Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   2   3   4   5   6   7   8   9   ...   18

kişilərlə üzbəüz dörd qadın da əyləşmişdi.
Şahverdi avtomobildən düşüb yanındakı qadının
qolundan tutaraq, onu da həmin xanımların
cərgəsində əyləşdirdi. Ev sahibinin hərbi xidməti
yenicə başa vuran oğlu Ağaverdi təxminən bir
saatdan sonra evlərində olacaqdı. Sallaqqarın
kişilərdən biri hamını qabaqlayıb Şahverdiyə
gözaydınlığı verdi:
– Gözlərin aydın, Şahverdi müəllim, gün
olsun səs-sorağı böyük yerlərdən gəlsin!
Sallaqqarının ardınca o biri kişilər və xanım-
lar da tutuquşu kimi eyni sözləri təkrarladılar.
Şahverdi də adamların topasına bir təşəkkür
bildirib, evin arxa tərəfinə keçdi. Təzə kəsilmiş
quzu ətindən kabab çəkən təqribən 30-35
yaşlarında iki nəfər kişidən soruşdu:
– Hə, qoçaqlar, iş nə yerdədir, kabab nə vaxt
hazır olar?
– Narahat olmayın, Şahverdi müəllim,
Ağaverdi gələnə qədər hazırlayarıq, - deyə
kişilərdən biri cavab verdi.
Şahverdi vəziyyəti öyrənib geriyə qayıdana
qədər hələ də avtomobilin salonunda gözləyən
Bəndalı müəllimin ev sahibindən ağlı bir şey kəs-
mədi. – Görəsən, bu kişi məni bura nədən ötrü
12
NƏRİMAN MAHMUD


gətirib, - deyə narahat olmağa başladı. Bir azdan
ona tərəf gəlməkdə olan Şahverdidən nəsə soruş-
maq istədi, amma ondan daha çox, masa arxasın-
dakı pəzəvəng kişilərə baxıb fikrindən vaz keçdi.
Canına qorxu oturdu. Ora-bura göz gəzdirdi.
Deyəsən, bu həyətdə onun görəcəyi bir iş də yox
idi. Nəhayət canını dişinə tutub soruşdu:
– Mən nə iş görməliyəm?
– Bir az səbrin olsun də, kişi, qaçaqaç deyil
ki, indi deyərəm, - Şahverdi cavab verdi.
Artıq hər şey hazır idi. Hesabla Ağaverdinin
də gəlməyinə lap az qalırdı. Şahverdinin kefi də
özü və qonaqları kimi kökəlmişdi. Üzünü Bən-
dalıya tutdu, hasarın uzaq küncündəki tikilini
göstərərək: - Müəllim, ora bax, toyuq hinini
görürsən? - deyə soruşdu.
– Görürəm, - Bəndalı dedi.
– Gedib hinin qapısını açarsan, orda digər-
lərindən fərqlənən iri bir xoruz var, onu açıb
bayıra buraxarsan...
– Elə bu? - Bəndalı ev sahibinin sözünü
kəsdi.
– A kişi, sənə nə olub, altıaylıq-zad deyilsən
ki, bir az səbrli ol də - Şahverdi əsəbi tonda dil-
ləndi. – Xoruzu açıb burax, sonra arxasına düşüb
13
SİRLİ ƏMƏLİYYAT


tut gətir, - dedi.
Bəndalı müəllimin içində nəsə qırılıb
ayaqlarının altına düşdü sanki. İstədi ağzına gələni
desin, ev sahibinin yeddi arxa dönənini söyüb
batırsın. Amma uşaqların ac-susuz yatdığı günləri
yadına salıb susdu. Xoruzu açıb həyətə buraxdı,
arxasına düşüb qovmağa başladı. Mal yiyəsinə
oxşamasa haramdır, deyiblər. Xoruz da Şahverdi
kimi tərsin biri idi, tutduruq vermirdi. Masanın
arxasında oturan qonaqlar da “ayə, qoyma getdi”,
“ayə, qabağını kəs” kimi sözlərlə müəllimə qıcıq
verir, məzələnir, gülməkdən uğunub gedirdilər.
Bəndalının da ürəyi daşdan deyildi. Daşdan ağır
sözlərə tab gətirməyib qəflətən tappıltı ilə yerə
sərildi. Bu vaxt üzü asfalta açılan həyət qapısının
ağzında tükürpədici səs gəldi. Şahverdi, arxasınca
da qonaqlar bayıra qaçdılar. Taksidən düşüb yolu
adlamaq istəyərkən, KAMAZ markalı yük avto-
mobilinin təkərləri altında qalan Ağaverdinin qanı
asfaltın üstündə göllənmişdi.
Yanvar 2014
14
NƏRİMAN MAHMUD


Balamirzə və
böhtançı Qarakişi
Kənddə hamı Səməndər kişini sakit adam
kimi tanıyırdı. Ağlı kəsəndən bir dəfə də olsun
əlindən pislik-zad gəlməmişdi. Necə deyərlər,
kimsənin toyuğuna “kiş” deməmiş, bostanına daş
atmamışdı. Yaxın-uzaq qonşularına da pisliyi
dəyməmişdi. Paxıl adam da deyildi Səməndər.
Özü kasıb olsa da dost-tanışın, qohum-əqrəbanın,
qonşuların uğurlarına həmişə sevinərdi. Amma
təkəbbürlü, eqoist, ikiüzlü, yalançı, hamıya
yuxarıdan aşağı baxan adamlardan xoşu gəlməz,
haqqı nahaqqa verməzdi. Kənddə cəmi üç-dörd
nəfərin xoşuna gəlməyən bir xasiyyəti də varıydı
ki, hər kəsin nöqsanını, səhvini lap qırmızıca
üzünə deyərdi. Kənd camaatının “müəllim” deyə
çağırdığı Balamirzə də həmin o üç-dörd adamın
içərisində idi.
Ərazi üzrə icra nümayəndəsi işləyən Bal-
amirzə müəllim tərifdən xoşlanar, ona yal-
taqlanan, yeri gəldi gəlmədi, tərifləyən adamları
qiymətləndirərdi. Səməndər kişi isə insanlığı
alçaldan, dəyərdən salan belə hərəkətləri qəbul
15
SİRLİ ƏMƏLİYYAT


eləmir, heç kəsə boyun əymək istəmirdi. Ona görə
adı Balamirzənin “qara dəftər”inə düşmüş, icra
nümayəndəsi onu gözümçıxdıya salmışdı. Ha ax-
tarırdı ki, kişini “ilişdirmək” üçün bir əlyeri tapsın,
amma tapa bilmirdi. Daha doğrusu, Səməndər
onun əlinə bəhanə vermirdi. Bu da Balamirzə
müəllimi hirsləndirər, özündən çıxarardı. Və
başlayardı öz qulbeçələrindən, yaxınlarından, yal-
taq-yultaq adamlardan istifadə etməyə. Həmin
şərəfsizlər də 5-10 manata öz vicdanlarını sataraq,
Səməndərə söz atar, söyüş söyər, bir sözlə, sa-
taşardı ki, kişi dözməyib əlindən xata çıxartsın.
Və bəlkə bu yolla onu tutdurub damlatdırsın.
Amma Səməndər kişi çox səbirli və həm də ayıq
adamıydı, əlindən xata-zad çıxarana oxşamırdı.
Hər dəfə Balamirzə müəllimin məkrli plan-
ları, “əməliyyatı” boşa çıxanda badımcana
bənzəyən burnunun ucuna qədər xoruz pipiyi kimi
qızarar, hirs-hikkəsindən at kimi fınxırardı. Nə
illah eləyirdisə, Səməndəri oyuna sala bilmirdi.
Tək bircə yolu qalmışdı ki, onu da “yaman gün-
lük” üçün saxlayırdı. İndi həmin “yaman gün”
gəlib çıxmış, burnunun ucuna dirənmişdi. Yalan-
dan nədəsə suçlayaraq, böhtan atacaqdı Səməndər
kişiyə...
16
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə