NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   10   ...   25

17 

 

Hüseynov büzüşdü və mənə nə isə kəkələməyə başladı. 



Mən onu sakitləşdirdim. 

Vəziyyətdən  çıxmaq  üçün  beş  dəqiqə  qabaq  yol.  Lominadzeni  mənə  qarşı  çıxış 

etməyə təhrik edənləri  müdafiə etməyə məcbur oldum. 

Mən  bütün  bunları  öz  fəaliyyətimin  səciyyəvi  cəhəti  kimi  misal  gətirirəm  və 

(çünki) 1) bəylərin hazır,  boş  malikanələrinə  od vurmağı  –  təkcə  ona  görə  ki,  Rusiyada 

belə  etmişdilər  –  təklif  edərək  necə  solluq  oyunu  oynamalarını  sübut  etmək,  2) 

Azərbaycanda  sabit  vəziyyəti  saxlamaq  üçün,  mən  həmişə,  MK-nın  iclaslarında  öz 

düşmənlərimin  fəaliyyətini  tənqid  etdiyim  halda,  böyük  rəsmi  və  qeyri-rəsmi 

yığıncaqlarda isə onları müdafiə etmişəm.  

Əgər bu adamlarda mərdlik varsa, onlar özləri bunu təsdiq edə bilərlər. 

Bununla  yanaşı  qarşı  tərəfin  Şatunovskaya

39

,  Artak



40

  və  başqaları  kimi  müəyyən 

casusları  var  idi  ki,  partiya  və  qeyri-partiya  yığıncaqlarında  mənim  adım  onların 

dillərindən düşmürdü. 

Mənim  məsləkdaşlarım  çox  vaxt  hərəkətimdən  qəzəblənirdilər,  onlar  açıq döyüşə 

girməyi  məndən  tələb  edirdilər;  mən  cavab  verirdim  ki,  bizim  vəziyyətimiz  buna  imkan 

vermir. Onlar solluq oyunu oynayırlar, lakin mənim gələcəkdə böyük planım vardır. 

Biz  var  qüvvəmizlə  çalışmalıyıq  ki,  həyatımızda  pozğunluq  olmasın,  heç  olmasa 

bununla Sovet  Rusiyasının  vəziyyətini bir qədər  yüngülləşdirək. Sovet  Rusiyasız biz elə 

sabah  mövcudluğumuza  son  qoyarıq,  buna  görə  də  bizim  bütün  səylərimiz  Sovet 

Rusiyasının müntəzəm neft almasına yönəldilməlidir. 

Mən  solluq  oyunu  oynayanları  və  Mərkəzin  nümayəndələri  Serqonu  da  mərdliyə 

çağırıram ki, desinlər bizim şüarımız bu olmamışdırmı. 

Bəlkə dartayçı müsəlman fəhlələri tətilini yadlarına salsınlar. 

Məhz ş ü a r: 

Sovet Rusiyası neftsiz məhv olar, onunla birlikdə isə biz məhv olarıq. 

Hüseynov, Sərkis və ya onların Şatunovskaya kimi casusları müsəlman fəhlələrin 

yığıncağına belə bir şüarla çıxmağa cəhd edə bilərdilərmi. 

Özümü  belə  aparmağım  nəticəsində  həmfikirlərimin  bir  qismi  məni  “sol”  qrupa 

münasibətdə zəiflik göstərməkdə ittiham edərək məndən üz döndərdilər. 

Onlar  açıq  döyüş  və  ya  bu  qrupun  fəaliyyəti  barədə  mərkəzə  məlumat  verməyi 

tələb edirdilər. 

Mən artıq demişdim ki, birincini mən siyasi mülahizəyə görə rədd edirdim, ikinci 

məsələ  üzrə  isə  məndən  asılı  olan  hər  şeyi  edirdim.  Mən  bir  neçə  dəfə  yol.  Leninə,  yol. 

Stalinə  yazmışdım,  şəxsi  görüşlərim  zamanı  demişdim.  Nəhayət,  yol.  Stalin  gələndən 

sonra,  o,  məsul  yoldaşların  yığıncağında,  xüsusilə  AKP  MK  iclasında,  Azərbaycanda 

bizim  siyasətimiz  və  taktikamız  haqqında  mərkəzin  fikrini  olduğu  kimi  qeyd  etmişdi. 

Bununla  belə,  bir  cəhət  xarakterik  idi:  öz  nitqini  qurtardıqdan  sonra,  yol.  Stalin 

Qarayevdən qısa bir məktub aldı:  

“Deməli, qoca haqlıdır” (yəni mən).  

Stalin cavab verdi: 



18 

 

“Əgər o bunu demişdirsə, onda o, haqlıdır”. 



RKP  Siyasi  Bürosunda  mənim  məruzəmdən  sonra  AKP-nın  xüsusi  direktivləri 

tərtib olundu. 

Yeri gəlmişkən, deməliyəm ki, Siyasi Büronun iclasında yol. Lenin mənim fikrimi 

soruşduqda mən dedim: 

“Ya  mənə  bu  qrupla  açıq  döyüşə  girməyə  icazə  verin,  onda  mən  onu  tez  məhv 

edərəm, ya da qoy RKP MK ona solluq oyunu oynamağı qadağan etsin”. 

Birincini  o  qəti  rədd  etdi:  ikinci  təklif  üzərində  dayanaraq,  məsələni  məşhur 

direktivlərin tərtib edildiyi komissiyaya verməyi təklif etdi. 

Bu  direktivlərlə  yol.  Molotov

41

  məxsusi  olaraq  Bakıya  gəlmiş,  məsul  yoldaşların 



iclasında çıxış edib direktivlərin əhəmiyyətini onlara izah etmişdi. 

Məni  zəif  fəaliyyət  göstərməkdə  ittiham  etmək  düzgün  deyil.  Bəzi  gənc 

yoldaşların fitnəkarlıqlarına uymamaq üçün mən  öz vəzifəmi çox yaxşı başa düşürdüm, 

sonralar  bu  yoldaşlar  vəzifələrini  itirməmək  qorxusu  üzündən,  məndən  uzaqlaşmışdılar, 

mən onları alverçi kommunistlər adlandırardım. 

Bunun    əvəzində  mənimlə  1906  və  1911-ci  illərdən  stajı  olan  sınanmış  yoldaşlar 

və bütün müsəlman fəhlələr qaldılar. Kəndlilər haqqında hələ danışmıram. 

Lakin “sol” qrupa haqq qazandırmaq lazımdır, bu qrup gözdən pərdə asmaq üçün 

həmişə deyirdi: 

“Bizim  yol.  Nərimanova  qarşı  heç  bir  pis  niyyətimiz  yoxdur,  lakin  onun 

ətrafındakılar dözülməzdirlər”. 

Qəribə  burasıdır  ki,  bu  bəzi  “ətrafdakılar”  gedəndən  sonra,  onlar  birbaşa  sol 

qrupun qolları arasına düşdülər. 

Yeri  gəlmişkən,  mənim  ətrafımdakılardan  biri  B.Şahtaxtinski

42 

idi.  Mən  onun 



oğurluğunun  üstünü  açdıqdan  sonra  birbaşa  Serqonun  ağuşuna  düşdü,  yalnız  ona  görə, 

məndən  xəbərçilik  edirdi.  Mən  sədr    Xanbudaqovu

43 

EFKA-dan  əxlaqsızlığına  görə 



qovmuşdum,  o isə Mərkəzi Komitənin katibi seçilmiş və indi də bu vəzifədə kef çəkir... 

Buna bənzər misalları çox gətirmək olardı. 

Əgər buna qalarsa, biz hələ aşağıdakıları da qeyd edə bilərik: 

Mirzə  Davud  Hüseynov  Azərbaycanda  olarkən,  Zaqafqaziya  Respublikalarının 

birləşməsi  ideyasını  müdafiə  edirdi,  lakin  Moskvada  o  və  onun  məsləkdaşı  Ruhulla 

Axundov Siyasi Bürodakı məruzələrində birləşməyə qarşı çıxış etmişdilər. Yığıncaqların 

birində  Serqo  Orconikidze  buna  görə  onları  qatı  millətçi  adlandırmış  və  çox  sərt 

danlamışdı, lakin indi yol. Serqoya özünün gürcü və azərbaycanlı düşmənləri ilə mübarizə 

aparmaq  üçün  qüvvələr  lazımdır,  buna  görə  də  o,  M.D.Hüseynovu  Zaqafqaziya  XKS 

sədrinin müavini vəzifəsinə, ikincisini – Ruhulla Axundovu isə (19-cu ildən keçmiş eseri) 

Zaqafqaziya  vilayət  komitəsi  üzvlüyünə  irəli  sürməyi  yalnız  ona  görə  lazım  bildi  ki,  bu 

tiplər mənə qarşı fəaliyyət göstərirdilər. 

Qəribə deyilmi? 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə