. Zarafat deyildi, bu qədər gənc
olasan, cəmi il yarımdır ki, xəstəxanada çalışasan,
özündən deyən stajlı həkimlər səhərdən axşama
kimi iki-üç pasiyent qəbul edə ya etməyə, amma
bu sarıdan sənin bəxtin qartal təki göydə qıy vura.
Bir sözlə, Qərib həkimin bəxti gül açmışdı.
Və bu da qonşu kabinetlərdəki həkimləri təəc-
cübləndirərdi. Amma Qəribin vecinə də deyildi,
başını aşağı salıb işini görər, özü demişkən, xalqa
xidmət göstərərdi.
İnsafən, Qəribin pasiyentlərlə yaxşı rəftarı,
şirin dili, özünəməxsus müayinə üsulu varıydı.
Xəstələri müayinə çarpayısına uzadıb əlləri ilə
ora-burasını sıxar, gah yüngül zərbələr endirər,
gah da kürəyini sıxmalayıb ovuşdurar, onlar da ra-
hatlıq tapardı. Sonra da doktor pasiyentlərini mü-
vafiq tibbi cihazlardan keçirib resept yazar, ya da
cərrahi əməliyyata ehtiyac duyulduğunu deyərdi.
Xəstələr də ona inanardı deyə, əməliyyat masasına
99
SİRLİ ƏMƏLİYYAT


qalxar, əl-ayağını uzadar, doktoru gözləyərdi. Çox
keçməzdi ki, doktor da söküb-tökər, sonra da
sökdüyü yeri səliqə ilə tikib palataya göndərərdi.
Qərəz, işlədiyi il yarımda ad çıxarmışdı
Qərib həkim. Amma bəxtindən giley-güzar
eləməyi də vardı. Bu da ondan irəli gəlirdi ki, son
bir neçə ayda pasiyentlərdə bir az narazılıq yaran-
mışdı. Qayıdıb gələrdilər həkimin üstünə ki, bəs,
dava-dərmanların ya faydası yoxdu, ya da çox
zəifdi. Həkim də and-aman edərdi ki, təqsir onda
deyil, yəqin dərmanların keyfiyyəti aşağıdır. Və
dilotu yeyibmiş kimi başlayardı şipşirin sözlərdən
doğrayıb tökməyə. – Hövsələniz olsun, - deyə on-
ları səbirli olmağa çağırardı. Onlar da inanar, hətta
bəziləri özünü qınayıb üzr istəyər, geri qayıdıb
dərmanların təsirini gözləyərdi.
Amma tökdüyü pul-paranın müqabilində
sağlamlığı bərpa olunmayan bəzi şuluq, ipə-sapa
yatmayan pasiyentlər də varıydı ki, dərmanların
keyfiyyətsizliyinə görə, həkimi necə deyərlər, di-
vara dirəyib cərrahi əməliyyat tələb edərdilər.
Belələrinin sayı getdikcə artar və cərrah bıçağına
əl atmaqdan başqa doktor Qəribin yolu qalmazdı.
Əslində, bu tələb həkimin ürəyincə idi. Belə vaxt-
larda “donuzun könlü qamışlıqda idi, it də qovub
saldı qamışlığa” atalar sözünü tez-tez xatırlayar,
100
NƏRİMAN MAHMUD


mənalı-mənalı dodaqaltı gülümsəyərdi.
Beləcə, Qərib həkim hamının üzünə gülə-
gülə günlərini keçirər, günün sonunda evə cibləri
dolu gedərdi. Bir dəfə bayaqkı atalar sözünü xatır-
layarkən dəhlizdə səs-küy qopdu. Tikintidə fəhlə
işləyən təxminən 35-40 yaşlarında Sədrəddin adlı
bir kişini taksi ilə birbaşa iş yerindən xəstəxanaya
gətirmişdilər. Xəstəxananın qapısından içəriyə
girər-girməz, ağ xalatlı qadınlar onu dövrəyə alıb
hərəsi bir həkim təklif eləsələr də, Sədrəddinin iş
yoldaşı Güləhməd iki ayağını bir başmağa dirədi
ki, bəs, xəstəyə Qərib həkim baxmalıdır. Qərib də
gülərüzlə xəstəni qəbul edib, şikayətini dinlədi.
Adəti üzrə dilinin şirin yerinə salıb əlamətlərini
soruşdu, ora-burasını əlləyib yoxlamadan keçirdi.
Və axırda belə nəticəyə gəldi ki, xəstənin kor
bağırsağı patrlamaq üzrədir. Sədrəddinin də bir az
ağıldan seyrəkliyi vardı. Başı da kor bağırsağı
kimi qaydasında işləmirdi. Doktordan bu sözü
eşitcək vahiməyə düşdü. Nə vaxtsa eşitmişdi ki,
kor bağırsaq zibil yeşiyi nisbətindədi. Həm də
hardansa beyninin bir küncündə ilişib qalmışdı ki,
bəs, iylənmiş kor bağırsaq reaktiv maddə kimi bir
şeydi, partlasa aləmi dağıdacaqdı.
Düzdü, aləmin dağılması Sədrəddinin
vecinə də deyildi. Qalmışdı canının hayına.
101
SİRLİ ƏMƏLİYYAT


Həkimə yalvardı ki, elə bu dəqiqə bağırsağını
söküb yenidən tiksin və şoqərib də patrlayıb
içalatını zibilləməsin. Qəribin də könlü özü
demişkən, qamışlıqdaydı. Sədrəddini təcili
əməliyyat masasına qaldırdı. Bu tərəfdən də
Güləhməd iş yoldaşının qohum-əqrəbasını hay-
layıb xəstəxananın qabağına tökmüşdü. Sədrəd-
dinin böyük qaynı Əlimirzə eşidəndə ki, yeznəsi
kor bağırsaqdan əməliyyat olunur, özünü hamıdan
əvvəl xəstəxanaya çatdırdı. Səsini başına atdı,
onu-bunu çiyinləyib cərrahiyyə şöbəsinə tərəf
götürüldü. Qapıda dayananlara məhəl qoymayıb
birbaşa əməliyyat otağına təpildi.
Artıq gec idi. Həkim bıcağı xəstənin sağ
tərəfindən, qarın nahiyəsinin aşağı hissəsinə
saplamışdı. Əlimirzə bunu görçək Koroğlusayağı
dəli nərə çəkib Qəribin üstünə cumdu. - Tün-
bətünün oğlu, bu yazığın kor bağırsağını 8 ay
əvvəl öz əllərinlə kəsib atan sən deyildin? - deyib
onun yeddi arxa dönənini yeddimərtəbəli
söyüşdən keçirdi. Bu biabırçılığı gözləməyən
Qərib həkim pərt oldu, səndələyib əlindəki bıçaqla
birlikdə yerə sərildi. Yıxılarkən cərrah bıçağı onun
sağ böyrəyinə saplanmış, xeyli dərinə işləmişdi.
Mart 2016
102
NƏRİMAN MAHMUD


MÜNDƏRİCAT
CANPOLADIN HARAM PULLARI-----------------------------3
ŞAHVERDİNİN AQİBƏTİ----------------------------------------9
BALAMİRZƏ VƏ BÖHTANÇI QARAKİŞİ----------------15
BİR GECƏNİN SİRRİ---------------------------------------------20
KİBRİT QUTUSU--------------------------------------------------24
QARAXANIN FACİƏLİ ÖLÜMÜ-------------------------------31
ƏLIQULUNUN AMANSIZ RƏQABƏTİ----------------------38
ƏMİRXANIN İNAMI----------------------------------------------44
NİSƏBƏYİMİN TƏNHALIĞI-----------------------------------49
YAD HAVALI QADIN---------------------------------------------55
KƏRƏMƏLİNİN PAXILLIĞI------------------------------------61
SİRLİ ƏMƏLİYYAT-----------------------------------------------65
ATAKİŞİNİN MÜNAFİQLİYİ-----------------------------------71
ELMİRİN KOBUDLUĞU-----------------------------------------77
SONRAKI PEŞMANÇILIQ---------------------------------------82
YETİMİN QİSASI--------------------------------------------------86
İSFƏNDİYARIN KİTAB ƏHVALATI---------------------------90
BALABƏYİN YUXUSU------------------------------------------94
BAĞIRSAQ ƏMƏLİYYATI--------------------------------------99
103


Nəriman MAHMUD
(Mahmudov Nəriman Məhəmməd oğlu)
SİRLİ ƏMƏLİYYAT
(İbrətamiz hekayələr)
Bədii redaktor: Sabir Şirvan
Texniki redaktor: Xosrov Tofiqoğlu
Korrektoru: Mina Mənsimli
Kompüter yığımı: Fəridə
Dizayner: Turan
Yığılmağa verilib: 25.04.2016
Çapa imzalanıb: 16.05.2016
Kağız formatı: 60x84 1/16
Həcmi: 6,5 ç.v.
Tirajı: 300 nüsxə.
Qiyməti: müqavilə ilə
Kitab “Yeni Poliqrafist” MMC-nin
mətbəəsində hazır diopozitivlərdən çap olunmuşdur

Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə