Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə2/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   2   3   4   5   6   7   8   9   ...   185

8

birinin  arxasınca  geridə  qalırdı.  Bu  mənzərədə  ona  Kiyevi 

xatırladan  nəsə  olduğunu  hiss  eləyib  duyğulandı.  Yeddi 

ildən  artıq  görmədiyi  şəhəri  yaddaşında  canlandırıb  başını 

tərpətdi: hə, Kiyev onun taleyində dönüş eləmişdi.

  Təəssüf  ki,  Hans  Günter  və  Süzanla  vidalaşa  bilmədi. 

Lap  yaxında,  Hamburqdadılar,  Hansın  yazdığına  görə, 

Münhendə  iş  tapa  bilməyib,  Hamburq  limanında  məskən 

salıb.  Amma  Hamburqa  gedib-qayıtmağa  nə  macalı,  nə  də 

maddi  imkanı  vardı.  Ağır  gününün  dostlarını  ömrü  boyu 

minnətdarlıqla  xatırlayacaqdı,  indisə  keçmişiylə  bağlı  çox 

şeyləri unutmağa məcbur idi.

  Hələ  ki,  həyatının  üç  böyük  səhvini  özünə  bağışlaya  bil-

mirdi; əvvəla, gərək siyasətə-filana baş qoşmayaydı, müəllimliyini 

eləyib,  kitablarını  yazaydı;  ikincisi,  çəkdiyi  məşəqqətləri 

unutmağı bacaraydı, əqidə yoldaşlarıyla cəngi-cidala çıxmayay-



; üçüncüsü, qəzəbindən çox ağrı-acısını ifadə eləyən o ya-

zını qəzetə göndərməyəydi. Düzdü, birinci səhvi istiqlal işində 

geridə  qalmamaq  arzusundan  irəli  gəlmişdi,  ikinci-üçüncü 

səhvlərisə  o  istiqlalın  itirilməsi  yanğısından  doğulmuşdu, 

amma bütün bunlar artıq bioqrafiyasına yazılmışdı, heç cür 

silib ata bilməyəcəkdi.

 İndi üz tutduğu şəhərdə rəhmətlik Mirinin dostunu tap-

malı, içindəki ağır yükdən xilas olmalı, Vətənə bir az da arxa-

yın getməliydi. Bu da Ceyhun bəyin məsləhətiydi, əlyazmaları 

Münhen,  Berlin,  ya  da  Leypsiq  nəşriyyatlarının  birinə 

verməyi  məsləhət  görməmişdi,  Almaniyanın  şəhərlərində 

çekistlər qaynaşırdılar, üstəlik, Rusiyadan, Qafqazdan, Orta 

Asiyadan, Türkiyədən... axışmış mühacirlərə addımbaşı rast 

gəlmək  olurdu.  Həmin  mühacirlərin  arasında  güzəranpulu 

qazanmaq üçün istənilən adamı satmağa hazır kəslər də var-

dı,  əlyazmaların  sorağı  Vətənə  özündən  əvvəl  gedib  çata 

bilərdi.  Vyanasa  bu  cəhətdən  daha  təhlükəsiziydi,  həm  də, 

yəqin, orda Məhəmməd Ağaoğlu münasib nəşr evi tapmağa 

kömək eləyəcəkdi.




9

Qatardan  enəndə  qırmızıyanaq,  sallaqbığ  pruss  bələd-

çiylə  köhnə  dost  kimi  vidalaşdı.  Leopoldştadtdakı  Praterş-

ternin  –  Şimal  vağzalının  əzəmətli  binasına  heyran-heyran 

baxıb küçəyə çıxdı. Bəxtindən çamadanı o qədər də ağır de-

yildi,  içində  dəyişəyindən,  əlyazmalarından,  kitablarından, 

Miri dən qalan bir-iki yadigardan başqa bir şey yox idi. Ax-

tardığı ünvan yaxın olsaydı, piyada gedə bilərdi.

 Təəssüf ki, professor Fridrix fon Kraelitzin ünvanını xa-

tırlamırdı,  onun  öz  əlilə  yazdığı  bir  parça  kağızı  indi  tapa 

bilməzdi. Əlbəttə, onunla görüşə, kitabına yazdığı rəyə görə 

təşəkkürünü  bildirə,  bəlkə  də  əlyazmalarıyla  bağlı  ondan 

məsləhət  ala  bilərdi.  Amma  bu  böyük  şəhərdə  onun  izini 

hardan  tapacaqdı?  Üstəlik,  Vyanada  uzaqbaşı  bir  gündən, 

bəlkə  də  bir  neçə  saatdan  artıq  ləngiyə  bilməzdi:  elə  bu 

dəqiqələrdə izlənib-izlənmədiyini hardan bilir?

 Məlum oldu ki, əvvəlcə tramvayla, sonra iki tin piyada 

getməlidi.  Tramvayda  adamların  üzünə  nəzər  salır,  ruhi 

hallarını  oxumaq  istəyirdi:  nəhayət,  belə  qənaətə  gəldi  ki, 

buranın  əhalisi  Berlin  camaatına  nisbətən  daha  sakit,  so-

yuqqanlı,  bəlkə  də  daha  nəzakətlidilər.  Baxışları  sısqa,  ma-

vigözlü  qarının  nəzərlərilə  toqquşdu.  Qarı  lütfkarlıqla  gü-

lüm səyib yüngülcə baş əydi. Bu da kefini kökəltdi, beynin-

dən keçirdi ki, hər şey yaxşı olacaq.

 Hər şey gözlədiyinin əksinə oldu: fikirləşirdi, Məhəmməd 

indi yəqin dərsdə olar (əlbəttə, əgər dərslərinə davam eləyirsə), 

onda ya Arxeologiya İnstitutuna getmək, ya da onun qayıt-

masını  gözləmək  lazım  gələcək;  amma  oğlanı  otağında, 

üstəlik,  yataqda  tapdı.  İki  gündü  qızdırması  varmış, 

zəiflikdən dərsə getməyib, arada yoldaşları baş çəkirlərmiş. 

Bunları  bir  qədər  sonra  öyrəndi.  İlk  sezdiyi  yataqda  uzan-

mış iyirmi beş yaşlarındakı arıq, gözləri çuxura düşmüş ca-

vanın da Miri kimi çevriliş qurbanı olduğunu duydu. Özü-

nü  təqdim  eləyib,  Mirinin  adını  çəkəndə  xəstənin  gözləri 

dolub-boşaldı:



10

“Aslan  bəy  mənə  yazmışdı,  çox  kədərləndim,  dərdinizə 

şərikəm,  –  yatağında  dikəlmək  istədisə,  onun  çiyinlərindən 

tutub  yatağa  uzatdı:  –  Təəssüf  ki,  sizi  layiqincə  qarşılaya 

bilmədim”.

“Narahat  olma,  –  iltifatla  gülümsədi,  –  elə-belə  baş 

çəkmək istədim. Ümidvaram ki, ciddi bir şey yoxdu”.

“Yox,  –  xəstənin  sifətində  xahiş  dolu  ifadə  göründü,  – 

Lütfən,  narahat  olmayın,  paltonuzu  çıxarıb  rahatlanın.  Ax-

şam yoldaşlarım doktor gətirmişdilər, müayinə elədi, nüsxə 

yazdı, dərsdən qayıdanda əczaxanaya gedərlər”.

Paltosunu  soyunmadan  dolabçanın  üstündəki  nüsxəni 

götürüb xəstəyə doğru əyildi:

“Ən yaxın əczaxana hansı səmtdədi?”

Xəstə  xəcalətdən  tərləmişdi,  solğun  bənizi  azacıq  qızar-

mış, alnına tər gəlmişdi.

“Əziyyət çəkməyin...” – etiraz eləmək istədi.

Amma  daha  onun  danışmağına  imkan  vermədi,  bayaq 

tini  burulanda  rastına  çıxan  əczaxananı  xatırlayıb  qapıdan 

çıxdı.


Cəmi bir saatdan sonra dava-dərman da, yemək alıb geri 

dönmüş, xəstənin dərmanlarını öz əlilə içirmiş, alçaq kətilin 

üstündə  süfrə  açmış,  oğlanı  öz  əlilə  yedirmiş,  iştaha  gəlsin 

deyə, özü də bir neçə tikə yemişdi. Sonra Məhəmməd dörd 

il  yarımda  başına  gələnləri  danışmış,  təqaüdü  kəsiləndən 

sonra  çəkdiyi  zillətləri  göz  yaşları  içində  nəql  eləmiş,  Miri-

nin  faciəsini  eşidəndə  keçirdiyi  sarsıntıdan  söhbət  açmışdı. 

İçini  yandıran  ağrıların  ötüb-keçməsini  gözləyə-gözləyə 

xeyli susandan sonra oğlanın qayğılı səsini eşitmişdi:

 “Vətənə qayıtmaq xoşbəxtlikdi, amma keçmişinizi unu-

dacaqlarından əminsinizmi?”

 Həmin məqamda ürəkdən “hə” demək istəyirdi, amma 

ikicə  hərflik  o  söz  boğazında  ilişib  qaldı,  udqundu,  nəzər-

lərini pəncərədən bayırdakı tutqun mənzərəyə zilləyib xeyli 

susdu, handan-hana dilləndi:



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə