Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə185/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   177   178   179   180   181   182   183   184   185

594

tutmaqdasa ona... Münirə mane olurdu. Arvadı başqa dünya-

nın adamıydı, sivil aləmdə özünü naqolay hiss eləyirdi.

 Heç il yarım keçmədi ki, hər şey təzədən dəyişdi...

  Muhəmməd  Əsəd  bostonlu  Polaya  rast  gəldi,  tutduğu 

vəzifə də, Şeyx qızı Münirə də, oğlu Talal da yadından çıxdı. 

Pola Polşa yəhudisiydi, ağlı, təravəti, cəsarətilə onu başdan 

çıxarmışdı. Muhəmməd Əsəd iyirmi beş yaşlı Pola Həmidə 

üçün hər şeyi gözünün altına aldı...

  Tezliklə  əlaqələri  faş  oldu.  Evləndilər,  Pola  islam  dinini 

qəbul  eləyib  Həmidə  adını  götürdü,  amma  dünyəvi  həyat 

tərzindən əl çəkmədi. Məsələdən Pakistan hökuməti də xəbər 

tutdu,  bu  qalmaqlal  Banqladeşin  ölkədən  ayrılmaq  cəhdi, 

BMT-də  Pakistanın  mövqeyini  müdafiə  eləyə  bilmədiyinə 

görə yaranan narazılıqla eyni vaxta düşdü. Muhamməd Əsəd 

kreslosu ilə vidalaşmaq məcburiyyətində qaldı...

  Münirə  də  taleyilə  barışdı,  oğlunu  götürüb  iyirmi  ildən 

bəri çıxdığı Vətəninə qayıtdı...

  Muhamməd  Əsəd  Pola  Həmidəylə  xoşbəxtiydi,  Elza  və 

Münirəylə yaşadığı illərdə rastlaşmadığı rahatlığı onda tap-

mışdı. Az sonra Nyu-Yorkdan Mərakeşə köçdülər, Tanjerdə, 

dəniz kənarındakı villada on iki il yaşadılar. Sonra neçə illər 

Lissabonda ömür sürdülər...

 Axırda  son  mənzili  kimi  Qranadanı,  dağlar  qoynundakı 

Macis  şəhəri  yaxınlığındakı  Marbella  şəhərciyini  seçdilər. 

Dər-əl-Əndəlüs  küçəsindəki  ağ  sütunlu,  dəmir  barmaqlıqlı 

hasara alınmış birmərtəbəli malikanədə sürdüyü rahat həyat 

hər ikisinin xoşuna gəlirdi. Həm də bura izaholunmaz tərzdə 

Səudiyyə Ərəbistanını xatırladırdı, xeyli müsəlman yaşayır-

dı, hətta məscidi də Səudiyyə məscidlərinə oxşayırdı...

 Uşaqları olmadı, bunun günahını nə arvadında, nə özündə 

axtardı, qəbul elədi ki, bu da taleyin məsləhətdi...

  Hərdən  Elzanın  yadigarını  Haynrixi  yadına  salırdı, 

fikirləşirdi ki, yəqin, indi onu büsbütün unudub. Oğlu Talalın 

Amerikada  oxuduğunu,  antropologiyanı  öyrəndiyini,  orda 



595

da yaşadığını, elmi uğurlar qazandığını bilir, hərdən onu çox 

görmək istəyirdi...

  Qonaqları  da  olurdu:  dostu  və  hamisi,  Səudiyyə 

Ərəbistanının sabiq neft sənayesi naziri Şeyx Yamani tez-tez 

təşrif buyururdu, Ər-Riyad qubernatoru Salman müntəzəm 

məktub  yazıb  onu  ölkəyə  çağırırdı. Amma  getmək  fikrində 

deyildi, həyati missiyasını tamamlamaq istəyirdi...

 Boş oturmadı, dostlarının təkidilə “Məkkəyə gedən yol” kita-

bını yazdı, islama necə tapındığını təsvir elədi. Sonra “Yollar 



ayrıcında  İslam”  kitabını  qələmə  aldı,  İslam  haqqında 

düşüncələrini ortaya qoydu. Ardınca “İslam da idarəetmə for-



ması” kitabını araya-ərsəyə gətirdi, illər boyu araşdırdıqlarını 

oxucuya çatdırdı...

 Bu kitabların sayəsində də Qahirə universitetinin profes-

soru seçildi...

 

***


 ...Bütün bunlar həyatının başlıca missiyasına hazırlıq idi: 

Muhəmməd  Əsəd  Qurani-Kərimin  təfsirinə  girişmək 

istəyirdi;  Müqəddəs  Kitabdakı  yəhudilərlə  bağlı  ayələri 

təzədən şərh eləmək fikrindəydi. Sanballı “Quranın ismarışı” 

tədqiqatı onun bu aləmə son sözü olacaqdı...

 “Quran bütün yaşlardan olan adamlar üçün yaradıldığına görə 

hər yaşda olanlar üçün ona yeni münasibət zərurəti doğurur. Bilik 

və dünyagörüşümüzü artırmaq üçün Quranda yeni mənalar axtar-

maq bizim vəzifəmizdi. Quran da ağlın həmişə fəal və Allahın isma-

rışına münasibətlə fəaliyyət göstərməsini tələb eləyir. Allah bu kita-

bı özünü düşünən insanlar üçün göndərib”, – təfsirin yazılması-

nın məqsədini belə izah elədi... 

  Təfsirin  sifarişçisini  də  tapdı:  Məkkədəki  “Rabitatül-

Aləmil-İslam”  mərkəzi  əsərin  yazılmasına  və  nəşrinə  pul 

ayırdı,  kitab  yüz  min  nüsxəylə  nəşr  edilib  Avropadakı 

müsəlmanlara paylanacaqdı. Amma ilk cildi Cenevrədə çap 

olunandan sonra Mərkəz səkkiz nəfərdən ibarət səriştəli ko-

missiya yaratdı ki, əsərə rəy versin.




596

 Heyətin qərarısa gözlənilməz oldu: kitabı yaymaq olmaz, 

zərərlidi,  nəşr  olunmuş  yüz  min  nüsxə  məhv  edilməli, 

Muhamməd Əsəd aldığı məbləği geri qaytarmalıdı. 

 Bu da azmış kimi, elə həmin günlərdə təfsirin bir vaxtlar 

tabeliyində çalışdığı şəxsin – Pakistanın sabiq xarici işlər nazi-

ri Zərifulla Xanın araşdırmalarına həddən artıq çox bənzədiyi, 

Muhamməd Əsədin Həzrəti Peyğəmbərin ilahi mözcüzələrinə 

şəkk  gətirdiyi,  bir  çox  ayələri  şərhində  “Tövrat”a  istinad 

elədiyi,  qəsdən  xristianlar  və  yəhudilərlə  bağlı  ayələrin 

mənasını  dəyişdirdiyi,  mələklərlə  cinləri  eyniləşdirdiyi 

barədə şayiələr dolaşmağa başladı...

 Amma Muhamməd Əsəd komissiya üzvlərini eşitməkdən, 

şayiələri diqqətə almaqdan boyun qaçırdı, üstəlik, kitabı Dar-

ül-Əndəlüsdə çap etdirib yaydı. Sonra onun kitabı möminlərin 

və  ilahiyyatçıların  daimi  mübahisə  hədəfinə  çevrildi. 

Muhamməd Əsədsə uzaq İspaniyada könül rahatlığı içində 

öz həyatını yaşayırdı...

***

 ...Bütün bunlar çox-çox əvvəllər olmuşdu, amma hələ də 



qocanın yadındaydı...

  ...Boz  pencək,  tünd  rəngli  şalvar,  qəhvəyi  köynək  geyib 

qara qalstuk bağlamış, qara çərçivəli eynək taxmış, arxaya da-

radığı,  irəlidən  seyrəlmiş  saçı,  çənəsində  qısa  tüklü  saqqalı 

olan  qocanı  tez-tez  şəhərciyin  küçələrində  görmək  olardı. 

Gündə  bir  neçə  saat  işləyəndən  sonra  gəzintiyə  çıxıb  ötən 

günlərini xatırlamağı xoşlayırdı...

 Axır vaxtlar xatirələrinin davamını yazırdı. “Qəlbin qayıt-



ması”  adlandırdığı  kitabında  indiyəcən  gizli  saxladığı  çox 

şeyləri qələmə alacaqdı...

 İki sirrini – İslamı qəbul eləməsinin, bir də İkinci Dünya 

müharibəsinin başlanmasının əsl səbəbini indiyəcən arvadla-

rına belə deməmişdi. Haim Veysman çoxdan vəfat elədiyindən 

birinci sirr yalnız özünə məxsus idi. 




597

 İkinci sirrisə dayısı Dorian elə həmin doktor Veysmandan 

öyrənib kimsəyə açmamaq şərtilə ona söyləmişdi. Sadəlövh 

adamlar  belə  güman  eləyirdilər  ki,  Hitlerin  hakimiyyətə 

gəlməsi yəhudilər üçün fəlakətdi. Amma onu bu addımı at-

mağa yəhudi masonların vadar elədiklərini bilənlər olduqca 

az  idi.  İsrail  dövləti  qurmaq  naminə  Fələstin  torpaqları 

tədricən satın alınmışdı, say çoxluğunu təmin eləmək üçünsə 

başqa  yerlərdəki,  xüsusilə  də  Avropadakı  yəhudilər  həmin 

torpaqlara  köçmək  istəmirdilər.  Buna  görə  də  Avropada 

müharibə  başlatmaq,  qəzəbi  əsasən  yəhudilərə  yönəltmək, 

onları köçməyə məcbur eləmək zərurəti yaranmışdı. Beləcə, 

müharibənin  nəticələrindən  asılı  olmayaraq,  məqsədlərinə 

çatacaqdılar.

 Masonların bu planı Fransa və Amerikanı da təmin elə-

yirdi.  Fransa  farmasonları  artıq  ölkənin  siyasətini  müəy-

yənləşdirir,  “Böyük  İsrail  layihəsi”ni  həyata  keçirmək  üçün 

əllərindən  gələni  eləyirdilər.  Namizədləri  də  vardı:  ana 

tərəfdən yəhudi olan Adolf Hitler və səkkiz nəfər ehtiyat şəxs, 

şayiələrə  görə, Adolfun  Birinci  Dünya  müharibəsi  illərində 

tanış olduğu fransız qız Şarlotta Lobjoydan Jan-Mari adlı oğlu 

vardı,  Fürer  daim  onlardan  xəbər  tutur,  müntəzəm  pul 

göndərirdi. Sionistlərlə əlbir olan farmazonlar da bunu bilir, 

onunla təmasa keçmək üçün fürsət axtarırdılar. 

  Belə  bir  fürsət  də  yarandı:  1936-cı  ildə  Fransaya  gələn 

Adolf diş ağrısı üzündən klinikaya getməli oldu və... “Ayaqqa-



bı” adlandırılan əməliyyata məruz qaldı. Ali dərəcəli mason 

olan  məşhur  cərrah  dişini  müalicə  eləmək  bəhanəsilə  onun 

beyninə yüksək dərəcəli radiasiya yeritdi. Nəticədə Fürer kli-

nikadan çıxanda tamam başqa adama çevrildi, yarıdəli oldu, 

yaddaşı zəiflədi, daimi ağrılardan əziyyət çəkməyə başladı. 

Ağrılarının  dərmanı  da  sionistlərin  əlindəydi,  ondan 

iradələrini qəbul etdirmək üçün istifadə eləyirdilər...

 Sonra Almaniyadan və Avropadan qaçan yəhudilər ağla-

gəlməz  mütəşəkkilliklə  satın  alınmış  torpaqlarda  yerləşdi-

rildilər... 




598

  ...Uzandığı  çarpayının  üzbəüz  tərəfindəki  pəncərədən 

dağların şahanə mənzərəsi görünürdü.

  Arvadı  kresloda  yarıuzanıb  mürgüləyirdi,  bütün  gecəni 

ərinin  yatağı  yanında  keçirdiyindən  yuxusuzluq  ona  güc 

gəlmişdi...

 Qoca altmış beş il əvvəl Müqəddəs torpaqda beləcə oturub 

Elzanın həyatdan necə ayrıldığına baxmışdı...

 Münirə, yəqin, qocalıb, hərdən yaddaşında onun görkəmini 

tapıb çıxarmağa çalışır – aradan, az qala, qırx il ötüb...

  Sonra  yuxu  əhvalatını  xatırladı:  “Günbatanın  ən  axırıncı 

şəhəri...”

 “Hər halda, yaxşı əfsanədi. Əfsanələr elə bu cür yaranır-

mış”, – qoca beynindən keçirdi.

 Qəfildən aləm qaranlığa büründü, qışqırmaq istədi, amma 

səsi çıxmadı...

 Arvadısa hələ yatırdı...

 Bir neçə gündən sonra onu kiçik Marbella qəbiristanlığında 

dəfn  elədilər.  Başdaşında  da  öz  arzusuyla  Qurani-Kərimin 

“Fəcr” surəsinin son ayəsini yazıldı: “Cənnətinə qayıt”... 

 

Avqust-dekabr 



2013-cü il

 


599

MÜNDƏRİCAT



ÖN SÖZ YERİNƏ. QƏFİL RAHATLIQ ..................................................................

I FƏSİL. ÇÜMHURİYYƏT ELÇİSİ ...........................................................................

II FƏSİL. AH, BASYA, BASYA ..................................................................................

III FƏSİL. CÜMHURİYYƏTİN XİDMƏTİNDƏ ...................................................

IV FƏSİL. RUHUNA HOPAN ŞƏHƏR ...................................................................

V FƏSİL. ŞİMALDAN GƏLƏN TƏHLÜKƏ ..........................................................

VI FƏSİL. ÜFÜQDƏN O YANDAKI DÜNYA .......................................................

VII FƏSİL. CÜMHURİYYƏTLƏ VİDALAŞMA ...................................................

VIII FƏSİL. QIZILBUYNUZDA İKİ QƏRİB ..........................................................

IX FƏSİL. TALEYİN ÜMİDİNƏ ...............................................................................

X FƏSİL. AVROPADA... ADA ...................................................................................

XI FƏSİL. AH, BU AYRILIQLAR ..............................................................................

XII FƏSİL. ADADAN QƏLƏBƏLİYƏ .....................................................................

XIII FƏSİL. QƏFİL MİSSİYA ....................................................................................

XIV FƏSİL. PARİS KƏDƏRİ .....................................................................................

XV FƏSİL. ŞAHZADƏ VƏ XƏLİFƏ ƏSƏD BƏY .................................................

XVI FƏSİL. BİTİB-TÜKƏNMƏYƏN ÇIXILMAZLIQ ..........................................

XVII FƏSİL. DOQQUZ YAŞIN YUXUSU ...............................................................


600

XVIII FƏSİL. “ŞƏRQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS” .........................

XIX FƏSİL. ACI İTKİ VƏ UZAQ, SƏKSƏKƏLİ ÜMİD ......................................

XX FƏSİL. NEFT VƏ QAN QOXUSU......................................................................

XXI FƏSİL. ŞEYX QIZI MÜNİRƏ ............................................................................

XXII FƏSİL. “NİCAT SAHİLİ”NƏ DOĞRU ..........................................................

XXIII FƏSİL. TALEYİN QƏFİL TÖHFƏSİ .............................................................

XXIV FƏSİL. KRAL SARAYINDAN QAÇIŞ .........................................................

XXV FƏSİL. ERİKA VƏ BERLİNDƏN QAÇIŞ .....................................................

XXVI FƏSİL. TUFANQABAĞI SAKİTLİK ............................................................

XXVII FƏSİL. VYANA VƏ NYU-YORK ARASINDA ..........................................

XXVIII FƏSİL. OTUZ YEDDİNCİ İLİN ASTANASINDA ..................................

XXIX FƏSİL. ATILMIŞ VƏ UNUDULMUŞ ƏSƏD BƏY .....................................

XXX FƏSİL. ON İKİ İL ƏVVƏLİN SƏKSƏKƏSİ .................................................

XXXI FƏSİL. “XANIM QURBAN SƏİD” ...............................................................

XXXII FƏSİL. QORXUNC AYLAR  ..........................................................................

XXXIII FƏSİL. TALEDƏN QAÇMAQ CƏHDİ ......................................................

XXXIV FƏSİL. QÜRBƏT AĞRILARI ......................................................................

XXXV FƏSİL. “MÜSƏLMAN”IN ÖLÜMÜ ............................................................

XXXVI FƏSİL. MÜƏLLİFİN ÖLÜMÜ .....................................................................

XXXVII FƏSİL. MİSSİONERİN ÖLÜMÜ ...............................................................


601

MÜƏLLİFİN DİGƏR KİTABLARI



“YELÇƏKƏN”. 

Povestlər və hekayələr. 2004

Kitabda yazıçının hekayələri, “Göy 

adamı” və “Dönəlgə” povestləri topla-

nıb. Povest və hekayələrdə müəllifin 

insan qəlbinin dərinliklərinə üz tutmaq

qəhrəmanlarının yaşantılarını 

səmimiyyətlə təsvir etmək xüsusiyyəti 

aydın nəzərə çarpır.

“Yelçəkən” N.Əbdülrəhmanlının 

oxucularla ilk sanballı görüşüdür.



КÖNÜL ELÇİSİ, YAXUD DON XUAN DE PERSİA – 

ORUC BƏY BAYATIN HEKAYƏTİ. 

Rомan. 2005.

Dünya-yaşam deyilən şey СİRR 

İÇİNDƏ SİRRDİ...

Yoxsa mövcudluğun mənası olmazdı...

Müəllifin bu tarixi bestselleri Səfəvi 

hökmdarı I Şah Abbasın 1599-1601-ci 

illərdə Moskov çarlığına və Avropa 

ölkələrinə göndərdiyi səfarət barədə, 

səfarətin birinci katibi, zəmanəsinin 

gözəl təhsil görmüş adamlarından olan 

döyüşçü, şair, rəssam, Qərbdə Don 

xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür 

hekayəti haqqındadı,

Birnəfəsə oxunan roman да siyasi qaşıdurmalar, 

xəyanətlər, qətllər, fırıldaqlar, əzablrla yanaşı gözəl eşq 

macəraları da var. 




602

 “YALQIZ”. 

Roman. 2006.

 80-ci illər ədəbi nəslinə elegiya olan 

«Yalqız» roman-assosiasiyasında obraz-

ların adı yoxdur. Roman bütün insan-

lardan uzaq qaçan, öz aləmi, dünyası 

olan yaradıcı insanın üçgünlük yaşantı-

larından ibarətdir. Gen dünyada tək-

tənha olan həmin insanın, əslində, 

ətrafdakı insanlardan cidd-cəhdlə 

gizlətdiyi, qoruduğu, kimsəni kanda-

rından içəri buraxmadığı şəxsi həyatı 

var imiş. Bu həyatda ancaq öz qanunları ilə yaşayarmış.

 Roman 2010-cu il Milli Kitab Mükafatının onluğuna düşüb.

 «YOLSUZ”. 

Roman. 2011

“Yolsuz” özünəməxsus psixoloji araş-

dırmadır. Müəllif bu romanında da son 

illərdə qələmə aldığı hekayələrində ol-

duğu kimi qəhrəmanlarının mürəkkəb 

mənəvi yaşantılarını təsvir edib.

 Mənəvi özünəqəsddən cismani 

özünəqəsdə aparan yol hansı 

mərhələlərdən keçir? İnsan ömür ad-

landırdığı yolun hara apardığını bilir-

mi? Əsərin qəhrəmanı psixoloq-yazıçı 

bu suallara cavab axtara-axtara... roman yazır. O, əslində 

“mənəvi qətl”i araşdıran detektivdir.

 “Yolsuz” romanı psixoloji situasiyaların gərginliyi və 

təfərrüatın dolğunluğu ilə diqqət çəkir.

 Roman 2011-ci ildə Milli Kitab Mükafatını qazanıb.




603

 “YOLÇU”. 

Roman. 2013.

 O yeddi yaşınacan çarvadar 



Nüsrəddinin oğlu Yusif, on dörd yaşınacan 

özündən ixtiyarsız İosif Eliqulaşvili, otuz 

yaşınacan Jozef Qrenyö, qırx doqquz yaşı-

nacan Cozef Tiflisi, ondan bəri Mirzə Yusif 

Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-

sürurlu, yəni Tiflis-ül-əsl kimsədir... 

 O Güney Batı məmləkətlərindən, 

Firəngistandan, Venesiyadan, İstanbuldan, 

Anadolu çöllərindən, Konyadan, Bağdad-

dan, Ərzurumdan, Qarsdan, Nəqşivandan, Rəvandan, Ərdəbildən, 

Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan… keçən yolçudur...

 “Yolçu” romanı oxucunu tariximizin fırtınalı bir dövrünə – 

XVIII yüzilin birinci yarısına aparır, onu sevgi, nifrət, xoşbəxtlik, 

fəlakət, işıq, zülmət qarşıdurmasının dolanbaclarına salır.


604

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə