NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   ...   25

12 

 

Bu  zaman  mən  Moskvaya  RKP  MK-ya  çağırılmışdım  və  burada  mən 



Azərbaycanda bizim gələcək işimiz haqqında öz məruzəmlə çıxış etdim (iştirak edirdilər 

Stasova


31  

RKP MK katibi; Smilqa

32

 və familiyası yadımda qalmayan məsul yoldaşlardan 



biri). 

Ümumiyyətlə, məruzənin bütün əsas müddəaları bəyənilmişdi. 

Əsas məsələlərdən başlıca olaraq aşağıdakılar irəli sürülmüşdü: 

1)

 



Qərbdə  bizim  arzu  etdiyimiz  inqilabın  gecikdiyini  və  uzun  sürən  xarakter 

daşıyacağını  nəzərə  alaraq,  biz  gərək  Şərqlə  əlaqə  yaradaq  ki,  Avropanı  bizimlə 

danışmağa məcbur etmək məqsədilə cəbhəni yarıb bununla da mühasirədən çıxaq. 

2)

 



Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli 

şəraitlə  hesablaşmalı,  müstəqil  nümunəvi  Sovet  Respublikası  yaratmalıyıq  ki,  Şərq 

zəhməkeşləri, birincisi; bizim işğalçı imperialist  məqsədlərimizin olmadığını bilsinlər  və 

ikincisi; onlar görsünlər və hiss etsinlər ki, öz həyatlarını xanlarsız, bəylərsiz və başqaları 

olmadan qura bilərlər. 

3)

 



İri sənaye müəssisələrini ələ keçirərək, kiçiklərə toxunmamaq və ticarətə icazə 

vermək. 


  O  zaman  mən  axırıncı  bəndin  ümumrusiya  miqyasında  da  həyat  keçirilməsini 

hələ cəsarətsiz təklif edirdim. 

  Mən hələ o zaman qəti əmin idim ki, biz buna gəlib çıxacağıq, lakin belə bir fikri 

yaxın qoymurdum ki, bizim rejimdə küçələrdə sərxoşlar uzanıb qalacaqlar... 

  Beləliklə, Qafqaza yola düşüb orada müstəqil nümunəvi Sovet respublikası təşkil 

etmək  və  bununla  da  Şərqə  pəncərə  açmaq  üçün  mənə  lazım  olan  vaxt  gəlib  keçdi  (bir 

ildən sonra). 

  Yola  düşməzdən  qabaq  yol.  Lenin  məni  qəbul  etdi  və  yuxarıda  göstərilmiş 

layihəmi bəyəndi, xeyir-dua verdi. 

Bakıya  gedən  zaman  hələ  yolda  ikən  öyrəndim  ki,    Bakı  bizim  qonşularımız 

tərəfindən alınmışdır.  

Bu, bir qədər dəqiq deyil. 

Bizim  qoşunlar  maneəsiz  şəhərə  girmiş  və  əhali  onları  mehribancasına 

qarşılamışdı. 

Sən demə,  müsavat  hökuməti, hər şeydən  naümid olub, akt tərtib etmişdi, burada 

deyilirdi ki, hakimiyyət müsəlman kommunistlərə verilir... 

Biləcəridə  məni  bəzi  yoldaşlar  qarşıladılar  və  görünür  mənim  gəlişimə  çox 

sevinirdilər. 

 “Bəlkə Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır?” 

Onlar belə dedilər. 

Mən onları sakitləşdirdim və gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim. 

İnqilab  komitəsinin  Rəyasət  Heyəti  o  zaman  məndən  (sədrdən),  Mirzə  Davud 

Hüseynovdan (müavindən) və bir nəfər üzv Qarayevdən ibarət idi. 

“Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”. 




13 

 

Bəzi  yoldaşlar  məni  (onların  arasında  nə  Qarayev,  nə  Hüseynov  var  idi)  bu 



sözlərlə qarşılamışdılar. 

İşlərlə  tanış  olduqdan  sonra  mən  İnqilab  Komitəsinin  Rəyasət  Heyətinin  iclasını 

təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yol. Pankratovu

33

 dəvət etdim. 



Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim 

güllələnməsin. 

Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar. 

Beləliklə, hər şey əvvəlki kimi davam edirdi... 

Sonra,  Moskvaya  yola  düşməzdən  əvvəl  yol.  Orconikidze  nəyə  görə  isə  Mərkəzi 

Komitədə belə bir məsələ qoydu: 

“Azərbaycan  Respublikası  müstəqilmi  yaşamalı,  yaxud  tərkib  kimi  Sovet 

Rusiyasına daxil olmalıdır?”. 

MK üzvləri – Qarayev, M.D.Hüseyov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir 

müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına

34 

birləşdirməliyik... 



Sonra  Orconikidze  mənə  müraciət  etdi  və  soruşdu:  “bu  məsələ  barədə  siz  nə 

fikirləşirsiniz, sizin rəyiniz mənim üçün vacibdir”. 

Mən  qəti  şəkildə  bildirdim:  ”Azərbaycan  Respublikası  Gürcüstan  və  Ermənistan 

sovetləşdirilənədək müstəqil olmalıdır, sonra isə baxarıq...” 

Daha  bir  hadisə  məni  vadar  etdi  ki,  ətrafımdakılara  –  Azərbaycanın  taleyini  həll 

edənlərə diqqət yetirim. 

Bir  dəfə,  məşhur,  hörmətli  bir  qadın  gözü  yaşlı  yanıma  gəlib  ailəsinin  namusunu 

qorumağı xahiş edir. 

O aşağıdakıları danışdı: 

“Hökumət  üzvü  M.D.Hüseynov  qızıma  evlənməyi  təklif  etmiş,  lakin  qızım  ona 

rədd cavabı verib - başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. 

İndi  hər  gecə  EFKA -nın  agentləri  evimə  girib  axtarış  aparır  və  mənim  evimdə 

gələcək  kürəkənimi  axtarırlar.  Uşaqlar  tamam  əsəbi  olublar  və  demək  olar  ki,  gecələr 

yatmırlar. 

Mən bildirirəm ki, bu, M.D.Hüseynovun işləridir, xahiş edirəm məni müdafiə edin 

və i.a. və i.a.”. 

Onu sakitləşdirib Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım. 

O qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: 

“Arxayın olun, daha bu, təkrar olmayacaqdır”. 

Bir  müddət  keçdikdən  sonra  yenə  bu  qadın  gəlib  onu  daha  heç  kimin  narahat 

etmədiyini bildirdi və mənə təşəkkür etdi. 

Bu  əhvalat  məni  belə  bir  sual  üzərində  düşünməyə  məcbur  etdi,  mən  kimlərlə 

işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir. 

                                                           

 

EFKA-FK-fövqəladə komissiya (ÇK)



 


14 

 

Buna  qədər  mən  Hüseynovun  və  onun  məsləkdaşı    Qarayevin  çıxışlarına  o  qədər 



də əhəmiyyət vermirdim, lakin bilirdim ki, Hüseynov Müsavat partiyasının keçmiş katibi 

kimi və Qarayev menşevik kimi 18-ci ildə bizə qarşı çıxış edirdilər. 

Mən  Qarayevi  yetkinləşmiş  bir  oğlan  uşağı  kimi,  lakin  Hüseynovu  aşkar,  qatı 

millətçi kimi tanıyırdım. 

Hələ  dünənə  qədər  o,  Hüseynov,  məni  ona  görə  söyürdü  ki,  mən  bir  kommunist 

kimi 18-ci ildə azərbaycanlı kütlələrə Rusiya fəhlələrilə birləşməyi təklif edərkən, millətin 

mənafeyini satmışam. 

İndi isə 20-ci ildə o, mənə qarşı çıxış edərək, hər yerdə məni millətçi kimi qələmə 

vermək istəyir. 

Hüseynov yol. Çiçerinə yazır: 

“Nərimanov  sağ  qanadda  durur,  məncə  sol,  belə  bir  şəraitdə  çətin  ki,  onunla 

işləmək mümkün olsun”. 

Mənim  üçün  bir  şey  aydın  idi:  Hüseynov  da,  Qarayev  də  öz  keçmişlərindən 

qorxurdular  və  hazırda  heç  bir  qüvvəyə  malik  olmadıqları  üçün  solluq  oyunu  oynamalı 

idilər... 

Onların keçmişini və daxili aləmini bəyənməyənlər, onlara inanıb təqdir edir və elə 

bilirlər ki, bununla inqilaba xeyir gətirirlər. 

Mən isə elə fikirləşmişəm və fikirləşirəm ki, ziyan gətirirlər. 

Orconikidze  və  Kirov  Zaqafqaziya  respublikalarının  iqtisadi  şuralarını 

birləşdirmək barəsində M.D.Hüseynovun bir ay ərzində öz fikrini necə dəyişməsinin canlı 

şahididirlər. 

Onlar   müsəlman  fəhlələrinin  inkişaf  səviyyəsini  qaldırmağın  zəruriliyi  haqqında 

mənim tələblərimdə milli meyl görürdülər. 

Mən  bunu  ona  görə  tələb  edirdim  ki,  Bakıda  poletariatın  əksəriyyəti  müsəlman 

fəhlələr idi. 

Halbuki  hazırlıqsızlıq  və  aşağı  inkişaf  səviyyyəsinin  nəticəsi  olaraq  bu  əsl 

proletarlar, rus, erməni fəhlələri kimi dövlət quruculuğunda iştirak etmirdilər. 

Mən  Bakı  konfransının  tarixi  bir  iclasını  heç  vaxt  yadımdan  çıxarmaram.  Bu 

iclasda  yol.  Sərkisin

35 


(BEKA-nın  katibi)  BEKA-nın  fəaliyyəti  haqqında  məruzəsindən 

sonra, bir sıra müsəlman fəhlələr çıxış edib eyni şeyi təkrar edirdilər: 

“Yol. Sərkis düz danışmır. BEKA müsəlman fəhlələr üçün heç bir iş görmür, biz 

yol.  Sərkisdən  bir  neçə  dəfə  xahiş  etmişdik  ki,  bizim  vəziyyətimizə  diqqət  yetirsin, 

məktəblər  açdırsın,  bizim  dilimizi  bilən  komitə  katibləri  təyin  etsin  və  i.a.və  i.a.,  lakin 

indiyə qədər heç bir iş görülməmişdir”. 

Fəhlələrdən biri öz nitqini aşağıdakı sözlərlə bitirdi: 

“Bu  konfrans  yol.  Sərkisin  bizə  olan  qayğısını  göstərir.  Baxın,  burada  nə  qədər 

müsəlman fəhlələr var, nə üçün konfransın yalnız dörddə birini müsəlman fəhlələr təşkil 

                                                           

 

M.D.Hüseynov, Ə.Qarayev nəzərdə tutulur. 



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə