Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   2   3   4   5   6   7   8   9   10   ...   18

- Bura bax, sənin də dilinə söz qəhətdir? Nə
Qaraxan, nə Suriya?
Adamlar hüznlü görünsələr də, Qasım buna
o qədər əhəmiyyət vermədi. Onu gic gülmək
tutdu, uğunub getdi. Bir azdan özünə gəlib üzünü
Xanlara tutdu. Dedi:
– Suriya-filan eşitməmisən ki? Guya
bilmirsən ki, orda müharibə gedir? Axı hesabla
sən bunu hamıdan yaxşı bilməlisən.
Camaat bu iki adamın tənəli, atmacalı dialo-
qundan bir şey anlamadı, onların sifətinə baxa-
baxa qaldı. Bu vaxt beşmərtəbəli binalardan
birinin qarşısında səs-küy qopdu. Sarabəyimin
hönkürtüsü, ah-naləsi ərşə qalxmışdı. Gah
naməlum bir ünvanı qarğıyır, söyür, gah da saçını
yolur, dizinə-başına döyüb fəryad qoparırdı. Xan-
lar isə arvadı görcək suçlu adamlar kimi, yavaş-
yavaş məhəlləni tərk etdi.
Bəzi adamlar işin nə yerdə olduğunu
təxminən anlamağa başlasalar da, elələri varıydı
ki, hələ də bir şey kəsdirə bilmirdi. Və bu üzdən
də “Xəbərçi Qasım”ın Suriya məsələsinə şübhə
eləyirdi. Qərəz, Qaraxanın məlum xarakterinə
görə onun Suriyaya qədər gedib çıxmasına, əlinə
silah alıb adam öldürməsinə hələ də inanmırdılar.
33
SİRLİ ƏMƏLİYYAT


Amma elə adamlar da varıydı ki, eyni məhəllədə
böyüsələr də Qaraxanın ölümü heç veclərinə də
deyildi. Hətta bir az xəlvətə çəkilib, “lap belə
cəhənnəmə öldürüblər, əcəb eləyiblər, onun
Suriyada nə ölümü vardı axı”, - deyə dodaq
büzürdülər. Günahı necə deyərlər, bir qarnı ac, bir
qarnı tox, yetimçiliklə böyüyən Qaraxanda yox,
zəmanədə görənlər isə bütövlükdə cəmiyyəti qı-
nayırdılar. Bir azca keçmişdi ki, Sarabəyimin səsi
xırppadan kəsildi. Əvəzində tappıltı səsi gəldi.
Ətrafda kim varıydısa hamısı binanın qabağına
qaçdı. Qəflətən qadının ürəyi dayanmış, tappıltı
ilə yerə sərilmişdi.
Adamlar Sarabəyimi birtəhər ayıldıb
mənzilinə apardılar. Amma qadın sakitləşmək
bilmir, gah bayılır, gah da ayılırdı. Hər dəfə ayı-
landa da oturub-durub hələ də çoxlarına bəlli ol-
mayan ünvana allı-yaşıllı qarğış yağdırırdı. - Allah
mal kimi balamı ora göndərənin əzizilərin qırsın,
baiskarın evini başına uçursun, balasın öldürsün,
axı, mənim oğlumun orda nə işi vardı, gedib il
yarım öz ordumuzda qulluq elədi, bir dəfə də
olsun şikayət gəlmədi, - deyib fəryad qoparırdı.
Güc-bəla ilə, yetimçiliklə böyütdüyü oğlunu
boya-başa çatdırana qədər neçə-neçə namərdin
34
NƏRİMAN MAHMUD


tənəsinə dözən Sarabəyim üçün fərqi yoxuydu, ya
zəlzələdən, ya vəlvələdən, onsuz da balası
ölmüşdü. Amma onu yandıran, torpaqlarımızın
işğal altında olduğu halda, oğlunun yad ölkədə vu-
ruşaraq ölməsi idi. Qışqırıb-çığırmaqdan, hönkür-
məkdən səsi də batmışdı qadının. Oturub durub
elə hey deyinir, kiminsə qarasına danışırdı:
– Balam Qarabağda şəhid olsaydı, bu qədər
yanıb göynəməzdim. Mənim balamı iş adıyla al-
dadıb aparıblar. Belə müsəlmançılıq qədri
biləndirlərsə, Suriyaya adam göndərincə, 20 ildir
işğal altında qalan Qarabağa göndərsinlər. Beş-altı
ölkəni ayaqlayıb övladlarımızı Suriyaya apara
bilirlərsə, deməli, Qarabağa da apara bilərdilər.
Neçənci dəfədir ki, belə hadisələr baş verir. Vallah
burda düşmən barmağı var, ay camaat.
– Ay xala, Qaraxanı Suriyaya kim göndər-
mişdi ki? – deyə kimsə ikibaşlı sual verdi?
– Necə yəni kim göndərib, məgər uşaq
özbaşına gedib? – Sarabəyim də acıqlı-acıqlı
cavab verdi. – Camaatın uşağı tut yarpağı kimi
qırılıb töküləndən sonra əl-ayağa düşüblər, bunun
qabağın vaxtında ala bilmirdilər? – dedi. Və yenə
özündən gedib döşəməyə sərildi, onsuz da ağla-
maqdan batan səsi bu dəfə birdəfəlik kəsildi.
35
SİRLİ ƏMƏLİYYAT


Bayırdakı dedi-qodu isə kəsilmək bilmirdi.
Nədənsə gözdən uzaq bir yerə sığınıb qadının
fəryadını xəlvəti dinləyən Xanlar yenə də
adamların arasında peyda olmuşdu. Sarabəyimə
çəkilən oğul dağı onun tükünü də tərpətmirdi.
Hələ üstəlik, deyirdi ki, anası Qaraxan kimi oğulla
fəxr etməlidir. Xəbərçi Qasım isə sağ əlinin
şəhadət barmağını öz gicgahına dirəyib, sonra da
həmin əlini açaraq ovcunun içərisinə püflədi ki,
bu da Xanların ağlının yoxluğuna işarə idi. Amma
Qasımın jestini göydə tutan Xanlar özünü haqlı
sayırdı. Sırtıq yerinə salıb dilləndi:
– Müsəlman qardaşlarımıza köməyə gedib,
də. Cihada qalxıb. Burda nə var ki, axı? İndi
Qaraxan şəhid sayılır.
Elə bil Xəbərçi Qasıma od vurdular. Tüstüsü
təpəsindən çıxdı sanki. Bayaqdan ar-abırına qısılıb
demək istəmədiklərini indi dilə gətirməyə məcbur
oldu:
– Ay səni öləsən elə, bu camaatı üz-üzə
qoyub bir-birinə vurduran, qırdıran, ana-bacıları
nahaq yerdən gözüyaşlı qoyan sizin kimilərdir.
Ölən də müsəlman, öldürən də. Bunun harası ci-
haddır, harası şəhidlikdir, ay tünbətünün oğlu?
Düşmənçilikdən başqa nə var ki, burda? Camaatın
36
NƏRİMAN MAHMUD


zülümlə böyütdüyü, bar-bəhrəsin görmədiyi
uşaqlarını aparıb qırdırır, sonra da adını şəhid
qoyursunuz? Belə vətənsevərsinizsə, gedib
Qarabağda vuruşun, də. Vicdansızlar, əclaflar.
Hökumətin yerinə olsam, səni və sənin kimilərin
hamısını dama basdırardım...
Qasımın gözü qızmışdı, dişinin dibindən
gələni yağdırırdı. Hamı da onun arasıkəsilməz
hücumuna, iradlarına haqq qazandırır, getdikcə
qəzəblənir, gözləri ilə Xanları axtarır, didib dağıt-
maq istəyirdi. Amma Xanlar bayaqkı kimi yenə
də yavaş-yavaş aradan çıxmışdı.
Fevral 2014
37
SİRLİ ƏMƏLİYYAT


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə