Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

mağı da xoşlamırdı. Sonuncu dəfə Əliqulunun
əməllərindən ziyan çəkəndə üzünə qarşı tək bircə
kərə “Görüm, Allah sənin bəlanı versin”, - deyib
ondan aralandı. Amma Əliqulunun maskası
yırtılmışdı deyə, daha heç nəyi vecinə almırdı.
Həmin gün axşam evdə hamını yuxuya verib,
Mürsəlin mal-heyvanının axırına çıxmaq üçün
dəhşətli plan hazırladı. Səhərə yaxın elə yenicə
yuxuya getmişdi ki, vahiməli səs eşidib gözlərini
açdı. Yarıçılpaq halda bayıra qaçdı. Qısa qapanma
nəticəsində yaranan güclü alov qoyun-keçi
sürüsünün və on beş baş inəyin saxlandığı tövləni
ağzına almışdı.
Fevral 2014
43
SİRLİ ƏMƏLİYYAT


Əmirxanın inamı
“Heç kimin haqqı heç kəsin boynunda
qalmır”. Əmirxan hələ kiçik yaşlarından atasın-
dan eşitdiyi bu kəlmələri tez-tez xatırlayar, tay-
tuşlarının yanında təkrarlayardı. Balaca ikən
mənasını tam anlamasa da, hardan eşitmişdisə,
“haqq” sözünün mahiyyətini başa düşürdü. Və
ona elə gəlirdi ki, bütövlükdə həmin kəlmələrin
mənasının ağırlığı da məhz bu “haqq”
kəlməsinin “çiyinlərindədir”. Bir də eşitmişdi ki,
haqq olan Allahdır. Bildiyi də elə bu idi, vəs-
salam. Yəqin uşaq fəhmi ilə anlamışdı ki, həmin
beş-altı kəlmənin içərisində “haqq” sözü varsa,
deməli, Allah kəlamıdır. Və onu harda gəldisə
xatırlamağa da, təkrarlamağa da dəyərdi...
Əmirxan böyüdükcə, həyat təcrübəsi art-
dıqca ondan ötrü, “heç kimin haqqı heç kəsin
boynunda qalmır” - kəlmələrinin mənası da
böyüyür, eninə-uzununa kök atıb yaddaşının
dərinliklərinə qədər uzanırdı. Amma təcrübə ilə
yanaşı, atasının izahatları, olub-keçənlərdən
misal gətirməsi də az rol oynamamışdı Əmirx-
anın dünyagörüşündə. Qulaqları ilə ondan eşit-
44
NƏRİMAN MAHMUD


diklərinin oxşarını gözləri ilə həyatda gördükcə,
həmin o kəlmələrin İlahi hikməti sübutunu tapırdı.
İkinci Cahan savaşında, daha dəqiqi, keçmiş sovet
dövründə Böyük Vətən müharibəsi adlanan 1941-
45-in davasında iştirak edən atası Çaparxanın
söylədikləri isə balaca Əmirxanı heyrətə gətirər,
oturub saatlarla kişinin söhbətinə qulaq asardı.
Çaparxan da söhbətin axırını, necə deyərlər, fır-
ladıb elə yerə gətirirdi ki, oğlunun eşitmək istədiyi
kəlmələrin yeri görünsün.
Atasının müharibə veteranı olmasına görə
idimi, ya nə idisə Əmirxan savaş filmlərinə bax-
mağı çox xoşlayardı. Xoşa gəlməyən bir şey
vardısa, o da Çaparxan kişinin yorunuq-ərinik
vaxtında, filmin nümayişi zamanı oğlunun onu
suala tutması idi. Amma Çaparxan yorğunluğunu
büruzə verməz, oğlunun suallarını həvəslə cavab-
landırardı. Oğlu da şirniklənib sualı sual dalınca
yağdırardı. Əmirxana ən çox təsir edən isə sovet
əsgərlərinin həlak olması və yaralanması səhnəsi
idi. Ancaq döyüş yoldaşlarının, yaralıları öz
kürəyindəcə uzaq məsafəyə daşıyıb faşistlərdən
xilas etməsini görəndə sevinərdi...
Əmirxan artıq böyümüş, Rusiyada hərbi xid-
məti başa vurub Azərbaycana, öz doğma kəndinə
45
SİRLİ ƏMƏLİYYAT


qayıtmış, yenicə işə düzəlmişdi. Amma xobbisin
dəyişməmişdi, yenə də müharibə filmlərinə
azarkeşlik edirdi. Bir dəfə faşizm üzərində
qələbənin ildönümü ərəfəsində həmin savaşa həsr
olunmuş filmə atası ilə birgə baxarkən gözlədiyi
kadrlar diqqətini çəkdi. Filmdə sovet əsgər-
lərindən birinin, ayağından yaralanmış döyüş
yoldaşını çiyninə götürüb, üç kilometrə yaxın
məsafə qət etdiyi, hərbi səhra hospitalına çat-
dırdığı nümayiş olunurdu. Bu kadr Çaparxan
kişini xeyli kövrəltdi. Xəyal qanadında sürətlə
müharibə illərinə, döyüş meydanına qayıtdı.
Özünü saxlaya bilmədi, gözlərindən axan yaş
yanağını islatdı. Atasının belə bərk kövrəlməsi
Əmirxanın diqqətindən yayınmadı. – Nə olub ki,
atacan?! – deyə həyəcanla soruşdu.
– Heç nə, bala, narahat olma, - Çaparxan
cavab verdi. – Döyüş vaxtı yaralanan əsgər
yoldaşlarımdan birini mən də çiynimə götürüb
xeyli yol getmişəm, - dedi.
Əmirxan təəccübləndi:
– Doğrudan? Bəs, indiyə qədər bunu mənə
niyə deməmisən?
– Söhbət eləmişəm, mənim balam, o vaxt
sən hələ balaca idin, yəqin unutmusan, - Çaparxan
46
NƏRİMAN MAHMUD


kişi cavab verdi. Və milliyyətcə moldovan olan
döyüş yoldaşını yaralı halda 7 kilometr məsafəyə
qədər necə apardığını gənc oğluna danışdı.
Çaparxan danışdıqca Əmirxan onu ilk dəfə
görürmüş kimi, təkrar-təkrar başdan ayağa süzür,
sanki atasına həsəd aparırdı...
Aradan bir neçə il keçmişdi. Qış fəsli idi. İş
yerindən Moldovanın paytaxtı Kişinyova ezam
edilmiş Əmirxan bu yerlərin soyuğuna dözməyib
bərk xəstələnmişdi. Halı getdikcə pisləşirdi. Bir-
likdə işlədiyi yaşlı bir moldovan qadın ona yaxın-
laşaraq, “gəl mənimlə gedək, səni evdə müalicə
edərəm”, - dedi. Əmirxan qadının təklifini qəbul
etdi. Xəstəliyinə görə bir neçə gün işə çıxmadı. Ev
sahibəsinin Vasya adlı nəvəsi, azərbaycanlı qonaq
darıxmasın deyə, Böyük Vətən müharibəsinin işti-
rakçısı olan babasının foto-albomunu baxmaq
üçün ona uzadaraq:
– Baxın, əmican, yəqin sizin üçün də çox
maraqlı olar, - dedi.
Əmirxan albomu uşağın əlindən alıb acgö-
zlüklə vərəqlədi. Döyüşçünün albomunda atası
Çaparxanın şəklini görəndə sanki donub qaldı.
Gözlərinə inanmırmış kimi təəccüblə: - Bu kimin
şəklidir? – deyə soruşdu.
47
SİRLİ ƏMƏLİYYAT


– Oğlum, bu bir azərbaycanlı balasının şək-
lidir, adı da Çaparxandır, - qoca döyüşçü cavab
verdi. – Həmin adam məni yaralı vəziyyətdə 7 km
məsafəyə qədər çiynində apararaq, alman əsgər-
lərinin əlinə keçməyə imkan verməyib, - dedi.
Əmirxan fikrə getdi. Xəyal onu bir neçə il
əvvələ qaytardı. Vaxtilə atasından eşitdiyi “heç
kimin haqqı heç kəsin boynunda qalmır”, - sözləri
qulaqlarında cingildədi.
Fevral 2014
48
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə