Neriman Qurban indd



Yüklə 3,83 Mb.

səhifə1/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   185


Nəriman 

ƏBDÜLRƏHMANLI

QURBAN

R O M A N   -   X R O N İ K A

(YÜZİLİN “ƏLİ və NİNO” ƏFSANƏSİ)



Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” 

əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. 

Redaktor: Tapdıq Yolçu

Korrektor: Ceyran Abbasova

Təkcə adamlar repressiyaya uğramırlar...

Repressiya qurbanı olan kitablar da var...

Qurban  Səid  imzasıyla  çap  olunmuş,  dünya  bestsellerinə  çev-

rilmiş  “Əli  və  Nino”  romanı  neçə  illərdir  ki,  bitib-tükənməyən 

mübahisələrin mövzusudur. 

Əsəri kim qələmə alıb? Lev Nussimbaum, Muhamməd Əsəd bəy, 

Elfrida fon Ehrenfels, yoxsa Yusif Vəzir Çəmənzəminli?

Yusif  Vəzir  Çəmənzəminlinin  zəngin  və  faciəli  həyatı,  Lev  Nus-

simbaum  və  Muhamməd  Əsədin  (Muhamməd  Əsəd  bəyin  deyil) 

ömür yolu, “Əli və Nino” romanının macəralarla dolu taleyi haqqın-

da  bu  roman-xronika  həmin  sirri  ortaya  çıxarmaq  yolunda  daha  bir 

maraqlı cəhddir.

Nəriman 


ƏBDÜLRƏHMANLI

QURBAN


R O M A N   -   X R O N İ K A

(YÜZİLİN “ƏLİ və NİNO” ƏFSANƏSİ)

ISBN  978-9952-26-

© N.Əbdülrəhmanlı, 2014

© Ãàíóí Íÿøðèééàòû, 2014

Áàêû, ÀÇ 1102, Òáèëèñè ïðîñ., 76

Òåë: (+994 12) 431-16-62; 431-38-18

Ìîáèë: (+994 55) 212 42 37

å-ìàèë: èíôî@ãàíóí.àç

www.ãàíóí.àç



3

Bütün günahsız qurbanların xatirəsinə

Əsərin yazılmasında Yusif Vəzir Çəmənzəminlinin, 

Lev Nussimbaum-Əsəd bəyin, Muhamməd Əsədin həyat 

və yaradıcılığından, xanım Betti Bleyerin 

tədqiqatlarından, eləcə də “Əli və Nino”romanının 

taleyinə həsr olunmuş digər araşdırmalardan, həm də 

arxiv materiallarından istifadə edilib.



5

ÖN SÖZ YERİNƏ

QƏFİL RAHATLIQ



 Yusif Vəzir

 Paris, Berlin, Vyana 

 Mart 1926-cı il

 ...Bu gedişdə səhvin payı nə qədər idi? 

  Vətəndə  olmaq  onu  gözləyən  təhlükələri,  üzləşəcəyi 

mənəvi sıxıntıları, çəkəcəyi əzabları unutdura biləcəkdirmi? 

  Məsləhətləşdiyi  yeganə  adam  –  Ceyhun  bəy  bu  barədə 

susmuş, hər şeyi öz öhdəsinə buraxmışdı, amma qırımından 

bəlliydi  ki,  doğma  adamının  gedişilə  bağlı  əndişələri  var, 

Vətəndəki  hökm-fərmalara  hələ  də  inana  bilmir.  Bununla 

belə,  qürbətdə  keçirdiyi  dörd  il  yarımın  əzabları  onu  irəli 

itələyir, düşünüb-daşınmağa qoymurdu.

 Üç gün əvvəl Berlində görüşdüyü adamın – İbad Əliye vin 

görkəmini xatırladı. Sovet ticarət nümayəndəliyində çalışan, 

tələbələrlə  işə  məsul  olan  həmin  adamı  da  Ceyhun  bəyin 

məsləhətilə  tapmışdı;  daha  doğrusu,  qohumu  Teymur  bəy 

Aslanov  ötən  yay  təhsilini  başa  vurub  Vətənə  qayıtdığına, 

başqa  güman  yeri  olmadığına  görə,  Mir  Abdullayla  yaxşı 




6

münasibətdə  olmuş  İbad,  yəqin  ki,  kömək  əlini  əsirgə-

məyəcəkdi. Nümayəndəliyin binasını tapanda içəri girməmiş, 

heç İbadla orda görüşməyə də can atmamışdı, əl boyda kağız 

göndərmişdi: “İbad yoldaş, Sizi iş saatından sonra elə bu küçənin 

tinindəki meyxanada gözləyirəm. Gəlməsəniz də, sağ olun!” 

 Amma İbad gəldi, sifətində əndişə, gözlərində qorxu, do-

daqlarında  hörmətkaranə  ifadə  vardı;  nəzakətlə  görüşdü, 

hal-əhval tutdu:

 “Sizinlə görüşmək məndən ötrü şərəfdi, – dedi, – isminizi 

çoxdan  eşitmişdim,  kitablarınızın  bir  neçəsini  oxumuşdum, 

İstanbulda bizə göstərdiyiniz qayğını da unutmamışam. Şü-

kür, bir də rastlaşdıq. Mir Abdullaya görə çox kədərləndim, 

yeri behişt olsun”.

  İndi  xatırladı:  düz  yeddi  il  əvvəl  İstanbulda  qarşıladığı 

cavanların  arasında  İbad  da  vardı.  Deməli,  iradəli  oğlandı, 

təhsilini başa vurub, üstəlik, yeni quruluşda özünə yer tuta 

bilib. 

  Müsahibi  ədəb  xətrinə  özünü  rahat  saxlamağa  çalışır, 



nəzərlərisə meyxananın masalarını dolaşır, bir tanış olub-ol-

madığını  yəqinləşdirmək  istəyirdi.  Onun  bu  halı  da  gözlə-

rindən  yayınmamışdı,  buna  görə  də  dərinə  getmək  istə-

məmişdi:


“Sizi  çox  məşğul  eləməyəcəyəm.  Vətənə  çatmaq  üçün 

maddi  yardımınıza  ehtiyacım  var.  Bir  neçə  ay  ərzində 

istədiyiniz ünvana göndərər, ya da oradakı etibarlı adamınıza 

çatdıraram.  Lazımdısa,  borc  iltizamı  imzalamağa  da  hazı-

ram”.

 “Nə iltizam, canım, – İbad qəti etiraz eləmişdi. – Milyon-



lardan söhbət getmir ki. Çox təəssüf, maddi vəziyyətim elədi 

ki, ancaq əlli dollar yardım eləyə bilərəm. Ümidvaram ki, bu 

məbləğə ən azı Moskvaya çatarsınız, orda da Sizi darda qoy-

mazlar”.


 Bir istəmişdi, Vyanada əlinə pul gələcəyi, borcunu elə or-

dan da qaytara biləcəyi ehtimalını açıb desin, amma dilinin 

ucundakı sözləri vaxtında geri qaytarmışdı. Qonağını gözlə-



7

yəndə  sifariş  verdiyi  qəhvələrini  artıq  içib  qurtarmışdılar. 

İbad qəlyanaltı gətirtmək istəsə də qoymamışdı, bu görüşün 

uzanmasını istəmirdi.

 “Nə vaxt imkanınız olsa, bacıma çatdırarsınız, – İbad pulu 

ehtiyatla çıxarıb əlinin altında ona tərəf sürüşdürə-sürüşdürə 

bacısının  ünvanını  demişdi,  –  olmasa,  canınız  sağ  olsun. 

Bəlkə, elə Bakıda rastlaşdıq”.

  Bundan  sonra  İbadın  əlini  bərk-bərk  sıxıb,  dönə-dönə 

təşəkkür eləyib yola salmışdı. Birgə olduqları hər dəqiqə iki-

sini  də  həyəcanlandırırdı,  keçmiş  Rusiya  imperiyasından 

gələn mühacirlərinin qaynaşdığı şəhərdə Fövqəladə Komissi-

ya agentlərinə rast gəlmək ehtimalı kifayət qədər çox idi.

İbad  gedəndən  sonra  Parisdəki  nümayəndəlikdən  aldığı 

puldan  olub-qalana  yüngülvarı  nahar  eləyib  vağzala  tələs-

mişdi: Berlin-Vyana qatarına bilet almaq lazım idi. Hilal bəy 

Münşizadəylə görüşmək təhlükəli olardı, Fövqəladə Komis-

siya  onun  kimi  fəal  adamı  nəzarətsiz  qoymazdı;  Əhməd 

Cəfəroğlunun Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü 

kimi, Berlin və Breslau universitetlətində tədqiqat aparmağa 

gəldiyini  Ceyhun  bəydən  eşitmişdi,  amma  indiki  vəziyyə-

tində onu axtarmaq da ağlasığmaz ehtiyatsızlıq olardı... 

 

***


  ...İkinci  dərəcəli  vaqonun  ikinəfərlik  kupesindəki  yol 

yoldaşı bir az əvvəl ara stansiyaların birində düşüb getmiş-

di.  Yolboyu  danışdığına  görə,  sərhədə  yaxın  bir  yerdə 

malikanəsi  vardı,  yolunu  dörd  uşağı,  bir  də  arvadı 

gözləyirdi.  Təsəvvüründə  malikanəyə  tələsən  atanı,  intizar 

içində onu gözləyən ailəni canlandırıb duyğulandı: hər hal-

da,  belə  bir  sakit  və  rahat  həyatının  olmasını  çox  istəyərdi; 

gecələr də çıraq, ya da şam işığında duyğularını, yaşantıla-

rını kağıza köçürərdi.

  Bayırda  qarlı  çölləri  tutqun  meşələr  əvəz  eləyirdi.  Vya-

naya  yaxınlaşdıqca  tez-tez  rast  gələn  kiçik  stansiyalar  bir-





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   185


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə