Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   2   3   4   5   6   7   8   9   ...   18

Bir dəfə qonşu kəndə hay düşdü ki, bəs,
Səfqulu kişinin üç-dörd həftəyə doğacağı inəyi
yoxa çıxıb. Səfqulu da ta axtarmadığı yer, soraq
eləmədiyi adam qalmamışdı. Axırda hər yerdən
əlini üzüb gəlib oturmuşdu evdə. Elə hey fikir-
ləşirdi. Şübhələndiyi bir kimsə də yoxuydu ki,
ucundan tutub izinə düşsün, aparıb versin polisə.
Odur ki, alnına yazılanlarla barışıb, ta inəyin adın
da tutmadı. Amma nə qədər çalışırdı ki, hər şeyi
yadından çıxarsın, bacarmırdı. Axşamçağı qonşu-
ların mal-heyvanı örüşdən qayıdanda və özünün
inəyini də naxırın içərisində görməyəndə ürəyinin
başına od düşürdü.
Bu minvalla inəyin itməyinin üstündən bir
həftə keçdi. Həftənin tamamında kəndə yenidən
xəbər yayıldı ki, bəs, Səfqulunun itən inəyini
görən olub. O da xəbərin izinə düşüb gəldi
Səməndər kişinin yaşadığı kəndə. Ərazi icra nü-
mayəndəsinin qəbulunda oldu. Balamirzə müəl-
limlə nə danışdısa, bir həftənin qırışığı açılmış
halda qayıdıb öz kəndinə getdi. Və səs-səmirsiz
işin gerisini gözlədi. Üstündən iki gün də ötmüşdü
ki, Səməndəri polisə çağırdılar. Və iş böyüdü,
barəsində həbs qətimkan tədbiri seçildi. Səməndər
kişi and-aman elədi ki, xəbərim də yoxdur. Axırda
17
SİRLİ ƏMƏLİYYAT


Qarakişi adında bir şahid də çağırdılar. O da gəlib
aləmi qarışdırdı. Mal kimi Səməndərin üzünə
durdu ki, bəs, dağdakı biçənəyimdə ot biçərkən bu
kişinin, həmin qaşqa inəyi naxırdan ayırdığını,
qabağına qatıb öz kəndlərinə tərəf apardığını öz
gözlərimlə görmüşəm.
Düzdü, Səməndər kişi tam əmin idi ki, bu
oyunu da Balamirzə qurub. Qarakişi də beş-on
manatın çatısını salıb boğazına, onun çaldığı
havaya oynayır. Amma sübutu-filanı yoxuydu
deyə, səsini çıxarmadı. Balamirzəni də, Qarakişini
də Allaha tapşırdı. – Allah özü sizin cəzanızı
versin, - dedi. Bir neçə gündən sonra Səfqulunun
yaşadığı kəndə təzədən xəbər yayıldı ki, bəs, onun
inəyini qonşu kəndin ərazi icra nümayəndəsinin
qapısından çıxan görüblər. Balamirzənin həyət
qapısı açıq qalıb, ya necə olubsa, artıq hər iki
kənddə nam-nişanı bəlli olan inək də eləməyib
tənbəllik, həyətdən bayıra çıxıb. Elə bu vaxtı
təsadüfən Balamirzənin qapısı ağzından keçən bir
nəfər də inəyi görüb, dərhal Səfqulunun yaşadığı
kəndə xəbər çatdırıb. Səfqulu da qaranəfəs özünü
yetirib Səməndərin kəndinə. Və kəndin kənarında
qərib-qərib otayan inəyini də qabağına qataraq evə
yollanıb. Səhərisi gün iş gedib çıxıb polisə, ordan
18
NƏRİMAN MAHMUD


da rayon prokurorluğuna.
Beləliklə, Balamirzənin fırıldağının üstü
açılmış, onunla bahəm böhtançı Qarakişi də istin-
taqa cəlb olunmuşdu. Amma Balamirzədən fərqli
olaraq, Qarakişi polisə öz xoduna gəlib çıx-
mamışdı, qolundan tutub gətirmişdilər. Onun
tərtəmiz Səməndər kişini Səfqulunun inəyi ilə bir
yerdə “görən” gözlərinin ikisi də tutulmuş, gün
işığına birdəfəlik həsrət qalmışdı.
Yanvar 2014
19
SİRLİ ƏMƏLİYYAT


Bir gecənin sirri
Anası onu xeyli uzaqdan görüb bərk narahat
oldu. – Mən bu qızı elə indicə məktəbə yola
salmışdım axı, nə tez qayıtdı!? – deyə təəc-
cübləndi. Gözlərinin onu aldatmadığına əmin olsa
da, xeyli baxdı. Pəncərənin önündən çəkilib
yaşadığı mənzilin eyvanına çıxdı. Gələn uşaq get-
dikcə yaxınlaşır, sifəti bayaqkından daha aydın
görünürdüı. – Odur, Lamiyədir! – Qadın həyəcan
içərisində öz-özünə dilləndi. Qızının sifətinin
pərişan ifadəsi, ən çox da başına bağladığı hicabın
bir qədər dağınıqlığı, məktəbdə hansısa
xoşagəlməz hadisənin baş verdiyi barədə ananın
şübhələrini artırdı. Təhsil müəssisələrində baş
örtüyünə süni qadağalar qoyulduğunu eşitdiyi və
qızının da hicab bağlamaqda qəti qərarlı olduğunu
bildiyi üçün dərin fikirlərə qərq oldu. “Mən
Lamiyəni yaxşı tanıyıram, inadından əl çəkən
deyil, məktəb direktoru da ki tərsin biridir, əgər
belə davam edəcəksə, qızın təhsilində problemlər
yaranacaq”, - deyə ananın narahatlığı getdikcə
artdı, ürəyi şiddətlə döyündü. Amma narahatlığı
uzun çəkmədi. Nəzərləri qızına tərəf yönəlsə də,
deyəsən, fikri başqa yerdə idi...
20
NƏRİMAN MAHMUD


Xəyal Zərnişan xanımı bir neçə ay əvvələ
aparmışdı. O vaxt Lamiyə hələ dördüncü sinfin
son rübünü başa vurmaq üzrə idi. Uşaq “iki
ayağını bir başmağa dirəyib” deyirdi ki, mütləq
hicab geyinməlidir. O da bir tərəfdən qızının
qərarına sevinsə də, digər tərəfdən “balam, sən
hələ balacasan, cəmi on yaşın var, bir az səbr elə,
böyüyəndə geyinərsən, inşallah, bir də axı, mək-
təbə hicab geyinməyə icazə vermirlər”, - demişdi.
Ancaq nə illah eləmişdisə, qız razı olmamış, “mən
eşitmişəm ki, hicab qanunla qadağan olunmayıb,
rəfiqəmin dayısı qızı başqa məktəbdə oxuyur,
dərsə baş örtüyü ilə gedir, amma orda direktor heç
kəsi hicaba görə dərsdən qovmur”, - deyə anasını
sakitləşdirmişdi. Zərnişan xanım da daha qızına
heç nə deməyib, sevincindən yüngülvari gülüm-
səmişdi.
Ana qəflətən xəyaldan ayılıb yola baxdı.
Artıq Lamiyə görünmürdü. Bu vaxt mənzilin
qapısı bərk, həm də aramsız döyüldü. Zərnişan
xanım cəld qapıya tərəf yüyürdü. Gözlükdən
baxıb qızını görüncə, qapını açdı. Lamiyə dolux-
sunmuş halda içəriyə daxil oldu.
- Nə olub, qızım, olmaya yenə də...
Lamiyə anasının sözünü kəsərək:
- Nə olacaq ki? Direktor yenə dərsə bu-
21
SİRLİ ƏMƏLİYYAT


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə