NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

21 

 

Qabaqcadan  burjuaziyanın  siyahısı  və  dəqiq  ünvanlarını  tərtib  etmək  və  bu 



məlumatlara əsasən müsadirə keçirmək. 

Günlərin bir günü evlərin nömrələrinə görə müsadirə başlayır. 

Qeyd etmək lazımdır ki, çevrilişdən sonra burjuaziyanın bir çox evlərində fəhlələr, 

sovet qulluqçuları və kommunistlər yerləşirdilər. 

Beləliklə,  bir  çox  kommunistlər,  sovet  qulluqçuları,  kasıblar  və  hətta  fəhlələr  də 

qarət edilmişdi. 

Öz  evlərində  deyil,  kiçik  mənzillərdə  yerləşən  burjuaziyanın  əksəriyyəti  isə 

müsadirədən yaxa qurtarmışdı. 

Bu, plansız əsl qarət idi. 

Nəticədə fəhlələr nə əldə etdilər? 

Fəhlələrin bir qismi nimdaş pal-paltar, bir qismi isə heç bir şey almadı. 

Bu düşünülməmiş müsadirənin təşkilatçılarını iclaslarda fəhlələrin özləri dəfələrlə 

məzəmmət etmişdilər. 

Nəhayət,  təşilatçıların  özləri  böyük  səhvə  yol  verdikləri  haqqında  danışmağa 

başladılar. Bu səhvlər bütün Azərbaycan boyu təkrar edilirdi. Bütün bunlara göz yummaq 

olmazdı,  təftiş  təyin  edildi.  Nəticədə  şeylərin  düzgün  bölüşdürülməməsi,  təşkilatçıların 

hər  şeydən  qabaq  özlərini  yaddan  çıxarmaması,  əsas  ilhamverici  yol.  Sərkisin 

himayədarlığı altında şeylərin itməsi və i.a. haqqında bir cild iş tərtib edilmiş oldu. 

Bu  barədə  çox  yazmaq  olardı,  lakin  adamların  fəhlələr  arasında  ucuz  populyarlıq 

axtarmasını göstərmək üçün mən hələlik bununla kifayətlənəcəyəm. 

Səciyyəvidir ki, ciddi, şüurlu fəhlələr kasıbların da qarət olunmasını bildikdə, onlar 

müsadirə olunmuş şeyləri götürməkdən imtina etdilər.. 

Sərkis kimi heç kim fəhlələrin mənəviyyatını belə pozmamışdı, Mirzoyan kimi heç 

kim partiyanı belə dağıtmamışdı. 

Mikoyan fəhlələri öz tərəfinə çəkməklə məşğul olmurdu, lakin Sərkis üçün bu adi 

hal idi.. onun müsəlman fəhlələr içərisindən müəyyən “ələ alınmış adamları”

53

 var idi ki, 



onlar hər yerdə qışqırıb Sərkisin əməllərinə haqq qazandırırdılar. 

Bu müsadirə haqqında fars və türk qəzetləri yazmağa başladı, onlar qeyd edirdilər 

ki,  bolşeviklər  müsəlman  qadınların  zorla  tumanlarını  (yubkalarını)  alıb,  əldən-ələ 

ötürürdülər (bu isə qadının namusuna toxunmaq demək idi) və s. 

Sərkis  “möhkəm”,  lakin  stajsız  kommunist  kimi  məşhur  idi.  O  zaman 

Ermənistanın  belə  kommunistlərə  böyük  ehtiyacı  var  idi.  Belə  ki,  o  vaxt  Ermənistan 

hökumətinə rəhbərlik edənlər “zəif” kommunistlər idilər. 

Mən  ona  Ermənistana  getməyi  haqqında  inadla  təklif  edirdim,  lakin  o  razı 

olmurdu. 

Burası da var ki, Ermənistanda işləyən erməni yoldaşlar da onu rədd etmişdilər. 

Nəhayət RKP MK onu Moskvaya geri çağırır. 

Bu “ciddi” kommunistin necə oyun çıxarmasına tamaşa etmək lazım idi. 




22 

 

Guya  başqa  məsələlərlə  əlaqədar  yığıncaqlar  keçirilir,  bu  yığıncaqlarda  isə 



öyrədilmiş  agentlər  onun    Bakıda  saxlanılması  barədə  məsələ  qaldırırdılar.  Müsəlman 

fəhlələrdən hər yerdə öz keçmişi ilə məşhur olan Hacı Baba çıxış edirdi. 

(Mənim  yanımda  AZ.MİK-in  sədri  Hacıbəyov  bu  fəhləni  rüşvətxorluqda  ittiham 

etmişdi). 

O özünü təmizə çıxarmaq üçün heç bir söz deyə bilməmişdi. 

Yeri gəlmişkən, bu fəhlə bir dəfə ona kostyum vermək üçün mənə xahişlə müraciət 

etmişdi, lakin məndən heç bir şey almayıb Sərkisin yanına getmişdi və o fəhlənin xahişini 

yerinə yetirmişdi. 

Mən qəsdən bu fəhlə üzərində dayanıram, çünki o indi də yol. Mirzoyanın əlində 

çox itaətkar bir vasitədir. 

Beləliklə,  yol.  Sərkis  müxtəlif  bəhanələrlə  Bakıda  oturub  yığıncaqlar  keçirməkdə 

davam edirdi, bu yığıncaqlarda RKP MK qərarı amansız tənqid atəşinə tutulurdu. 

Nəhayət,  RKP-nin  bəzi  üzvləri  bundan  xəbər  tutur  və  onun  çıxıb  getməsini  qəti 

surətdə tələb edirlər. 

Burada  başqa  yeni bir komediya:  M.D.Hüseynov  Sərkisin  vaqonunu açmağı  əmr 

edir və şayiə yayılır ki, guya fəhlələr yığılıb onun vaqonunu açıblar. 

Həyasızcasına yalan. 

Bundan sonra da, bu adamlar partiya intizamından danışacaqlar. 

Bu əsl dağıntı, əxlaqsızlıqdır, partiya intizamı deyildir. 

Yeri  gəlmişkən,  MK  Siyasi  Bürosunun  iclasında  yol.  Leninin  yanında  və  ayrıca 

yol. Stalinə, mən demişdim: 

“Bütün bədbəxtlik ondan irəli gəlir ki, “bu möhkəm kommunistlərin” nə etdiklərini 

mən özümə rəva görmürəm”. 

Mən  elə  bu  iclasda  Siyasi  Bürodan  xahiş  etdim  ki,  onlara  qarşı  açıq  döyüşə 

girməyə mənə icazə versə, onların izi-tozu da qalmaz. 

Bir qədər əvvəl dediyim kimi, mənə rədd cavabı verdilər. 

Sərkis Şərq məsələsinə həmişə istehza ilə yanaşırdı. Ən biabırçı bu idi ki, o, Şərq 

məsələsini  milli  məsələyə  çevirmişdi  və  bunu  tutuquşu  kimi  onun  ardınca  pərəstişkar 

Ruhulla  Axundov  təkrar  edirdi,  həmin  o  şəxs  ki,  çevrilişdən  üç  ay  sonra  Musabəyova

54 


(hazırda  ASSR  Xalq  Komissarları  Sovetinin  sədri)  öz  kürəkəninin,  yəni  Həmid 

Sultanovun

55 

hərəkətinin  qarşısını  bir  qədər  almağı  məsləhət  görmüşdü,  belə  ki, 



Axundovun fikrincə o, hissə qapılır və millətin mənafeyinə xəyanət edir (bunu mənə yol. 

Musabəyov bildirmişdi). 

Sərkis və onun məsləkdaşları bax belə adamlardır. 

Nəhayət, Sərkis gedir, onun yerini isə layiqli yoldaşı Mirzoyan tutur. 

Adama  belə  gəlirdi  ki,  həmkarlar  ittifaqının  sədri  kimi  şərəfli  bir  vəzifə  tutan  və 

peşəkar işçi olan yol. Mirzoyan əgər həqiqətən öz işini sevirdisə gərək BEKA-nın katibi 

olmayaydı. Lakin burada iş sevgidə deyil, başqa bir şeydədir... 

Yol. Mirzoyan konfransa qədər BEKA-nın katibi vəzifəsinin icraçısı seçilir. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə