Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   2   3   4   5   6   7   8   9   ...   18

raxmır, - dedi.
- Nə üçün? – Zərnişan xanım məsələnin nə
yerdə olduğunu bilsə də soruşdu.
Qız suçlu adamlar kimi utancaq halda: - Hə,
demişdin axı, ay ana, hicaba görə dərsdə otur-
mağımı istəmədi, - deyə cavab verdi.
- Hə, qızım, demişdim, amma sözümə bax-
madın, Allah onun bəlasını versin, - Zərnişan
xanım dedi. – İndi bizim bir yolumuz qalır.
- Nə fikirləşmisən, ana! – qız təəccübləndi.
- Qızım, axı sən özün deyirdin ki, rəfiqənin
dayısı qızının oxuduğu məktəbdə hicab geyin-
məyə icazə verilir.
- Demişdim, anacan. Bunu nəyə görə xatır-
latdın ki?
- Qızım, deyirəm bəlkə, sən də həmin mək-
təbdə oxuyasan...
Lamiyə cavab vermək əvəzinə, xeyli fikrə
getdi. Nə fikirləşdisə handan-hana dilləndi:
- Yox, ay ana, gedə bilmərəm.
- Niyə!? – Zərnişan xanım təəccüblə
soruşdu.
- Həmin məktəb çox uzaqdır, bilirəm ki,
məni tək buraxmayacaqsan, amma sənin əziyyət
çəkməyini istəmirəm, - deyə Lamiyə qətiyyətlə
bildirdi. Və bayaq anasının dediklərini təkrarla-
22
NƏRİMAN MAHMUD


yaraq, direktorun qarasınca deyindi. – Allah onun
bəlasını versin, - dedi. – Başa düşə bilmirəm, özü
məktəbə mini yubkada gəlir, uşaqlar arxasınca
baxıb gülüşürlər, bu da onun şagirdlərə göstərdiyi
nümunə. Hicablı, uzun don geyinən şagirdləri
görəndə elə bil qutuda ilan görür.
Lamiyə sözünü bitirib susdu. Başını qaldırıb
anasının sifətinə baxdı. Zərnişan xanımın gözləri
yaşla dolmuşdu. Qız anasına təsəlli verirmiş kimi,
ucadan güldü. - Allah kərimdir, anacan, qəm
yemə, belə qalmaz, inşallah, - dedi. İki günlük
fasilədən sonra hicabını bağlayıb anası ilə birlikdə
yenidən məktəbə – direktorun qəbuluna yollandı.
Bir gecənin içərisində saçı tamamilə tökülən di-
rektor xanım eyibini gizlətmək üçün baş örtüyünə
bürünmüş və uzun ətəkli don geyinmişdi. O, bu
geyimdə kabinetindən bayıra çıxıb onları çox
mehribanlıqla qarşıladı...
Yanvar 2014
23
SİRLİ ƏMƏLİYYAT


Kibrit qutusu
Tikinti obyektində iş vaxtının başa çat-
masına iki saat qalırdı. Obyektdə fəhlə işləyən
Nəcəfqulu, gözünün ağı-qarası olan tək övladının
ad gününü keçirəcəkdi. Bir azdan qohum-əqrəba
onun evinə toplaşacaqdı deyə, işdən iki saat əvvəl
çıxmaq qərarına gəlmiş, dünəndən iş icraçısı ilə
danışıb razılıq da almışdı. O, iş paltarını dəyişib
tikinti obyektini tərk etdi. Həmişə evə avtobusla
getsə də, gecikməsin deyə, bu dəfə metroya
düşdü. Kartını yükləyib yan-yörəsinə baxa-baxa
eskalatora tərəf irəlilədi. Vətəndaşlara nəzarət
edən polis əməkdaşlarının yanından keçəndə bir
az duruxdu. Özünü belə şübhəli aparması polis-
lərin diqqətini cəlb etsə də əhəmiyyət vermədilər.
Əlində iri sellafon torba olduğuna baxma-
yaraq, onların biganəliyi Nəcəfquluya bir qədər
qəribə gəlmişdi. “Buna bax, guya camaatın təh-
lükəsizliyini qoruyurlar, bu boyda torbaya fikir də
vermədilər”, - deyib onları öz ürəyində qınadı. Bir
istədi ki, geriyə qayıdıb iradını bildirsin, amma nə
düşündüsə fikrindən daşındı. Onsuz da Nəcəfqu-
lunun polislərdən gözü su içmirdi. Həm də evə
24
NƏRİMAN MAHMUD


tələsirdi deyə, istəyini boğub avtomat keçidə
yaxınlaşdı. Kart sisteminə keçəndən bəri ilk dəfə
metroya düşən Nəcəfqulu, plastik kartını qurğu-
nun o tərəf-bu tərəfinə sürtələyib yaşıl işığı
“yandırdı”. Eskalatorla aşağı düşməyə başladı.
Tələssə də, “iyirmi qəpik pul xərcləmişəm, yaxşısı
budur, zəhmət çəkib özü aparsın”, - deyib
dayandı. Sonda eskalatordan düşüb beş-altı addım
getmişdi ki, polis serjantı qarşısını kəsib özünü
təqdim elədi: - Serjant Ağacanov! Ardınca: - zəh-
mət olmasa, sənədlərinizi təqdim edin, - dedi.
– İşə düşdük də, - Nəcəfqulu dodaqaltı
mızıldandı. Köks ötürüb dedi: - Ay komandir,
sənədlərimi götürməmişəm, nə olub, yəni belə
vacibdir?
Nəcəfqulunun belə yekə danışması serjantın
xoşuna gəlməsə də, kobudluq etməyib, nəzakətlə
davrandı. Onu yuxarıya - rəisin otağına dəvət
elədi.
– Sənə qurban olaram, a bala, oğlumun ad
günüdür, evə tələsirəm, məndə şübhəli heç nə
yoxdur, burax, çıxıb gedim, - deyə Nəcəfqulu nə
qədər dil-ağız elədisə xeyri olmadı. Ağacanov
fikrində qəti idi. Onu geriyə qaytarmaq, üst-
başını, çantasını yoxlamadan keçirmək istədi.
25
SİRLİ ƏMƏLİYYAT


Nəcəfqulunun serjanta gücü çatmasa da, ürəyində
özünü asıb-kəsdi. – Axı, mən bu yoxlamanı
hardan ağlıma gətirdim, bayaq onlara irad tutur-
dum, indi arzuma çatdım, zalım uşaqları da ki, elə
bil adamın ürəyin oxuyurlar, - dedi.
Düzdür, Nəcəfqulunun çəkinəcəyi heç nə
yox idi. Polislər onsuz da nə üzərində, nə də
əlindəki torbada qanunsuz bir şey tapmayacaqdı.
Kişi buna lap adı kimi əmin idi. Onu yalnız
övladının ad gününə gecikməsi üzürdü. Ancaq
başqa çarəsi qalmamışdı Nəcəfqulunun. Çox
çənə-boğaz vurub bir az da gecikməkdənsə, din-
məz-söyləməz serjantın qabağına düşüb, onunla
yuxarıya qalxmağı üstün tutdu. Onsuz da heç nə
tapılmayacaqdı üstündən. Nəcəfqulu yüz faiz arx-
ayın idi buna. O, polis serjantının qabağına düşüb
yuxarı qalxdı. Amma rəisin otağında heç kəs yox
idi. Ağacanov əvvəlcə kişinin üst-başından
başladı. - Zəhmət olmasa, ciblərinizi boşaldıb
stolun üstünə yığın, - dedi.
Nəcəfqulu əlini nimdaş gödəkçəsinin
ciblərinə salıb eşələdi. Orda kiçik telefon
kitabçasından, iyirmi qəpiklik qələmdən, bir də əl
dəsmalından başqa heç nə yoxuydu. Sonra əlini
şalvarının ciblərinə apardı. Sol cibdə qəpiklər,
26
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə