NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   17   18   19   20   21   22   23   24   25

58 

 

Komissarları  Sovetinin  mətbuat  bürosuna  müdirlik  etmiş,  komsomolçuların  döyüş 



drujinasında olmuşdur.  1920-ci ilin aprelindən sonra Bakısda rayon partiya komitələrinin 

katibi  işləmişdir.  1921-ci  ilin  avqustunda  RK(b)P  MK  sərəncamına  geri  çağırılmışdır. 

1925-1929-cu  illərdə  Bakıda  rayon  partiya  komitələrinin  şöbələrinə  rəhbərlik  etmişdir. 

30-cu ilin axırlarında repressiyaya məruz qalmışdır. 

40. Artak (Stamboltsyan A.A.) (1895-1937) – 1916-cı ildən RSDF(b)P üzvü, 1918-

ci  ildə  Bakıda,  Krasnovodskda,  Aşxabadda,  Qızıl-Arvatda  gizli  partiya  işində  olmuşdur.  

1920-ci  ildə  XI  Qızıl  Ordunun  siyasi  işçisi.  1921-1937-ci  illərdə  Bakıda  rayon  partiya 

komitələrinin  katibi  işləmiş,  məsul  partiya  və  sovet  vəzifələrində  olmuşdur.  Ləkələnmiş 

və repressiya olunmuşdur. 

41.  V.İ.Molotov  (Skryabin)  (1890-1986)  –  görkəmli  partiya  və  dövlət  xadimi, 

1906-cı  ildən  RSDF(b)P  üzvü.  1921-1930-cu  illərdə  ÜİK(b)P  MK  katibi,  1926-1957-ci 

illərdə  MK  Siyasi  Bürosunun  (Rəyasət  Heyətinin)  üzvü.  1957-ci  ilin  iyununda 

N.S.Xruşşovun  yeritdiyi  partiya-dövlət  xəttini  qəbul  etmədiyi  üçün  Sov.İKP  MK 

tərkibindən çıxarılmışdı. 

42.  Behbud  Şahtaxtinski  (1881-1924)  –  1917-ci  ildən  “Hümmət”in  üzvü,  1918-ci 

ildən Bakı Xalq Komissarları Sovetinin aparatında əksinqilabla mübarizə üzrə Fövqəladə 

Komissiyanın üzvü. 1920-ci ilin aprelindən sonra xalq ədliyyə komissarı və Azərbaycan 

SSR-in RSFSR-də fövqəladə nümayəndəsi. 1921-ci ilin iyunundan inqilab komissiyasının 

sədri,  sonra  Naxçıvan  MSSR  Xalq  Komissarları  Sovetinin  sədri.  1922-ci  ildə  FKİ 

komissarı  və  Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  sədr  müavini,  1923-cü  ildə 

Gürcüstana sovet işinə keçirilmişdi. 

43. E.Ş.Xanbudaqov (1893-1937) – 1918-ci ildən “Hümmət”in üzvü, 1915-ci ildən 

inqilabi  hərəkatda.  1918-ci  ilin  iyulunda  Bakı  kommunasının  süqutundan  sonra  qeyri-

leqal  vəziyyətə  keçmişdi.  1919-cu  ildə  Liman-Dəniz  rayonu  partiya  komitəsinin  sədri 

olmuşdu.  1920-ci  ilin  aprelindən    sonra  AzFK  sədri,  sonra  Azərbaycan  istehlakçılar 

cəmiyyəti  ittifaqı  rəyasət  heyətinin  sədri.  1922-ci  ilin  martından  AK(b)P  MK  katibi, 

1924-cü  ildə  millətçi-təmayülçü  baxışlarına  görə  AK(b)P  MK-da  işdən  azad  edilmişdir. 

Sonrakı illərdə RSFSR xalq komissarlıqlarında müxtəlif vəzifələr tutmuşdur. Ləkələnmiş 

və repressiya olunmuşdur. 

44.  RK(B)P  XII  qurultayı  1923-cü  il  aprelin  17-25-də  Moskvada  keçirilmişdi. 

Qurultay  milli  məsələyə  dair  qərarda  dünya  xalqlarının  milli  azadlıq  hərəkatı  üçün 

RK(b)P-nin  milli  siyasətinin  bir  nümunə  kimi  əhəmiyyətini  göstərmişdi.  Bununla 

əlaqədar  olaraq  qurultay  SSRİ  xalqları  arasında  təsərrüfat  və  mədəni  bərabərsizliyin 

aradan qaldırılmasının zəruriliyini qeyd etmişdi. Qurultay milli məsələyə dair qətnamədə 

hakim  millətçilik  şovinizm  və  yerli  millətçilikdə  qəti  mübarizə  aparmaq  zəruriyyətini 

qeyd etmişdi. 

45. Y.İ.Mirqasımov (1896-1957) - 1918-ci ildən “Hümmət”in üzvü, 1922-1924-cü 

illərdə  Sabunçu  rayon  partiya  komitəsinin  katibi,  1924-1927-ci  illərdə  AK(b)P  BK-nın 

təşkilat-təlimat  şöbəsinin  müdiri  olmuşdur.  Sonrakı  illərdə  məsul  partiya  vəzifələri 



59 

 

tutmuşdur.  30-cu  illərin  sonunda  repressiyaya  məruz  qalmışdır:  düşərgələrdə  18  ildən 



artıq həbsdə olmuşdur. 

46.  M.H.Hacıyev  (1876-1938)  –  1904-cü  ildən  RSDFP  üzvü.  1917-ci  ildə 

RSDF(b)P  Bakı  komitəsinin  tapşırığı  ilə  Qazax  qəzasının  kəndliləri  arasında  inqilabi  iş 

aparmışdır.  1918-ci  ilin  əvvəlində  Gəncə  quberniyasında  başlamış  kəndli  üsyanının 

rəhbərlərindən  biri.  1920-ci  ildən  məsul  partiya  və  sovet  işində.  1920-1921-ci  illərdə 

Qazax qəzasının İnqilab Komitəsinin sədri. 1921-1922-ci illərdə Azərbaycan SSR MİK-in 

sədri.  Sonra  Azərbaycan  SSR  Xalq  sosial  təminat  komissarı,  xalq  torpaq  komissarı, 

respublika  ali  məhkəməsinin  sədri  olmuşdur.  Siyasi  motivlərə  görə  ləkələnmiş  və 

repressiya olunmuşdur.  

47.  M.N.İsrafilbəyov  (Qədirli)  (1892-1941)  –  1911-1918-ci  illərdə  “Hümmət”in 

katibi  və  büro  üzvü,  RSDFP  Bakı  komitəsinin  üzvü.  1918-ci  ildə  RK(b)P  Həştərxan 

quberniya  komitəsinin  üzvü,  1921-ci  ildən  1822-ci  ilədək  Azərbaycan  SSR  xalq  sosial 

təminat komissarı, 1922-ci ildən 1934-cü ilədək xalq səhiyyə komissarı. Siyasi motivlərə 

görə ləkələnmiş və repressiya olunmuşdur. 

48.  Q.İ.İsmayılov  (1885-1922)  -  1918-ci  ildən  “Hümmət”in  üzvü.  Azərbaycanda 

siyasi rejimə qarşı mübarizənin fəal iştirakçısı. 1920-ci ilin aprelindən milis orqanlarında 

işləmiş, sonra isə Quba qəza İnqilab Komitəsinin və İcraiyyə Komitəsinin sədri olmuşdur. 

1922-ci  ildə  Gəncə  qəza  İcraiyyə  Komitəsinin  sədri.  Sovet  hakimiyətinin  düşmənləri 

tərəfindən öldürülmüşdür. 

49.  İ.B.Batsek  (1870-1951)  –  1917-ci  ildə  RSDF(b)P  Qara  şəhər  rayon  partiya 

komitəsinin  sədri.  1918-ci  ilin  yanvarında  inqilabi  tribunalda,  qızıl  qvardiya  dəstəsinin 

komissarı.  Bakı  kommunasının  süqutundan  sonra  Həştərxanda  və  Şimali  Qafqazda 

işləmişdir. 1920-ci ilin aprelindən sonra AK(b)P Lənkəran qəza komitəsinin məsul katibi, 

1922-ci  ilin  fevralında  AK(b)P  Mərkəzi  Nəzarət  komissiyasının  məsul  katibi,  1923-cü 

ildə  RK(b)P  Qafqaz  diyar  nəzarət  komissiyasının  tərkibinə  seçilmişdir.  1924-cü  ildə 

Tiflisə köçmüş, burada partiya nəzarəti orqanlarında işləmişdir. 

50.  “Bahadır  və  Sona”  romanı  XIX  əsrin  sonu  demokratik-realist  Azərbaycan 

ədəbiyyatının  ən  yaxşı  əsərlərindən  biridir.    Birinci  hissə  1896-cı  ildə,  ikinci  hissə  isə 

1899-cu  ildə  çap  edilmişdir.  Əsərin  qəhrəmanları  Bahadır  –  azərbaycanlı,  Sona  – 

ermənidir. Onlar cəhalət, dini ehkamlar və milli düşmənçiliklə qeyri-bərabər mübarizədə 

həlak olurlar. Müxtəlif xalqlar arasında dostluğun və qardaşlığın carçısı kimi çıxış edir. 

51.  İlk  dəfə  1899-cu  ildə  nəşr  edilmişdir.  Pyes  uzun  müddət  qadağan  edilmişdi. 

Sovet hakimiyyəti illərində “Nadir şah” bir neçə dəfə çap olunmuşdur. 

52.  H.Z.Tağıyev  (1838-1924)  –  ictimai  xadim,  iş  adamı,  sahibkar.  Tağıyevin 

vəsaiti  ilə  binalar,  teatrlar  tikilmiş,  xeyriyyə  cəmiyyətləri,  bir  neçə  təhsil  ocağı 

saxlanılmış,  “Kaspi”,  “Həyat”  qəzetləri,  “Füyuzat”  jurnalı,  azərbaycanlı  ziyalıların 

kitabları buraxılmışdır. O, bir sıra mədəni-maarif cəmiyyətlərinin işinə rəhbərlik etmiş və 

onların  fəxri  sədri  olmuşdur.  Tağıyevin  təqaüdü  hesabına  azərbaycanlı  tələbələr,  o 

cümlədən N.Nərimanov oxumuşlar. 1920-ci ilin aprelindən sonra var-dövlətindən könüllü 

surətdə  imtina  etmişdir.    Bununla  belə  onun  Azərbaycan  SSR  iqtisadiyyatının  inkişaf 




60 

 

etdirilməsinə  kömək  göstərmək  haqqında  təklifi  partiya-sovet  hakimiyyəti  tərəfindən 



düzgün başa düşülməmiş və müdafiə edilməmişdi. 

53.  N.Nərimanovun  RK(b)P  MK-ya  təqdim  etdiyi  məlumatla  əlaqədar 

Yaroslavski, Şkiryatov, Petrovski komissiyasının yoxlanışının yekunlarına həsr olunmuş 

yığıncaqda  “ələ  alınmış  fəhlələr”  N.Nərimanovu  partiyadan  xaric  etmək  haqqında 

yerlərindən  qışqırır  və  onu  millətçilikdə  günahlandırırdılar.  Lakin  Y.Yaroslavski  və 

G.Orconikidze belə təklifə qarşı çıxış etdilər. 

54. Q.M.Musabəyov (1888-1938) - 1918-ci ildən “Hümmət”in üzvü. 1918-1920-ci 

illərdə  Həştərxanda,  Moskvada  partiya  işi  aparmışdır.  1920-ci  ilin  aprelində  XI  Qızıl 

Ordu  ilə  Bakıya  gəlmiş,  Azərbaycan  İnqilab  Komitəsinin  üzvü,  Bakı  quberniya  ərzaq 

komitəsinin  sədr  müavini,  sonra  Azərbaycan  SSR  xalq  ərzaq  komissarı  təyin  edilmişdi. 

1921-ci ildə Quba qəzasının fövqəladə komissarı. 1922-ci ildən XKS sədri, 1925-ci ildən 

SSRİ  MİK  sədrlərindən  biri.  1929-cu  ildən  Azərbaycan  SSR  MİK  sədri.  1931-ci  ildən 

ZSFSR XKS sədri. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur. 

55.  H.H.Sultanov  (1889-1938)  –  1907-ci  ildən  RSDFP  üzvü.  1917-ci  il  fevral 

inqilabından  sonra  “Hümmət”in  görkəmli  xadimlərindən  biri.  Bakıda  Qızıl  qvardiyanın 

Mərkəzi qərargahının üzvü, Qafqaz Qızıl Ordusunun İnqilabi-Hərbi Komitəsinin tərkibinə 

daxil  olmuşdur.  1918-ci  ildə  Bakı  Sovetinin  banditizmlə  mübarizə  üzrə  fövqəladə 

komissarı.    Bakı  kommunasının  süqutundan  sonra  Həştərxanda  partiya  və  sovet  işi 

aparmışdır.  1920-ci  ilin  aprelindən  sonra  Azərbaycan  İnqilab  Komitəsinin  üzvü,  xalq 

daxili işlər komissarı, Gəncə quberniyası üzrə fövqəladə komissar, Azərbaycan SSR xalq 

ticarət  komissarı,  Naxçıvan  MSSR  Xalq  Komissarları  Sovetinin  sədri,  Azərbaycan  SSR 

MİK  katibi,  ZSFSR  xalq  ticarət  komissarının  müavini  olmuşdur.  Ləkələnmiş  və 

repressiya olunmuşdur. 

56. Söhbət Bakıda baş vermiş 20 mart – 1 aprel hadisələrindən gedir. Martın 29-da 

qızıl  qvardiyaçılar  dəstəsi  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  əmrinə  əsasən  Lənkərana 

yola  düşməli  olan  Vəhşi  diviziya  kimi  tanınmış  I  tatar  polkunu  tərksilah  etməyə  cəhd 

göstərmişdi.  Başlanmış atışma sürətli, lakin amansız döyüş üçün qığılcım rolunu oynadı. 

Müsəlman  milli  şurasının  dəstələri  və  daşnak  dəstələrindən  ibarət  olan  Bakı  Sovetinin 

birləşmiş qüvvələri arasında baş vermiş bu döyüşdə 20 mindən artıq adam iştirak etmişdi. 

Bakı  Sovetinin  birləşmiş  qüvvələri  döyüşlərin  qurtarması  ilə  kifayətlənməyib  silahsız 

azərbaycanlıları  öldürməyə  başlamışdılar.  Bunun  davamı  olaraq  daşnak  partiyası 

tərəfindən müdafiə edilən Bakı Soveti İcraiyyə Komitəsinin bolşevik rəhbərliyinin tətbiq 

etdiyi  repressiya  tədbirləri  Sovet  hakimiyyətinin  nüfuzunu  yerli  əhalinin  gözündə 

əhəmiyyətli dərəcədə aşağı salmış oldu. 

57. S.K.Şaumyan (1878-1918) – 1917-ci ildən RSDFP üzvü, 1917-ci ilin martında 

qiyabi olaraq Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi. RSDF(b)P VI qurultayında 

MK  üzvü  seçilmişdi.  1917-ci  il  noyabrın  2-də  Bakı  Sovetinin  geniş  iclasında  İcraiyyə 

Komitəsinin  sədri  seçilmişdi.  1917-ci  ilin  dekabrında  Qafqaz  işləri  üzrə  Fövqəladə 

komissar təyin edilmişdi. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin sədri 

və xarici işlər üzrə komissar. 26 Bakı komissarları sırasında güllələnmişdir. 




61 

 

58.  P.A.Çaparidze  (1880-1918)  –  1898-ci  ildən  RSDFP  üzvü,  1917-ci  il  Fevral 



inqilabından sonra RSDF(b)P Bakı Komitəsinə və Bakı Sovetinə seçilmişdi. Bakıda Sovet 

hakimiyyətini  elan  etmiş  Bakı  Sovetinin  1917-ci  il  31  oktyabr  və  2  noyabr  tarixi 

iclaslarının  iştirakçısı.  1918-ci  ilin  aprelindən  Bakı  Xalq  Komissarları  Sovetinin  daxili 

işlər  komissarı,  iyundan  eyni  zamanda  ərzaq  komissarı.  Bakı  Sovetinin  İcraiyyə 

Komitəsinin sədri olmuşdur. 26 Bakı komissarları sırasında güllələnmişdir. 

59.  A.P.Serebrovski  (1884-1938)  –  1903-cü  ildən  RSDFP  üzvü.  Oktyabr 

inqilabının  fəal  iştirakçısı.  1920-1926-cı  illərdə  Bakıda  “Azneft”  idarəsi  heyətinin  sədri. 

1926-1930-cu  illərdə  “Başqızıl”  idarəsinin  rəisi,  1931-1937-ci  illərdə  xalq  ağır  sənaye 

komissarının müavini. Ləkələnmiş və repressiya olunmuşdur. 

60. A.İ.Krılov (1888-1938) – 1917-ci ildən RSDFP üzvü. Bakı fəhlələrinin inqilabi 

hərəkatının  fəal  iştirakçısı.  1920-1921-ci  illərdə  xalq  ərzaq  komissarlığının  müvəkkili, 

Cavanşir  qəzasının  İnqilab  Komitəsinin  sədri,  1922-ci  ildən  Azərbaycan  SSR  neft 

sənayesində  işləmişdir.  AK(b)P  BK  və  MK  tərkibinə  daxil  olmuşdur.  1936-cı  ildən 

ÜİK(b)P  Zaqafqaziya  Diyar  Komitəsinin  üzvü.  Siyasi  motivlərə  görə  ləkələnmiş  və 

repressiya olunmuşdur. 

61.  Sosial  və  mədəni  tədbirləri  həyata  keçirmək  üçün  respublikanın  xeyrinə  neft 

məhsullarından  ayırmalar  nəzərdə  tutulur.  Bu  qərar  AK(b)P  Siyasi  Bürosunun  iclasında 

qəbul edilmişdi. 

62.  S.H.Ağamalıoğlu  (1867-1930)  –  sosial-demokrat  hərəkatında  1905-ci  ildən. 

1917-ci ildə Gəncə fəhlə və  əsgər deputatları Sovetinin tərkibinə seçilmişdi. 1920-ci ilin 

aprelindən  sonra  xalq  torpaq  komissarı,  Azərbaycan  MİK-in  sədr  müavini,  sonra  sədri 

olmuşdur. 1922-ci ildə ZSFSR MİK-in sədrlərindən biri seçilmişdir, SSRİ MİK Rəyasət 

Heyətinin üzvü olmuşdur. 

63. Seçilmiş əsərlərinin III cildinə daxil edilmişdir. 

64. A.F.Myasnikov (1886-1925) – 1906-cı ildə RSDFP üzvü. Oktyabr inqilabından 

sonra  Qərb  cəbhəsinin  baş  komandanı,  sonra  Belorusiya  MİK-in  sədri.  1919-1920-ci 

illərdə  hərbi  təşkilatçı  və  RK(b)P  Moskva  Komitəsinin  katibi.  1921-ci  ildə  Ermənistan 

Xalq  Komissarı  Sovetinin  sədri  və  hərbi  işlər  üzrə  xalq  komissarı.  1922-ci  ildə  ZSFSR 

İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi. 

65.  F.A.Rotşteyn  (1871-1953)  –  Sovet  tarixçisi  və  ictimai  xadimi.  1901-ci  ildən 

RSDFP  üzvü.  Böyük  Britaniya  Kommunist  Partiyasının  yaradılmasında  iştirak  etmişdir 

(1920-ci il). 1920-ci ildən sovet diplomatik, ictimai və partiya işində, 1921-1922-ci illərdə 

RSFSR-in  İranda  səlahiyyətli  nümayəndəsi,  Xalq  xarici  işlər  komissarlığı  kollegiyasının 

üzvü (1923-30). 

66.  S.M.Əfəndiyev  (1887-1938)  –  1904-cü  ildən  RSDFP  üzvü.  RSDFP  Bakı 

Komitəsi yanında “Hümmət” qrupunun rəhbərlərindən biri. 1917-ci ildən RSDF(b)P Bakı 

Komitəsinin  üzvü.  1919-cu  ilin  avqustunda  Həştərxanda  dəmir  polka  daxil  olmuş,  bir 

qədər  sonra  RK(b)P  MK  yanında  Şərq  xalqları  kommunist  təşkilatlarının  Mərkəzi 

bürosunun  sədr  müavini  təyin  edilmişdi.  1919-cu  ilin  iyunundan  Milli  işlər  üzrə  xalq 

komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar. 1920-ci ilin yayında 




62 

 

Gəncə quberniyasının Fövqəladə komissarı, sonra Gəncə İnqilab Komitəsinin sədri 1921-



ci  ilin  mayından  xalq  torpaq  komissarı  1922-ci  ildən  1924-cü  ilədək  Azərbaycan  SSR 

Xalq FKİ  komissarı.  1924-cü ildən  AK(b)P  MHK  sədri.  1931-ci  ildə  Azərbaycan SSR 

MİK-in sədri seçilmişdi. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur. 

67.  Q.İ.Petrovski  (1878-1958)  –  1897-ci  ildən  RSDFP  üzvü.  1917-ci  ilin 

noyabrından  1919-cu  ilin  martınadək  RSFSR  xalq  daxili  işlər  komissarı.  1919-cu  ilin 

martından  1939-cu  ilədək  Ümumukrayna  MİK-in  sədri.  SSRİ  MİK  sədrlərindən  biri 

olmuşdur. 1926/39-cu illərdə ÜİK(b)P MK Siyasi Bürosunun üzvlüyünə namizəd. 

68. M.F.Şkiryatov (1883-1954) – 1906-cı ildən RSDFP üzvü. 1918-1920-ci illərdə 

Tikişçilər  İttifaqı  MK-nın  katibi,  Moskva  şəhər  Komitəsinin  və  RK(b)P  Moskva 

Komitəsinin üzvü. 1921-ci ildən RK(b)P MK aparatında, partiya sıralarının yoxlanılması 

və  təmizlənməsi  üzrə  Mərkəzi  Komissiyanın  sədri.  1923-1934-cü  illərdə  MHK  Rəyasət 

Heyətinin üzvü. 1923-1927-ci illərdə MHK katibi. Sonralar partiya nəzarəti orqanlarında 

məsul vəzifələrdə çalışmışdır. 

69. H.P.Cəbiyev (1899-1938) – 1918-ci ildən “Hümmət”in üzvü. Bakıda, Gəncədə, 

Şamxorda, Tovuzda, Qazaxda inqilabi iş aparmışdır. 1920-ci ilin aprelindən sonra rəhbər 

partiya  və  sovet  işində  olmuşdur;  1922-1923-cü  illərdə  “Təzə  Şərq”  jurnalının;  1923-

1926-cı  illərdə  “Kommunist”  qəzetinin  redaktoru.  AK(b)P  MK-nın  kəndlərdə  iş  üzrə 

şöbəsinə müdirlik etmiş, SSRİ kolxozmərkəzin sədr müavini, SSRİ Xalq yeyinti sənayesi 

komissarlığı  siyasi  idarəsinin  rəis  müavini  olmuşdur.  Ləkəlnmiş  və  repressiya 

olunmuşdur. 

70.  R.M.Hüseynov  (1891-1937)  -  26  Bakı  komissarları  sırasında  güllələnmişdir. 

İnqilabi hərəkatda  1905-ci  ildən. 1919-cu ildən  “Hümmət”in  üzvü. 1919-1920-ci  illərdə 

Qafqaz  RK(b)P-nın  məsul  təşkilatçısı  və  təbliğatçısı.  1920-ci  ilin  aprelindən  sonra  Bakı 

Soveti Rəyasət Heyətinin üzvü və Bakı qəza İnqilab komitəsinin sədri. Sonralar partiya və 

sovet işində. Ləkələnmiş və repressiya olunmuşdur. 

71. M.Z.Quliyev (1893-1938) – 1918-ci ildən “Hümmət”in üzvü. Kiyevdə, Bakıda 

inqilabi  iş  aparmışdır,  1920-ci  ilin  aprelindən  sonra  Lənkəran  qəza  İnqilab  Komitəsinin 

sədri,  AK(b)P  Qara  şəhər  rayon  komitəsinin  katibi,  Azərbaycan  SSR  xalq  maarif 

komissarı,  Çimkənd  şəhər  komitəsinin  katibi,  Odessa  vilayət  partiya  komitəsinin  şöbə 

müdiri. Ləkələnmiş və repressiya olunmuşdur.  

72.  D.X.Bünyadzadə  (1888-1938)  –  1908-ci  ildən  RSDFP  üzvü.  “Hümmət”in 

rəhbərlərindən  biri.  1918-ci  ilin  payızından  Həştərxanda  Zaqafqaziya  müsəlmanlarının 

işləri üzrə komissarlığın sədri. 1919-cu ilin iyulunda RK(b)P MK tərəfindən gizli partiya 

işi üçün Azərbaycana göndərilmişdir. 1920-ci ilin aprelindən sonra xalq maarif komissarı, 

xalq  FKİ  komissarı,  xalq  torpaq  komissarı,  Dövlət  Plan  Komitəsinin  sədri,  Azərbaycan 

SSR  Xalq  Komissarları  Sovetinin  sədri,  ZSFSR  xalq  torpaq  komissarı  vəzifələrində 

çalışmışdır.  

73.  Nəcəf  Nərimanov  (2.12.1919,  Moskva  –  19.9.1943,  USSR  Bolnoxova  ş.)  – 

N.Nərimanovun oğlu. Böyük Vətən müharibəsi qəhrəmanı, qvardiya baş leytenantı. 1942-

ci  ildən  Sov.İKP  üzvü.  Moskvada  orta  məktəbi  bitirmiş,  1938-ci  ildə  Sovet  ordusuna 




63 

 

çağırılmışdır.  Kiyevdə  hərbi  məktəb  qurtarmışdır  (1940).  Böyük  Vətən  müharibəsi 



illərində  tank  vzvod  komandiri  olmuş,  Stalinqrad  və  Donbasın  azad  edilməsində 

fərqlənmiş,  Volnoxova  şəhəri  uğrunda  gedən  döyüşlərdə  qəhrənmancasına  həlak 

olmuşdur. 

 

 




64 

 

MÜNDƏRİCAT 



Müqəddimə ………………………………………………………………...3 

Ucqarlarda inqilabımızın tarixinə dair……………………………………11 



Əlavə………………………………………………………………………61 

N.Nərimanovun V.İ.Leninə məktubu…………………………………….62 

Oğluna bitməmiş məktubu………………………………………………..64 

Qeydlər…………………………………………………………………….68 

 

 



 


65 

 

Нариман Наджаф оглы Нариманов 



К ИСТОРИИ НАШЕЙ РЕВОЛЮЦИИ В ОКРАИНАХ 

(Письмо И.В.Сталину) 

(на азербайджанский язык) 

Баку – Азернешр – 1992 

 

Nəriman Nəcəf oğlu Nərimanov 



UCQARLARDA İNQİLABIMIZIN TARİXİNƏ DAİR 

(İ.V.Stalinə məktub) 

 

Bədii redaktoru T.Məlikov 



Texniki redaktoru S.Şahbazova 

Korrektorlar Rəfiqə Qənbər qızı, Z.Qasımova 

ИБ № 5578. 

 

Yığılmağa verilmiş 2.10.91. Çapa imzalanmış 24.01.92. Ədəbi qarnitur. 



Yüksək çap üsulu ilə. Formatı 84x108

1

/



32

. Mət. kağızı № 2. Şərti çap vərəqi 4,20 

Şərti rəngli surəti 4,41. Uçot nəşr vərəqi 4,4. Tirajı 27000. Sifariş 395. 

 

Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi. 



Xalqlar Dostluğu ordenli Azərbaycan Dövlət Nəşriyyatı, Bakı  370005. 

Hüsü Hacıyev küç. № 4. 

Mətbuat İstehsalat Sənaye birliyi. “Qızıl Şərq” mətbəəsi. 

Bakı, Həzi Aslanov küçəsi, 80. 

Государственный комитет Азербайджанской Республики по печати 

Азербайджанское ордена Дружбы народов государственное 

издательства «Азернешр». Баку 370005, ул. Гуси Гаджиева, 4. 

Производственное промышленное объединение по печати. 



Типография «Гызыл Шарг» Баку, ул. Ази Асланова, 80. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə