Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Əliqulunun
amansız rəqabəti
Əliqulunun işi “xod” gedirdi. Darvazasının
düz ağzında yeni açdığı dükanın qarşısından
müştəri kəm olmazdı. Səhər tezdən yerindən
duran dükana qaçar, tələbatına və cibinin
imkanına görə təzə süd alıb gətirərdi. Dükanda
qatıq, ayran və şor-pendir də satlığa qoyulmuşdu.
Bir sözlə, Əliqulu o qədər də böyük olmayan
qəsəbənin xeyli hissəsini süd və süd məhsulları ilə
təmin edərdi. Qəsəbə camaatı da həm pulunu
verib mal alar, həm də canına dua oxuyardı Əliqu-
lunun. İnsafən süd-qatığı da pis olmazdı.
Saxladığı bir sürü qoyun-keçidən, on beş başa
qədər də inəkdən alınan südün müəyyən hissəsini
elə həmin gün təzə-təzə satar, yerdə qalanından da
şor-pendir və ayran düzəltmək üçün istifadə
edərdi. Yəni satdığı mal həmişə təzə olurdu deyə,
müştərilər az qalırdı ki, üstündə dava salsınlar.
Şirin danışığı, xoş rəftarı da varıydı Əliqu-
lunun. Müştərilərlə dil tapmağı da bacarırdı. Yeri
gələndə bəzi adamlara nisyə süd-qatıq da verərdi.
Amma bir xasiyyəti də varıydı ki, nisyə mal
38
NƏRİMAN MAHMUD


verəndə elə bil bu yaxınlarda dünyasını dəyişmiş
dədəsinin goruna söyərdilər. Bəzən məcbur olub
malını nisyə buraxanda da, necə deyərlər, itin
başını ağzına alar, elə hey donquldanardı. Bu da
həmin o bəzi adamları Əliquludan incik salar,
onlar da acığa düşüb süd-qatığı Mürsəl kişidən
alardılar. Mürsəl də ki, qəsəbənin lap qurtara-
cağında yaşayırdı. Adamların çoxu şirin canına
cəfa basıb, ayaqlarına əziyyət verib bir az artıq yol
yerimək istəmirdi. Ancaq Əliqulunun acığın öz
ayaqlarından çıxanlar da tapılır və qəsəbənin
axırına qədər gedirdilər. Müstərisi çox olduğun-
dan, belə umu-küsülər isə Əliqulunun tükünü də
tərpətmirdi. – Yaxşı, bu da olmasın, üç-dörd nəfər
müştəri, dünya dağılmayacaq ki, hara gedirlərsə
özləri bilərlər, - deyirdi.
Düzdü, Mürsəl kişinin dükanı yox idi. Az-
çox nə tapardısa eləcə öz evində satar, ümidini
cəmi 5-10 nəfərə bağlayardı. Onun Əliquludan
fərqi təkcə müştərilərinin və mal-heyvanının
sayında deyildi. Mürsəl öz müştəriləri kimi kasıb
olsa da, gözütox adamıydı. İmkanızlara güzəşt
eliyər, nisyə süd-qatıq da satardı. Paxıllığın nə
olduğunu da bilməzdi Mürsəl kişi. Əliquluya acıq
eləyən müştərilər hər dəfə onun yanına gələndə
39
SİRLİ ƏMƏLİYYAT


sıxılar, xəcalət çəkərdilər. Bəzən də elə olurdu ki,
onlara etiraz edərdi. - Mən camaatın çörəyinə bais
ola bilmərəm, Allahı sevirsiz, gedib alverinizi
onunla edin, azdı, ya çoxdu, hər nədisə, öz
müştərilərim özümə bəsdir, - deyərdi. Adamlar da
qır-saqqız olub yapışardılar Mürsəlin yaxasından.
Onda və onun süd-qatığında nə görmüşdülərsə,
qapısından əl çəkmək istəmirdilər. O da utana-
utana, xəcalət çəkə-çəkə Əliqulunun müştərilərini
birtəhər yola salar, “Ya Rəbbim, hər şeyi özün
görürsən, mənim suçum yoxdur” - deməklə təsəlli
tapardı.
Amma Mürsəli narahat edən, təkcə Əliqulu-
nun barmaqla sayılan cəmi bir neçə müştərisinin
onun yanına gəlməsi deyildi. Süd-qatıq üçün
qapısına gələnlərin sayı yavaş-yavaş artırdı. Və o
da bilirdi ki, əvvəl-axır bunun, necə deyərlər,
“Qənbərqulu”su çıxacaqdı. Kişini üzən tək bir şey
varsa o da Əliqulunun müştərilərinin günlər öt-
dükcə azalması idi.
Ağlına gələn başına gəlmişdi Mürsəlin.
Günün birində səhər yuxudan durub gördü ki,
həyət qapısının ağzı müştərilərlə doludur. Bir
istədi ki, indiyə kimi onun qapısını tanımayan
adamlara ağzına gələni deyib qovsun. Amma deyə
40
NƏRİMAN MAHMUD


bilmədi, içindən qırılı-qırıla qaldı. Əslində,
Mürsəl kişinin mal-heyvanı bu adamların
hamısına çatacaq qədər süd vermirdi. Bunu hamı
bilirdi. Ancaq Əliquluda nə görmüşdülərsə, elə öz
aralarında razılığa gəlmiş, iki ayaqlarını bir baş-
mağa dirəmişdilər ki, bəs, Mürsəl kişi hər nədirsə,
olub-qalan südü bərabər bölüb paylasın. – Onsuz
da ta bu gündən Əliqulunun qapısına ayaq bas-
mayacağıq, - deyirdilər.
Mürsəl elə bil yerində quruyub qalmışdı,
nələrin baş verdiyini anlamırdı. Balaca gözlərini
tez-tez döyüb onların sifətinə baxırdı ki, bəlkə
çöhrələrinin ifadəsindən nəsə oxuyub anlaya
bilsin. Bu vaxt camaatın içindən Kəlbəli adında
zırpı bir kişi çıxıb irəli yeridi. Az qaldı ki, bütün
acığını yazıq Mürsəl kişinin üstünə töksün. Özünü
birtəhər ələ alıb sakitləşdi və hələ də heç nə kəs-
dirə bilməyən Mürsəli nigarançılıqdan qurtarmağa
çalışdı. Dedi:
– Ay rəhmətliyin oğlu, nə durub gözlərini
döyürsən, bu camaatı yola salsana?
– Bir məni başa sal görüm, bu camaata nə
olub axı? – deyə Mürsəl cavab verdi.
Kərbəli kişinin acığı soyumuşdu. Bu dəfə
səsinin tonunu aşağı salıb hər şeyi Mürsələ
41
SİRLİ ƏMƏLİYYAT


danışdı:
– Ay başına dönüm, daha bundan artıq nə
olacaqdı ki. Əliquludu, nədi, əməlli-başlı qudu-
rub, əstəğfürullah, nə Allah tanıyır, nə də bəndə.
Deyir, burda mənəm, Bağdadda kor xəlifə. Əvvəl-
lər, heç olmasa adamla şirin danışardı, hərdən
düşəndə, gəbərmiş it kimi iylənsə də, niysə mal
verərdi. İndi bir tərəfdən südə su qatır, hələ bu
azmış kimi, üstəlik, qiymətləri də qaldırır. Nisyə
mal adı tutanın da yeddi arxa dönənini qəbirdən
çıxarıb çölə tökür. – Alırsınız alın, almırsınız, xoş
getdiniz, - deyir.
Mürsəl Kəlbəlini sona qədər dinləyib, hələ
də ardı gəlməkdə olan müştərilərə baxdı. Adamlar
da onun bu baxışla nə demək istədiyini sanki başa
düşdülər. Kimisi başını aşağı-yuxarı tərpətməklə,
bəziləri də dilini işə salmaqla Kəlbəlinin dedik-
lərini təsdiqlədilər. Və Mürsəli nigarançılıqdan
qurtardılar. Amma əvəzində kişini Əliqulunun dil-
dişinin altına saldılar. Təhər-töhmət, dedi-qodu,
təzyiq, şantaj, amansız rəqabət başladı. Mürsəlin
hasardan bayıra çıxıb zibillikdə eşələnən toyuq-
cücəsini, qaz-ördəyini də zəhərləyib öldürdü.
Mürsəl də dava-dalaş adamı deyildi. Özü
demişkən, “arxalı köpəklərlə” boşuna çənə vur-
42
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə