NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   ...   25

 

olur  ki,  Azərbaycan  və  Zaqafqaziya  partiya  təşkilatlarının  bəzi  rəhbərlərilə  Nərimanov 



arasındakı həmin məsələyə dair ixtilafların əsas səbəbi bu sahədəki əyintilər idi.  

Yetmiş səhifədən bir qədər artıq olan bu məruzədə Nərimanov dəfələrlə təkrar edir 

ki,  öz  fikir  və  müşahidələrini  gələcək  nəsillərə,  deməli,  bizimlə  sizə,  əziz  oxucu, 

çatdırmaq istəmişdir. 

*     * 

Məktubun  mətni  bütünlüklə  verilmiş  və  fikrin  ifadə  tərzi  olduğu  kimi  qalmışdır. 



Müəllif  abbreviaturası  –BEKA,  FEKA,  EMKA  saxlanmışdır.  BEKA  –  Azərbaycan 

kommunist  partiyası  Bakı  komitəsi,  FEKA  –  Azərbaycan  Fövqəladə  komissiyası  (AZ. 

FK), EMKA – AK (b) P-nın Mərkəzi Komitəsi. Mətndə sözlərin altından xətt çəkilməsi, 

sözün  seyrək  hərflərlə  yazılması,  nöqtələr  Nərimanova  məxsusdur.  Mətnə  mənaya  görə 

çatmayan sözlər əlavə edilmiş və bu sözlər böyük mötərizəyə alınmışdır. 

Kitaba  daha  iki  sənəd  –  N.Nərimanovun  V.İ.Leninə  məktubu  və  Böyük  Vətən 

müharibəsində  həlak  olmuş  oğlu  Nəcəf  Nərimanova  bitməmiş  məktubu  da  əlavə 

edilmişdir.  

Bu  iki  məktubda  N.Nərimanov  bolşevizmin  labüd  məhvi  haqqında  İ.V.Stalinə 

yazdığı məktubunun mətnini daha da konkretləşdirir. 

 

Akademik Püstəxanım ƏZİZBƏYOVA 



 

 



 

III variant 



(axırıncı) 

 

 



Surəti 

Murtuzov 2-18-31 

Otaq № 44                                                                                                                                                           

Məxfi 

 

 

MƏRKƏZİ KOMİTƏYƏ 

 

YOL (İ.V.) STALİNƏ 



 

SURƏTİ: YOL. (L.D.) TROTSKİYƏ 



 

YOL. (K.B.) RADEKƏ 



 

 

UCQARLARDA İNQİLABIMIZIN 

TARİXİNƏ DAİR 

 

 

1) Şərq məsələsi 

2) Azərbaycandakı vəziyyət 

 

 


 

İyun 1923-27 may 1924-cü il. 



 

1919-1920-ci illərdə RSFSR Xalq xarici işlər komissarlığı yanında Şərq şöbəsinin 

müdiri  olduğum  zaman,  mən  yol.  Çiçerinin

14

  Şərq  siyasətini  düzgün  başa  düşməməsi 



barədə dəfələrlə qeyd etmişəm. 

RKP  MK  arxivində  yəqin  ki,  mənim  məruzələrim  qalır,  bu  məruzələrimdə 

Türküstanda  siyasətimiz  haqqında,  bizim  Əfqanıstana,  Türkiyəyə,  İrana  və  s.

15

 



münasibətimiz barədə öz fikrimi ardıcıl olaraq söyləmişəm. 

Bütün  bu  məruzələrin  əsas  qayəsini  belə  bir  mülahizə  təşkil  edir  ki,  biz  Qərbə 

həddən  artıq  aludə  olub  Şərqdən  uzaqlaşırıq  və  inqilabımızın  ilk  günlərində  bizim 

çağırışlarımızla  qazanılan  nə  varsa,  onu  itiririk.  Qazanılan  isə  çox  şey  olmuşdu:  bizim 

məzlum  Şərqi  xarici  zülmkarlardan  azad  etmək  və  Şərqə  öz  həyatı  ilə  azad  yaşamaq 

imkanı vermək vədimiz hamını Sovet Rusiyası ətrafında birləşdirirdi. 

Bütün  diqqət  bizim  tərəfə  yönəldilmişdi  və  elə  bir  an  var  idi  ki,  Şərq  siyasətini 

düzgün  yürütsəydik,  biz  indi  Avropaya  hökm  edə  bilərdik.  Hələ  19-cu  ildə  bu 

məruzələrdən birində mən deyirəm: ”Yoldaş Çiçerin radio vasitəsilə Qərbdə sosial inqilab 

doğurmaq  istəyir,  lakin  bu  indi  olmayacaq,  belə  ki,  biz  dağıdıcı  müharibədən  sonra 

kapitalistlərə öz fəhlələri ilə “razılaşmaq” imkanı vermişik, buna görə də Avropada sosial 

inqilab uzun sürən xarakter daşıyacaqdır və i.a.” 

MK çox güman ki, mənim bu sözlərimə əhəmiyyət vermirdi, lakin bir ildən artıq 

keçdikdən sonra, əgər səhv etmirəmsə, bu fikri Kominternin  konfransı təsdiq etdi. 

Bundan  sonra  yol.  Çiçerin  mənə  yazır  ki,  indi  biz  Şərq  siyasətinə  xüsusi  diqqət 

yetirməli oluruq və “Məzlum Şərqin azadlığı” şüarı günün şüarıdır və i.a.

16 

Bəlkə Şərq xalqlarının qurultayının çağırılması buna görə olmuşdur



17

Qurultayın  ümumi  təəssüratı  belə  idi:  biz  Şərq  xalqları  nümayəndələrinə 



göstərmək istəyirdik ki, necə gözəl və çox danışmağı bacarırıq, bizdə fotoqrafiya işi necə 

təkmilləşib ki, natiqləri bütün pozalarda çəkirlər və ... başqa heç bir şey. 

Lloyd  Corc

18

,  Şərq  xalqları  nümayəndələrinin  əllərində  siyrilmiş  xəncərlər, 



reolverlər,  qılınclar,  bıçaqlar  tutub  Avropa  kapitalına  hədə-qorxu  gələn  fotoşəkli  alıb 

yəqin  ki,  gülümsəmiş  və  yol.  Çiçerinə  yazmışdır:  “biz  Sovet  Rusiyası  ilə  ticarət 

əlaqələrinə dair danışıqlar aparmağa razıyıq”. 

Bundan sonra mən yol. Çiçerindən ikinci məktub alıram, bu məkubda o, yazır ki, 

İran inqilabçılarına hər cür köməyi dayandırmaq lazımdır, belə ki, bu, İngiltərə ilə əlaqə 

yaratmaqda bizə mane olur. 

Mən  təsdiq  edirdim  ki,  İranda  azadlıq  hərəkatını  biz  öz  əlimizlə  boğmuşuq,  ona 

görə ki, Lloyd Corca belə lazım idi. Ona görə ki, Şərq siyasətini yoldaşlarımızın bəziləri 

belə başa düşürdülər. 

Əslində  yol.  Çiçerinlə  mənim  məqsədim  bir  idi,  yəni  Avropada  tez  bir  zamanda 

sosial inqilab doğurmaq və bununla da vəziyyətimizi xilas etmək. 

                                                           

 

Görünür N.Nərimanov Kominternin III Konqresinin (iyun-iyul 1921-ci il) qərarlarını nəzərdə tutur. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə